Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-815/2022 05.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, cavabdehlər İddiaçı2 və qeyrilərinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın etibarsız hesab olunması, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı3 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 1984-cü ilin sentyabr ayında rəsmi sənəd kimi alınmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hal-hazırda yaşadıqları ünvan 1 ünvanındakı (əvvəllər H.Aslanov 40 olan) 0,12236 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki köhnə tikililər 1996-cı il tarixinədək, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək və ondan sonra da onların ailənin istifadəsində və sahibliyində olmuşdur. Lakin Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ailə üzvlərinə, yəni mərhum X1 və onlara, İddiaçı1, İddiaçı2, İddiaçı3, Nümayəndə3 Qəbələ rayonu, Qəbələ şəhər ərazisindəki yaşadıqları 0,12236 ha torpaq sahəsinin 0,07 ha hissəsi fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı kimi mülkiyyətlərinə verilmiş və digər torpaq sahəsi isə (zəbt torpaq) bələdiyyə mülkiyyəti kimi Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq soyadlar “Abduramanov, Abdurahmanova, Abdurahmanova, Abdurahmanov, Abdurahmanlı” kimi qeyd olunmuşdur. Torpaq sahələrinin bir hissəsi zəbt torpaq (şəhadətnamədə 9211 BB) kimi qeyd olunmasına baxmayaraq 60-70 ildən artıqdır ki, həmin ərazidə onlar tərəfindən müxtəlif ağaclar əkilmiş, ərtafı daş hasara alınmış və ötən ilin əvvəllərindən fərdi yaşayış evi də tikilməyə başlanılmışdır. Bütün bunlara baxmayaraq təxminən 2 ay bundan əvvəl Qəbələ rayon məhkəməsindən yaxın qohumları X5 ünvanına məktub daxil olmuş və məktubu oxuduğu zaman iddiaçı Cavabdeh3 onların yaşadıqları və yeni tikilmiş fərdi yaşayış evinin də olduğu 0,042 ha torpaq sahəsinin Qəbələ bələdiyyəsindən onların xəbərləri olmadan alqı-satqı edərək aldığını, sonradan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində ********** qeydiyyat nömrəsi olan çıxarış və Torpaq sahəsinin planı və ölçüsü əldə olunduğu məlum olmuşdur. Onların istifadələrində və sahibliklərində olan 0,042 ha torpaq sahəsinin necə və hansı qaydada Cavabdeh3 adına rəsmiləşdirilməsini öyrənmək üçün Qəbələ regional Cavabdeh1ndəki notariat ofisinə sorğu verilmiş və məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Cavabdeh4 onların istifadələrində olan 0,042 ha torpaq sahəsini 2942 manat 80 qəpikə iddiaçı Cavabdeh3 satmışdır. Onların isə bu əsassız və qanunsuz sənədləşmə işlərindən xəbərləri olmamışdır. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsi ilə (sədrlik edən A.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 cavabdehlər Cavabdeh4nə, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh4 25 avqust 2021-ci il tarixli, 18№-li protokoluna əsasən, ünvan 3 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,042 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə 5 ildən artıq Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qərara alınmışdır. Qəbələ regional Cavabdeh1ndə 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 27 avqust 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh4 sədri X10 şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən, ümumi sahəsi 0,042 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh3 2942 manat 80 qəpiyə satmışdır. Sözügedən alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiçılar Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab olunmasını xahiş edirlər. Cavabdehlər isə, o cümlədən Bələdiyyənin nümayəndəsi göstərilən halları qəbul etmir və iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsini göstərmiş, istisna hal kimi isə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halını nəzərdə tutmuşdur. Sözügedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən olunur ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması zamanı bələdiyyələr tərəfindən açıq torpaq hərracları və ya müsabiqələri keçirilməsinə zərurət yoxdur. İş materiallarında olan 4Ə-871 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli notariat işində olan Cavabdeh4 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 169 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 5 ünvanda yaşayan Cavabdeh3 son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda həmin notariat işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh3 05 oktyabr 2005-ci il tarixdən Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan sənədlərdən göründüyü kimi bələdiyyə mülkiyyətində olan 0,0420 ha torpaq sahəsini Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında satmış və sonuncu 5 ildən artıq müddətdir ki, Qəbələ rayonunda qeydiyyatdadır və ona son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Göründüyü kimi Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanan alqı-satqı müqaviləsi zamanı bələdiyyə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə riayət edilmişdir. Bunun əksini sübut edən hallar isə iddiaçılar tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunverici bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verildiyini göstərmişdir. Yəni, sözü gedən maddənin məhkəmə tərəfindən tövsifi zamanı müəyyən edilir ki, bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri keçirilməsi zamanı bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə üstünlük verilir. Hazırkı işdən isə görünür ki, Cavabdeh4 tərəfindən Cavabdeh3 0,0420 ha torpaq sahəsi satılarkən torpaq hərracları və ya müsabiqələri keçirilməmiş, keçirilməməsinə səbəb isə məhkəmə tərəfindən münasibət bildirilmişdir. Bundan başqa məhkəmə o halı da nəzərə alır ki, iddiaçılar Cavabdeh4 mülkiyyətində olmuş 0,0420 ha torpaq sahəsinin uzun müddət onların istifadəsində və sahibliyində olmasını qeyd etsələr də, bunu təsdiqləyən faktları (qanuni istifadə ilə faktları) məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında isə Cavabdeh4 nümayəndəsi Nümayəndə4 iddiaçıların sözügedən torpaq sahəsinin zəbtinə dair bələdiyyədə heç bir məlumatın olmadığını, həmin torpağın istifadəsi ilə bağlı iddiaçılar tərəfindən bələdiyyə heç bir vergi ödənişi edilmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İİ hissəsi, 29-cu maddəsi, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1, 241.2ci maddələri, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanunu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2, 5.1, 9.1, 9.8, 6.2, 10-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 56-cı maddəsinin 4-cü bəndi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı da məlum olmuşdur ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi mülkiyyətə verilməmişdən əvvəl kütləvi informasiya vasitələrində dərc edilməmiş, bələdiyyə torpağının(zəbt) istifadəçisi kimi bizə hər hansı məlumat verilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi onların zəbtində olaraq orada çoxsaylı meyvə ağacları, daş hasar və fərdi yaşayış evi tikildiyindən maddənin tələbinə görə həmin torpaq sahəsi kənar şəxslərin adına deyil, onların adına rəsmiləşdirilməli idi. Qəbələ Rayon Məhkəməsi mülki işə baxarkən iş üçün iddiaçıların xeyirlərinə ola biləcək əhəmiyyətli hər hansı sübuta istinad etməmişdir. Halbuki həmin subutlar məhkəməyə təqdim olunmuşdur. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsi tam ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı3 və əvvəlki məhkəmə iclasına iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə3 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh4 nümayəndəsi X6, Cavabdeh3 nümayəndəsi (vəkili) Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsinin qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1, İddiaçı2, Nümayəndə3, cavabdehlər Cavabdeh4 nümayəndəsi, Cavabdeh3, Qəbələ Regional "Asan Xidmət" Mərkəzinin Notariat Ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri sonuncu məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 1996-cı il 16 iyul tarixli Qanununa (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) əsasən vahid torpaq fonduna dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlar daxil edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə görə Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin səahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirirlər. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsini apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam yoxlayır Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməlidir. Kollegiya qeyd edir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlillər və rəhbər tutduğu qanunlar göstərilməklə hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Qətnamənin əsaslandırıcı hissəsində, məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad edilən qanunun adı, maddəsi, bəndi, hissəsi dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə nəzər yetirdikdə müəyyən olunur ki, qanunverici bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilməsini göstərmiş, istisna hal kimi isə bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması halını nəzərdə tutmuşdur. Cavabdeh4 tərəfindən verilmiş 26 avqust 2021-ci il tarixli, 169 nömrəli arayışa əsasən müəyyən olunur ki, ünvan 5 ünvanda yaşayan Cavabdeh3 son beş il ərzində Cavabdeh4 tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Eyni zamanda həmin notariat işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışdan görünür ki, Cavabdeh3 05 oktyabr 2005-ci il tarixdən Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. Hazırkı işdən isə görünür ki, Cavabdeh4 tərəfindən Cavabdeh3 0,0420 ha torpaq sahəsi satılarkən torpaq hərracları və ya müsabiqələri keçirilməmiş, keçirilməməsinə səbəb isə məhkəmə tərəfindən münasibət bildirilmişdir.Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyasi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, kollegiyanın iclasında müəyyən edilmişdir ki, 1984-cü ilin sentyabr ayında rəsmi sənəd kimi alınmış şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda iddiaçıların hal-hazırda yaşadıqları ünvan 1 ünvanındakı (əvvəllər H.Aslanov 40 olan) 0,12236 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki köhnə tikililər 1996-cı il tarixinədək, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək və ondan sonra da onların ailənin istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 avqust 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********08 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli,03 saylı qərarı ilə X3, X7, X2, X8, X4 birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli,03 saylı qərarına əsasən digər torpaq sahəsi isə bələdiyyə mülkiyyəti kimi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə zəbt torpaq kimi qeyd olunmuşdur. Torpaq sahələrinin bir hissəsi zəbt torpaq (şəhadətnamədə 9211 BB) kimi qeyd olunmasına baxmayaraq iddiaçılar 30 ildən artıqdır ki, həmin ərazidə onlar tərəfindən müxtəlif ağaclar əkilmiş, ərtafı daş hasara alınmış və ötən ilin əvvəllərindən fərdi yaşayış evi də tikilməyə başlanılmışdır. Məhkəmə iclası zamanı iddiaçılar İddiaçı3 və Nümayəndə3 və cavabdehlər Cavabdeh4 nümayəndəsi X6 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclası zamanı vermiş olduqları izahatlarından da məlum olmuşdur ki, Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X3, X11, X9, X8, X4 birgə mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin digər torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə zəbt torpaq sahəsi olaraq qeyd edilmişdir. Eyni zamanda sözügedən torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 tərəfindən daş hasarla hasara alınmış və üzərində tikinti işləri aparılmışdır. ünvan 3 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, Daşınmaz əmlakın reyestr nömrəsi **********08 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 0,042 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qərara alınmışdır. Qəbələ regional Cavabdeh1ndə 4Ə-871 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısına dair 27 avqust 2021-ci il tarixli müqaviləyə əsasən satıcı Cavabdeh4 Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən, ümumi sahəsi 0,042 ha olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən göstərilən hissəni (hissələri) alıcı Cavabdeh3 2942 manat 80 qəpiyə satmışdır. Sözügedən alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlаk Məsələləri Dövlət Kоmitəsinin yаnındа Dаşınmаz Əmlаkın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20 sentyabr 2021-ci il tаrixdə verilmiş ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli Çıxаrışa əsasən Qəbələ şəhəri, Bakıxanov küçəsi, 1B ünvanında yerləşən 0,0420 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh4 alqısatqı predmeti olan Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yaşayan Cavabdeh3 satılması qanunsuz olmuşdur. Belə ki, zəbt olunmuş hesab edilən torpaq sahəsi 1986-cı ildən daş hasarla hasarlanmış, xeyli miqdarda meyvə ağacları əkilmiş, üzərində fərdi yaşayış evinin tikintisi aparılmışdır. Lakin Cavabdeh4 alqı-satqı predmeti olan Qəbələ şəhəri, Ə.Cavad küçəsi, ev 7 ünvanda yerləşən torpaq sahəsini Cavabdeh3 satarkən həmin torpaq sahəsinin yüklü olmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd edilən torpaq sahəsinin yüklü olamsına diqqət yetirməyərək iddianı rədd etmişdir. Göründüyü kimi Cavabdeh4 mübahisəli torpaq sahəsini iddiaçılara təklif etmədən Cavabdeh3 satmış və bununla da yeni məhkəmə çəkişməsinin təməlini qoymuşdur. Ona görə də kollegiya hesab edir ki, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarışın etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, həmin çıxarışda etibarsız hesab edilməlidir. Belə ki, qeyd edilən çıxarış Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında verildiyindən və həmin müqavilə etibarsız hesab edildiyindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış etibarsız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış etibarsız hesab edildiyindən, həmin torpaq sahəsinin plan və ölçüsü etibarsız hesab edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi, eyni zamanda iddia tələbinin təmin edilməsi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmadan iddia tələbini təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməli, Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış və torpaq sahəsinin plan və ölçüsü etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2(025)-362/2022 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Qəbələ regional Cavabdeh1ndəki notariat ofisində Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN – İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi, onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixində Cavabdeh3 adına alınmış ********** qeydiyyat nömrəsi olan çıxarış və torpaq sahəsinin plan və ölçüsü etibarsız hesab olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-815/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-815/2022
05.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver