Məhkəmə qərarları › İş №2(107)-83/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-83/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-83/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması) X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı şəhadətnamənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X52 Xidmət Mərkəzində AR ƏNnin X33 işi V-19 Reystrində 2-v 1010 və 2v1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022 ci il tarixdə daxil edilmiş 17 dekabr 2022 ci il tarixli vərəsəlik hüququ hqaqında şəhadətnamələrin ləgv edilməsi və informasiya sistemindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 İyul 1961 ci il tarixli 9917\5515 № li Torpaq Qeydinə əsasən kecmiş Micurin indiki Ziya Bünyadov kücəsi döngə 2 ev 1 Yeni qaydalarla 67 ünvanda yerləşən ev mərhum əri Azərin atası X28 oglunun adına olmuşdur. Bu evin sahibi Məmmədhəsənov Allahyar 21 may 1991-ci ildə vəfat etmiş və vərəsəlik açılmışdır. Mərhumun 5 vərəsəsi: arvadı Məmmədhəsənova Barat, Şəhriyar, Azər, Əliyyə, Oktay vərəsələri olmuşdur. Göstərilən şəxslərdən Barat qaynanası Azər isə əri ölmüşdür. Ev sahibi Məmmədhəsənov Allahyar xx.xx.1991-ci ildə vəfat etdikdən sonra əri Azərdən və qayınanası Baratdan başqa heç kim mirasa yiyələnib sahiblik edib mirası idarə edən olmayıb. Digər vərəsələr mirasa yiyələnməsini təsdiq edən hec bir sübutu məhkəməyə təqdim edə bilməzlər. xx.xx.2008 ci ildə qayınanası Barat, 18.09 2022 ci il tarixdə isə mirasa yiyələnib sahiblik edən əri Azər vəfat etmişdir. Bundan sonra o mirasa yiyələnib bu günə qədər sahiblik edib idarə etmişdir. Bütun kommunal xərcləri miras açılandan əri Azərlə o ödəmişdir. Atasından qalmış mirasdan rəsmi ərizə imtina edən vərəsə X25 atasının ölümündən 22 il sonra qanunsuz mərhum atası X44 oglunun adına DƏDRX-nin 12 saylı Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixdə Reyуstr nömrəsi **********28-10301 nömrəli qeydiyyat nömrəsi ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşımaz əmlakın dövlət reystrindən çıxarış alaraq miras qoyan Allahyarın nəvələri Emil Şəhliyar oğlu və Samir Oktay oğlundan payın bağışlanılması barədə qanunsuz müqaviləni “Asan Xidmət” Mərkəzinin Notarius ofisində təsdiq etdirərək qeyd etdiyi Qanunsuz vərəsəlik hüququ haqqında şəhadətnamələri təsdiq etdirmişdir. Notariat əməliyyatı aparılarkən qanunun tələbləri pozulmuşdur. Vərəsəlik işi mübahisəli hüquq münasibətin yarandığı dövrün qanununa uyğun həll edilməli idi. AR MM-nin 552 ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakı faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə eləcə də mirasın açıldığı yerdə mirası qəbul etmək barədə ərizə verdikdə miras qəbul edilmiş sayılır. Əliyyə xanım bu hərəkətlərin hansı birini edib məhkəməyə sübut təqdim etməlidir. Qanunda göstərilən bu hərəkətlərin yalınız əri Azər tərəfindən edilməsini bütün məhəllə təsdiq edir. Bu Maddənin 2-ci bəndində konkret göstərilib ki bu hərəkətlər 6 ay ərzində edilməlidir. Miras qoyanın qanun üzrə vərəsələri öz paylarından anaları Baratın xeyrinə imtina ediblər. Anaları Barat mirası faktiki qəbul edən olsa da miras qoyan deyil. Bu qanunsuz əməliyyatdan xəbər tutan kimi dərhal Notairat ofisinin notarius u Nadir Zeynalova vərəsəlik açılması üçün əsas olmuş sənədləri dəfələrlə şifahi tələb etsə də verməmişdir. Sonunda xx.xx.2023-cü il tarixdə ərizə yazıb sənədləri tələb etməklə vərəsəlik şəhadətnamələrin ləğvini xahiş etmişdir. Ona 18.01 2023-cü il tarixli nömrəsi olmayan təsdiqlənməyən məktubla miras qoyanın həyət yoldaşı X7 vərəsə kimi tanındığı, onun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığı və 29.08 2008 ci ildə o vəfat etdiyi üçün MM-nin 1159 cu maddəsinə əsasən mirasın 4 nəfər vərəsələr arasında bərabər bölündüyü bildirilmişdir. Barat vərəsəlik şəhadətnaməsi alsa da ev onun adına keçməyib. Bütün vərəslik şəhadətnamələrdə miras qoyandan irs bütöv yaxud neçə hissə pay almaları vərəsəlik şəhadətnamələrdə göstərilir. Şəhadətnamə mirası qəbul etdiyini təsdiq edən sənəddir və DƏDRX-dən payın alınması ücün olan sənəddir miras qoydugunu tədiq edən sənəd deyil. Bu şəhadətnamə əsasında payını DƏDRX-də qeyd etdirməklə daşınmaz əmlaka mülkiyyət sənədi almayıb. Ana vərəsə kimi tanınıbsa vərəsəlik şəhadətnaməsini o alıbsa miras paydan imtina edən şəxsin adına hansı qanuna əsasən vərəsəlik şəhadətnaməsi verilib. Mirasdan imtina edən Əliyənin 22 ildən sonra məhkəmənin mirası qəbul etmə faktını müəyyən etməsi barədə qərarı olmadan mirası qəbul etməsi barədə sübutlar təqdim etmədiyi halda vərəsəlik şəhadətamələr hansı maddəyə əsasən yazılmışdır. Atasına məxsus miras əmlakdan Əliyyə imtina etmişdir. O imtinaya görə də anasına vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras 1991-ci ildə açıldığı halda “2022-ci ildə vərəsəlik şəhadətnaməsi verilə bilər mi axı ?” köhnə vərəsəlik şəhadətnaməsi qanunla qüvvədədir. Notarius AR MM-nin 1159-cu maddəsinə əsasən vərəsəlik şəhadətnaməsini verildiyini qeyd edir AR MM-nin 1159.1.3 maddəsinə əsasən nəvə nəticələr o halda qanun üzrə vərəsə sayılırlar ki Mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın 1159.1.4 maddəsinə əsasən konkret göstərilib ki Nəvə, nəticələr və uşaqları əgər onların valideynləri mirasın qəbulundan imtina ediblərsə vərəsə ola bilməzlər. O cümlədən Əliyyə xanım da vərəsə ola bilməz, o mirasdan imtina etmişdir. AR MM-nin 1252-ci maddəsinə əsasən Əgər vərəsə miras açılandan sonra lakin mirası qəbul edənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin vərəsəsi mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidir müddət 3 aydan az olduqda 3 ay uzadılmalıdır. Notarius bu iş üzrə qanunun 40-cı maddəsinə əsasən Notariat hərəkətlərini aparmaqdan imtina etməli idi. 42-ci maddəsinə əsasən qanun pozuntusu aşkar edildidə prokurora xəbər verməli idi. 58-ci maddəsinə görə mirası qəbul etmiş vərəsəyə Vərəsəlik hüququ haqqıda şəhadətnamə verməli idi. Mülki qanunvericiliyin Notariat daqqında Qanunun tələblərinə uygun Notariat əməliyyatları aparılmalı idi.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 hər biri ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında maraqlı şəxs X16 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, nümayəndəsi olduğu Aliyə Xəlilova və digər vərəsələr iddiaçı ilə birlikdə notariat ofisinə müraciət etmiş, heç bir mübahisə və anlaşılmazlıq olmadan miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar. Həmçinin iddiaçı şəhadətnamənin onun iradəsindən kənar aldığını bildirsə də, notariat ofisində ona hüquq və vəzifələri izah olunduğu öz ərizəsilə də təsdiqini tapmışdır

5. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzinin notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Regional “ASAN xidmət” mərkəzində notarius ofisinə qarşı Regional Asan Xidmət Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X33 işi V-19 Reystrində 2-v 1010 və 2- v 1011 nömrə ilə qeyd edilən informasiya sisteminə 17 dekabr 2022 ci il tarixdə daxil edilmiş və həmin tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və informasiya sistemindən silinməsi tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan ünvan 1 ünvanında olan fərdi yaşayış evi tərəflərin atası mərhum Allahyar Məmmədhəsənova məxsus olmuşdur. Allahyar Məmmədhəsənov 21 may 1992-ci il tarixdə öldükdən sonra ondan miras qalmış qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən yalnız X17 xx.xx.1992-ci il tarixdə qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnamə tərtib edilmiş və sonuncu 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir. Barat Məmmədhəsənova öldükdən sonra qeyd olunan miras əmlakı qanun üzrə vərəsələrindən hər biri qəbul etmiş, bu barədə qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir. Həmin şəhadətnaməyə əsasən mülkə dair vərəsələrin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı digər vərəsə Aliyə Xəlilovanın mirasdan imtina etdiyindən və qanunvericiliyə uyğun olaraq mirasın qəbulu üçün müddət ötdüyündən X52 xidməti tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsin etibarsız sayılmasını, çıxarış ləğv edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Allahyar Məmmədhəsənov xx.xx.1991-ci il tarixdə ölmüşdür. Mirasın açıldığı iddiaçının vərəsəlik hüququ yarandığı andan ona bəlli olmuşdur. İddiaçı tərəflər arasında mübahisə olduğundan notariusun mirası qəbul etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürdüyündən imtina etməli və mirasın qəbul edilməsilə bağlı şəhadətnamə verməməli olduğunu bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, bu hal notariusun mirası qəbul etməkdən imtinası üçün əsas ola bilməz. Belə ki, yuxarıda göstərilən qanunvericilik normasından da aydın olduğu kimi iddiaçı mirası faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirib bu barədə digər vərəsələrlə birlikdə notariat ofisinə müraciət edərək miras paydan ona düşən paya vərəsəlik haqqında şəhadətnamə verməyi xaiş etmiş və həmin vaxt qanunvericiliyin bütün normaları ona izah edildiyini ərizəsində öz imzası ilə təsdiq etmişdir. Belə ki, iddiaçı notariat ofisində miras əmlakla bağlı şəhadətnamə verilərkən vərəsələr arasında mübahisə olduğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, bundan başqa iddiaçı iddia ərizəsində qeyd olunan miras əmlaka dair Aliyə Xəlilovanın miras əmlakdan imtina etdiyini və bu səbəbdən də ona vərəsəlik şəhadətnaməsi verilməməli olduğunu bildirmişdir. Lakin iş materiallarında olan Aliyə Xəlilovanın 01 sentyabr 1992-cı il tarixli ərizəsindən də görünür ki, o, atası Allahyar Məmmədhəsənovdan miras qalmış əmlakın anası Barat Məmmədhəsənovanın adına keçməsinə etiraz etməmişdir. Göründüyü kimi Aliyə Xəlilovanın ərizəsində mirasdan imtina etməsi yox, əmlakın anasının adına keçməsinə etirazının olmadığı bildirilmişdir. Həmin hal gələcəkdə anası vəfat etdikdən sonra da onun anasına münasibətdə də, vərəsə olması səbəbindən vərəsəlikdən imtinası kimi qəbul edilə bilməz. İddiaçı qeyd edilən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün başqa heç bir əsas gətirməmiş, şəhadətnamənin ləğv edilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləgv edilməsi və informasiya sistemindən silinməsi tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

10. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1, 1252, 1253.1, 1256, 1257, 1261, 1267, 1321, 1322-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

a)Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, miras 21 may 1991ci ildə açılmışdır. Miras qoyanın bütün vərəsələri miras qoyandan özlərinə çatacaq payın anaların adlarına keçməsinə etiraz etməmələri barədə 1991-ci ildə notarial təsdiq edilmiş ərizələr vermişlər. Bu ərizələr əsasında anaları Barat xanım xx.xx.1992-ci ildə bütöv mirasa Qanun üzrə Vərəsəlik hüququ haqqında İ\.K183 nömrə ilə reyestrdə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bu şəhadətnamə əsasında miras əmlak anaları Baratın adına DƏDRX qeydiyyata alınmamışdır. Miras açılandan 22 il sonra vərəsələrin, nəvələrin razılıq ərizələrini saxta pay bağışlama müqavilələrini notarius tədiq edərək Aliyə xanıma mirasın 3\4 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bu hərəkətlər qanunla müəyyən olunmuş miras qoyan öləndən 6 ay ərzində olmalı idi. Məhkəmə işə baxarkən bu halları nəzərə almamışdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilir ki, vərəsələr arasında razılıq olduğundan göstərilən müddət keçəndən sonrada məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. “Hanı mənim razılıq ərizəm?” Notariusun yazdığı ona məzmunu izah edilməyən imza etdiyi ərizədə 1243 mirasın qəbul edilməsi, 1246 mirasın qəbulu müddəti, 1257 mirasın qəbul etməyin yol verməzliyi,1267 Notariat orqanına ərizə verdikdən sonra imtinanın yol verməzliyi maddələrin ona izah olunduğu göstərilib. vərəsəliyin açıldığı vaxt həmin ərizədə əri Azərdən ona çatası paya vərəsəlik şəhadətnaməsi xahiş etdiyi göstərilir, bu ərizə miras payların digər vərəsələrə verilməsinə razılıq ərizəsi deyildir. Miras barədə mübahisənin olub-olmamasını notarius ondan soruşmamışdır. Vərəsələrin mirası qəbulu ilə bağlı sübutların olmamasını orada bilmişdir və dərhal bu notariat əməliyyatına etiraz edərək şəhadətnamələrin ləğvi barədə ərizə vermişdir.

13. O, mirasa yiyələnmişdir. Mirası idarə edir. Aliyə xanımın və digər vərəsələrin mirasa yiyələnməsini onu idarə etməsini təsdiq edən hası sübutları varsa məhkəməyə təqdim etsin. Qanunun tələbinə əsasən bu hərəkətlər vərəsəliyin acıldıgı gündən 6 ay ərzində edilməlidir. Qanunun tələbinə əsasən Vərəsəlik hüququ əmələ gəlmiş şəxslər mirası qəbul etmək ücün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər. Bu müddət 3 aydan az olduqda 3 aya qədər uzadıla bilər məhkəmə tərəfindən Qanunun tələbinə əsasən qəbul edilmiş miras vərəsəyə məxsus hesab edilir. O, qanunla müəyyən edilmiş mirasa yiyələnmə və idarə etmə hərəkətləri etdiyinə görə miras ona məxsus hesab edilməlidir.

14. Mirasın qəbul edilməsi ücün Məcəllənin 552 ci maddədə müəyyən edilmiş müddətin kecməsi səbəbləri üzürlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər Mirası qəbul etmiş bütün vərəsələrin razılıgı olduqda göstərilən müddət kecdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul edilə bilər. O, mirası qəbul edən vərəsə kimi Aliyə xanımın və digər vərəsələrin mirasın qəbulu ücün razılıq ərizəsi verməmişdir. Varsa natarius yaxud məhkəmə ona göstərsin. Miras qoyan xx.xx.1991 də vəfat edib mrasın anaların adına kecmə ərizələri 1il 20 gündən sonra verilib 6 ay ərzində verilməli idi.

15. Məhkəmə 1961-ci il MM-nin normaların tətbiq etməli oldugu halda 2000 ci il MM-nin normalarını tətbiq etmişdir. Məhkəmə hakim öz qətnaməsini yalınız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırırmişdir. Natariusa məhkəməyə digər vərəsələr mirasın qəbulu ilə baglı hansı sübutu təqdim ediblər ki 23 ildən sonra natarius onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

16. Birincisi məhkəmə onun maddi və ailə vəziyyətini araşdırmamışdır ikincisi məhkəmə gəldiyi qanun üzrə vərəsələr tərfindən mirasın qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu halları araşdırmalı oldugu hajlda bu halı araşdırmamışdır. Məhkəmə sübuitlara yox əks tərəfin söylədiyi fərziyyəyə əsaslanıb qətnamə cıxarmışdır sübutlara əsaslanmamıdır. Ümumiyyətlə işin faktiki hallarını araşdırmamışdır.

17. Məhkəmənin istinad etdiyi hır hansı halı tsdiq edən işdə hec bir sübut olmadıgı halda məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uygun deyildir.

18. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi sübutlara yox fərziyyələrə əsaslanır. Əgər məhkəmə obyektiv ədalətli hər tərəfli araşdırma aparsaydı görərdi ki natarius hec bir qanuni əsas və sübut olmadan miras payları müəyyən edərək payları özbaşına bölüşdürmüşdür Məhkəmə sanki verilən iddia tələbinə baxmayaraq natariusun saxta hərəkətlərinə qanuni don geydirmişdir. Məhkəmə mirasın vərəsələr tərəfindn qəbulu faktını müəyyənləşdirmək vəzifəsini yerinə yetirməmiş mübahisələndirdikləri vərəsəlik şəhadətnaməsini verilmə qanunun tələblərinə uygun verilib verilməməsi araşdırılmamışdır.

19. Məhkəməyə hec bir yeni sübut təqdim edilməyib. Onların tədim etdikləri vərəsələrin mirasdan imtina ərizələrinə hüquqi qiymət verməmiş, məhkəmə vərəsələrin mirasın faktiki qəbulu, mirasa yiyələnmə, mirası idarə etmə, motariusa mirasın qəbulu ərizələrin verilməsini araşdırmaga borclu idi. Bu halların araşdırılması məhkəməyə qanunsuz qətnamə cıxara bilməzdi.

20. Məhkəmədən vərəsəlik şəhadətnamələrin verilməsi əsasları və sübultları natariusun məhkəməyə təqdim etməsini xahiş edir. Həmin sübutlar qanunun tələbləri ilə uzlaşırmı yoxlanılsın. Mülki işlər üzrə ədalət mühakiməsi hamının Qanun və Məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında kecirilməlidir.

21. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075) 635/2023 saylı qətnaməsinin tamamilə ləgv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə cıxarılmasını xahiş etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvini xahiş etsə də, niyyətinin əslində həmin şəhadətnamələrin etibarsızlığına yönəldiyini göstərmiş və məhkəmə kollegiyasından mübahisələndirdiyi şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmiş və buna dair ərizəsini məhkəmə kollegiyasına təqdim etmişdir.

24. Kollegiyanın iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi xahiş edilsə də, iddiaçının niyyətinin əslində həmin şəhadətnamələrin etibarsızlığına yönəldiyini göstərmiş və məhkəmə kollegiyasından mübahisələndirilən şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyanın iclasında iştirak edən üçüncü şəxs X13 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 26.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi, üçüncü şəxslər X26, X35, X6, X14 və X22 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

27. Cavabdeh Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu məhkəmə kollegiyasına göndərdiyi müraciətində notariat ofisində gündəlik iş yükünün çoxluğuna görə mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

28. Üçüncü şəxslər X26, X35, X6, X14, X22 hər biri ayrı-ayrılıqda məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini göstərərək, mülki işə iştirakları olmadan baxılması və Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

31. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Həmin maddədə həmçinin göstərilmişdir ki, qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. 561-ci maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

34. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. İddiaçı Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mərhum qayınatası, üçüncü şəxs X13 isə mərhum atası X5 mülkiyyətində olmuşdur. Allahyar Məmmədhəsənov 21 may 1991-ci il tarixdə vəfat etdikdən sonra onun arvadı X17, oğlanları X18, X36, X31 və qızı X9 ibarət vərəsələri qalmışlar. 11 fevral 1992-ci il tarixdə Şəki rayon 2 nömrəli Dövlət Notariat Kontoru tərəfindən X10 X5 Şəki şəhər əmək əmanət bankındakı hesabında olan 3302 manat 08 qəpik artım faizi ilə birlikdə əmanətinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X17 29 avqust 2008-ci ildə, X18 01 fevral 2019-cu ildə, X31 31 may 2022-ci ildə, X36 isə 17 sentyabr 2022-ci ildə vəfat etmişlər. İddiaçı 17 sentyabr 2022-ci ildə vəfat etmiş mərhum X23 arvadıdır. Üçüncü şəxslərdən X26 və X35 01 fevral 2019-cu ildə vəfat etmiş mərhum X8 övladlarıdırlar. X8 arvadı X37 isə 09 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Digər üçüncü şəxslərdən X14, X22 31 may 2022-ci ildə vəfat etmiş X2 övladları, X6 isə mərhum X11 arvadıdır. X2 vərəsələrindən X6 və X14, mərhum X8 vərəsəsi X26 18 noyabr 2022-ci il tarixdə notarial qaydada verdikləri ərizələri ilə mirasdan imtina etmişlər. X2 vərəsələrindən X22 və mərhum X8 vərəsələrindən X35 17 dekabr 2022-ci il tarixdə X32 ilə aralarında bağlanmış miras payın bağışlanması müqaviləsi əsasında miras əmlakdan onlara düşən payı X24 bağışlamışlar. X50 “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 17 dekabr 2022 ci il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100.2, kv/m olan fərdi yaşayış evindən və 0,071 ha torpaq sahəsindən X16 ¾ hissədə isr almasına dair reyestrdə 2V-1010 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında, həmin əmlakdan İddiaçı isə 1/4 hissədə isr almasına dair reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İddiaçı digər vərəsə Aliyə Xəlilovanın mirasdan imtina etməsini və qanunvericiliyə uyğun olaraq mirasın qəbulu üçün müddəti ötürməsini əsas gətirərək, X52 xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mübahisələndirmişdir.

42. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvini xahiş etsə də məhkəmə kollegiyasının iclasında iddiaçının və onun vəkilinin fikirləri öyrənilərkən onlar əslində həmin şəhadətnamələrin ləğvini deyil, etibarsız hesab edilməsini xahiş etdiklərini göstərmişlər və bu barədə məhkəmə kollegiyasına ərizə təqdim etmişlər.

43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şəhadətnamələrin etibarsız hesab edilməsinə dair mövqeyi iddianın əsasının və ya predmetinin dəyişdirilməsi kimi deyil, iddiaçının fikrinin, həqiqi niyyətinin dəqiqləşdirilməsi kimi qəbul edilməlidir.

44. İşin hallarından görünür ki, tərəflər notariat orqanına müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr alsalar da iddiaçı sonradan ona düşən miras payının azlığını əsas gətirərək qanun üzrə vərəsəlik şəhadətnamələri mübahisələndirmişdir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.

46. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin miras açılandan 22 il sonra vərəsələrin, nəvələrin pay bağışlama müqavilələrini notariusun tədiq edərək Aliyə xanıma mirasın 3/4 hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, bu hərəkətlərin miras qoyanın ölümündən 6 ay ərzində edilməli olması, miras qoyanın xx.xx.1991 də vəfat etməsi mrasın anaların adına kecmə ərizələrinin 6 ay ərzində verilməli olmasına baxmayaraq, 1il 20 gündən sonra verilməsi, notariusa məhkəməyə digər vərəsələrin 23 ildən sonra onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməsi üçün mirasın qəbulu ilə baglı hansı sübutu təqdim etmələri, onun mirasa yiyələnməsi, mirası idarə etməsi, o, qanunla müəyyən edilmiş mirasa yiyələnmə və idarə etmə hərəkətləri etdiyinə görə mirasın ona məxsus hesab edilməli olması, Aliyə xanımın və digər vərəsələrin mirasa yiyələnməsini onu idarə etməsini təsdiq edən sübutları varsa məhkəməyə təqdim etmələri, qanunun tələbinə əsasən bu hərəkətlərin vərəsəliyin acıldıgı gündən 6 ay ərzində edilməli olması, qanunun tələbinə əsasən Vərəsəlik hüququ əmələ gəlmiş şəxslərin mirası qəbul etmək ücün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilmələri, bu müddət 3 aydan az olduqda 3 aya qədər uzadıla bilməsi, məhkəmənin qanun üzrə vərəsələr tərfindən mirasın qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu hallarını araşdırmaması, notariusun hec bir qanuni əsas və sübut olmadan miras payları müəyyən edərək payları özbaşına bölüşdürməsi, məhkəmənin mirasın vərəsələr tərəfindən qəbulu faktını müəyyənləşdirmək vəzifəsini yerinə yetirməməsi, vərəsələrin mirasdan imtina ərizələrinə hüquqi qiymət verilməməsi, məhkəmənin vərəsələrin mirasın faktiki qəbulu, mirasa yiyələnmə, mirası idarə etməni araşdırmaga borclu olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisi X16 atasının vəfatından 6 aydan da sonra, yəni 1 sentyabr 1992-ci il tarixdə yazdığı Şəki şəhəri 31-ci rayon Miçurin küçəsi 45 nömrəli mənzilin anası X7 adına keçməsinə etiraz etməməsinə, iddiaçının mərhum əri X23 isə 11 fevral 1992-ci il tarixdə atası X5 vəfatından sonra miras qalmış əmanətdən ona düşən payı qəbul etməməsi, iddiası və buraxılmış müddətin bərpasına dair xalq məhkəməsinə müraciət etməyəcəyinə dair ərizələrini nəzərə almamış və mirasa dair vərəsələrə paylarına uyğun sənədləşdirmə aparmışdır.

49. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin notariusa mirasın qəbulu ərizələrinin verilməsini araşdırmaga borclu olmasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hər iki ərizənin mirasdan imtina üçün nəzərdə tutulmuş müddətdən sonra verilməsi nəzərə alınaraq, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə zərurətin olmaması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.

50. Bundan əlavə kollegiya qeyd edir ki, işdə olan (İ.V.103) Şəki rayon 2 nömrəli Dövlət Notariat Kontoru tərəfindən 11 fevral 1992-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X1 Allahyar Yəhya oğlunun Şəki şəhər əmək əmanət bankındakı hesabında olan 3302 manat 08 qəpik artım faizi ilə birlikdə əmanətindən irs almışdır. Hansı ki, əri X3 qalmış mirası qəbul etdikdən sonra X7 özü də 29 avqust 2008-ci il tarixdə vəfat etmişdir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

52. Məhkəmə kollegiyası şikayətin sadalanan dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

53. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

54. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.

55. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

57. Məhkəmə kollegiyası üçüncü şəxslər X6, X14 və X15 mirasdan imtinaya dair ərizələri ilə bağlı qeyd edir ki, onların mirasdan imtinaya dair ərizələrinin nəzərə alınıbalınmaması iddiaçının miras payının həcminin artmasına təsir göstərməyəcəkdir.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin əsaslandırıcı hissəsində vərəsələr arasında razılıq olduğundan göstərilən müddət keçəndən sonrada məhkəməyə müraciət etmədən də mirasın qəbul oluna bilməsinin göstərilməsi, “Hanı mənim razılıq ərizəm?” Notariusun yazdığı ona məzmunu izah edilməyən imza etdiyi ərizənin miras payların digər vərəsələrə verilməsinə razılıq ərizəsi olmaması, həmin ərizədə əri Azərdən ona çatası paya vərəsəlik şəhadətnaməsini xahiş etdiyinin göstərilməsi, miras barədə mübahisənin olub-olmamasının notarius tərəfindən ondan soruşulmaması, vərəsələrin mirasın qəbulu ilə bağlı sübutlarının olmamasını orada bilməsi, onun mirası qəbul edən vərəsə kimi Aliyə xanımın və digər vərəsələrin mirasın qəbulu ücün razılıq ərizəsi verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, İddiaçı 02 dekabr 2022-ci il tarixdə Şəki Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi ərizəsində (İ.V.72) göstərmişdir ki, “yazıb bildirirəm ki, mərhum qayınatam X12 21 may 1991-ci il tarixdə vəfat etmişdir. Odur ki, mərhumdan qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə ölmüş ərim X27 çatası miras paydan mənə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1257, 1267-ci maddələrinin tələbləri mənə izah edildi.”

59. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsindən göründüyü kimi notariat orqanı tərəfindən ona mirasın qəbul edilməsi, mirası qismən qəbul etmənin yolverilməzliyi, notariat orqanına ərizə verdikdən sonra imtinanın yolverilməzliyi barədə normaların mahiyyəti izah edilməklə o, işin hallarından ərizə verərkən tam məlumatlı olmuş və bu səbəbdən də mirasın məhz mərhum ərinə çatası hissəsindən ona düşən paya dair sənədləşmə aparılmasını xahiş etmişdir. Yəni mirasqoyanın vərəsəsi tək mərhum ərindən ibarət olmadığından, vərəsələrin kimlərdən ibarət olmasından məlumatlı olmaqla mirasın yalnız ərinə aid hissəsindən özünün payının müəyyən edilməsini xahiş etməklə, iddiaçı digər vərəsələrə aid hissədə isə müvafiq miras paylarının müəyyən edilməsinə etiraz etmədiyini nümayiş etdirmişdir. Belə ki, mirasın qəbulu ilə bağlı hüquq və vəzifələri izah edilmiş iddiaçının ərizə verərkən buna dair hər hansı bir etiraz bildirmək imkanı da olmuşdur ki, iş materialından belə bir halın baş verməsi müəyyən edilməmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin onun maddi və ailə vəziyyətini araşdırmamasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, qanunvericilikdə miras payının müəyyən edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı maddi və ailə vəziyyətinin nəzərə alınmalı olmasına dair bir müddəa nəzərdə tutulmamışdır.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vərəsəlik şəhadətnamələrinin verilməsi əsaslarının və sübultların məhkəməyə təqdim edilməli olmasına dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, həmin sənədlər birinci instansiya məhkəməsi tərəfindən sorğu edilərək alınıb iş materialına əlavə edilmişdir.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülki işlər üzrə ədalət mühakiməsinin hamının Qanun və Məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında kecirilməli olmasına dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulan hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinin pozulması halı müəyyən edilməmişdir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin 1961-ci il MM-nin normalarının tətbiq etməli oldugu halda 2000 ci il MM-nin normalarını tətbiq etməsinə dair dəlilinə də münasibət bildirərək qeyd edir ki, X17 29 avqust 2008-ci ildə vəfat etdiyindən və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr 17 dekabr 2022ci il tarixdə verildiyindən məhkəmə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinə istinad etməkdə yanlış mövqedən çıxış etməmişdir.

64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-635/2023 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar