Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-804/2023 06.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, telefon alışı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı “L Fin» MMC ilə Cavabdeh arasında bağlanmış R0035901 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 593 manat dəyərində olan Samsung A022 32 DS, X4 2, al-dəyiş Plus 201-300 markalı əşyanı satmışdır. Borclu aldığı əyaya görə 50 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 543 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissəhissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 46 manat ödəniş etmişdir. 447 (dörd yüz qırx yeddi) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində cərimə tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı “L Fin» MMC ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh müştərək qaydada “L Fin» MMC-nin xeyrinə 497 manat əsas, 50 manat cərimə və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 577 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Mülki işə məhkəmədə baxılarkən iddiaçı “L Fin» MMC iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə göndərərək götərmişdir ki, Cavabdeh iddiaçı “L Fin» MMC-nin xeyrinə 447 (dörd yüz qırx yeddi) manat məbləğində əsas borc, 40 (qırx) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 517 (beş yüz on yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “L Fin» MMC ilə Cavabdeh arasında bağlanmış R0035901 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 593 manat dəyərində olan Samsung A022 32 DS, X4 2, al-dəyiş Plus 201-300 markalı əşyanı satmışdır. Borclu aldığı əyaya görə 50 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 543 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqısatqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 46 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Bu səbəbdən də “L Fin» MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 21 mart 2022-ci il tarixdə alqı-satqı müaviləsi əsasında Samsung A022 32 DS, X4 2, al-dəyiş Plus 201-300 markalı əşyaları almışdır. Həmin telefon üçün iddiaçı tərəfindən zəmanət verilmişdir. Telefonda problem yarandığından şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməyinə baxmayaraq, nə telefon yenisi ilə əvəz edilməmiş nə də təmir olunub geri qaytarılmamışdır. İddiaçı MMC-nin əməkdaşları ödənişləri etmədiyinə görə onunla əlaqə saxlamışlar. Bu zaman telefonla bağlı problemi onlara bildirmişdir. Hesab edir ki, iddia əsassızdır. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir.
6. Cavabdeh etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı tərəfin tələbi ilə razılaşmır. İddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən "Samsung" mobil telefonu almışdır. İlkin ödəniş kimi 50 manat ödəniş etmişdir. Telefona 1 il müddətinə qızıl zəmanət verilmişdir. İlk aydan telefonda problem çıxdığı üçün telefonu aldığı şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməsinə baxmayaraq nə telefonu yenisi ilə əvəz etməmişlər, nə də təmir edib özünə qaytarmamışdırlar. "xxxx" MMC əməkdaşları ödənişləri gecikdirməyinə görə əlaqə saxlayarkən problemi onlarada bildirmişdir. Bu günə kimi telefonu ona təhvil verməmişlər. Tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndində alınmış əşyanın qaytarılması və ya dəyişdirilməsi şərtləri öz əksini tapmışdır. Həmin maddəyə əsasən o hesab edir ki, hər hansı bir məsluliyyət daşımır. Məhz buna görədə ödəniş etməkdən imtina etmişdir. Məhz buna görədə hal-hazır ki, iddia tələbində borcun düzgün tələb olunub-olunmaması qaytarılmış əşyaya görə borcun hardan yaranması məsələsi araşdırılmalıdır. İddiaçı "xxxx" MMC tərəfindən ona qarşı olan 577 manat borcun tutularaq ona ödənilməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “L Fin» MMC ilə Cavabdeh arasında bağlanmış 21 mart 2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh satış qiyməti 593 manat olan Samsung A022 32 DS, X4 2, Al-dəyiş Plus 201-300 əldə etmişdir. Cavabdeh həmin əşyaların dəyəri olan 593 manatı kredit məbləğini alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə və məbləğlərdə “L Fin» MMC-yə ödəməli olmuşdur. İddiaçı “L Fin» MMC cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icrasını təmin etmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı “L Fin» MMC Cavabdeh “L Fin» MMC-nin xeyrinə 497 manat borc və ödənilmiş 10 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etsə də, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək alğı-satqı müqaviləsi üzrə Cavabdeh « Samsung » markalı mobil telefonu lazımı keyfiyyətdə verməmişdir. Daha sonra isə zəmanəti üzrə yararsız telefonu xx.xx.2022-ci il tarixdə təmir olunması üçün « texniki servis mərkəzi » tərəfindən təhvil alınsa da hazırki tarixədək mobil telefonu təmir edib Cavabdeh təhvil verməyərək müqavilə üzrə olan öhədliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də “L Fin» MMC ödənilməmiş kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlı deyildir.
9. Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı MMC-nin Cavabdeh "xxxx" MMC-nin xeyrinə 447 (dörd yüz qırx yeddi) manat əsas, 40 (qırx) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, 517 (beş yüz on yeddi) manat məbləğində pulun tutulması barədə iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 441, 442, 587 və 600-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. Mülki işdə olan 21 mart 2022-ci il tarixli, R0035901 saylı əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh satış qiyməti 593 manat olan Samsung A022 32 DS, X4 2, Al-dəyiş Plus 201-300 əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.
12. Mülki işdə olan 21 mart 2022-ci il tarixli kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh götürdüyü əşyaların dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur.
13. Mülki işdə olan 17 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 mart 2022-ci il tarixli, R0035901 saylı alqı-satqı müqaviləsi üzrə 543 manat əsas borcundan maliyyə arayışı tərtib edilən tarixədək 46 manat ödəniş etmiş 497 manat əsas borc, 50 manat cərimə borcu qalmışdır.
14. Mülki işdə olan 23 iyul 2022-ci il tarixli, CEN000032282 nömrəli talondan görünür ki, Mahmudov Mübariz «Samsung A02» markalı telefonun təmiri üçün texniki servis mərkəzinə müraciət etmişdir.
15. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC tərəfindən 497 manat əsas və 50 manat cərimə borcunu Cavabdeh 3 gün müddətində cəmiyyətə ödənilməsi üçün xəbərdarlıq edilmiş, əks halda tələb olunan məbləğin və məhkəmə xərclərinin ondan alınaraq İddiaçı MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
16. Qətnаmədən nаrаzı qаlаn iddiaçı “L Fin» MMC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı “L Fin» MMC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əvvəla telefon Cavabdeh tərəfindən deyil Mübariz Mahmudov adlı şəxs tərəfindən servisə təqdim edilmişdir. Ona görə də telefon düzəldildikdən sonra Mübariz adlı şəxsin qəbzdə qeyd etdiyi ***-***-**-** mobil telefon nömrəsinə dəfələrlə zəng edilmiş və telefonun təhvil götürülməsi barədə xəbərdarlıq edilmişdir. Lakin Mübariz adlı şəxs Bakıda deyil, rayonda olduğunu bildirib telefonu gəlib təhvil almamışdır. Daha sonra, telefon adına rəsmiləşdirilmiş Cavabdeh istifadəsində olan 055 *** ** ** telefon nömrəsi ilə əlaqə saxlanılmış və telefonun təhvil götürülməsi barədə xəbərdarlıq edilmişdir. Lakin Elnur da Mübariz kimi Şəkidə olduğunu, telefonun Şəkiyə göndərilməsini bildirmişdir. Servis tərəfindən Mübariz adlı şəxsə verilmiş qəbzdən də göründüyü kimi telefon verilən gündən 1 ay müddətində geri alınmadığı halda həmin telefonun qaytarılmasına təminat verilmir. Telefonun düzəldikdən sonra servisdən götürülməsi cavabdehin birbaşa öhdəliyidir, ona da bu barədə servisin əməkdaşı tərəfindən dəfələrlə telefonla və whatsap servis vasitəsilə məlumat verilmişdir. Lakin cavabdeh telefonu götürməkdən imtina edir. Hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Cavabdeh telefonu servisdən götürüb ödənişləri etmək əvəzinə onu götürməyərək iddiaçıya ziyan vurmuşdur.
18. Ona görə də, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)- 259/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. İddiaçı “L Fin» MMC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 587.2-587.2.2 Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. Cavabdeh Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisə olunmayan hallarıdır.
28. Eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, həmin telefon üçün iddiaçı tərəfindən zəmanət verilmişdir. Telefonda problem yarandığından şirkətin servisinə təhvil vermişdir. Uzun müddət keçməyinə baxmayaraq, nə telefon yenisi ilə əvəz edilməmiş, nə də təmir olunub geri qaytarılmamışdır. Mülki işin materiallarında olan 23 iyul 2022-ci il tarixli, CEN000032282 nömrəli talondan görünür ki, Mahmudov Mübariz «Samsung A02» markalı telefonun təmiri üçün texniki servis mərkəzinə müraciət etmişdir. Həmin sənədlə cavabdehin göstərdikləri sübut olunur.
29. İddiaçı tərəf isə apellyasiya şikayətində cavabdehə dəfələrlə əlaqə saxlanılaraq telefonun servisdən götürülməsi bildirilməsinə baxmayaraq, cavabdehin bunu etmədiyini göstərmişdir. Kollegiya iddiaçı tərəfə göstərdiklərini təsdiq edəcək sübut və ya dəlillərin təqdim olunmasını təklif etmiş və bunun üçün iddiaçıya vaxt verilmişdir. Lakin iddiaçı təşkilat tərəfindən məhəkməyə apellyasiya şiakyətində göstərdiyi həmin halları təsdiq edəcək heç bir sənəd təqdim edilməmişdir.
30. Məhkəmə kollegiyası qeyd etdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Hazırki işin materiallarından görünür ki, cavabdeh iddianı qəbul etməmklə etirazını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı isə bu qətnamənin 17-ci bəndində göstərilmiş arqumentlərlə çıxış etsə də, göstərdikləri işin sənədləri ilə sübut olunmamaqla, apellyator tərəfindən də heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhsulun iddiaçı tərəfindən geri alınmasının sübut olunması da nəzərə alındıqda, kollegiya hesab edir ki, onun dəyərinin yenidən cavabdehdən tələb olunması hüquqdan sui-istifadədir. Ona görə də, birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd etməkdə haqlı olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı MMC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(075)-259/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.