Məhkəmə qərarları › İş №2(107)-81/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-81/2025

28.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-81/2025 28.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X25 cavabdehlər X16, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Ağdaş rayon Bələdiyyəsi və Ağdaş rayon notariat ofisinə qarşı (açar sözlər: Müqavilənin etibarsız hesab edilməsi) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X36 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - X25 nümayəndəsi və vəkili X23, Cavabdeh - X12 nümayəndəsi və vəkili X17 iştirakı ilə, İddiaçı X25 cavabdehlər X16, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi, Ağdaş rayon Bələdiyyəsi və Ağdaş rayon notariat ofisinə qarşı “Ağdaş rayon Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsindən iddiaçı X25 nümayəndəsi və vəkili X31 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, 81A nömrəli ünvanında yerləşən 0,07 hektar yaşayış məntəqələrinin torpaqları X18 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində xx.xx.2014cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

2. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsindən görünür ki, ilk iddianın qismən təmin edilməsi, Ağdaş X1 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən X13 icravə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 savlı 14 yanvar 2014- cü il tarixli, qərarı, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-1 ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsi 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi üə üçüncü şəxsin adma verilmiş seriya RX ******* savlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, ilk iddia qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, Ağdaş Bələdiyyəsi ilə X16 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 savlı müqavilənamənin ləğv edilməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qətt edilmişdir.

3. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və qəyişdirilmədən saxlanılaraq qanuni qüvvəsini almışdır.

4. İş materiallarında olan 22 iyul 2022-ci ildə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 253734 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 16 iyun 2022-ci il tarixdə ölmüşdür.

5. İş materiallarında olan 26 may 2023-cü il tarixli, qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X18 vərəsələri: Ağdaş, H.Əliyev prospekti -81 ünvanında qeydiyyatda olan arvadı- X32 (AZE13387053, xx.xx.2013 Ağdaş RPŞ, FİN:2YGP8TH, d/t:xx.xx.1960), Ağdaş, H.Əliyev pr.81 ünvanında qeydiyyatda olan qızı- X29 (AZE17482521, xx.xx.2018 Asan-Qəbalə, FİN:0ZD2WL2, d/t:xx.xx.1983) və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak “Elektron notariat” informasiya sistemindən real vaxt rejimində əldə edilmiş ƏMDK-nin yanında DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 81A (Yeni qaydalarla: AZ0300, Ağdaş rayonu, Ağdaş şəhəri, Heydər Əliyev prospekti, 145A) ünvanında yerləşən ümumi sahəsi 0.0526 ha olan torpaq sahəsindən ibarətdir.

6. İş materiallarında olan 17 aprel 2019-cu Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının surətindən görünür ki, Ağdaş şəhəri ünvan 5 ünvanda yaşayan X12 06 oktyabr 2016-cı il tarixli, ərizəsi nəzərə alınsın. Ağdaş Bələdiyyəsinin inzibati ərazisində yerləşməklə Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan şəhərin H.Əliyev prospekti 81 B saylı ünvanda yerləşən fərdi yaşayış məntəqələrinin torpaq sahəsindən 0,0174 hektarının ’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri barədə) 9.1 maddəsinə uyğun olaraq Ağdaş şəhəri ünvan 5 ünvanda yaşayan X12 mülkiyyətinə satılması barədə sənədlər nəzərə alınsın. Ağdaş şəhəri ünvan 5 ünvanda yaşayan X13 Ağdaş Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan yararlı torpaq sahəsindən 0,0174 hektar fərdi həyətyanı məqsədilə (torpağın lıər 0.01 hektarının müvafiq kadastr qiyməti rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0.01 hektarına görə ödənilən qiymətdən az olmamaq şərti ilə) satılsın. M.Məmmədli torpaq şöbəsinin normativ qiymətindən az olmamaq şərti ilə onun dəyərini X28 bankdakı ******************** hesabın ödənilməsini təmin etsin. Azərbaycan Respublikasının 2014-cü il 30 sentyabr tarixli, 1052-İV QD nömrəli Qanunun 9.1-ci maddədə “vətəndaşların mülkiyyətinə”, “bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla”, vətəndaş X12 9.8 “torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Rçspublikasımn Qanununda, bu qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini 5 (beş) il müddətində özgəninkiləşdirə bilməməsi vətəndaş M.Məmmədliyə elan olundu. X4, şəhərin H.Əliyev prospekti 81 B saylı ünvanda yerləşən torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsindən xahiş edilsin.

7. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2018-ci il tarixli, 2(102)-1404/18 saylı qərarının 5-ci səhifəsində 3cü abzasdan görünür ki, bələdiyyə ilə ilk iddiaçı arasında Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin 1/4 kv metr hissəsinə dair icarə müqaviləsinin mövcudluğuna, icarə müqaviləsinə xitam verilməməsinə və ilk iddiaçı tərəfindən icarə müqaviləsi üzrə icarə haqqları vaxtı-vaxtında bələdiyyəyə ödənilməsinə, ilk iddiaçının üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, Ağdaş Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan mübahisələndirilən 174 kv.metr torpaq sahəsinin də yerləşdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə ilk iddiaçı, yəni icarəçi X13 hər hansı xəbərdarlıq etmədən həmçinin icarəçinin 0,07 ha torpaq sahəsini satın almaqda üstünlük hüququnu nəzərə almadan, ona hər hansı təklif etmədən 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsi ilk iddiaçının icarəsində olduğu müddətdə, yəni 18 fevral 2014-cü il tarixdə X5, qarşılıqlı iddiaçı Ağdaş şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin bələdiyyə ilə 18 fevral 2014-cü il tarixdə alqı-satqı həyata keçirmədən də, yəni əvvəlcədən ona vərəsəlik qaydasında məxsus olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.

8. İş materiallarında olan AN-İ № seriyalı, 27 aprel 2019-cu il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, alıcı X8 Ağdaş Bələdiyyəsindən 174 kv.m torpaq sahəsini 348 manata almışdır.

9. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, ....X9 mülkiyyətində olmuş 0,07 ha torpaq sahəsinin 0,0174 ha hissəsi üzərində X12 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X12 mülkiyyətində olan 0,0174 ha torpaq sahəsində qeyri-yaşayış binası (mağaza) mövcuddur. Binanın istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyiidir. Yerdə qalan 0.0526 ha torpaq sahəsi üzərində X18 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 mülkiyyətində olmuş 0.0605 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 255.6 kv.m olan fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsinin 11/20 hissəsi üzərində X25, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsinin 9/20 hissəsi üzərində X20 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixində ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

10. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş şəhəri, H.Əliyev prospekti, 81B nömrəli ünvanında yerləşən 0,0174 hektar yaşayış məntəqələrinin torpaqları X12 xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində 11 noyabr 2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır.

II. Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı X32 cavabdehlər X13, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş Bələdiyyəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81A ünvanda yerləşən 0,07 ha torpaq sahəsi mərhum X15nun mülkiyyətinə verilmişdir. Bu barədə ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Ağdaş X1 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən X13 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə üçüncü şəxsin adma verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin olunması, Ağdaş Bələdiyyəsi ilə X16 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamənin ləğv edilməsi qət edilmişdir. X15 16 iyun 2022-ci il tarixdə vəfat etmişdir. Bundan sonra o, ərindən miras qalmış əmlakın qəbul olunması ilə bağlı notariat kontoruna müraciət etmişdir. Ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. Həmin şəhadətnamədə miras qalmış əmlakın ümumi sahəsinin 0.0526 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur. Bundan sonra o bununla bağlı cavabdeh idarəyə müraciət etmişdir. Lakin, cavabdeh idarə ona heç bir məlumat vermədi. Eyni zamanda da o, cavabdeh idarədə olan zaman heç bir sənədə imza etməmiş, heç bir sənəd qəbul etməmişdir. Bu yaxınlarda ona məlum oldu ki, mərhum əri Fizuli İsmayılova RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışla mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsinin daxilində yerləşən 174 kv.metr torpaq sahəsi Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhər sakini X13 alqı-satqı olunaraq onun mülkiyyətinə verilmişdir. Bunun əsasında da X12 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hesab edir ki, mübahisəli olan 174 kv.metr torpaq sahəsinin X13 verilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(014)-152/2017 saylı qətnaməsinə əsasən Ağdaş Bələdiyyəsi ilə X16 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli, 01 saylı müqavilənamə ləğv edilmişdir. Qeyd olunan 174 kv.metr torpaq sahəsi mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq ona təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onun tərəfində olmuşdur. Lakin, buna baxmayaraq Ağdaş Bələdiyyəsi 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən Ağdaş şəhəri, Heydər Əliyev prospekti 81-B ünvanda yerləşən 174 kv.metr torpaq sahəsini X13 alqı-satqı vasitəsi ilə onun mülkiyyətinə vermişdir. Hesab edir ki, bu tam qanunsuz və əsassızdır. Belə ki, 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Ancaq buna baxmayaraq Qanunvericiliyin tələbləri tam pozulmaqla Ağdaş Bələdiyyəsi tərəfindən 174 kv.metr torpaq sahəsinin X2 qərara alınmışdır. Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında Ağdaş rayon natariat kontorunda rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv edilməsini və alqı-satqı müqaviləsi nəticəsində X12 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi haqqında qətnamə çıxarılması xahiş olunmuşdur.

13. Cavabdeh X12 nümayəndəsi və vəkili X27 iddia ərizəsinə vermiş olduğu etirazında bildirmişdir ki, iddia ərizəsini qəbul etmir və göstərdiyi əsaslara görə rədd edilməlidir. Bildirir ki, Ağdaş Bələdiyyəsi sədrinin 35 nömrəli 30 aprel 2001-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpağın alqı-satqı Qaydalarının 9-cu bəndinə, Nazirlər Kabinetinin 20 iyun 2000-ci il tarixli 106 saylı qərarına və Ağdaş Bələdiyyəsi üzvlərinin ümumi iclasının 27 aprel 2001-ci il tarixli 04 saylı qərarına uyğun olaraq M.Məmmədlinin ərizəsi və şəhərin Azadlıq küçəsi (hazırda H.Əliyev prospekti adlanır) 81 saylı ünvandakı həyətin sahibi X21 razılıq ərizəsi nəzərə alınaraq həmin həyətyanı torpaq sahəsinin Azadlıq küçəsinin səki kənarındakı mövcud 8 m x 6 m mağazanın torpaq sahəsi də daxil olmaqla mağaza tikintisi üçün 29,0 m x 6.0 m = 174,0 kv.metr ölçüdə torpaq sahəsi ayrılmış və müvafiq vergi qanunvericiliyinə, torpağın sxematik planına, akt tələblərinə və torpaq icarə müqaviləsi şərtlərinə əməl etməklə fəaliyyət göstərmək şərti ilə müvafiq qaydada ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi ərizə ilə bələdiyyəyə müraciətindən sonra Ağdaş bələdiyyəsi sədri müavininin, mühəndisinin, katibinin, mərhum Minayə İsmayılovanın və onun iştirakı ilə naturada ayrılmışdır və bu barədə 23 aprel 2001-ci il tarixli akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin sxematik planı tərtib edildikdən sonra cavabdeh Ağdaş Bələdiyyəsi ilə M.Məmmədlinin arasında 426 nömrəli 01 may 2001-ci il tarixili icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə 174 kv.metr torpaq sahəsi 31 dekabr 2004-cü il tarixədək ona icarəyə verilmişdir. Həmin tarixdən sonra, o hər il Ağdaş Bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq və icarə haqqını ödəyərək qanunvericiliyin tələblərinə və müqavilənin şərtlərinə uyğun olaraq orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İcarə müqaviləsinin müddəti başa çatdıqdan 06 yanvar 2016-cı il tarixədək bələdiyyə ilə aralarlnda müqaviləyə xitam vermək və ya onu dəyişdirmək haqqında ərizəsi olmamışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 06 yanvar 2016-cı il tarixdə bələdiyyə ilə aralarında yeni icarə müqaviləsi bağlanmışdır. Ağdaş RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfindən smeta sənədləri tərtib edildikdən sonra M.Məmmədli həmin ayrılaraq ona icarəyə verilmiş 174 kv.metr torpaq sahəsində mağaza binası tikdirmiş və həmin tikinti texniki şərtlər alındıqdan sonra tərəfindən inşa edilmiş Ağdaş şəhəri, H.Əliyev prospektində (keçmiş Azadlıq küçəsi) ticarət obyekti mövcud qanunvericiliyə uyğun tikildiyi və tələblərə cavab verdiyindən həmin tikili Ağdaş RİHB-nin Tikinti və memarlıq şöbəsi tərəfindən məqəsədə müvafiq bilinmişdir və bu barədə 04 oktyabr 2006-cı il tarixdə DƏDKR PHŞ-in 17 saylı Yevlax Ərazi İdarəsinə 262T-Ş nömrəli məktub verilmişdir. Lakin bütün bunlara baxmayaraq Ağdaş bələdiyyəsi mübahisəli 174 kv.metr torpaq sahəsinin də daxil olduğu 0,07 hektar torpaq sahəsini yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, həyətyanı məqsədi torpaq sahəsi kimi DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsində 19 oktyabr 2013-cü il tarixdə mülkiyyət hüququ üzrə adına qeydə aldırmış və adına 19 oktyabr 2013-cü il tarixdə RX seriyalı, ******* saylı, Reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Ağdaş bələdiyyəsi Çıxarış aldıqdan sonra 18 fevral 2014-cü ildə həmin 0,07 hektar torpaq sahəsini Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanda qeydiyyatda olan X5 və alqı-satqı Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü reyestrdə 4Ə-107 nömrə ilə qedə alınmış seriya AN-İ ******* saylı daşınmaz Əmlakın (Torpağın) alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. X26 alqı-satqı müqaviləsini aldıqdan sonra həmin torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması məqsədi ilə DƏDKR PHŞninin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında 24 dekabr 2014-cü il tarixdə adına qeydə aldırmış və bu barədə ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış işlənmişdir. Ona görə də M.Məmmədli Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarının, Seriya AN-İ ******* saylı daşınmaz əmlakın (Torpağın) alqı-satqı müqaviləsinin və Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək Ağdaş bələdiyyəsi tərəfindən ona icarəyə verilmiş 174 kv. metr torpaq sahəsi də daxil olmaqla Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanda yerləşən 0,07 hektar torpaq sahəsinin X3 dair qəbul etdiyi bələdiyyənin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarın, həmin qərar əsasında notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin və DƏDKR PHŞ-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı da ilk iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş bələdiyyəsi ilə M.Məmmədlinın arasında bağlanmış 01 saylı 06 yanvar 2016-cı il tarixli müqavilənamənin ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş bələdiyyəsi tərəfindən X13 icarəyə verilmiş 174 kv.metr torpaq sahəsi hissəsində Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, Ağdaş bələdiyyəsi ilə aramızda bağlanmış 01 saylı, 06 yanvar 2016-cı il tarixli müqavilənamənin ləğv edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin həmin qətnaməsi apellyasiya və kassasiya qaydasında baxılaraq qüvvəsində saxlanılmışdır. M.Məmmədli 174 kv.metr torpaq sahəsindən 2001-ci ildən başlayaraq maneəsiz və fasiləsiz, pretenziyasız və digər şəxslərin hüquqlarına toxunmadan istifadə etdiyinə və məhkəmənin qətnamə və qərarı ilə Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş bələdiyyəsi tərəfindən M.Məmmədliyə icarəyə verilmiş 174 kv.metr torpaq sahəsi hissəsində Ağdaş bələdiyyəsinin ümumi iclasının 01 saylı, 14 yanvar 2014-cü il tarixli qərarı, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsi 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə və DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə ləğv edildiyindən və uzun müddət torpaq sahəsini icarə götürərək istifadə etdiyinə görə həmin torpaq sahəsini almaqda üstünlük hüququ olduğuna görə həmin torpaq sahəsinin M.Məmmədliyə satılması üçün haqlı olaraq ərizə ilə Ağdaş bələdiyyəsinə müraciət etmişdir. Ağdaş bələdiyyəsinin ümumi iclasının 17 aprel 2019-cu il tarixli 04 saylı qərarı ilə həmin 174 kv.metr torpaq sahəsinin M.Məmmədliyə satılması qərar alınmışdır. Ağdaş bələdiyyəsi həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında dövlət reyestrində adına qeydiyyata aldırdıqdan sonra Ağdaş rayon notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsinə əsasən satın almış və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində M.Məmmədlinın adına qeydiyyata alınmış və bu barədə onun adına həmin tarixli, **********78 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd edilən torpaq sahəsinin bələdiyyə tərəfindən M.Məmmədliyə satılması və torpağın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması zamanı heç bir qanunvericiliyin tələbi pozulmamışdır. Bunun əksi olaraq iddiaçı tərəf həmin torpaq sahəsinin onun mülkiyyətində və ya uzun müddət onun istifadəsində olmasını təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11, 14-21, 23, 24, 25 və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçiləırinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qeyd edilən qanunvericilik aktlarının tələbindən və işin faktiki hallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi 174 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə ləğv edildiyindən onun hazırda həmin torpaq sahəsini mübahisələndirmək, ən əsası isə həmin torpaq sahəsi qanuni əsaslarla M.Məmmədlinin xüsusi mülkiyyətində olduğuna görə onun mənə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün heç bir subyektiv hüquq yoxdur. Yuxarıda qeyd etdiyi qanunvericilik aktlarının tələblərindən, işin faktiki hallarından və iş materiallarından görünür ki, iddiaçı həmin 174 kv.metr torpaq sahəsinin onun mərhum ərinin mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsinin daxilində yerləşməsini bildirsə də, iddia ərizəsinin əsasını təşkil və təsdiq edən həmin halları təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Onun heç bir qanuni əsaslara söykənməyən və iddianın əsasını təşkil edən fərziyyələri sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsasını təşkil edən heç bir mötəbər sübutu olmadığından M.Məmmədliyə qarşı belə bir tələblə məhkəməyə müraciət etməsinə heç bir hüquqi əsasları yoxdur. Ona görə də iddia əsasssız olduğundan rədd edilməlidir. Həmçinin iddia ərizəsinin məzmunundan görünür ki, bir neçə tələb bir-biri ilə birləşdirilmişdir. Həmin tələblərin bir hissəsi ümumi məhkəmələrin, digər hissəsi isə inzibati məhkəmələrin səlahiyyətlərinə aiddir. Hesab edir ki, həmin hissədə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərdiklərini və iddia tələbinə qarşı etirazını və etirazın əsaslarını təşkil edən işin faktiki hallarını nəzərə alaraq təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını, düzgün araşdırılaraq hüquqi qiymət verilməsini və iddia ərizəsi tamamilə əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyev iddia ərizəsinə vermiş olduğu etirazında bildirmişdir ki, iddiaçı X25 iddia tələbində qeyri-müəyyənlik vardır. Belə ki, ilkin olaraq iddiaçı müvafiq ərizə ilə Ərazi İdarəsinə müraciət etməli, Ərazi İdarəsi tərəfindən ünvanlanmış imtina bildirişi vasitəsilə iddianı inzibati icraat qaydasında mübahisələndirməlidir. İddia tələbinin verilməsində prosessual pozuntu aşkar edilmişdir ki, iddiaçı hazırkı mübahisə üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsini deyil, yalnız həmin müqavilənin bağlanmasını təmin etmiş Ağdaş rayon Dövlət Notariat Kontorunu cəlb etməsi prosessual baxımdan qanunamüvafiqdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasını 29.4-cü maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, hüquqi və ya fiziki şəxslərin müraciəti əsasında digər hüquqi və ya fiziki şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsinə dair digər təşkilat tərəfindən tərtib edilən hüquqmüəyyənedici (hüquqi və ya texniki) sənədin hüquq sahibinin razılıq ərizəsi və ya məhkəmə qərarı olmadan ləğv edilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Ərazi İdarəsi olaraq, mülki mübahisə üzrə cavabdeh qismində cəlb olunduğumuz və gələcəkdə prosessual hərəkətlərin həyata keçirilməsinə şərait yaradılması üçün elektron məhkəmə sisteminə əlavə edilməsini xahiş edirik. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.4cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin qanunun 23.1-ci maddəsində qeyd edildiyi kimi qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki işin nəticəsi üzrə zəruri sayıldığından Ərazi İdarəsinin arxiv materillarında saxlanılan mübahisəli torpaq sahəsi barədə sənədlər etiraza qoşma edilərək məkəməyə təqdim edilir. Odur ki, mülki prosessual qanunvericiliyin mövcud tələblərini nəzərə alaraq iddia tələbinin rədd olunması (mümkünsüz sayılması) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X25 nümayəndəsi və vəkili X31 iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X12 nümayəndəsi və vəkili X27 etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında Ağdaş Bələdiyyəsinin nümayəndəsi X37 iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

18. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qərardadı ilə iddiaçı X25 cavabdehlər X13, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş Bələdiyyəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi hissəsində icraata xitam verilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi hissəsi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır. İş həmin hissədə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir.

20. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsi ilə iddiaçı X25 cavabdehlər X13, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi dair hissədə təmin edilməmiş, eyni zamanda iddia tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi hissəsində Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qərardadı ilə iş üzə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir.

21. Məhkəmə hesab etmişdir ki, hər iki tərəfin iştirak etdiyi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə həmin torpaq sahəsini X6 almaqda üstünlük hüququnun olması qeyd edilmişdir və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

22. Məhkəmə qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, bələdiyyənin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə və ya icarəsinə hərrac və ya müsabiqə keçirilmədən verilə bilər.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.1, 56.2 və 56.4-cü, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməninmüddəlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4 və 233.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiаçı X25 nümayəndəsi və vəkili X14 Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində göstərilənlərlə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ...birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, bələdiyyə ilə ilk iddiaçı arasında Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin 1/4 kv metr hissəsinə dair icarə müqaviləsinin mövcudluğuna, icarə müqaviləsinə xitam verilməməsinə və ilk iddiaçı tərəfindən icarə müqaviləsi üzrə icarə haqqları vaxtı-vaxtında bələdiyyəyə ödənilməsinə, ilk iddiaçının üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, Ağdaş Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan mübahisələndirilən 174 kv.metr torpaq sahəsinin də yerləşdiyi Ağdaş şəhəri, H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinə ilk iddiaçı, yəni icarəçi X13 hər hansı xəbərdarlıq etmədən həmçinin icarəçinin 0,07 ha torpaq sahəsini satın almaqda üstünlük hüququnu nəzərə almadan, ona hər hansı təklif etmədən 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsi ilk iddiaçının icarəsində olduğu müddətdə, yəni 18 fevral 2014-cü il tarixdə X5, qarşılıqlı iddiaçı Ağdaş şəhəri H.Əliyev prospekti 81 ünvanında yerləşən 0,07 ha torpaq sahəsinin bələdiyyə ilə 18 fevral 2014cü il tarixdə alqı-satqı həyata keçirmədən də, yəni əvvəlcədən ona vərəsəlik qaydasında məxsus olduğunu bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2018-ci il tarixli, 2(102)-1404/18 saylı qərarından görünür ki, Ağdaş Bələdiyyəsi 18 fevral 2014-cü il tarixdə 174 kv.metr torpaq sahəsinin də daxil olduğu 0.07 ha torpaq sahəsini qarşılıqlı iddiaçı X7 baxmayaraq 06 yanvar 2016-cı il tarixdə ilk iddiaçı ilə yenidən icarə müqaviləsi bağlamaqla, qanunvericiliyin tələblərini pozmuşdur. Qeyd olunan 174 kv.metr torpaq sahəsi mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq onlara təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onların tərəfində olmuşdur. Qeyd olunanlara əsasən Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

27. Məhkəmə kollegiyasının iclasında iddiaçı X25 nümayəndəsi və vəkili X31 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında cavabdeh X12 nümayəndəsi və vəkili X27 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

32. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

33. İş üzrə iddiaçı tərəf birinci instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

34. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

35. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

36. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

37. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...); - 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

38. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

39. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

41. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

42. Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu

43. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiаçı X25 nümayəndəsi və vəkili X31 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

58. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

59. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək Ağdaş X1 satmış olduğu 0,07 ha torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən X13 icarəyə verilmiş 174 kv.metr torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 14 yanvar 2014-cü il tarixli, 01 saylı qərarının, həmin qərar əsasında Ağdaş rayon notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,07 ha torpaq sahəsinin 174 kv.metr sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək, Ağdaş Bələdiyyəsi ilə X16 arasında bağlanmış 01 saylı, 06 yanvar 2016-cı il tarixli müqavilənamənin ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin həmin qətnaməsi apellyasiya və kassasiya qaydasında baxılaraq dəyişdirilmədən saxlanılmışdır. Ağdaş Bələdiyyəsinin 17 aprel 2019-cu il tarixli ümumi iclasının 04 saylı qərarına əsasən bələdiyyənin mülkiyyətində olan 174 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə Ağdaş şəhər sakini X12 mülkiyyətinə verilmişdir. Bu barədə Ağdaş rayon notariat ofisində Ağdaş Bələdiyyəsi ilə X16 arasında AN-İ № seriyalı, 27 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Bunun əsasında da X12 0.0174 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra yerdə qalan 0.0526 ha torpaq sahəsi üzərində X18 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır.

60. İddiaçı X32 cavabdehlər X13, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə, Ağdaş Bələdiyyəsinə, Ağdaş rayon Notariat Ofisinə qarşı Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, həmin qərar əsasında Ağdaş rayon Notariat Ofisində bağlanmış AN-İ № seriyalı, 27 aprel 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqısatqı müqaviləsi nəticəsində X12 adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

61. Ağdaş Rayon Məhkəməsinin qərardadı ilə iddia tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin Ağdaş Bələdiyyəsinin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 4 saylı qərarının ləğv edilməsi hissəsində icraata xitam verilmişdir.

62. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 6.1-ci bəndində göstərilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

63. Müəyyən edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e- 2-1(116)-3245/2024 saylı qərardadı ilə iddiaçı X25 cavabdeh Ağdaş rayon Ağdaş Bələdiyyəsinə qarşı “bələdiyyənin ümumi iclasının xx.xx.2019-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi mümkün sayılmamışdır.

64. İş materiallarında olan 07 yanvar 2025-ci il tarixli, 2-1(116)-3245/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, e-2-1(116)-3245/2024 saylı qərardadından apellyasiya şikayəti verilməmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir.

65. Ağdaş rayon Məhkəmıəsi iddia tələbinin qalan hissələrinə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qətnamə ilə mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsində göstərilənləri təkrarlamaqla onunla eynilik təşkil edir.

67. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, 174 kv.metr torpaq sahəsi iddiaçının mərhum əri Fizuli İsmayılova məxsus torpaq sahəsinin daxilində yerləşdiyinə görə qeyd olunan torpaq sahəsi ilkin olaraq onlara təklif olunmalı idi. Çünki qeyd olunan torpaq sahəsini əldə etməkdə üstünlük onların tərəfində olmuşdur.

68. Kollegiya həmin dəlillə bağlı ilk növbədə onu bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2018-ci il tarixli, 2(102)-1404/18 saylı qərarından görünür ki, qarşılıqlı iddiaçı (iddiaçının əri Fizuli İsmayılov-kursiv kollegiyanındır) Ağdaş Bələdiyyəsi ilə X16 arasında bağlanmış 06 yanvar 2016-cı il tarixli 01 saylı müqavilənamənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, Ağdaş Bələdiyyəsi 18 fevral 2014-cü il tarixdə 174 kv.metr torpaq sahəsinin də daxil olduğu 0.07 ha torpaq sahəsini qarşılıqlı iddiaçı X7 baxmayaraq 06 yanvar 2016-cı il tarixdə ilk iddiaçı ilə (X16 ilə-kursiv kollegiyanındır) yenidən icarə müqaviləsi bağlamaqla, qanunvericiliyin tələblərini pozmuşdur.

69. Həmin qərardan həmçinin o da görünür ki, Ağdaş X1 satmış olduğu 0,07 hektar torpaq sahəsinin Ağdaş Bələdiyyəsi tərəfindən X13 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində Ağdaş Bələdiyyəsinin ümumi iclasının 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarının, həmin qərar əsasında Ağdaş rayon Notariat kontorunda 18 fevral 2014-cü il tarixdə reyestrdə 4Ə-107 sayı ilə rəsmiləşdirilmiş seriya AN-İ ******* saylı daşınmaz əmlakın (torpağın) alqı-satqı müqaviləsinin 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 24 dekabr 2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 0,07 hektar torpaq sahəsinin 174 kv.m sahəsində yerləşən mağazaya aid hissədə ləğv edilmişdir.

70. Göründüyü kimi, Ağdaş Bələdiyyəsinin 01 saylı 14 yanvar 2014-cü il tarixli qərarı X10 olduğu 0,07 hektar torpaq sahəsinin X13 icrayə verilmiş 174 kv.m torpaq sahəsi hissəsində (maqaza yerləşən) ləğv edildiyinə görə, Bələdiyyə tərəfindən həmin M.Məmmədlinin inşa etdiyi mağazanın yerləşdiyi həmin 174 kv.m torpaq sahəsini yenidən sonuncunuin icarəsinə və sonradan mülkiyyətinə verməklə iddiaçının hüquqları pozulmamışdır.

71. Qanunun mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir (bax: 43-cü bənd).

72. Yenə də qanunun mənasına görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (bax: 46-cı bənd).

73. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir.

74. Göründüyü kimi, hər iki tərəfin iştirakı ilə qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin torpaq sahəsini X6 almaqda üstünlük hüququnun olması qeyd edilmişdir və belə olduğu halda alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

75. Digər tərəfdən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

76. Eyni qaydalar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.2-ci və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddələrində də təsbit edilmişdir.

77. Belə olan halda, cavabdeh X11 Bələdiyyəsinin ərazisində daimi olaraq yaşadığından hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsi onun mülkiyyətinə açıq torpaq hərracları və ya müsabiqələri keçirilmədən verilə bilərdi.

78. Apellyasiya şikayətinin digər dəlilləri də formal mülahizələrdən ibarət olduğundan birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğvi üçün yetərli deyildir.

79. Göstəriənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

80. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

81. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

83. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiаçı X25 nümayəndəsi və vəkili X31 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(014)-202/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar