Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-819/2024 20.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı «İddiaçı İB-nin Cavabdeh qarşı pul tələbinə dair Şəki Rаyоn Məhkəməsinin 3 may 2024cü il tarixli, e-2(075)-1438/2024 saylı qərаrdаdındаn İddiaçı İB tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İB-nin Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, e-2(075)-1438/2024 saylı qərardadı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “pul tələbi”nə dair sadələşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, İddiaçı İB tərəfindən verilmiş şikayətin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)- 1438/2024 saylı qərardadının ləğv edilərək İddiaçı İB-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi Cavabdeh faktiki yaşayış ünvanı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 280 ünvanıdır və tərəflər arasında təbii qazın alqısatqısına dair müqavilə onun icra yeri olan Şəki rayonunda bağlanılmışdır. Beləliklə, tərəflər arasında bağlanmış müqavilənin ünvanının Şəki Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olduğu görünür, çünki Cavabdeh qeydiyyat ünvanı ünvan 4 ünvan Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 280 ünvanıdır. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Hazırkı iddia üzrə ərizəyə əlavə edilmiş Təbii qazın alqı-satqısına dair müqavilədə cavabdehin ünvanı Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 280 göstərilmişdir. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı iddia ərizəsi üzrə ərizəyə əlavə edilmiş təbii qazın alqı-satqısı müqaviləsində istehlakçının qaz sayğacı haqqında məlumatlarda qaz sayğacının quraşdırıldığı yer Şəki rayonu Yeni Çələbixan qəsəbəsi 280 göstərilmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi xahiş edilmişdir. Şəki Rаyоn Məhkəməsinin 15 may 2024-cü il tarixli, 2(075)-1438/2024 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, e-2(075)-1438/2024 saylı İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 3 may 2024-cü il tarixli, e- 2(075)-1438/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edlmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə аrаşdırmаsı zаmаnı müəyyən olunmuşdur ki, İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 538.66 manat və 30 manat dövlət rüsumun, ümumilikdə isə 568.66 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etsə də, Cavabdeh qeydiyyatda olduğu yerin Xocalı rayonu Xocalı şəhəri, M.Paşayev küçəsi ev 14 olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də borc haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh Xocalı rayonu, Xocalı şəhəri, M.Paşayev küçəsi ev 14 qeydiyyatdadır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsində qeyd olunan hallar mövcud deyildir. Cavabdehin rəsmi qeydiyyata alındığı yer Xocalı rayonundur. Eyni zamanda müqvilənin icra olunduğu yer müqavilədə qeyd edilməmişdir. Bu səbəbdən də Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, e-2(075)-1438/2024 saylı qərardadın ləğv edilməsinə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Şəki Rаyоn Məhkəməsinin 3 may 2024cü il tarixli, e-2(075)-1438/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rаyоn Məhkəməsinin 3 may 2024-cü il tarixli, e-2(075)-1438/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-819/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-819/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver