Məhkəmə qərarları › İş №2(107)-806/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-806/2025

11.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-806/2025 11.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə1, Cavabdeh4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 11 mart 2024-cü ildə Cavabdeh4 qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh4 tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş tikililər - tövlə (8m x 9m), altıaçıq (6m x 12m), altıaçıq (8m x 14m) və əsaslı təsərrüfat tikilisinin (4 m x 5,5 m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh4 ailə üzvləri və eyni zamanda, sökülməsi tələb olunan tikililərin yerləşdiyi torpaq sahəsinin həmin cavabdehlə birlikdə ümumi birgə mülkiyyətçiləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin xidməti ərazisində keçirilmiş sərhəd rejim tədbirləri zamanı Zaqatala rayon Aşağı Çardaxlar kəndi sakini Cavabdeh4 ona ayrılmış olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yaxın ərazidə qanunsuz olaraq təsərrüfat ferması (2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsi) ilə məşğul olması müəyyən edilmişdir. Bu barədə müvafiq aidiyyatı orqanlara müraciət edilmiş, qanunvericiliyin tələbləri vətəndaşa dəfələrlə izah edilmiş, müvafiq izahatı alınmış, müəyyən inzibati tədbirlər görülmüşdür. Lakin, vətəndaş Cavabdeh4 bütün bu göstərilənlərə məhəl qoymayaraq, qanunsuz ferma fəaliyyətini davam etdirməkdədir. X5 əhatə etdiyi sərhədyani kənddə, kənd təsərrüfatı təyinatı üçün ayrılmış olan torpaq sahəsinə yaxın ərazidə maldarlıq fəaliyyəti ilə məşğul olması və özbaşına müəyyən tikililər tikməsi sərhəd xəttində xidmətin aparılmasına ciddi maneələr və problemlər yaradır. Həmin ərazidə tikintilərin olması maneədi və ərazidə xidmətə ciddi şəkildə mənfi təsir göstərir. Nazirlər Kabinetinin 560 saylı qərarı ilə təsdiq olunmuş 5 nömrəli əlavəyə əsasən sovxoz, kolxoz, fermer təsərrüfatları, idarə və təşkilatın işçilərinə yerlərdə işin görülüb qurtarması (yalnız gün işığında) vaxtın təyin olunması altı aydan çox olmamaq şərti ilə sərhəd dəstəsi rəisinin icazəsi ilə zastava rəisi tərəfindən verilmiş xüsusi buraxılışa əsasən həyata keçirilir. Qanunda qeyd olunan hallar yalnız fəaliyyət növü üçün hüquqi əsasları olan şəxslərə şamil olunur və yalnız gün işığında icazə verilir. Həmin ərazidə gecələmək üçün tikilən və ya yaradılan şərait normativ aktlara ziddir və sərhədlərin mühafizəsinin etibarlı təmin edilməsinə maneə yaradaraq təhlükə altına qoyur. Cavabdeh4 sərhədboyu zolaqda həyata keçirdiyi fermer təsərrüfatının fəaliyyəti qanuna ziddir. Sərhəd zolağında qanunsuz olaraq tikilən ferma və digər tikililərin sökülməsi məqsədilə Cavabdeh4lə dəfələrlə söhbətlər aparılmış, lakin o, tikililəri sökməkdən imtina etmişdir. Belə ki, Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh4 2,4581 hektar kənd təsərrüfatı təyinatı (əkin) torpaq sahəsi verilmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, həmin əraziyə bitişik müvəqqəti tikililər - tövlə (8m x 9m), altıaçıq (6m x l2m), altıaçıq (8m x l4m) və əsaslı təsərrüfat tikilisi (4 x 5,5m) inşa edərək ferma kimi istifadə edir (Bundan sonra iddia ərizəsində “Azərbaycan Respublikası dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin, 23-cü maddəsinin, 24-cü maddəsinin 1-ci bəndinin, 24-cü maddəsinin 5-ci bəndinin, 24-cü maddəsinin 16-cı bəndinin və 27-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci, 180.2-ci və 180.4-cü maddələrinin məzmunları qeyd olunmuşdur). Ona görə də, cavabdehin sərhədboyu rejim ərazisində qanunsuz inşa etdiyi müvəqqəti tikililər - tövlə (8m x 9m), altıaçıq (6m x 12m), altıaçıq (8m x 14m) və əsaslı təsərrüfat tikilisi (4m x 5,5m) cavabdehin öz hesabına sökülməlidir.

2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin (hаkim Vüqar Məmmədov) 22 may 2025-ci il tarixli, e- 2(033)-41/2025 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası qismən təmin edilərək, həmin Qətnamədə iddiaçının iddia tələbinin həlli üzrə qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisi onun öz hesabına sökülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Ramazanova Gülzar Eldar qızından birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilsin. İddia qalan hissədə təmin edilməsin.” Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müəyyən edilmiş hallar ondan ibarətdir ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə cavabdehlərə məxsusdur. İddiaçı tələbini özbaşına tikintilərin sərhəd zolağında aparılması ilə əsaslandırsa da, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. İş üzrə alınmış ekspert rəyi ilə sökülməsi tələb olunan qırmızı kərpic və çay daşından inşa edilmiş təsərrüfat tikilisinin, taxta materiallarından quraşdırılmış altıaçıqların cavabdehlərin ümumi birgə mülkiyyətində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin isə həmin torpaq sahəsindən kənarda tikildiyi təsdiq edilmişdir. İddiaçı 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilmiş tikintilərin Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə onun üçün maneə yaratması barədə sübut təqdim etməmişdir. Yanaşı yoxlanılmış sübutlarla, isə həmin sahənin dövlətin müstəsna mülkiyyətində deyil, cavabdehlərin ümumi birgə mülkiyyətində olduğu, təyinatının da sərhəd zolağı deyil, kənd təsərrüfatı olduğu təsdiq olunmuşdur. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha torpaq sahəsinin təyinatı, cavabdehlərin ümumi birgə mülkiyyətinə verilməsi, həmin sahənin Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək işində iddiaçı üçün əhəmiyyət daşımadığını təsdiq edir. İddiaçı öz vəzifəsini həmin torpaq sahəsindən istifadə etmədən də icra edə bilər. Belə olan halda onun, həmin sahədə aparılmış tikintinin maraqlarına toxunmasına dair dəlilləri ağlabatan deyil. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında Cavabdeh4 tərəfindən taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisi Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə iddiaçı üçün maneə yaratmaqla onun maraqlarına toxunduğundan, həmin tikili Cavabdeh4 hesabına sökülməli, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, Cavabdeh4 tərəfindən aparılan başqa tikintilərin yerləşdiyi 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və digər cavabdehlərin ümumi birgə mülkiyyətində olduğundan, mülkiyyətçilərin isə torpaq sahəsində binalar və qurğular ucaltmaq, onları yenidən qurmaq və ya uçurmaq, öz sahələrində başqa şəxslərin tikinti aparmasına icazə vermək səlahiyyəti olduğundan, eləcə də həmin tikintilər Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etməkdə iddiaçı üçün maneə yaratmadığından, bununla da onun maraqlarına toxunmadığından, həmin tikintilər hazırkı iddiaçının tələbi ilə sökülə, iddia tələbi qalan hissəllərdə təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi, 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsində gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 6.1, 6.3, 152.1, 152.2, 152.5, 157.8, 180.1, 180.4 və 240.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcələsinin 13-cü maddəsinin 2ci hissəsinə, 46-cı maddəsinin 1-ci hissəsinə, 46-cı maddəsinin 2-ci hissəsinə, 84-cü maddəsinin 1-ci hissəsinə və 84-cü maddəsinin 3-cü hissəsinə, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci, 22-ci və 24-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.0.1, 217.2, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)- 41/2025 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı aşağıda qeyd olunan sənədlər tədqiq olunmuşdur: - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi İdarəsinin 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Şəki ərazi şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 2619 saylı müraciəti Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsinin, Zaqatala RİH-nin Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən vətəndaşın və Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazi Aqrar islahat komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmiş 2.4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Bələdiyyə arayışına əsasən Cavabdeh4 4 nəfər ailə üzvünə 2.92 hektar pay torpaq sahəsi verilmiş, lakin texniki səbəblərdən 0.47 hektar torpaq sahəsinin plan ölçü sənədi işlənməmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, ərazinin bir qismində müvəqqəti tikililər tövlə (8x9 m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5,5m) inşa edərək ferma kimi istifadə edir. Beləliklə də vətəndaş ümumilikdə 3.95 hektar torpaq sahəsindən istifadə edir. Mülkiyyətçi ümumbirgə mülkiyyətinə verilmiş pay torpağının bir hissəsində ferma yaratmaqla və 22 kv.m əsaslı tikili inşa etməklə torpaq Qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdeh4 torpaq qanunvericiliyin tələbləri izah edilmiş, bildiriş verilmiş, inzibati qaydada protokol tərtib edilmiş və qısa müddətdə qanun pozuntusunun aradan qaldırılması nəzərinə çatdırılmış, əks halda qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş A456945 nömrəli Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Zaqatala rayonu Aşağı Çardaxlər kəndi ərazisində yerləşən 24581,15 kv.m torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən Cavabdeh4 verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən nömrəli çıxarışdan görünür ki, xüsusi mülkiyyət kimi reyestr nömrəsi **********48 olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hüquqları rəsmiləşdirilmişdir. - İş materiallarında olan Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(033)47/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Cavabdeh4 qarşı qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. - İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2023-cü il tarixli 2(107)-992/2023 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala rayon məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(033)-47/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissəsi tərəfindən sərhədboyu zolaqda Cavabdeh4 məxsus tikililərə dair sorğuya cavab verilmiş 21 aprel 2025-ci il tarixli xidməti məktubundan görünür ki, Aşağı Çardaxlar sərhəd zastavası səhəd dəstəsinin tərkibində Gürcüstanla Azərbaycan Respublikası arasında dövlət sərhəddinin tapşırılmış sahəsini mühafizə edir. Həmin ərazi üzrə müqabil tərəflə delimitasiya və demarkasiya işləri keçirilməmişdir. Ərazidə dövlət sərhəd xətti şərti olaraq Alazan çayının ortası ilə keçir. Sərhədboyu zolaqda yerləşən Cavabdeh4 məxus təsərrüfat ferması sərhəd zastavasının sol cinahında, 34-cü sahədə dövlət sərhəd xəttindən təqribən 610 (altı yüz on) metr aralıda (X410 31/25//Y460 20/33//) yerləşir. - İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ci il tarixli 10/4994 №-li rəyindən görünür ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş, xx.xx.2022- ci il tarixli, A№816639 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala rayonu, Aşağı Çardaxlar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir. Tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində əldə edilmiş, mübahisə predmeti olan tikililərin faktiki yerləşmə koordinatları ilə mülki iş materiallarında olan (səh.68) ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə dair tərtib edilmiş, xx.xx.2022-ci il tarixli, A№816639 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar müqayisələndirilən zaman qırmızı kərpic və çay daşından inşa edilmiş təsərrüfat tikilisinin və taxta materiallarından quraşdırılmış altıaçıqların mübahisə predmeti olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin isə mübahisə predmeti olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşmədiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə predmeti olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən, qırmızı kərpic və çay daşından inşa edilmiş tikilinin əsaslı tikili olduğu müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir.

3. Apellyasiya şikayəti və ona etiraz - 3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(033)-41/2025 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin cavabdehin öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəf həmin qətnamədən narazıdır və hesab edir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Zaqatala rayonu Aşağı Çardaxlar kənd sakini Cavabdeh4 DSX-nin N nömrəli hərbi hissəsinin xidməti ərazisində ona kənd təsərrüfatı üçün ayrılmış torpaq sahəsində qanunsuz olaraq tikililər- tövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5,5m) tikmişdir. Cavabdehin qanunsuz əməlləri barədə aidiyyatı dövlət orqanları izahatını almış və onun üçün ayrılmış torpaq sahəsini təyinatı üzrə istifadə etməməsinə görə barəsində cərimə inzibati tənbeh növü tətbiq etmişlər. Lakin Cavabdeh4 qeyd olunanlara məhəl qoymayaraq, həmin dövlət əhəmiyyətli ərazidə qanunsuz tikililər tikmiş və bu günki məhkəmə mübahisəsinə səbəb olmuşdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İş materiallarına diqqət yetirdikdə Cavabdeh4 verilən Çıxarışda torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) üzrə kənd təsərrüfatı təyinatlı torpaqlar olduğu aydın görünür. Torpağın təyinatı məlumdur: - kənd təsərrüfatı təyinatlı (əkin). İkinci bir hal, qətnamənin 3-cü səhifəsində 5-ci abzas: - “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi İdarəsinin 26 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə əsasən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki Ərazi Şöbəsinin, Zaqatala RİH-nni Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən vətəndaşın və Sərhəd Xidmətinin nümayəndələrinin iştirakı ilə müraciət yerində araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazi Aqrar İslahat Komissiyasının 2003-cü il tarixli, 110 saylı qərarı ilə Cavabdeh4 ümumbirgə mülkiyyətinə verilmiş 2,4581 hektar kənd təsərrüfatı təyinatlı (əkin) torpaq sahəsidir. Cavabdeh2 4 nəfər ailə üzvü ilə birlikdə 2,92 hektar pay torpaq sahəsi verilmiş, lakin texniki səbəblərdən 0,47 hektar torpaq sahəsinin plan ölçü sənədi işlənməmişdir. Mülkiyyətçi həmin ərazidən təyinatına uyğun əkin sahəsi kimi istifadə etsə də, ərazinin bir qismində müvəqqəti tikililərtövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5,5m) inşa edərək ferma kimi istifadə edir. Cavabdeh ümumbirgə mülkiyyətinə verilmiş pay torpağının bir hissəsində ferma yaratmaqla və 22 kv.m əsaslı tikili inşa etməklə Torpaq Qanunvericiliyinin tələblərini pozmuşdur. Cavabdeh4 Qanunvericiliyin tələbləri izah edilmiş, bildiriş verilmiş, inzibati qaydada protokol tərtib edilmiş və qısa müddətdə qanunu pozuntusunun aradan qaldırılması nəzərinə çatdırılmış, əks halda qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlərin görüləcəyi bildirilmişdir”. Qeyd olunanladan da açıq aydın görünür ki, Cavabdeh4 qanunvericiliyin tələblərini pozmuşdur. Kənd təsərrüfatlı təyinatlı torpaqda ferma ilə məşğul olur. Bu azmış kimi qanunsuz tikililər tikir. Lakin məhkəmə bu hallara və subutlara düzgün qiymət verməmiş və qətnamədə iddiaçı tərəfin subut təqdim etmədiyini qeyd etmişdir. Mülki Məcəllənin 180.1-ci maddəsi: tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsi(kənd təsərrüfatı təyinatlı (əkin üçün) ayrılmış torpaq sahəsi) və ya buna lazımi icazələr almadan tikilmiş tikililər- tövlə (8x9m), altıaçıq (6x12m), altıaçıq (8x14m) və əsaslı təsərrüfat tikilisi (4x5,5m). Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 13 yanvar 2025-ci il tarixli, 10/4994 saylı rəyindən görünür ki, mübahisə predmeti olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşən, qırmızı kərpic və çay daşından inşa edilmiş tikili əsaslı tikilidir. Qanunvericiliyin tələbindən də görünür ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı deyil, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Lakin məhkəmə ekspert rəyinə düzgün qiymət verməyərək, iddianı qismən təmin etmişdir. Mülki Məcəllənin 240.1ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində Cavabdeh4 tərəfindən aparılan başqa tikililərin yerləşdiyi 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun mülkiyyətində olduğundan, aparılan əsaslı tikililərin də qanuni olduğu qənaətinə gələrək MM-nin 240.1-ci maddəsinə istinad etsə də, iddiaçı tərəf hesab edir ki, məhkəmə maddəni düzgün qiymətləndirməmiş, maddədə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə olan hissəsinə düzgün qiymət verməyərək, iddianı həmin hissədə təmin etməmişdir. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən iddiaçı tərəfdən təqdim edilmiş və məhkəmə iclasında səsləndirilmiş əsaslı sübutları və halları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırılır ki, hadisə bir dəfə olur və əgər hadisənin olacağına şübhələr varsa, vaxtında qarşısı alınmalıdır. Cavabdeh4 DSX-nin N nömrəli hərbi hissəsinin xidməti ərazisində ona kənd təsərrüfatı üçün ayrılmış torpaq sahəsində qanunsuz olaraq tikdiyi tikililər həmin ərazidə xidmətə mane olur və sökülməlidir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi izahatları, digər sənədləri sübut kimi qəbul etməməklə, mövcud qanunvericiliyin tələblərini pozmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı «qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi» tələbinə dair iddiası əsaslıdır və məhkəmə tərəfindən tam təmin edilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. İddiaçı Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan iddia qanunsuz olaraq qismən təmin edilmişdir. İddiaçı tərəf hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi təmin edilməyən hissədə əsassızdır və ləğv edilməlidir. Qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

- 3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı: - 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 11 mart 2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə1 və Cavabdeh4 gəlmiş olsalar da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, məhkəmə iclasına gəlmiş proses iştirakçılarının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin və iş üzrə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə1 Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh4 və onun ailə üzvləri olan digər cavabdehlər tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş tikililərdən “8 m x 9 m ölçülərdə olan tövlənin və 4 m x 5,5 m ölçülərdə olan əsaslı təsərrüfat tikilisinin sökülməsi” hissəsində iddia tələbini müdafiə etdiyini, “6m x 12m ölçüdə və 8m x 14m ölçüdə olan iki ədəd “altıaçıq” tikililərin, yəni kənarları bağlanmamış çardaq kimi quraşdırılan tikililərin sökülməsi” hissəsində isə iddia tələbini müdafiə etmədiyini və iddiaçı tərəf olaraq “altıaçıqların” sökülməsini tələb etmədiyini bildirib, Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)- 41/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin yalnız “8 m x 9 m ölçülərdə olan tövlənin və 4 m x 5,5 m ölçülərdə olan əsaslı təsərrüfat tikilisinin sökülməsi” hissəsində təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini - sərhədboyu rejim ərazisində müvafiq icazə alınmadan tikilmiş 8 m x 9 m ölçülərdə olan tövlənin və 4 m x 5,5 m ölçülərdə olan əsaslı təsərrüfat tikilisinin Sərhəd Xidməti əməkdaşlarının həmin ərazidə dövlət sərhədinin mühafizəsi və qorunması fəaliyyətinin həyata keçirilməsinə maneçilik yaratması, 6m x 12m ölçüdə və 8m x 14m ölçüdə olan iki ədəd “altıaçıq” tikililərin isə yanları, yəni kənarları açıq olduğuna görə sərhəd mühafizə xidmətinin həyata keçirilməsinə mane törətməməsi ilə əsaslandırdı. Məhkəmə iclasında Cavabdeh4 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Eyni zamanda, məhkəmə iclasında Cavabdeh4 suallara cavab olaraq bildirdi ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddia ərizəsində sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi onun ailə üzvləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə ümumi birgə mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsidir və onlar həmin torpaq sahəsində kənd təsərrüfatı işlərin görülməsində istifadə etmək üçün həmin 8 m x 9 m ölçülərdə olan tövləni, 4 m x 5,5 m ölçülərdə olan birotaqlı tikilini, 6m x 12m ölçüdə olan “altıaçıq” tikilisini və 8m x 14m ölçüdə olan “altıaçıq” tikilisini tikib istifadə edirlər. Lakin, onlar həmin tikililərin tikilməsi üçün İcra Hakimiyyətindən və Dövlət Sərhəd Xidmətindən icazə almamışlar. Bununla belə, həmin tikililərin sökülməsinə razı deyillər. Çünki, həmin tikililər ailə üzvləri ilə birgə mülkiyyətində olan torpaq sahəsində kənd təsərrüfatı işlərinin görülməsi üçün lazımdır. Qeyd etmək lazımdır ki, hazırkı apellyasiya icraatı zamanı iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin apellyasiya şikayətinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilərək 02 fevral 2026-cı il tarixli, 3-21-3-47/2- 607/2026 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(107)-806/2025 nömrəli qərardadında qoyulmuş sualları araşdırmaq məqsədi ilə qeyd olunan ərazidə GPS aləti vasitəsilə ölçmə işləri aparılmış, aparılmış ölçmə işləri kameral şəraitdə ortofoto və elektron xəritə materiallarından istifadə edilərək araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdi: 1. Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində Cavabdeh4 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində (xüsusi mülkiyyətdə) olan 2.4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Reyestr nömrəsi: **********48; Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə və həmin torpaq sahəsinin sərhədlərinə aid hissələrində ( sərhədləri daxilində və sərhədləri hüdudlarında) inşa edilmiş (tövlə (8 x 9m), altıaçıq ( 6 x 1 2 m) , altıaçıq (8 x 14 m)) və əsaslı təsərrüfat tikilisi (4 x 5.5 m) tikililər Azərbaycan Respublikasının Dövlət Sərhədinin normativ xarakterli hüquqi aktlarla müəyyən edilmiş sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşir. Həmin ərazidə yerləşən tikililərin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hazırkı iddia ərizəsində Cavabdeh4 olundan sökülməsi tələb olunan müvəqqəti tikililər (tövlə (8 x 9m), altıaçıq (6 x 12 m) , altıaçıq (8 x 14 m)) və əsaslı təsərrüfat tikilisi (4 x 5.5 m) Azərbaycan Respublikası Dövlət Sərhədinin sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşir. - 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən hazırkı apellyasiya şikayətində “iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2(033)-41/2025 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. - 4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri):

82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək; torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etmək; torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək; başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq; torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq; torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək; qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.6. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun normaları (maddələri): M a d d ə 1 8 . Azərbaycan Respublikasının dövlət sərhədində təsərrüfat fəaliyyətinin qaydası: Sərhəd çaylarının, çöllərinin və digər sututarlarının Azərbaycan Respublikasına məxsus hissəsində gəmiçilik, sudan istifadənin başqa növləri, müxtəlif hidroqurğular tikilməsi, dikər işlərin görülməsi, Azərbaycan Respublikasının dövlət sərhədində torpaqlardan, meşələrdən, heyvanlar aləmindən istifadə edilməsi, filiz-çıxarma, geoloji axtarışlar və dikər təsərrüfat fəaliyyəti Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq müqavilələrə uyğun olmalı və Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qayda təmin olunması şərtilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının dövlət sərhədində hər növ təsərrüfat fəaliyyətinin qaydası Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən müəyyən edilir və bu fəaliyyət müvafiq icra hakimiyyəti orqanı ilə razılıq əsasında həyata keçirilir. M a d d ə 2 2 . Sərhədboyu zona və sərhədboyu zolaq: Azərbaycan Respublikasının dövlət sərhədində lazımi qaydanı təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı sərhədboyu zona və sərhədboyu zolaq müəyyən edir. Sərhədboyu zonanın hüdudlarını müvafiq icra hakimiyyəti orqanı sərhədyanı rayonların ərazisində, yerli şərait-dən asılı olaraq müəyyən edir. Müəyyən edilmiş sərhədboyu zonanın tərkibinə Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir. Sərhədboyu zonada psixonevroloji dispanserlərin (xəstəxanaların) və islah-əmək müəssisələrinin yerləşdirilməsi qadağandır. Eni 1 kilometrədək olan sərhədboyu zolaq bilavasitə Azərbaycan Respublikasının dövlət sərhədi xətti boyunca quru hissələrdə və ya: sərhədboyu çayların, göllərin və başqa sututarların sahilləri boyunca müəyyən-edilir. Azərbaycan Respublikası dövlət sərhədinin qorunması naminə müvafiq icra hakimiyyəti orqanı texniki çəpərlərin düzəldilməsi, sərhədboyu yolların, körpülərin çəkilməsi, başqa obyektlərin tikilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müddətsiz istifadəsinə həm sərhədboyu zolaqda, həm də onun hüdudların-dan kənarda 30—50 metr enində lazımi torpaq zolaqları, habelə Azərbaycan Respublikasının dövlət sərhədi boyunca 5 metrlik zolaq verir. M a d d ə 2 3 . Sərhədboyu rejim: Sərhədboyu zonada və sərhədboyu zolaqda sərhədboyu rejim qoyulur; sərhədboyu rejim bu Qanuna və Azərbaycan Respublikasının dikər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının və başqa şəxslərin kəlməsi, müvəqqəti yaşaması, bir yerdən başqa yerə getməsi, işlərin görülməsi, mühərrikli və mühərriksiz üzmə vasitələrinin yanalma körpülərində uçota alınması və saxlanması Azərbaycan Respublikasının ərazi və daxili sularında onların üzməsi və hərəkət etməsi qaydalarını tənzimləyir. M a d d ə 2 4 . Sərhədboyu zonaya və sərhədboyu zolağa daxilolma. İşlərin görülməsi: 1) Sərhədboyu zonada daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının pasportunda daxili işlər orqanları xüsusi ştamp vururlar. Belə ştamp vurulmuş pasportu olan vətəndaşlar Azərbaycan Respublikasının ərazisində bütün sərhədboyu zonanın hüdudları daxilində hərəkət edə bilərlər; --- 5) sərhədboyu zolaqda və dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında daimi yaşamayan şəxslər oraya yalnız istehsalat və ya xidmət zərurəti olduqda buraxılırlar. həmin vətəndaşların göstərilən yerlərə buraxılması və orada müvəqqəti qalması qaydasını, habelə orada sudan istifadə edilməsi, kənd təsərrüfatı işləri və başqa işlər görülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı yerli idarəetmə orqanları ilə razılığa əsasən müəyyən edir. Müəssisələrin, idarələrin, təşkilatların rəhbərləri görüləcək işlərin vaxtı və yeri haqqında sərhəd mühafizə orqanlarına qabaqcadan məlumat verməli, müəyyənləşdirilmiş sərhədboyu rejimə işləyən vətəndaşlar tərəfindən əməl olunmasını təmin etməlidirlər; --- 15) sərhədboyu zolaqda və Azərbaycan Respublikasının dövlət sərhədi ilə sərhəd mühafizə orqanlarının texniki çəpər xətti arasındakı ərazi zolağında hər cür tikinti, meşəqırma və başqa işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həyata keçirilir; Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrinə əsasən aparılan tikinti işləri və təbii fəlakətlərin ləğv edilməsi, xüsusilə təhlükəli yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri görülməsi ilə bağlı olan işlər istisna təşkil edir; 16) sərhədboyu zolaqda və bilavasitə dövlət sərhədinin yaxınlığında lazımi icazəsi olmadan və ya belə icazə olduqda, lakin müəyyən edilmiş qaydaları pozmaqla təsərrüfat və digər işlərin aparılması, mal-qaranın saxlanılması və otarılması, kütləvi-ictimai tədbirlərin keçirilməsi qadağandır. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli, 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 3.2. Həmin Qanunun 18-ci maddəsinin ikinci hissəsində, 22-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində, 24-cü maddəsinin 5-ci bəndinin birinci abzasının ikinci cümləsində və 14-cü bəndinin birinci cümləsində, 15-ci bəndində, 25-ci maddəsinin 5-ci, 6-cı və 8-ci bəndlərində, 30-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

- 4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin konkret halları və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)- 41/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə, Zaqatala rayon Aşağı Çardaxlar kəndinin inzibati ərazisində iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində sərhədboyu rejim ərazisində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyərində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində və sərhədləri hüdudlarında 4 metr x 5,5 metr ölçüdə qırmızı kərpic və çay daşından inşa edilmiş əsaslı tikili və 8 metr x 9 metr ölçüdə olan tövlə tikilisi həmin cavabdehlərin hesabına sökülməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflər arasındakı mövcud mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları və işin konkret halları ilə müəyyən olunmuşdur ki, Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində Cavabdeh4 və digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətində (xüsusi mülkiyyətdə) 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır (Reyestr nömrəsi: **********48;, Qeydiyyat nömrəsi: **********). İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti 11 mart 2024-cü ildə Cavabdeh4 qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh4 tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş tikililər - tövlə (8m x 9m), altıaçıq (6m x 12m), altıaçıq (8m x 14m) və əsaslı təsərrüfat tikilisinin (4 m x 5,5 m) cavabdehin öz hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh4 ailə üzvləri və eyni zamanda, sökülməsi tələb olunan tikililərin yerləşdiyi torpaq sahəsinin həmin cavabdehlə birlikdə ümumi birgə mülkiyyətçiləri olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 da iş üzrə cavabdeh qismində işə cəlb edilmişlər. Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, həmin qətnamədə “Cavabdeh4 tərəfindən onun mülkiyyətində olan Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları kənarında taxta materialdan quraşdırılmış (tikilmiş) tövlə tikilisinin onun öz hesabına sökülməsi” qət olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti həmin qətnamədən apellyasiya şikayəti verərək, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli e-2(033)-41/2025 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 09 oktyabr 2025-ci ildə keçirilən məhkəmə iclasında qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 oktyabr 2025-ci il tаrixli, 2(107)-806/2025 nömrəli qərаrdаdı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertiza rəyi аlınаnаdək işin icrааtının dаyаndırılması qərara alınmış və həmin qərardadda ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Çünki, iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərardadında ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: “1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən reyestr nömrəsi **********48 olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri və koordinatları naturada müəyyən edilsin ?. 2. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin iddia ərizəsində qeyd etdiyi və cavabdehin hesabına sökülməsini tələb etdiyi müvəqqəti tikililər - tövlə (8 x 9 m), altıaçıq (6 x 12 m), altıaçıq (8 x 14m) və əsaslı təsərrüfat tikilisinin (4 x 5,5m) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********48 olan çıxarışa əsasən Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyəti kimi rəsmiləşdirilmiş Zaqatala rayonu Aşağı Çardaxlar kəndində yerləşən 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cizgiləri daxilində yerləşib-yerləşməməsi müəyyən edilsin ?. 3. Həmin tikililər əsaslı tikili hesab edilirmi ?.” Həmin qərardad əsasında məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 13 yanvar 2025-ci il tarixli, 10/4994 nömrəli Ekspert Rəyi təqdim olunmuşdur. Lakin, Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2024-cü il tarixli qərardadı əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 13 yanvar 2025-ci il tarixli 10/4994 nömrəli Ekspert Rəyində sökülməsi tələb olunan tikililərin sərhədboyu rejim ərazisində, yəni “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşibyerləşməməsi müəyyən edilməmişdir. Ona görə də, iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin 09 oktyabr 2025-ci il tarixli, 2(107)-806/2025 nömrəli qərardadı ilə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin olunaraq, ekspertiza qarşısında aşağıda qeyd olunan suallar qoyularaq, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir: 1). Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində Cavabdeh4 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində (xüsusi mülkiyyətdə) olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Reyestr nömrəsi: **********48;, Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə və həmin torpaq sahəsinin sərhədlərinə aid hissələrdə (sərhədləri daxilində və sərhədləri hüdudlarında) inşa edilmiş hər hansı bir tikili Azərbaycan Respublikasının Dövlət Sərhədinin normativ xarakterli hüquqi aktlarla müəyyən edilmiş sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşib-yerləşməməsi müəyyən edilsin (qeyd olunan ərazidə aşkar edilən tikililərin dəqiq koordinatları göstərilməklə müfəssəl sxemləri tərtib edilsin) . 2). İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hazırkı iddia ərizəsində Cavabdeh4 sökülməsi tələb olunan müvəqqəti tikililər (tövlə (8 x 9 m), altıaçıq (6 x 12 m), altıaçıq (8 x 14 m)) və əsaslı təsərrüfat tikilisi (4 x 5,5 m) Azərbaycan Respublikasının Dövlət Sərhədinin sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşibyerləşməməsi müəyyən edilsin. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 27 oktyabr 2025-ci il tarixli “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” Məlumatla həmin qərardad icra olunmadan və rəy verilmədən mülki iş məhkəməyə geri qaytarılmış və ekspert tərəfindən həmin imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın” 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(107)-806/2025 nömrəli qərardadı ilə həmin ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə tapşırılmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin apellyasiya şikayətinə baxılması ilə əlaqədar aparılan araşdırma zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilərək 02 fevral 2026-cı il tarixli, 3-21-3- 47/2-607/2026 nömrəli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(107)-806/2025 nömrəli qərardadında qoyulmuş sualları araşdırmaq məqsədi ilə qeyd olunan ərazidə GPS aləti vasitəsilə ölçmə işləri aparılmış, aparılmış ölçmə işləri kameral şəraitdə ortofoto və elektron xəritə materiallarından istifadə edilərək araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdi: 1. Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində Cavabdeh4 və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində (xüsusi mülkiyyətdə) olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (Reyestr nömrəsi: **********48; Qeydiyyat nömrəsi: **********) yerləşdiyi ərazidə və həmin torpaq sahəsinin sərhədlərinə aid hissələrində ( sərhədləri daxilində və sərhədləri hüdudlarında) inşa edilmiş (tövlə (8 x 9m), altıaçıq ( 6 x 1 2 m) , altıaçıq (8 x 14 m)) və əsaslı təsərrüfat tikilisi (4 x 5,5 m) tikililər Azərbaycan Respublikasının Dövlət Sərhədinin normativ xarakterli hüquqi aktlarla müəyyən edilmiş sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşir. Həmin ərazidə yerləşən tikililərin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hazırkı iddia ərizəsində Cavabdeh4 olundan sökülməsi tələb olunan müvəqqəti tikililər (tövlə (8 x 9m), altıaçıq (6 x 12 m) , altıaçıq (8 x 14 m)) və əsaslı təsərrüfat tikilisi (4 x 5,5 m) Azərbaycan Respublikası Dövlət Sərhədinin sərhədboyu zona və ya sərhədboyu zolaq ərazisində yerləşir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı tərəflərin izahatları və tədqiq edilən sübutlarla iddia tələbində sökülməsi tələb olunan tikililərin iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində, yəni sərhədboyu rejim ərazisində yerləşdiyi və həmin tikililəri hər hansı bir müvafiq icazələr alınmadan cavabdeh tərəfin tikərək, istifadə etdikləri öz təsdiqini tapmışdır. Bununla belə, iş üzrə 11 mart 2026-cı ildə keçirilən məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Nümayəndə1 izahatında Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində Cavabdeh4 və onun ailə üzvləri olan digər cavabdehlər tərəfindən sərhədboyu rejim ərazisində qanunsuz inşa edilmiş tikililərdən “8 m x 9 m ölçülərdə olan tövlənin və 4 m x 5,5 m ölçülərdə olan əsaslı təsərrüfat tikilisinin sökülməsi” hissəsində iddia tələbini müdafiə etdiyini, “6m x 12m ölçüdə və 8m x 14m ölçüdə olan iki ədəd “altıaçıq” tikililərin, yəni kənarları bağlanmamış çardaq kimi quraşdırılan tikililərin sökülməsi” hissəsində isə iddia tələbini müdafiə etmədiyini və iddiaçı tərəf olaraq “altıaçıqların” sökülməsini tələb etmədiyini bildirmiş və öz mövqeyini - sərhədboyu rejim ərazisində müvafiq icazə alınmadan tikilmiş 8 m x 9 m ölçülərdə olan tövlənin və 4 m x 5,5 m ölçülərdə olan əsaslı təsərrüfat tikilisinin Sərhəd Xidməti əməkdaşlarının həmin ərazidə dövlət sərhədinin mühafizəsi və qorunması fəaliyyətinin həyata keçirilməsinə maneçilik yaratması, 6m x 12m ölçüdə və 8m x 14m ölçüdə olan iki ədəd “altıaçıq” tikililərin isə yanları, yəni kənarları açıq olduğuna görə sərhəd mühafizə xidmətinin həyata keçirilməsinə maneə törətməməsi ilə əsaslandırmışdı. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin mövqeyi və hazırkı iddia tələbi üzrə mübahisənin həlli üçün nəzərə alınmalı olan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 12 iyun 2018-ci il tarixli, 1181- VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın tələblərinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə Zaqatala rayon Aşağı Çardaxlar kəndi ərazisində yerləşən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində cavabdeh tərəfin sərhədboyu rejim ərazisində hər hansı icazə alınmadan 4 metr x 5,5 metr ölçüdə qırmızı kərpic və çay daşından inşa edilmiş əsaslı tikili və 8 metr x 9 metr ölçüdə olan tövlə tikilisi həmin cavabdehlərin hesabına sökülməli, iddia tələbində qeyd olunan “altıaçıq”lar, yəni kənarları bağlanmamış çardaq tipli tikililər isə həmin ərazidə dövlət sərhədinin mühafizəsi və qorunması fəaliyyətinin həyata keçirilməsinə maneçilik yaratması səbəbindən sökülməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilməklə Zaqatala rayon Aşağı Çardaxlar kəndinin inzibati ərazisində iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində - sərhədboyu rejim ərazisində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyərində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində və sərhədləri hüdudlarında 4 metr x 5,5 metr ölçüdə qırmızı kərpic və çay daşından inşa edilmiş əsaslı tikili və 8 metr x 9 metr ölçüdə olan tövlə tikilisi həmin cavabdehlərin hesabına sökülməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, işin halları nəzərə alınmaqla, iş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, e-2(033)-41/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Zaqatala rayon Aşağı Çardaxlar kəndinin inzibati ərazisində iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd komendantlığının 14-cü sərhəd zastavasının 35-ci sahəsində - sərhədboyu rejim ərazisində cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyərində olan 2,4581 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində və sərhədləri hüdudlarında 4 metr x 5,5 metr ölçüdə qırmızı kərpic və çay daşından inşa edilmiş əsaslı tikili və 8 metr x 9 metr ölçüdə olan tövlə tikilisi həmin cavabdehlərin hesabına sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə birinci instansiyası məhkəməsində aparılan icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar