Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-81/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş payına düşən hissənin naturada ayrılması, payına verilmiş torpaq sahəsindən cavabdehlərin çıxarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın naturada bölünməsi, ekspertizadan imtina, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tаrixli, 2(019)-19/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsindən ona məxsus 6/18 hissəsinin naturada ayrılması, payına düşən sahədən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Balakən rayonu Qabaqçöl qəsəbəsində atası və anasına məxsus 0.2479 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 186.80 kv.m-dən ibarət fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X1nun adına, torpaq sahəsi isə X1nun və anası X6 adın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 18.04.2002ci ildə, anası X9 isə 28.03.2010-cu ildə ölmüşdür. Onların ölümündən sonra Balakən rayon Notariat Ofisində vərəsəlik işi açılmışdır. 15 noyabr 2019-cu ildə miras əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Miras əmlakın 1/3 hissəsi ona verilmiş, 1/3 hissəsi Cavabdeh1 və 1/3 hissəsi Cavabdeh2 oğluna qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Bundan sonra 24 yanvar 2020-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsindən 0.2479 ha həyətyanı torpaq sahəsinin 6/18 hissəsinə və fərdi yaşayış evinin 1/3 hissəsinə reyestr nömrəsi **********73-10301 olan Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ümumi paylı mülkiyyətlərində olan 0.2479 ha torpaq sahəsinin 6/18 hissəsindən istifadə etməyə imkan vermir. Buna görə də mübahisələrinin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tаrixli, 2(019)-19/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən İddiaçı məxsus 6/18 hissəsinin məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılması, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun çıxarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 10 manat dövlət rüsumunun alınaraq, İddiaçı ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 50 manat ekspertiza xərcinin alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesabAZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********73-10301 olan, ********** qeydiyyat nömrəli 24.01.2020-ci il tarixli Çıxarışla 28 №li reyestr kitabının 27 №li vərəqində 24.01.2020-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/3 və torpaq sahəsinin 10/18 hissəsi X2, torpaq sahəsinin 2/18 hissəsi X6 və fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 16/18 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 28 mart 2010-cu ildə ölmüşdür. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır. Həmin torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti sxem 1-də göstərilmişdir. Yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hüquqmüəyyənedici sənəddə göstərilən 0.2479 ha torpaq sahəsinin koordinatları əks olunmadığından, iddiaçıya ayrılacaq torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektar olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun bildirdiklərinə görə həmin torpaq sahəsini bütövlüklə özləri istifadə edirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, ümumi paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı tərəflərin razılığa gələ bilməmələrini, ekspert rəyinə əsasən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə İddiaçı 6/18 hissə payının naturada ayrılmasının mümkün olmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən ümumi paylı mülkiyyətdə olan 0.2479 ha torpaq sahəsindən İddiaçı məxsus 6/18 hissəsi məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun naturada ayrılmalı, həmin 0.2479 ha torpaq sahəsinin İddiaçı payına düşən sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu çıxarılmalıdırlar. Həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan 10 manat dövlət rüsumu alınaraq, İddiaçı və 50 manat ekspertiza xərc alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri, 29 maddəsi, «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” 13.06.1979-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.1, 213.6, 214.1, 220.1-220.3, 238.1, 238.2, 238.3, 239.2, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 117.1, 118.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən yalnız İddiaçı təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Bununla da məhkəmə iddiaçının mülkiyyət hüquqlarının müdafiəsini qorumaqla yanaşı, digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmışdır. Hesab edir ki, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar vardır. Məhkəmə işə baxarkən ekspertizanın rəyi ilə onu tanış etməmişdir. Məhkəmə iddia tələbinin təmin olunması üçün ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyi sübut növlərindən biri sayılır. Məhkəmə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 2(019)-19/2021 saylı qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.1-ci maddəsinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Torpaq Məcəlləsi: Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci hissəsinə əsasən, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 65-ci maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı: «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Balakən Rayon Məhkəməsinin 2(019)- 19/2021 saylı, 12 aprel 2021-ci il tаrixli qətnaməsinin ləğv edilməsinə və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-19/2021 saylı, 12 aprel 2021-ci il tаrixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********73-10301 olan, ********** qeydiyyat nömrəli 24.01.2020-ci il tarixli Çıxarışla 28 №li reyestr kitabının 27 №li vərəqində 24.01.2020-ci il tarixdə Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən fərdi yaşayış evinin 2/3 və torpaq sahəsinin 10/18 hissəsi X2, torpaq sahəsinin 2/18 hissəsi X6 və fərdi yaşayış evinin 1/3 və torpaq sahəsinin 16/18 hissəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 28 mart 2010-cu ildə vəfat etmişdir. 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 18.04.2002-ci ildə ölmüş X2 ünvan 3 ünvanında yaşayan qızı İddiaçı (AZE 0*******, 23/04/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak- ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30/10/2019 tarixdə X3 verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 186.80 kv/m olan fərdi yaşayış evi tam, ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 5/6 hissəsindən ibarətdir. 15 noyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 28.03.2010 X6 ünvan 3 ünvanında yaşayan qızı İddiaçı (AZE 0*******, 23/04/2005-Balakən RPŞ FİN:) miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30/10/2019 tarixdə İddiaçı verilmiş **********73-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qabaqçöl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,2479 ha olan torpaq sahəsinin mərhuma çatacaq 1/6 hissəsindən ibarətdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, məhkəmə iddia tələbinin təmin olunması üçün ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyi sübut növlərindən biri sayılır. Məhkəmə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir. Məhkəmə apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 04 fevral 2021-ci il tarixli, 10/1249 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır və həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir; Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektardır. Həmin torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti sxem 1-də göstərilmişdir. Yerləşmə vəziyyətinə uyğun olaraq torpaq sahəsi iki tərəfdən yol ilə, digər tərəflərdən isə qonşu torpaq sahələri ilə əhatə olunmuşdur. Bu səbəbdən İddiaçı 6/18 hissə payının naturada ayrılması mümkündür. Lakin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hüquqmüəyyənedici sənəddə göstərilən 0.2479 ha torpaq sahəsinin koordinatları əks olunmadığından, iddiaçıya ayrılacaq torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTl-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Balakən rayonu Qabaqçöl qəsəbəsində yerləşən İddiaçı, Cavabdeh1 və X6 ümumi birgə mülkiyyətinə verilmiş 0.2479 ha torpaq sahəsinin naturada ölçüləri 0.3341 hektar olmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun bildirdiklərinə görə həmin torpaq sahəsini bütövlüklə özləri istifadə edirlər. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilmiş ekspert rəyi natamam verilmişdir və birinci instansiya məhkəməsi həmin rəyə əsaslanaraq iddia tələbini təmin etməklə yanlış qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı payına düşən torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü və payına düşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini sübuta yetirə bilməmişdir. Belə ki, Məhkəmə kollegiyasının 22 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Lakin iddiaçı və cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş məbləğ ödəmədiklərindən ekspert rəy verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı məhkəmə kollegiyasına ərizə də təqdim edərək ekspertiza xərcini ödəməkdən imtina etmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı məhkəmə kollegiyasına iddia tələbini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsindən imtina etmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə bir sübut olmadığına görə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tаrixli, 2(019)-19/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 2(019)-19/2021 saylı, 12 aprel 2021-ci il tаrixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.