Məhkəmə qərarları › İş №2(107)-824/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-824/2022

09.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-824/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, X9rşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh3, X9rşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X19 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. 05 fevral 2017-ci il tarixli qətnaməsindən görünür ki, X11 ona məxsus olan bütün əmlakını iddiaçı X14 vəsiyyət etmişdir.

2. JN-0059 F KOD 4020/10004 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, iddiaçı istisna olmaqla cavabdehlərin ailə üzvüləri dörd nəfər olmaqla 0,90 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir.

3. 644 saylı qeydiyyat vəsiqəsindən görünür ki, mübahisələndirilən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 mülkiyyətinə verilmişdir.

4. Ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür.

5. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflərin ataları X12 ilə anaları X11 arasında xx.xx.2017-ci il tarixdə bağlanmışdır.

6. AN-N-0126860 saylı alqı-satqı müqaviləısindən görünür ki, cavabdehin mülkiyyətində olan 090 ha torpaq sahəsindən 0,28 ha hissə si xx.xx.2017-ci il tarixdə satılmışdır.

7. Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2006-cı il tarixdə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Həsənova Havva Məmmədovna Cavabdeh1 və qeyrilərinə qarşı məhkəməyə müraciət edərək mərhum anası X5 miras qalmış Zaqatala rayonu Qazangül qəsəbəsində 0,07 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi və 0,90 ha kənd təsarrüfatlı həyətyanı torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, onun atası X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mirası anam qəbul etmişdir. Anam isə xx.xx.2017-ci il tarixdə vəfat etmiş, xx.xx.2017-ci il tarixdə Zaqatala rayonu 2 saylı Dövət Notariat Kontorunda 2V-64 reyestr nömrəli vəsiyyətnamə ilə Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini, pay torpağmı, ümumiyyətlə özünə məxsus olan bütün əmlakını mənə vəsiyyət etmişdir. Zaqatala rayon Qazangül qəsəbəsində yerləşən 1969-cu ildə tikilmiş Qazangül qəsəbəsinin evlər idarəsinə məxsus olan ümumi sahəsi 62,0 kv.m olan 3 otaqlı 33 saylı mənzilin mərhum atasının əvəzsiz şəxsi mülkiyyətinə verilməsinə dair Zaqatala rayon Dövlət İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 12 dekabr 2005-ci il tarixli 16 saylı sərəncamından Çıxarış vardır. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 86 saylı qərarı ilə 0,90 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi JN:0059 KOD 40201004 saylı Dövlət Aktı ilə mərhum anamın adma rəsmiləşdirilmişdir. Bundan başqa Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 2000-ci il 12 avqust tarixli 88 saylı qərarı ilə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi JN:091F KOD 40201004 saylı Torpağın Mülkiyyət verilməsinə dair Şəhadətnamə də mərhum anasının adına rəsmiləşdirilmişdir. Atasının vəfatından sonra bütün mirası anası qəbul etmiş, o, da öz növbəsində özünə məxsus əmlakını ona vəsiyyət etmişdir. Lakin hazırda həmin evi və torpaq sahələrini qardaşı Cavabdeh1 Məhəmməd oğlu zəbt etmişdir və onun qeyd olunan torpaq sahələrindən və evdən istifadəsinə maneçilik törədir. Qardaşı Rzadan fərqli olaraq digər cavabdehlər onun həmin evdən və torpaq sahələrindən istifadəsinə narazılıq etmirlər. O, Zaqatala Rayon Dövlət Notariat kontoruna vərəsəliyi qəbul etmək üçün müraciət etsə də mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

10. Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 04 dekabr 2018-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən JN 0056 KOD 40201004 saylı torpağa mülkiyyət hüququnun verilməsinə dair Dövlət Aktı ilə X7 ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ondan miras qalmış ¼ hissəsinin 6/14 hissəsinə iddiaçı X14 vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

11. Zaqatala Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsinin 1-ci səhifəsinin müəyyən etdi hissəsinin altıncı abzasında səhvən yazılmış “JN 0091 F 402010004” rəqəmləri, qətnamənin 3-cü səhifəsinin 2-ci abzasında səhvən yazılmış “JN 0056 KOD 40201004” rəqəmləri və qətnamənin nəticə hissəsinin ikinci abzasında səhvən yazılmış “JN 0056 KOD 40201004” rəqəmləri “JN 0059 KOD 40201004” rəqəmləri kimi oxunması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Havva Həsənova ilə Cavabdeh1 bacı-qardaşdırlar. X1 Zaqatala rayonu, Qazangül qəsəbəsində 0.07 ha torpaq sahəsinə yerləşən ümumi sahəsi 620 kv. metr olan 3 otaqlı yaşayış evi miras qalmışdır. Eyni zamanda, iş materiallarında olan JN 059 KOD ********* olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi mərhumların sağlığında 12 avqust 2000-ci il tarixdə Zaqatala rayon Aqrar İslahat Komissiyasınım qərarı ilə onların 4 nəfərdən ibarət olmaqla, ailə üzvlərinin mülkiyyətinə 0.90 hektar kənd tədərrüfatlı torpaq sahəsi verilmişdir. Sözügedən sənəd üzrə torpaq sahəsi iddiaçının atası, anası, cavabdeh olan qardaşı və bacısı Ülviyyənin mülkiyyətinə verilmişdir. Həmin sənəd üzrə iddiaçının anasının payı ¼ hissədən ibarət olmaqla o, iddiaçıya mirasla bağlı 05 fevral 1917-ci il tarixli vəsiyyətnamə vermişdir. Məhkəmə iclasında mübahisə ilə bağlı işin faktiki hallar araşdırılarkən müəyyən olundu ki, iddiaçının tələb etdiyi ümumi sahəsi 62.0 kv metr olan 3 otaqlı fərdi yaşayış evi anasından deyil, mərhum atası Məmməd Mehdiyevdən miras qalmış və sonuncunun ölümündən sonra həmin miras vərəsələrin o cümlədən vəsiyyət vermiş mərhum anasının mülkiyyətinə keçməmişdir. Belə olan təqdirdə isə iddiaçının anasında deyil, atasından miras qalmış evlə bağlı anasının vəsiyyətnaməsi əsasında vəsiyyət üzrə payını tələb etməkdə halı olmamışdır. Məhkəmə iddia tələbinin həmin hissəsi ilə razılaşmır, ona gör ki, mübahisə predmeti olan yaşayış evinin iddiaçının mərhum anasının mülkiyyətinə keçməsi rəsmiləşdirilməmişdir. Vəsiyyətnamə olduqda qanun üzrə vərəsələr ancaq ancaq məcburi pay hüququna malikdirlər. Məhkəmə iddia tələbinin sahəsi 0.90 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə iddiaçının anasından miras qalmış hissəyə vəsiyyət üzrə vərəsəlik hüquqnun verilməsi hissəsinə münasibətdə tələblə razılaşır. Belə ki, mübahisələndirilən 0.90 ha torpaq sahəsinin 0.28 ha hissəsi satılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən 0.90 ha torpaq sahəsindən 0.28 ha hissəsi AN-1N- 0126860 nömrəli 12 oktyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2. Hansı ki ev alqı-satqı müqaviləsi bağlanılarkən Biçə Mehdiyeva artıq ölmüşdür. Müqavilədə isə onun tərəfindən imza olunduğu əksini tapmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, alqı-satqıdan iddiaçının mərhum anasının xəbəri olmadığndan 0.90 ha torpaq sahəsinin ¼ hissəsi onun mülkiyyəti hesab olunmalıdır. Mərhumun vəfatından sonra onun cavabdehə də daxil olmaqla, yeddi vərəsəsi qalmışdır. Vərəsələr məhkəməyə dəvət olunmuş, lakin məhkəmə iclasları dəfələrlə təxirə salınsa da, gəlməmişlər.. Məhkəmə bunu vərəsələrin susması kimi qiymətləndirir. Belə olduğu təqdirdə əgər vəsiyyətnamə olmasaydı qanun üzrə vərəsələrin hərəsinə 0.90 ha torpaq sahəsinin 1/7 hissəsindən ibarət pay düşürdü. Lakin miras qoyan vəsiyyətnamə verdiyindən digər vərəsələrə məcburi pay qismində ¼ hissənin 1/14 hissəsi hesablanmalıdır. Beləliklə, iddiaçıya sözügedən torpaq sahəsinin ¼ hissəsinin 6/14 hissəsi vəsiyyət üzrə verilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166, 1193, 1151, 1133 və 1133.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Həmin qətnamədən narazı qalan maraqlarına toxunan şəxs X19 və onun vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin təmin edilən hissəsindən narazıdır. Qətnamənin həmin hissəsi onun hüquq və vəzifələrini pozur. Ona görə ki, mərhum X8 və onun torpağa mülkiyyət hüququna verilməsinə dair dövlət aktında qeyd olunan ailə üzvlərinin imzası ilə həmin dövlət aktında qeyd olunan 0.90 ha torpaq sahəsinin 0,50-52 ha hissəsini onların imzası ilə notarial qaydada xx.xx.2005-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Aldığı torpaq sahəsi aldığı vaxtdan bu günədək onun sahibliyindədir. Lakin müəyyən səbəblərdən alqı-satqı müqaviləsi əsasında torpağa mükiyyət hüququqnu müəyyən edən sənədlər almamışdır. Biçə Mehdiyeva xx.xx.2017-ci il tarixdə ölmüşdür. Eyni zamanda o, ölməmişdən əvvəl xx.xx.2017-ci il tarixdə torpaq sahəsini qızı Havva Həsənovaya vəsiyyət emişdir. Məhkəmə işə baxarkən maddi və maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 1151 -ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir. Məhkəmə işə baxarkən bu maddənin tələbini pozmuş, miras qalmış torpaq sahəsinə sərəncam verərkən həmin torpaq sahəsinin satılıb-satılmaması və nə qədər hissəsinin mərhuma aid olmasını aydınlaşdırmamışdır. Beləliklə, məhkəmə MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki, məhkəmə həqiqiətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımi şərait yaradır. Eyni zamanda məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki. məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərətli, tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir.

16. Qəbul olunmuş məhkəmə onun hüquq və vəzifələrini pozduğuna görə MPM-nin 4cü maddəsinə əsasən apellyasiya şikayəti verərək məhkəməyə müraciət etməli olmuşdur. Həmin maddədə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Eyni zamanda MPM-nİn 357.2-ci maddəsində qeyd olunur ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də apellyasiya şikayəti vermək hüququna malikdirlər. Beləliklə, məhkəmə maddi hüquq normasının tələblərini pozaraq qanunsuz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş maraqlarına toxunan şəxs X19 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, 3-cü şəxs ünvan 1 ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər tərəflər, o cümlədən apellyator iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, apellyator qətnamənin təmin olunmuş hissəsini mübahisələndirir. Digər hissə (təmin olunmayan hissə) mübahisələndirilmir.

26. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qətnaməsini apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbinin mahiyyətindən görünür ki, tələb miras qalmış əmlakdan vəsiyyət üzrə payın müəyyən edlməsi barədədir.

29. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, miras qalmış əmlakalardan yalnız biri, yəni Zaqatala rayonu Qazangül qəsəbəsində yerləşən JN 0056 KOD 40201004 saylı torpağa mülkiyyət hüququnun verilməsinə dair Dövlət Aktı ilə X7 ailə üzvlərinin mülkiyyətində olan 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X10 payını müəyyən etmişdir.

30. Apellyator qəbul edilmiş qətnamə ilə razılaşmır və şikayətini onunla əsaslandırır ki, qətnamə onun hüquq və vəzifələrini pozur. Belə ki, mübahisəsi gedən 0.90 ha torpaq sahəsinin 0,50-52 ha hissəsini xx.xx.2005-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi rəsmiləşdirməklə almış, aldığı torpaq sahəsi aldığı vaxtdan bu günədək onun sahibliyindədir. Lakin müəyyən səbəblərdən alqı-satqı müqaviləsi əsasında torpağa mükiyyət hüququnu müəyyən edən sənədlər almamışdır.

31. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla ilk növbədə apellyatorun öz tələbini əsaslandıran bütün faktları və halları, qeyd etdiyi dəlilləri məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, apellyatorun mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sənədlərə və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən şikayəti təmin edilə bilməz.

32. Birinci ona görə ki, həm məhkəmə bildirişi vasitəsilə, həm də məhkəmə iclasında alqı-satqı müqavilsəinin əslinin və ya notarial qaydada təsdiq olunmuş surətinin təqdim olunması apellyatora təklif olunmasına baxmayaraq, sonuncu həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etməməklə yanaşı, səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

33. İkincisi, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, apellyator həmin torpaq sahəsinin bir hissəsinin onun istifadəsində və sahibliyində olduğunu bildirsə də bununla bağlı hər hansı sübutu təqdim etməmişdir. Əksinə, iş materiallarının 124-cü səhifəsindəki DƏDRX-in 03 mart 2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, mübahisəli torpaq sahəsi başqa mülkiyyətçinin adına keçmiş və dövlət reyestrində həmin mülkiyyətçinin adına qeydiyyata alınmışdır.

34. Üçüncüsü, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı anasından miras qalmış əmlaka dair vərəsəlik hüququ ilə bağlı 2018-ci il tarixdə məhkəməyə müraciət edərkən, qeyd olunan torpaq sahəsi ümumbirgə mülkiyyət əsasında iddiaçının anasına və onun ailə üzvlərinə məxsus olmuş, hazırki apellyatorun həmin torpaq sahəsini alıb-almaması müəyyən edilməmişdir. 35.Dördüncüsü, kollegiya qeyd edir ki, iddiaçının tələbi anasından miras qalmış əmlaka payının müəyyən edilməsindən ibarətdir, bu hələ mübahisəli torpaq sahəsinin hamısının iddiaçıya verilməsi anlamına gəlmir.

35. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Maraqlarına toxunan şəxs X19 və onun vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(033)-1213/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar