Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-804/2024 03.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tаrixli, 2(014)-245/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-245/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdehn cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər(maddə 360). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsinə qaytarılır (maddə 363.1.3). İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(014)-245/2024 nömrəli qətnaməsi 08 aprel 2024-cü il tarixdə “AZEMİS” Elektron məhkəmə informasiya sistemində Cavabdehnə məxsus elektron kabinetə yüklənmişdir(iş vər.71). Apellyasiya şikayəti isə 13 may 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 10 may 2024-cü il tarixdə bitdiyi halda(09 may qeyri-iş günü hesab edildiyindən), apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək, 13 may 2024-cü il tarixdə verilmişdir. Odur ki, bu səbəbdən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət keçmişdir. Bu isə işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il tаrixli, 2(014)-245/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-804/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-804/2024
03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver