Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-830/2023 22.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X157 və qeyrilərinə qarşı “cavabdehlərin mülkiyyətində olan 46,43 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellayasiya şikayətinin qeyri-mümkünlüyü, şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmaması və dövlət rüsumunun ödənilməməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X157 və qeyrilərinə qarşı “cavabdehlərin mülkiyyətində olan 46,43 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Göyçay rayonu Qaraxıdır kənd sakini X138 və onun ailə üzvləri X80, X106 və X107 mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X108 və onun ailə üzvləri - X37 və X109 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X38 və onun ailə üzvləri - X9, X57 və X19 mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X58 və onun ailə üzvləri - X59, X81 və X39 mülkiyyətinə verilmiş 0,67 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X110 və onun ailə üzvləri - Mahmudova Hicran Behbud qızının və X139 mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X140 və onun ailə üzvləri - X60, X111 və X158 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X112 və onun ailə X3 mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X61 vo onun ailə üzvləri - X26, X27, X28, X62, X113, X63 və X29 mülkiyyətinə verilmiş 1,84 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X30 və onun ailə üzvləri - X82 X41 və X10 mülkiyyətinə verilmiş 1,62 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X11 və onun ailə üzvləri – X83, X42 və X43 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X159 və onun ailə üzvləri - X160, X114, X161, X162 va X84 mülkiyyətinə verilmiş 1,78 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X85 və onun ailə üzvləri - X44, X86 va X45 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X64 və onun ailə üzvləri - X12, X31, X32 və X20 mülkiyyətinə verilmiş 1,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X163 və onun ailə üzvləri - X115, X116, X65 va X66 mülkiyyətinə verilmiş 1,83 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X141 və onun ailə üzvləri - X67, X33, X87 və X46 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X47 və onun ailə üzvləri - X117, X68, X69 və X48 mülkiyyətinə verilmiş 2,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X88 və onun ailə üzvləri - X118, X119, X89 və X70 mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X120 və onun ailə üzvləri - X71, X72 və X90 və X91 mülkiyyətinə verilmiş 2,03 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X142 və onun ailə üzvləri - X164, X121, X92, X143 və X122 mülkiyyətinə verilmiş 1,50 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X13 və onun ailə üzvləri - X49, X1 və X4 mülkiyyətinə verilmiş 1,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X93 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X123 və onun ailə üzvləri – X94, X124 və X125 mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X126 və onun ailə üzvü X127 mülkiyyətinə verilmiş 0,73 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Babaşov Nəzarət Ələddin oğlunun və onun ailə üzvləri - Babaşova Zeynəb Seyfəddin qızının, Babaşova Gülmirə Nəzarət qızının, Babaşov Fariz Nəzarət oğlunun, Babaşova Nuranə Nəzarət qızının və Babaşov Pərviz Nəzarət oğlunun mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X128 və onun ailə üzvləri – X129, X130 və X131 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X50 və onun ailə üzvü X14 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X51 və onun ailə üzvləri - X95, X34 və X21 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X22 vo onun ailə üzvləri - X15 və X52 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh1 Səftər oğlunun və onun ailə üzvləri - X73, X96, Cavabdeh2 və X97 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X98 və onun ailə üzvləri - X23, X99 və X35 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X53 və onun ailə üzvləri - X5, X54 və X100 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X186 və onun ailə üzvləri - X101 və X102 mülkiyyətinə verilmiş 0,97 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X2 mülkiyyətinə 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X16 və onun ailə üzvü X74 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X24 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X36 və onun ailə üzvləri - X6, X17, X18 və X7 mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X174 və onun ailə üzvləri - X103, X165, X144 və X145 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X55 və onun ailə üzvləri - X75, X76, X77 və X132 mülkiyyətinə verilmiş 1,32 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X166 və onun ailə üzvləri - X104 və X146 mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə və Göyçay rayonu Qaraxıdır kənd sakini X56 və onun ailə üzvləri - X78, X8 və X25 mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə dair onunla alqı-satqı müqavilələrinin bağlanmış hesab edilməsi və Göyçay rayonunun Qaraxıdır kəndində yerləşən cəmi 46,43 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Göyçay rayonu Qaraxıdır kənd sakini X138 və onun ailə üzvləri X80, X106 və X107 mülkiyyətinə verilmiş 0,71 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X108 və onun ailə üzvləri - X37 və X109 mülkiyyətinə verilmiş 0,26 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X38 və onun ailə üzvləri - X9, X57 və X19 mülkiyyətinə verilmiş 0,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X58 və onun ailə üzvləri - X59, X81 və X39 mülkiyyətinə verilmiş 0,67 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X110 və onun ailə üzvləri - Mahmudova Hicran Behbud qızının və X139 mülkiyyətinə verilmiş 0,61 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X140 və onun ailə üzvləri - X60, X111 və X158 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X112 və onun ailə X3 mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X61 vo onun ailə üzvləri - X26, X27, X28, X62, X113, X63 və X29 mülkiyyətinə verilmiş 1,84 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X30 və onun ailə üzvləri - X82 X41 və X10 mülkiyyətinə verilmiş 1,62 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X11 və onun ailə üzvləri – X83, X42 və X43 mülkiyyətinə verilmiş 1,58 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X159 və onun ailə üzvləri - X160, X114, X161, X162 va X84 mülkiyyətinə verilmiş 1,78 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X85 və onun ailə üzvləri - X44, X86 va X45 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X64 və onun ailə üzvləri - X12, X31, X32 və X20 mülkiyyətinə verilmiş 1,81 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X163 və onun ailə üzvləri - X115, X116, X65 va X66 mülkiyyətinə verilmiş 1,83 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X141 və onun ailə üzvləri - X67, X33, X87 və X46 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X47 və onun ailə üzvləri - X117, X68, X69 və X48 mülkiyyətinə verilmiş 2,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X88 və onun ailə üzvləri - X118, X119, X89 və X70 mülkiyyətinə verilmiş 1,79 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X120 və onun ailə üzvləri - X71, X72 və X90 və X91 mülkiyyətinə verilmiş 2,03 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X142 və onun ailə üzvləri - X164, X121, X92, X143 və X122 mülkiyyətinə verilmiş 1,50 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X13 və onun ailə üzvləri - X49, X1 və X4 mülkiyyətinə verilmiş 1,01 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X93 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X123 və onun ailə üzvləri – X94, X124 və X125 mülkiyyətinə verilmiş 0,36 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X126 və onun ailə üzvü X127 mülkiyyətinə verilmiş 0,73 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Babaşov Nəzarət Ələddin oğlunun və onun ailə üzvləri - Babaşova Zeynəb Seyfəddin qızının, Babaşova Gülmirə Nəzarət qızının, Babaşov Fariz Nəzarət oğlunun, Babaşova Nuranə Nəzarət qızının və Babaşov Pərviz Nəzarət oğlunun mülkiyyətinə verilmiş 1,33 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X128 və onun ailə üzvləri – X129, X130 və X131 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X50 və onun ailə üzvü X14 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X51 və onun ailə üzvləri - X95, X34 və X21 mülkiyyətinə verilmiş 0,93 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X22 vo onun ailə üzvləri - X15 və X52 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini Cavabdeh1 Səftər oğlunun və onun ailə üzvləri - X73, X96, Cavabdeh2 və X97 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X98 və onun ailə üzvləri - X23, X99 və X35 mülkiyyətinə verilmiş 1,46 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X53 və onun ailə üzvləri - X5, X54 və X100 mülkiyyətinə verilmiş 1,22 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X186 və onun ailə üzvləri - X101 və X102 mülkiyyətinə verilmiş 0,97 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X2 mülkiyyətinə 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X16 və onun ailə üzvü X74 mülkiyyətinə verilmiş 0,53 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X24 mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X36 və onun ailə üzvləri - X6, X17, X18 və X7 mülkiyyətinə verilmiş 1,66 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X174 və onun ailə üzvləri - X103, X165, X144 və X145 mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X55 və onun ailə üzvləri - X75, X76, X77 və X132 mülkiyyətinə verilmiş 1,32 ha torpaq sahəsinə, Göyçay rayonu Qaraxıdır kənd sakini X166 və onun ailə üzvləri - X104 və X146 mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə və Göyçay rayonu Qaraxıdır kənd sakini X56 və onun ailə üzvləri - X78, X8 və X25 mülkiyyətinə verilmiş 0,79 ha torpaq sahəsinə əsasən İddiaçı ilə alqı-satqı müqavilələrin bağlanmış hesab edilməsi və İddiaçı Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 46,43 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun tanınması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, məhkəmə kоllegiyаsı hesаb edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından olan (cild İİ, səh. 252) hazırki apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, Cavabdeh2 dövlət rüsumunu düz olaraq Şəki Apellyasiya Məhkəməsinin adına ödəsə də, həmin dövlət rüsumunu 15 (on beş) manat məbləğində ödəməli olduğu halda, Cavabdeh2 5 (beş) manat ödəmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 108.1.7-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsəsən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Beləliklə, iş materiallarına əsasən (cild İ, səh. 11), İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumunu 30 (otuz) manat məbləğində ödədiyinə görə Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərkən 30 (otuz) manatın 50 faizi olaraq 15 (on beş) manat məbləğində dövlət rusumu ödənilməli idi. Bundan başqa, iş materiallarından müəyyən olmuşdur ki, apellyasiya şikayəti Cavabdeh2 vəkili Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə elektron imza ilə imzalanaraq verilmişdir. Apellyasiya şikayətinə cavabdehin vəkili Vəkil tərəfindən səlahiyyətlərini təsdiq edən ******* nömrəli, xx.xx.2023cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin adına vəkil orderi əlavə edilsə də, lakin apellyasiya şikayətini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə və həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, dövlət rüsumunun müəyyən edilmiş qaydada və məbləğdə ödənilib-ödənilməməsini, apellyasiya şikyətinə lazımi sənədlərin əlavə olunub-olunmamasını, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 363, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Göyçay Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli, 2(046)-1464/2014 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyа qeyrimümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-830/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-830/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver