Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-817/2024 13.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı İB-nın Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərаrdаdındаn İddiaçı İB tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi 180-də yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 539.12 manat (beş yüz otuz doqquz manat on iki qəpik) və 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 569.12 (beş yüz altmış doqquz manat on iki qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərardadı ilə İddiaçı İB-nın Cavabdeh qarşı «borc” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərardaddan İddiaçı İB tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1440/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatda Cavabdeh Ağdam rayonu, Baş-Qərvənd kəndində qeydiyyatdadır. Hazırkı iddia “pul tələbi” ilə bağlıdır. İddia ərizəsinin müstəsna aidiyyət və ya iddiaçının seçməsinə görə aidiyyət qaydasında verilməsi üçün əsaslar da mövcud deyil. Bütün bunlara görə də iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıa göstərilənlərə əməl etməklə yenidən aidiyyəti məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Bildiririk ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh faktiki yaşayış ünvanı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 180 ünvanıdır və tərəflər arasında təbii qazın alqı-satqısına dair müqavilə onun icra yeri olan Şəki rayonunda bağlanılmışdır. Beləliklə tərəflər arasında bağlanmış müqavilənin ünvanının Şəki Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olduğu görünür, çünki Cavabdeh qeydiyyat ünvanı ünvan 4 ünvan Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 180 ünvanıdır. Tərəflər arasında bağlanmış müqavilənin ünvanını Şəki Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olduğundan cavabdehə qarşı iddia tələbi də məhz həmin məhkəməyə verilməlidir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1440/2024 saylı qərardadının ləğv edilməsini, İddiaçı İB-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin icraata götürülməsini xahiş etmişdir. Şəki Rаyоn Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərardadı ilə Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 539.12 manat (beş yüz otuz doqquz manat on iki qəpik) və 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 569.12 (beş yüz altmış doqquz manat on iki qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etsə də, Cavabdeh qeydiyyatda olduğu yerin Ağdam rayonu, Baş-Qərvənd kəndi olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də borc haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Ağdam rayonu, Baş-Qərvənd kəndidir. Əlavə olaraq kollegiya qeyd edir ki, qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 2 aprel 2021-ci il tarixli, № AKX-02904xx/xx-2021 nömrəli müqavilədən görünür ki, Cavabdeh ünvanı ünvan 9rki mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində qeyd olunan hallar mövcud deyildir. Cavabdehin rəsmi qeydiyyata alındığı yer Ağdam rayonundur. Eyni zamanda müqvilənin icra olunduğu yer müqavilədə qeyd edilməmişdir. Bu səbəbdən də Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)- 1440/2024 saylı qərardadın ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 3 may 2024cü il tarixli, 2(075)-1440/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, 2(075)-1440/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-817/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-817/2024
13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver