Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-818/2025 16.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və sair tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X4 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, Cavabdeh nümаyəndəsi Qаsımоv Nаmizət Səfər оğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və sair tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası İşin halları
1. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və nikah xx.xx.2002-ci il tarixində Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin vaxt Cavabdeh İddiaçı yaşadığı və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən halhazırda sonuncunun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. Lakin daha sonra tərəflər arasında yaranan problemlər səbəbindən birgə nikahı davam etdirmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2010-cu il tarixində nikah məhkəmə qaydasında pozulmuş, 24 iyul 2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən 32 № ilə qeydə alınmışdır.Daha sonra Cavabdeh tərəfindən İddiaçı və X1 qarşı yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınması tələbi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qərarda məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilmək və ödənilməməklə iki halının mümkün olduğunu qeyd etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, Cavabdeh atası Nümayəndə2 mülkiyyətində yaşayış evi vardır. Bu səbəbdən Cavabdeh atası ilə birgə yaşaya bilər. Yəni Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını atasının evindən istifadə etməklə qarşılaya bilər. Cavabdeh yaşayış sahəsinə olan ehtiyacını ünvan 2 ünvanda yerləşən yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir, mənzildən istifadə hüququnun davam etdirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, tərəflərindən bazar qiymətləri də nəzərə alınmaqla 36 aylıq kompensasiya məbləği hesablanılmışdır. Belə ki, Ağdaş rayonunda yerləşən mənzil üçün bazar qiymətləri də nəzərə alınmaqla ortalama kirayə qiyməti 100 (yüz) manatdır. Buna müvafiq olaraq 36 aylıq kirayə məbləği isə 3600 (üç min altı yüz) manat olacaqdır. Odur ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi üçün 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya təklif edilmişdir. 36 aylıq kompensasiya məbləği qismində 3600 (üç min altı yüz) manat ödənilməklə Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin sözügedən mənzildə qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, 50 manat məbləğində mediasiya xərcinin, 120 manat məbləğində vəkil xərcinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
6. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manatın, vəkil xidmət haqqına ödənilmiş 120 (yüz iyirmi) manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və nikah xx.xx.2002-ci il tarixində Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin vaxt Pərvаnə Qasımova İddiaçı yaşadığı və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hal-hazırda sonuncunun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. Lakin daha sonra tərəflər arasında yaranan problemlər səbəbindən birgə nikahı davam etdirmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2010-cu il tarixində nikah məhkəmə qaydasında pozulmuş, nikаhın pоzulmаsı 24 iyul 2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən 32 № ilə qeydə alınmışdır. Daha sonra Cavabdeh tərəfindən İddiaçı və X1 qarşı “yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınma tələbinə dair” Ağdaş Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qərarda məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilməklə və ödənilməməklə iki halının mümkün olduğunu qeyd etmişdir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: 8.Birinci instansiya məhkəməsi ekspert rəyini mötəbər qəbul edərək qeyd olunan mənzilin aylıq kirayə haqqının 200 manat olmasını ağlabatan hesab etmişdir.
9. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manatın, vəkil xidmət haqqına ödənilmiş 120 (yüz iyirmi) manatın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Ağdaş Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************) köçürülməsinin qət edilməsi nəticəsinə gəlmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 228.1, 228.2-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.4, 217.3 və 119.1-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində ünvan 3 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evi vardır. İş materiallarında olan AZ-İ № 105597 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları pozulmuş, nikah pozulduqdan sonra ərə Rəhimov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10 C/2011 saylı qətnaməsindən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/3112 nömrəli, 28 iyun 2024-cü il taixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,6 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 88,47 kv.m olan fərdi yaşayiş evinin və ona oxşar şəraitli fərdi yaşayış evlərinin orta təmirli vəziyyətdə ayhq jcarə haqqının orta bazar qiyməti nəzəri qaydada təxminən 200,00 manat müəyyən edilir. Ekspertiza təhqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İş materiallarında olan 15 may 2024-cü il tarixli, 00435 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İMS xərci olan 50 (əlli) manat pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 50 (əlli) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur.
12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(107)-139/2025 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilmiş, iş üzrə üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.
14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli, 2(107)-139/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(102)-1494/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 yanvar 2025-ci il tarixli 2(107)-139/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması üçün işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2025ci il tarixli, 2(102)-1494/2025 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.
17. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36 aylıq kompensasiya məbləği qismində 3600 manat ödənilməklə cavabdehin ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, cavabdehin sözügedən mənzildə qeydiyyatdan çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, e-2(014)-423/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0,6 ha torpaq sahəsində yerləşən 88,47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna 7200 (yeddi min iki yüz) manat kompensasiya verilməklə xitam verilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.
18. Apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilərkən ləğvin əsaslarından biri kimi fərdi yaşayış evindən istifadə hüququnа xitam verilməsi üçün Cavabdeh 7200 manat kompensasiya məbləğinin ödənilməsinin ədalətli hesab edilmədiyi, çünki cavabdehin ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməli olduğunu ki, bunun dа mümkün görünmədiyi, işin hаllаrındаn təklif edilən kоmpensаsiyа məbləğinin hаzırkı şərаitdə cаvаbdehə iki аzyаşlı uşаğı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququnu reаllаşdırmаq üçün imkаn vermədiyinin müəyyən оlunduğu göstərilmişdir.
19. Lakin apellyasiya məhkəməsi kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyənləşdirib mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olubolmamasını aydınlaşdırmamışdır.
20. İş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyənləşdirilən kompensasiya məbləğinin az olduğunu, kompensasiya məbləğinin daha çox olmasını ifadə etmişdir.
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyənləşdirilən kompensasiya məbləğini ağlabatan və ədalətli hesab etmədiyinə görə, özü kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığının olub-olmamasını nəzərə alaraq yekun məhkəmə aktı qəbul etməli olduğu halda belə etməmişdir.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2(107)-139/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
23. Cаvаbdeh Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı artıq bir dəfə qeyd olunan tələblə xx.xx.2023-cü il tarixində Ağdaş Rayon Məhkəməsinə müraciət etmiş və 3 ay araşdırma aparılandan sonra məhkəmə xx.xx.2023-cü il tarixli qərardad ilə iddiaçı baxış iclasına gəlmədiyinə görə işi baxılmamış saxlamışdır. Qeyd olunan məhkəmə tərəfindən işin hazırlıq prosessində mübahisəli evə uyğun evdə aylıq kirayə pulunun hesablanılması ilə bağlı mütəxəssis rəyi alınmış və qeyd olunan mütəxəssis rəyinə əsasən, aylıq kirayə haqqı 280 manat təşkil etmişdir. Qeyd olunan mütəxəsis rəyi xx.xx.2023-cü il tarixində təqdim edilmişdir, yəni xx.xx.2023-cü il tarixində qeyd olunan evin kirayə haqqı aylıq 280 manat təşkil edirdi. Həmin mütəxəsis rəyinə əsasən kompensasiya məbləği 10080 (on min səksən) manat təşkil etdiyi üçün və iddiaçı bunu başa düşərək qəsdən baxış iclasına gəlməmişdir ki, iddia tələbi baxılmamış saxlanılsın və yenidən iddia verərək kompensasiya məbləği yenidən hesablansın, mütəxəsis rəyi də nəzərə alınmasın. xx.xx.2023-cü il tarixində mütəxəssis rəyinə əsasən qeyd olunan evin kirayə haqqın məbləği 280 manatdır, lakin bir ildən sonra xx.xx.2024-cü il tarixində orta kirayə haqqı 200 manat təşkil edir. Evlərin qiymətlərinin qalxdığını nəzərə alaraq, kirayə haqqının dа qalxmağını başa düşmək çətin deyil və buna görə də hesab etmişdir ki, ekspert rəyində qeyd olunan kirayə haqqı real bazar qiymətinə uyğun deyildir. 24.Odur ki, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)- 423/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsi Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Ağdaş şəhərində evlərin kirayə haqlarının təxminən 300-400 manat civarında olduğunu, iddiaçının təklif etdiyi 7200 manat məbləğində kompensasiya məbləği ilə razı olmadığını, Ağdaş şəhərində evlərin kirayə qiymətinin minimum 300 manat olmasını nəzərə alaraq kompensasiya məbləğinin 10800 (on min səkkiz yüz) manat məbləğində müəyyən olunmasını, əks halda şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 28.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və 7200 manat kompensasiya məbləği ilə razı olduqlarını, bunu nəzərə alaraq qərar qəbul olunmasını xahiş etmiş, iddiaçı isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 223.1-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30.“Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Ona görə də məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2002-ci ilin avqust ayında rəsmi nikaha daxil olmuş və bu nikah xx.xx.2002-ci il tarixində Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Həmin vaxt Cavabdeh Nаmizət qızı İddiaçı Yаqub оğlunun yaşadığı və xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən hal-hazırda оnun mülkiyyətində olan ünvan 1 ünvana köçmüşdür. Lakin daha sonra tərəflər arasında yaranan problemlər səbəbindən birgə nikahı davam etdirmək mümkün olmamışdır. Bu səbəbdən оnlаr аrаsındа bаğlаnmış nikаh xx.xx.2010cu il tarixdə məhkəmə qaydasında pozulmuş, 24 iyul 2010-cu il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən 32 № ilə qeydə alınmışdır. Daha sonra Cavabdeh tərəfindən İddiaçı və X1 qarşı yaşayış hüququnun tanınması, evə köçürülmə və qeydiyyata alınma tələbinə dair iddiа ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(014)10C/2011 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evindən Cavabdeh istifadə hüququ tanınmışdır. Sözügedən qətnаmədə məhkəmə mənzildən istifadə hüququna xitam verilməsinin kompenasiya ödənilməklə və ödənilməməklə olmaqla iki halının mümkün olduğunu qeyd etmişdir. İddiаçı tərəfindən iddiа tələbində 36 aylıq kompensasiya məbləği qismində 3600 (üç min altı yüz) manat ödənilməklə cаvаbdeh Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi, 50 manat məbləğində mediasiya xərcinin, 120 manat məbləğində vəkil xərcinin və 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2025ci il tarixli, 2(102)-1494/2025 nömrəli qərarında əks olunan göstərişləri nəzərə alan məhkəmə kollegiyası cavabdehlə kompensasiya məbləğini müzakirə edərək Ağdaş şəhərində iddia predmetini təşkil edən fərdi yaşayış evinə oxşar şəraitli evlərin orta aylıq kirayə haqqının mövcud bazar şəraitində təxminən 280-300 manat təşkil etməsini, aylıq kirayə haqqı 300 manatdan hesblanmaqla cavabdehin ən azı 3 il müddətinə iki azyaşlı uşağı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququ əldə edəcəyini nəzərə alaraq, cavabdehə ödəniləcək kompensasiya məbləği 10800 manat məbləğində müəyyənləşdirilmiş və mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olubolmamasının aydınlaşdırılması üçün məhkəmə iclası dəfələrlə təxirə salınaraq iddiaçıya rəsmi bildiriş göndərilməklə məhkəmədə iştirakının vacib olması izah edilmiş, lakin iddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və 7200 manat kompensasiya məbləğinə razı olduqlarını bildirmişdir.
39. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətindəki 0.6 ha torpaq sahəsinə yerləşən 88.47 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən təklif olunan 7200 manat məbləğində kompensasiya hazırkı bazar qiymətinə uyğun deyildir. Odur ki, göstərilən məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin hüquqlarını pozmuş olacaqdır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
41. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir.
45. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını verməsi qənaətinə gəlsə də, qətnaməsində müəyyən etdiyi məbləğ buna uyğun olmamışdır.
46. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi ekspert rəyində qeyd olunan 200 manat kirayə haqqının real bazar qiymətinə uyğun olmaması dəlilləri ilə razılaşaraq, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin cavabdehə təklif etdiyi məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Belə ki, 7200 manat məbləğ cavabdehin uşaqları ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Məhkəmə kollegiyası cavabdehlə kompensasiya məbləğini müzakirə edərək cavabdehin uşaqları ilə birlikdə Ağdaş şəhərində davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşaması üçün evlərin kirayə qiymətinin təxminən 280-300 manat təşkil etməsini nəzərə alaraq, aylıq kirayə haqqı 300 manatdan hesblanmaqla cavabdehin ən azı 3 il müddətinə iki azyaşlı uşağı ilə birlikdə eyni şəraitli mənzildən istifadə hüququ əldə edəcəyini əsas tutaraq cavabdehə ödəniləcək kompensasiya məbləğini 10800 manat məbləğində müəyyənləşdirmiş və mülkiyyətçinin həmin məbləğin ödənilməsinə razılığının olubolmamasının aydınlaşdırılması üçün məhkəmə iclası dəfələrlə təxirə salınaraq iddiaçıya rəsmi bildiriş göndərilməklə məhkəmədə iştirakının vacib olması izah edilmiş, lakin iddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və 7200 manat kompensasiya məbləğinə razı olduqlarını bildirmişdir. Odur ki, belə bir vəziyyətdə 7200 manat məbləğində kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır.
47. Məhkəmə kоllegiyаsı qeyd edir ki, iş mаteriаllаrınа əsаsən xx.xx.2024-cü il tаrixli ekspertizа rəyində оxşаr şərаitli mənzilin kirаyə hаqqının оrtа bаzаr qiymətinin аylıq 200 mаnаt оlmаsı аğlаbаtаn deyildir. Belə ki, iddiаçının cаvаbdehə qаrşı 2023-cü il tаrixdə kоmpensаsiyа tələbi üzrə qаldırdığı və məhkəmə tərəfindən bаxılmаmış sаxlаnılmış işlə bаğlı аlınаn və hаzırki işə əlаvə оlunmuş "xxxx" MMC-nin xx.xx.2023-cü il tаrixli rəyindən görünür ki, Аğdаş şəhərində iddiа predmetini təşkil edən fərdi yаşаyış evinə оxşаr şərаitli evin оrtа аylıq kirаyə hаqqı 280 mаnаt təşkil edir. Həmin mütəxəssis rəyinin verildiyi xx.xx.2023-cü il tаrixdən sоnrа dаşınmаz əmlаk bаzаrındа evlərin kirаyə və sаtış qiymətlərinin аrtmаsı ümumməlum fаktdır. Sözügedən evlə bаğlı kirаyə hаqqının 2023-cü ilin оktyаbrındа 280 mаnаt оlduğunun qeyd edildiyi şərаitdə həmin kirаyə hаqqının 2024cü il tаrixində аzаlmаsı, yəni 80 mаnаt аzаlаrаq 200 mаnаt təşkil etməsi inаndırıcı deyildir. Оnа görə də məhkəmə kоllegiyаsı hesаb edir ki, bu kоnteksdə qətnаmənin ləğvi ilə bаğlı hаzırki аpellyаsiyа şikаyəti əsаslıdır.
48. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(102)- 1494/2025 nömrəli qərarı və həmin qərarda əks olunan göstərişlərlə tanış olmuş, lakin apellyasiya instansiya məhkəməsində kompensasiya məbləğininin müəyyənləşdirilməsi istiqamətində müzakirə aparılması üçün cəhd göstərməmiş, məhkəmə kollegiyasının məhkəmə iclasları dəfələrlə təxirə salınaraq iddiaçıya rəsmi bildiriş göndərilməklə iş üzrə bir sıra xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmədə iştirakının zəruriliyi izah olunsada, iddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək 7200 manat kompensasiya məbləğinə razı olduqlarını bildirmişlər və iddiaçı tərəfindən məhkəmə kollegiyasına birinci instansiya məhkəməsinin yetərli hesab etdiyi kompensasiya məbləğinin artırılmasına dair heç bir rəsmi müraciət təqdim edilməmişdir.
49. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı 36 аylıq kоmpensаsiyа məbləği qismində 3600 manat verilməklə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 88,47 kv.m olan fərdi yaşayış evindən istifаdə hüququnа xitаm verilməsi və mənzilin bоşаldılаrаq təhvil verilməsi tələbinə dair iddiası rədd edilməlidir.
50. Eyni zаmаndа iddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) mаnаt dövlət rüsumu, 50 (əlli) manat mediаsiyа xərci, vəkil xidmət haqqı оlаrаq ödənilmiş 120 (bir yüz iyirmi) manat iddiаçıyа aid edilməli, həmçinin iş üzrə 60 mаnаt ekspertizа xərci İddiaçı tutulub Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405,407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2(014)-423/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı 36 аylıq kоmpensаsiyа məbləği qismində 3600 manat verilməklə Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 88,47 kv.m olan fərdi yaşayış evindən istifаdə hüququnа xitаm verilməsi və mənzilin bоşаldılаrаq təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 (əlli) dövlət rüsumu, 50 (əlli) manat mediаsiyа xərci və vəkil xidmət haqqı оlаrаq ödənilmiş 120 (yüz iyirmi) manat iddiaçı Rəhimоv Rəhim Yаqub оğlunа aid edilsin. İş üzrə 60 mаnаt ekspertizа xərci İddiaçı tutulub Аzərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.