Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-837/2021 31.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon Notariat Ofisinə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına barədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(046)-48/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilkin iddianın rədd edilməsi, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqdan ibarət mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış daşınmaz əmlakın 3m/80 nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edildiyi andan həmin mənzilə dair mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış 3195 saylı Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxxxx 2021-ci il tarixli 2(046)-48/2021 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon Notariat Ofisinə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-48/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadına əsasən onun tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ona görə geri qaytarılmışdır ki, məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlər məhkəməyə işin baxılmasına başlandıqdan sonra təqdim etmişdir. Lakin hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)-48/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı əsassızdır və ləğv edilməlidir. Ona görə ki, məhkəmənin ilkin hazırlıq iclası xx.xx.2019-cu il saat 11:50yə hakim Zəfər Quliyevin sədrliyi ilə təmin edilmişdir. Həmin vaxt iddiaçı 8000 (səkkiz min) manat konpensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Sonradan COVİD 19 pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi tətbiq edildiyindən məhkəmə prosesi təxirə salınmışdır. Qarşılıqlı iddia ərizəsini xx.xx.2020-ci ildə məhkəməyə poçt vasitəsi ilə göndərmiş, məhkəmənin xx.xx.2020-ci ilə təyin edilmiş iclasında iddiaçının vəkili konpensasiyanm miqdarını dəyişərək, məhkəməyə ərizə verərək 22000 (iyirmi iki min) manat konpensasiya verilməsini təklif etmişdir. Məhkəmənin xx.xx.2020-ci ilə təyin edilmiş iclasında nə iddiaçı, nə də ki, iddiaçının vəkili prosesdə iştirak etməmişdir. Göründüyü kimi məhkəmə prosesinin gedişində iddiaçı iddia ərizəsində dəyişiklik etdiyindən onun də məhkəmə baxışı zamanı iddiaçının iddiasına qarşı qarşılıqlı iddia verməyimə əsas yaranmışdır. Ona görə də şikayətinin təmin edilməsin xahiş edir. Göyçay Rayon Məhkəməsinin x xxxx 2021-ci il tarixli 2(046)-48/2021 nömrəli qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-48/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(046)-48/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.0-cı maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 155.1.-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsini məhkəməyə işin baxılmasına başlandıqdan sonra təqdim etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon Notariat Ofisinə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(046)- 48/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiya nın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikаyət təmin edilməsin. İddiaçı Cavabdeh qarşı kompensasiya verməklə mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Cavabdeh İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Göyçay rayon Notariat Ofisinə və DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(046)-48/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-837/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-837/2021
31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver