Məhkəmə qərarları › İş №2(107)-820/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-820/2020

06.05.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-820/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 ASC-nə və Cavabdeh2 TSC-nə qarşı qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı Cavabdeh1 ASC tərəfindən qanunsuz hesablanmış 362,57 (üç yüz altmış iki manat əlli yeddi qəpik) borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC tərəfindən qanunsuz hesablanmış 362,57 (üç yüz altmış iki manat əlli yeddi qəpik) borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Şəki şəhəri Bağbanlar küçəsi, ev 59S saylı mənzil, həmçinin suya görə **********025 saylı abonent kodu mərhumə X1nın adına olmuşdur. Qeyd etdi ki, həmin mənzildə 1975-ci ildən anası da daxil olmaqla 5 nəfər ailə üzvləri ilə birlikdə yaşamışlar. Hal-hazırda da 4 nəfər ailə üzvü ilə birlikdə qeyd edilən ünvanda yaşayırlar. X1 2011-ci ildə vəfat etmişdir. Anası rəhmətə gedənədək evin bütün komunal xərcləri ilə bağlı olan hesab fakturaları anasının adına gəlmişdir. Anası vəfat edənədək həmişə onlardan 1 nəfərin, yəni yalnız anasının adına su pulu gəlmiş və istifadə etdikləri su pulunu vaxıvaxtında ödəmişlər. O, 2011-ci ildən sudan istifadəyə görə pul ödəməmişdir. Belə ki, anası vəfat etdikdən sonra onlardan 4 nəfərin adına su pulu ödənilməsi tələb olunmuş və o, Cavabdeh1 ASC-nin əməkdaşlarına su çirkablı olduğu üçün sudan istifadə etmədiyini və su pulunu ödəməyəcəyini bildirmişdir. O, həqiqətən də anası vəfat etdikdən sonra yaşadığı mənzilə verilən sudan istifadə etməmiş, istifadə etdiyi suyu mağazadan almış və ailə üzvləri ilə birlikdə ümumi hamamda yuyunmuşlar. Yəni ümumiyyətlə anasından miras qalan evə verilən sudan heç bir halda istifadə etməmişlər. Bəhsi keçən ev hal-hazırda anasının adında qalsa da həmin evi miras əmlakı kimi faktiki olaraq qəbul etmişdir. Şəki şəhərində su-kanalizasiya sistemlərinin yenilənməsi ilə əlaqədar olaraq, 2019-cu ilin yayında yeni sayğaclar quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra istifadə etdiyi suyun borcunu ödəmişdir. Lakin 2011-ci il tarixdən sonra istifadə etdiyi suyun pulunu ödəməmişdir. 10oktyabr 2019-cu il tarixində Cavabdeh2ın əməkdaşları tərəfindən ona və ya ailə üzvlərinə heç bir məlumat vermədən və protokol tərib etmədən yeni qurulan su sayğacını möhürləmişlər. Yaranmış borcla bağlı isə ona hesab faktura avqust ayında təqdim ediləndə bilmişdir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edeilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X5 izahat verərək göstərmişdir ki, Şəki şəhəri Bağbanlar küçəsi, ev 59S saylı mənzil iddiaçının X1nın mülkiyyətindədir. Həmçinin suya görə **********025 saylı abonent kodu iddiaçının anasının adınadır. İddiaçı anasının 2011-ci ildə vəfat etdiyini bildirsə də, bu barədə Cavabdeh1 ASC-nə rəsmi sənəd təqdim etməmiş, abonent kodunun onun adına dəyişdirilməsini xahiş etməmişdir. Həmçinin iddiaçı onların mənzilinə verilən suyun keyfiyyətsiz olmasını bildirməklə ondan istifadə etməməsini qeyd etsə də sözügedən mənzilə suyun verilişinin dayandırılması barədə ərizə ilə Cavabdeh1 ASC-nə rəsmi müraciət etməmişdir. Qanunvericiliyin tələblərinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Bundan başqa bildirdi ki, qeyd edilən borc iddiaçının sərf etdiyi suya görə yaranmışdır. Həmin borc hər hansı akt nəticəsində yazılmış cərimə məbləği deyildir. İddiaçının sudan istifadə etməməsi ilə bağlı arqumentlərini əsaslı və inandırıcı hesab etmir. Bundan başqa qeyd etdi ki, iddiaçı məhkəmə iclasında özü etiraf etdi ki, 2011-ci il tarixdən 2019-cu ilin yay aylarınadək, yəni Cavabdeh1 ASC tərəfindən sayğac quraşdırılanadək su pulu ödəməmiş, sayğac quraşdırıldıqdan sonra su pulu ödənişləri etməyə başlamışdır. İddianı qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 TSC birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamənin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, Şəki Rayon Məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına istinad edib qeyri-müəyyən qətnamə çıxarmış, düzgün və obyektiv qərar qəbul etmək üçün tərəflər qarşısında dolğun, tutarlı suallar qoymamış və bu səbəbdən də düzgün nəticəyə gələ bilməmişdir. Cavabdeh1 ASC-nin və Cavabdeh2 TSC ilə onun arasında heç bir müqavilə mövcud deyil, tərəflər arasında hər hansı bir müqavilə olmadığı zaman Cavabdeh1 ASC nəyə istinad edib qeyd olunan məbləği ona borc kimi göstərmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsi hüququn tətbiq edilməsində səhvlər buraxmış, tətbiq edilməli olan qanun və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və yaxud qanunu səhv təfsir etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsini ləğv edib yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 ASC-nin və Cavabdeh2 TSC-nin nümayəndələri lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh1 ASC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək əmək məzuniyyətində olması ilə əlaqədar olaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2020-ci il tarixli, 19 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İşdə olan AZ-İ 461382 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə xroniki ürək çatışmazlığı səbəbindən Şəki şəhərində vəfat etmişdir. İşdə olan xx xxxx 1992-ci il tarixli “reqistrаüiоnnоe udоstоverenie” təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 mülkiyyətindədir. İşdə olan Şəki “Sukanal” TSC-nin su təchizatının dayandırılmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, abonent kodu **********025 olan Şəfiqə Məmmədovanən xx xxxxxx 2019- cu il tarixinə 360 manat borcu yaranmışdır. Bu səbəbdən onun su təchizatı müvəqqəti olaraq dayandırılmışdır. Yaranmış borcun ödənilməsi üçün Şəki “Sukanal” TSCnə və yaxud, müvafiq poçt, bank şöbələrinə müraciət etməsi xahiş edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli Cavabdeh1 ASC-nin Şəki “Sukanal” TSC tərəfindən verilmiş hesab fakturadan və xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, abonent X3 366.82 manat su pulu borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq etdilən “Sudan istifadə Qaydaları”nın 7.4, 8.1.1, 8.3 və 8.4cü maddələrinə, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 23, 24, 26, 30 və 31-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442 və 448.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli 262 saylı qərarı ilə təsdiq etdilən “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Həmin qaydaların 8.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin qaydaların 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Həmin qaydaların 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKMdən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanununun 23cü maddəsinin a) bəndinə əsasən su təchizatı müəssisəsimüraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olduqda su təchizatı sisteminə qoşmalıdır. Həmin Qanunun 24-cü maddəsinin b) bəndinə əsasən su təchizatı müəssisələri hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını rəsmi qaydada tələb edə bilər. Həmin Qanunun 26-cı maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda su təchizatını dayandıra bilər. Həmin Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 ASC-nin Şəki “Sukanal” TSC-də**********02saylı istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan X2 mənzilində yaşayan iddiaçı ailə üzvləri ilə birlikdə sudan istifadə etmişdir. Belə ki, iddiaçı özü məhkəmə iclasında bildirmişdir ki, 1975-ci ildən anasına məxsus qeyd edilən evdə yaşamış, sudan istifadə etmiş və istehlak etdikləri suyun pulunu ödəmişlər. Lakin 2011-ci il tarixdə anası vəfat etdikdən sonra 2019-cu ilədək su pulu ödəməmişdir. Buna səbəb kimi anası vəfat etməmişdən qabaq supulunun yalnız bir nəfər üçün, yəni anası üçün hesablandığını, anası vəfat etdikdən sonra isə 4 nəfər ailə üzvünə su pulu hesablanmasını, suyun çirkli olmaqla keyfiyyətsiz olmasını göstərmiş, buna görə də sudan istifadə etməməsini, suyu mağazadan pulla almasını, yuyunmaq üçün isə ailəlikcə ümumi hamamdan istifadə etməsini qeyd etmişdir. İstehlakçılar yaşadıqları ünvanda uzun müddət, yəni 2011-ci ildən sudan istifadə etsə də su hesabında yaranmış borcdan heç bir ödəniş etməmişdir. Müəyyən edilmişdir ki, su borcu iddiaçının sərf etdiyi suya görə yaranmışdır. Həmin borc hər hansı akt nəticəsində yazılmış cərimə məbləği deyildir. İddiaçının sudan istifadə etməməsi ilə bağlı arqumentlərini əsaslı və inandırıcı hesab etmir. Bundan başqa iddiaçı 2011-ci il tarixdən 2019-cu ilin yay aylarınadək, yəni Cavabdeh1 ASC tərəfindən sayğac quraşdırılanadək su pulu ödəməmiş, sayğac quraşdırıldıqdan sonra su pulu ödənişləri etməyə başlamışdır. Hazırda istehlakçının su hesabında 366.82 manat borc vardır. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh1 ASC tərəfindən ona hesablanmış 362,57 manatın silinməsini xahiş etsə də, bunu sübut edəcək hər hansı hüquqi aktı işə əlavə etməmiş və Cavabdeh1 ASC tərəfindən ona 362,57 manat pulun hesablanmasını sübuta yetirə bilməmişdir. İddiaçıyaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə sudan istifadə etsə də, su sərfiyyatına görə hesablanmış borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən, İddiaçı 362,57 (üç yüz altmış iki manat əlli yeddi qəpik) borc məbləğinin silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəməkollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiаçı İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-113/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar