Məhkəmə qərarları › İş №2(107)-816/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-816/2024

09.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-816/2024 09.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə X3 qızının katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra- cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 mart 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 285735 nömrəli, xx.xx.2023-cü il tarixli aktla müəyyən olunur ki, abonent(iddiaçı) qarmaq vasitəsilə sayğacdan kənar xətt vasitəsi ilə X1 edir. Tərəflərindən ölçü aparılmış, kənar xətt ləğv olunduğu üçün kənar xəttdən axan 0 (sıfır) amper, sayğacdan axan yükün isə 8,9 amper olduğu müəyyən edilmişdir. 27 mart 2023-ci il tarixli “Əhali istehlakçı qrupuna aid olan abonentlərin uçot komplektlerinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər” barədə icra vərəqindən görünür ki, iddiaçıya kənar xətdən istifadəyə görə hesablanmış məbləğ 571,42 manat təşkil edir. Abunə kodu **********00312 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçının Şəki rayonu, Cəfərabad kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 561,72 manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən akt əsasında hesablanmış və **********00312 nömrəli abonent koduna vurulmuş 603,85 manat məbləğində borcun hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və həmin ünvanda ona məxsus fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinə işıq xətti çəkilmiş və sayğac quraşdırılmışdır. Cavabdeh təşkilat tərəfindən təqdim olunan bildirişlər üzrə istifadə etdikləri elektrik enerjisinin dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişlər. Həmişə sayğac üzrə ödənişlər aparmışlar. Ödənişlərlə bağlı onlarda heç vaxt problem olmamışdır. Onun tərtib edilmiş aktdan ümumiyyətlə məlumat olmamış və həmin aktda imza etməmişdir. Aktda onu adı formal cəhətdən qeyd olunsa da həmin akt tərtib edilən zaman o, orada olmamış və aktın tərtib edilməsində iştirak etməmişdir. 12 mart 2023-cü ildə cavabdeh təşkilatın nümayəndələrinin tərtib etdiyi 285735 nömrəli aktdan göstərilmişdir ki, guya EEİQ-na uyğun olaraq abonentə məxsus uçot dəstinə baxış keçirilən zaman məlum oldu ki, abonent qarmaq vasitəsi ilə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə etdiyi aşkarlanmışdır. Abonent sayğacdan kənar qoşulmanı ləğv etdikdən sonra həyətə dəvət olunmuşlar. Tərəflərindən ölçü aparılmış, kənar xətt ləğv olunduğu üçün kənar xəttən axan yük 0 amper, sayğacdan axan yük isə 8,9 amper olmuşdur. Həmin aktdan onların borc ödənişi zamanı məbləğ çox gəldikdən sonra işıq idarəsinə müraciət etdikdə məlumatları olmuşdur. Həmçinin abunə haqqında arayışlara baxdıqda ona məlum olmuşdur ki, əsassız olaraq **********7 nömrəli abunə koduna 472,55 manat, **********00312 nömrəli abonent koduna isə 603,85 manat cərimə borcu yazılmışdır. Bu barədə o, cavabdeh təşkilata müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh təşkilatın nümayəndəsi onun xəbəri olmadan, onu məlumatlandırmadan, ona tərtib edilmiş aktlara imza etdirmədən və aktları ona rəsmi qaydada təqdim etmədən guya sayğacdan kənar xətt aşkar etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə aktlar tərtib etməklə “X1 qaydalarının” tələblərini pozmuşlar. Cavabdeh təşkilat qarşılarına qoyulmuş planı doldurmaq üçün ona heç bir məlumat vermədən tərtib edilmiş aktları və protokolu ona təqdim etməmişlər. Elektrik sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. O, cavabdeh təşkilata dəfələrlə müraciət etməsinə baxmayaraq, onu hansı səbəbdən cərimə etmələri barədə məlumat verilməmiş və tərtib edilmiş sənədləri rəsmi qaydada verməkdən imtina etmişlər. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Şəki rayonu, Cəfərabad kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında **********00312 saylı kodla İddiaçı adına istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları İ.Bağırov, E.Məsimov və B.Babayev tərəfindən Şəki rayonu, Cəfərabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X1 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin qarmaq vasitəsi ilə sayğac sxemindən kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1 Qaydaları”nın 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R285735 nömrəli akt tərtib olunmuşdur. Həmin akta əsasən Cavabdeh ASC-nin Şimal Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 150 gün üçün 0,08 manatla 1000 kvt.s (dəyəri 80.00 manat), 0,09 manatla 500 kvt.s (dəyəri 45.00 manat) və 0,13 manatla 3434 kvt.s (dəyəri 446,42 manat) toplamda 571,42 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçıya xx.xx.2023-cü il tarixli R285735 nömrəli akt əsasında 571,42 manat hesabat aparılmış, yerdə qalan 32,43 manat borc aylıq sərfiyyat əsasında yaranmış və tərtib olunmuş aktla heç bir əlaqəsi yoxdur. Şəki Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(075)-342/2024 nömrəli iş üzrə qəbul etdiyi 06 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 12 mart 2023-cü il tarixli, R 285735 nömrəli aktdan görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, abonent, yəni İddiaçı qarmaq vasitəsilə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən qanunsuz olaraq istifadə edir. Bunun nəticəsində də "xxxx" ASC-nin əməkdaşları tərəfindən “X1 Qaydaları”nın 8.32-ci bəndinin tələbinə uyğun olaraq 12 mart 2023-cü il tarixli, R 285735 nömrəli akt tərtib olunmuşdur. Bundan başqa İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, "xxxx" ASC-nin nümayəndələri göstərilən ünvana baxış keçirən zaman həyətdə elektrik şəbəkəsinə digər qarmaq qoşulduğunu bildirməsi onun kənar xəttə qoşulmasını sübuta yetirilməklə, "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib ediliş 12 mart 2023-cü il tarixli, R 285735 nömrəli aktın qanunsuzluğunu sübut edə bilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.9, 8.2, 8.14, 8.15, 8.26, 8.28-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). Bunun üçün cavabdeh tərəf sayğaca hər ay baxış keçirir və bu zaman kənarlaşma olsa idi mütləq aşkar edilərdi. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına düzgün hüquqi qiymət verməmiş, həmin izahatı təhrif edərək, guya iddiaçının elektrik şəbəkəsinə qarmaq vasitəsi ilə kənar xətt qoşduğu qənaətinə gəlmişdir. Halbuki iddiaçının nümayəndəsi məhkəmədə izahat verərkən həyətdə qarmaq olduğunu, həmin qarmaqdan hər-hansı bir elektrik şəbəkəsinə qoşulmaq üçün deyil, sayğacdan çıxaraq evə daxil olan tok sismetinə qoşulmaq üçün əvvəllər istifadə edildiyini bildirmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. . Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları” Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Bənd 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bənd 9.10. İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvanyaşayış evi (Şəki rayonu, Cəfərabad kəndi, abunə kodu **********00312) iddiaçı tərəfindən elektrik enerjisi və elektrik sayğacı ilə təmin edilmişdir. İş materialları ilə o da müəyyən olunur ki, abonent(iddiaçı) qarmaq vasitəsilə sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən edilmişdir və bununla əlaqədar akt tərtib olunaraq abonentə aşkar edilmiş pozuntu ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi 561,72 manat məbləğində əlavə ödəniş hesablanmışdır. İddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla apellyasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə qiymət verildiyini və məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə tam razı olduğunu nəzərə alaraq Məhkəmə hesab edir ki, işin halları, həmçinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 mart 2024-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar