Məhkəmə qərarları › İş №2(107)-842/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-842/2023

11.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-842/2023 11.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab olunması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsindən iddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN-0059, kod-40912018 olan Dövlət Aktına əsasən X15 və ailə üzvləri olan X16, X8 və X17 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 21 iyun 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 4Ə/01-289 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E/01-245 saylı etibarnaməsi ilə X5 adından çıxış edən Ağsu rayonu Növcü kəndində yaşayan X11 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0059, kod-40912018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 məxsus 5,03 ha torpaq sahəsini Cavabdeh satmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Ağsu rayonunun Növcü kəndində yerləşən 5,03 ha pay torpağı üzrə X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 Ağsu rayonunun Növcü kəndində 5,03 ha pay torpağı məxsus olmuşdur. Atası 2012-ci ildə dünyasını dəyişmişdir. Atasının vərəsələri olaraq özü, mərhum anası X18 (2001-ci ildə dünyasını dəyişmişdir), bacıları X19 və X20 həmin pay torpağının mülkiyyətçiləridirlər. Sonradan bacıları onlara məxsus pay torpağından onun xeyrinə imtina etmişlər və torpağın mülkiyyətinə verilməsinə dair DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində ********** nömrəli (1.4011 ha) və ********** nömrəli (3.6248 ha) dövlət reyestrundən Çıxarışlar verilmişdir. Dövlət reyestrində Çıxarış alarkən ona məlum olmuşdur ki, həmin pay torpağının alqı-satqısına dair X2 ilə Cavabdeh arasında qanunsuz şəkilqə xx.xx.2007-ci il tarixində 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır.X2 onun özünə məxsus olan pay torpağını sata bilərdi, valideynlərinə, ona və bacılarına məxsus olan pay torpağını satmağa isə heç bir hüququ olmamışdır.Ona görə də Ağsu rayonunun Növcü kəndində yerləşən və sahəsi 5.03 ha pay torpağının alqı-satqısına dair onların arasında bağlanmış müqavilə qanunsuzdur, hüquqları kopbud şəkildə pozmuşdur,onlar faktiki olaraq notariusu aldatmışlar, həmin alqı-satqı müqaviləsi halhazırda Dövlət Notariatının elektron bazasında aşkar edilmir. Cavabdeh həmin qanunsuz alqı-satqı müqaviləsinə əsaslanaraq Şəki İnzibati Məhkəməsində DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Ağsu rayonunun Növcü kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia qaldırmışdı.Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci ii tarixli, 2-1(116)- 1887/2022 saylı Qərardadı ilə həmin iddia mümkün sayılmamışdır.Məhkəmə həmin iddianı mümkünsüz sayarkən adı çəkilən pay torpağı üzərinə onun, bacılarının və valideynlərinin mülkiyyət hüquqlarının olduğunu və buna dair DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində ********** nömrəli (1.4011 ha) və ********** nömrəli (3.6248 ha) dövlət reyestrindən Çıxarışların verilməsini əsas gətirmişdir. Göründüyü kimi, həmin pay torağının qanuni mülkiyyətçiləridir, cavabdeh isə saxtakarlığa yol verərək dövlət notariusunda aşkarlanmayan qanunsuz alqı-satqı müqaviləsinə istinad edərək mülkiyyət hüquları əldə etmək istəyir.

4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin dəlillərinə uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, 2003-cü ildən 2010-cu illərin müəyyən vaxtlarında xəstəliyi ilə əlaqədar ölkə xaricində olmuşdur. 2009-cu ildə Azərbaycan Respublikasına qayıtmış və vərəm dispanserində müalicə almış, bundan sonra bacısının yanında 3 il ev şəraitində müalicə almışdır. Həmin dövrlərdə Bakı şəhərində yaşamışdır. 2010-2013-cü illərdə dövlət proqramı ilə müalicə almışdır. Sonuncu dəfə xaricdən ölkəyə girişi 2019-cu ildə olmuşdur. Ondan sonra isə pandemiya dövrü başlamışdır. Necə olur ki, ölkədə olmaya-olmaya adına olan torpaq satılır. Mübahisəli torpaq sahəsi 2007-ci ildə satılıb. Həmin illər ərzində Ukrayna Respublikasında olmuşdur. Cavabdeh ona aid torpağı saxtakarlıqla əlinə keçirmişdir. Torpağın satılmasını 2009-cu ildə bilmiş, cavabdehə torpağı qaytarması barədə bir neçə dəfə xəbərdarlıq etsədə nəticəsi olmamışdır. Məhkəmədə iddia qaldıra bilməməsi və müvafiq hüquq mühafizə orqanlarına müraciət edə bilməməsinin səbəbi xəstəliyi ilə əlaqədar uzun müddət müalicədə olması olmuşdur. Odur ki, tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərmişdir ki, iş materialları ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə bağlanmışdır, iddiaçı isə iddia ərizəsini xx.xx.2022-ci il tarixdə, yəni 16 il keçdikdən sonra vermişlər. Belə olan halda iddia müddəti keçdiyi ücün iddia təmin edilə bilməz və məhkəmə tərəfindən iddia rədd edilməlidir. Bundan başqa mübahisəli torpaq sahəsini iddiaçının atası sağlığında satmışdır və alqı satqı-müqaviləsini iddiaçının bacısı Yeganə Şiralıyeva etibarnamə əsasında atasının əvəzindən 2007-ci il tarixdə imzalamışdır. O, isə müqavilə şərtlərinə uyğun olaraq torpağın dəyərini ödəmişdir. Ödədiyi məbləğ isə həmin dövr üçün torpağın real qiyməti olmuşdur. Həmin pulla iddiaçının atası evlərini təmir etdirmişdir. İddiaçının və ya onun qardaş bacılarının razılıq verib verməməsindən məlumatı yoxdur. O, hissə ilə də maraqlanmamış, çünki alqı-satqı müqaviləsi notariat kontorundan imzalanmışdır, əgər sənədlərdə hər hansı çatışmazlıq olsa idi müqavilə notariat kontoru tərəfindən təsdiq edilməzdi. Həmçinin torpaq alınan vaxt çıxarışı olmamış, torpağın çıxarışını iddiaçı yaxın vaxtda əldə etmişdir. Bu illər ərzində iddiaçıdan torpağın çıxarışını istəsədə verməmişdir. Səbəb bugunkü günə uyğun ondan pul almaq olmuşdur. Bundan başqa həmin dövrdən bəri iddiaçının torpağın satılması barədə məlumatı olmuşdur. Hazırda torpaq satışının üzərindən uzun müddət keçmiş və torpağın qiymət artması ilə əlaqədar qeyd olunan iddia tələbi ilə müraciət etmişdir.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, mərhum atası 2012- ci ildə dünyasını dəyişmişdir. Atasının vərəsələri olaraq qardaşı İddiaçı, mərhum anası X16 (2001-ci ildə dünyasını dəyişmişdir), bacısı X17 və özü həmin pay torpağın mülkiyyətçiləridir. Mərhum atası X10 Ağsu rayonunun Növcü kəndində 5,03 ha pay torpağı məxsus olmuşdur. 2022-ci ildə qardaşı İddiaçı həmin pay torpaqlarını rəsmiləşdirmək istəyəndə məlum olmuşdur ki, Ağsu rayon Nöycü kənd sakini Cavabdeh həmin pay torpaplarına dair saxta alqı-satqı müqaviləsi əldə etmişdir. Atasından miras qalmış və adına olan pay torpağını heç kimə satmamış və qardaşı İddiaçı etibar etmişdir. Heç bir alqı-satqı müqaviləsinə imza atmamış, torpaq da satmamışdır. Həmçinin qeyd etmişdir ki, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcək.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 məhkəməyə ünvanladığı ərizədə qeyd etmişdir ki, mərhum atasının və ailə üzvlərinin birgə mülkiyyətində olan torpaqla bağlı atası tərəfindən ona etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında 2007-ci ildə adı çəkilən 5,03 ha torpaq sahəsini Ağsu rayon Nöycü kənd sakini Cavabdeh şifahi razılaşma əsasında 15 il müddətinə icarəyə vermiş, lakin satmamışdır. Bir müddət sonra Cavabdeh ona zəng edərək icarəni rəsmiləşdirməyi xahiş etmiş, o da gedib müqaviləyə imza atmışdır. 2022-ci ildə qardaşı X42 almaq istəyəndə məlum oldu ki, onu aldadaraq alqı-satqı müqaviləsinə imza etdiriblər, halbuki buna razı olmamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.

9. X3 məhkəmə iclasında göstərdi ki, 2001-ci il tarixdən 2011-ci il tarixə qədər Növcü kənd icra nümayəndəsi işləmişdir. Tərəfəri tanıyır, onlar həmin kənddə qonşu olmuşlar. Sözügedən torpaq sahəsi satılan vaxt olan razılıq ərizəsindən məlumatı yoxdur. Belə ki, həmin torpaqların satılması 17 il əvvəl olduğuna görə tam olaraq yadında deyil. Eyni zamanda bildirir ki, Neman Şirəliyevin atası o dövrdə demək olar ki, özünə məxsus bütün torpaqları satmışdır. İş materialında olan icra nümayəndəliyinin ərizəsindəki imzanın ona məxsus olub-olmaması barədə dəqiq məlumat verə bilməyərək öz imzasına oxşamamış, üzərindən uzun müddət keçməsi səbəbindən dəqiq söz deyə bilməmiş, ola bilsin həmin dövrdə məzuniyyətdə olmuşdur.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-0059, kod-40912018 olan Dövlət Aktına əsasən X15 və ailə üzvləri olan X16, X8 və X17 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5,03 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzrə 21 iyun 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış 4Ə/01-289 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E/01-245 saylı etibarnaməsi ilə X5 adından çıxış edən Ağsu rayonu Növcü kəndində yaşayan X11 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0059, kod-40912018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 məxsus 5,03 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə Cavabdeh satmışdır. Tərəflər satılan torpaq sahəsini 1500 manat qiymətləndirmişlər. İddiaçı torpağın satılmasından 2009-cu ildə məlumatı olmuş, lakin səhhəti ilə əlaqədar məhkəmədə iddia qaldıra bilməmişdir.

11. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir, hazırkı halda da X15 üçüncü şəxslər qarşısında təmsilçilik üçün X6 qanunla müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Burada, ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnaməni verməsinin hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olmasıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, bu zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.

12. Yuxarıda istinad edilən 10 mart 2005-ci il tarixdə notariat qaydada təsdiqlənərək reyetrdə qeyd edilmiş etibarnamə ilə X1 Şiralı Gülalı oğluna harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq və sair bu kimi səlahiyyətlər vermiş, həmin etibarnamə əsasında X11 hərəkət etmiş və alqı-satqı müqaviləsi müqaviləsi bağlamışdır.

13. Torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması və digər əməliyyatlar zamanı 10 mart 2005-ci il tarixli etibarnamə əsasında hərəkət edən Yeganə Şirəliyevanın səlahiyyətlərinin legitimliyi barədə maraqlı şəxslər, xüsusən hazırkı iddiaçı tərəfindən heç bir iddia irəli sürülməmişdir, bu günədək də həmin etibarnamə ləğv edilməmişdir. Bu hal isə, iddiaçının mübahisəli torpaq sahəsinin atası X5 adından X11 tərəfindən satılmasına yönəlmiş iradə ifadəsinə şübhə yaranmamasına dəlalət edir.

14. Bu zaman nəzərə alınmalıdır ki, sözügedən etibarnamənin verilməsindən sonra torpağa mülkiyyət hüququna dair dövlət aktında adları qeyd olan şəxslər Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiqlənmiş ərizə verərək torpaq sahəsinin satılmasına razı olduqlarını bildirmişlər.

15. Qeyd edilənlərlə müəyyən olundu ki, X5 adından müvafiq səlahiyyətlərlə verilmiş etibarnamə əsasında hərəkət edən X11 ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir.

16. Qeyd edilənlərlə müəyyən olundu ki, X5 adından müvafiq səlahiyyətlərlə verilmiş etibarnamə əsasında hərəkət edən X11 ilə Cavabdeh mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh əmlakın dəyərini ödəməklə əmlakı qəbul etmişdir.

17. Torpağın satış pulunun isə cavabdeh tərəfindən ödənilməsi işin mübahisəsiz halıdır, iddiaçı iddia ərizəsində onun alqı-satqı müqaviləsindən məlumatı olmadığını, həmin dövrdə Ukrayna Respublikasında olmasını qeyd etsə də bunlarla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İAMAS bazasının məlumatında da iddiaçının 2007-ci il tarixdə ölkə hüquqlarında kənarda olması təsdiqini tapmamışdır.

18. Beləliklə, İddiaçı Cavabdeh qarşı qaldırdığı iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

19. Hazırkı halda müəyyən edildi ki, X11 ilə Cavabdeh arasında hazırda mübahisələndirilən torpaq sahəsinin alqı-satqısı həyata keçirilərkən tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, müqavilənin bağlanması üçün bank xərcləri, rüsumlar ödənilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 21 iyun 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzaları ilə təsdiq etmişlər.

20. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh 21 iyun 2007-ci il tarixdə mübahisəli torpaq sahəsini, onun həmin tarixdəki mülkiyyətçisi olan X5 verdiyi etibarnamə ilə müvafiq səlahiyyətlərlə hərəkət edən X11 ilə alqı-satqı müqaviləsi bağlamaqla almış, əmlakın dəyərini tam ödəmişdir.

21. Cavabdeh mübahisəli torpaq sahəsini almamışdan əvvəl torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə X5 ailə üzvlərinin razılıqlarının olub-olmaması, torpaq sahəsinəmünasibətdə hər hansı şəxsin hüquqlarının pozulmasına yol verilməsi ona məlum olmamışdır. Belə halın məlum olmaması isə realdır, belə ki, mülkiyyətçinin verdiyi etibarnamə qüvvədə olmuş, hansı ki, hazırda da qüvvədədir, müvafiq qaydada ləğv edilməsi barədə məlumat yoxdur, həmin etibarnamə notariat kontoru tərəfindən qəbul edilərək notariat əməliyyatı aparılmış, alıcının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bu reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və əldə edən şəxs olaraq Cavabdeh həmin qeydin məzmunu ilə bağlı hər hansı şübhəsi olmamışdır. Eyni zamanda Cavabdeh belə bir şübhə olması barədə işdə hər hansı mötəbər sübut da yoxdur.

22. Hazırki halda müəyyən edildi ki, Cavabdeh ilə bağlanmış 21 iyun 2007-ci il tarixli əqdin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir.

23. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Cavabdeh bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək yaşayış sahəsi əldə etmiş və yaşayış sahəsi olan mənzilə dair hüquqlarını reyestrdə qeydə aldırmışdır. Bununla da, vicdanlı əldə edən kimi Cavabdeh iddiaçılara nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır.

24. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı Cavabdeh hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edərək, bu barədə ərizə təqdim ebib, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı da alqı-satqı müqaviləsindən 2009cu ildən məlumatı olduğunu, lakin səhhəti ilə bağlı məhkəmədə iddia qaldıra bilmədiyini qeyd etsədə buna dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəməyə səhhəti ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, o, 2009 və 2010-cu illər ərzində 3 aylıq stasionar müalicədə olmuşdur.

25. Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Ağsu rayonunun Növcü kəndində yerləşən 5.03 ha pay torpağı üzrə X12 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 4Ə/01-289 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 182, 324, 331, 337, 354, 359, 362, 373, 375 və 390cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

27. - Torpağa mülkiyyət hüququna dair JN-0059, kod-40912018 olan Dövlət Aktının surətindən görünür ki, X15 və ailə üzvləri olan X16, X8 və X17 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 27 iyul tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.03 ha torpaq sahəsi verilmişdir.

28. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Növcü kəndində yerləşən 3,6248 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X16, X15, X22 və X7 adına daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

29. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Ağsu rayonu, Növcü kəndində yerləşən 1.4011 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X22, X17, İddiaçı, X16 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.

30. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1687/2022 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 14 saylı Şamaxı Ərazi idarəsinə qarşı “Ağsu rayon Növcu kəndində yerləşən 5.03 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.

31. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, İAMAS bazasında İddiaçı 1995-2019-cu illər ərzində dövlət sərhədində hərəkəti - xx.xx.2009-cu, xx.xx.2010-cu, xx.xx.2010-cu, xx.xx.2014-cü, xx.xx.2014-cü, xx.xx.2016-cı, xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019-cu illərdə müvafiq ardıcıllıqla giriş və çıxışı olmuşdur.

32. - 21 iyun 2007-ci il tarixdə Ağsu rayonu dövlət notariat kontorunda bağlanmış torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, Ağsu rayon dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E/01-245 saylı etibarnaməsinə əsasən X5 adından çıxış edən Ağsu rayonu Növcü kəndində yaşayan X11 Azərbaycan Respublikası DTK tərəfindən verilmiş JN-0059, kod-40912018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 məxsus Ağsu rayon Növcü kəndində yerləşən 39 ballı, İV-cü keyfiyyət qrupu əkinə aid olmaqla ailə üzvlərinin razılığına əsasən 5,03 ha torpaq sahəsi Cavabdeh satmışdır.Alqı-satqı müqaviləsi xx.xx.2007-ci il tarixdə rəsmiləşdirilmiş və müqavilədə X5 adından etibarnamə əsasında X11 imza etmişdir. Tərəflər satılan torpaq sahəsini 1500 manat qiymətləndirmişlər.

33. - Bakı şəhəri 1 saylı X31 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 89/09 saylı çıxarışdan görünür ki, İddiaçı xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə kimi stasionar müalicədə olmuşdur.

34. - AR Səhiyyə Nazirliyi 4 saylı X31 tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 537 saylı çıxarışdan görünür ki, İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2011-ci ilə kimi stasionar müalicədə olmuşdur.

35. - Ağsu rayon Dövlət Notariat Ofisinin Torpaq sahəsinin alqı-satqı müqaviləsinə dair 4Ə/01-289 №-li iş materiallarına əlavə edilmiş Ağsu rayon İcra Hakimiyyəti Başçısının Növcü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, Ağsu rayonu Növcü kənd sakinləri X8, X17 və İddiaçı mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X9 məxsus 5,03 ha torpaq sahəsinin onlara çatan hissəsinin satılmasına etiraz etməmiş və hər biri imzaları ilə bu halı təsdiq etmişlər.

36. Mülki işin 196-cı vərəqindən görünür ki, X20 16 avqust 2023-cü ildə İddiaçı AR-İİİ N 128385 nömrəli baş etibarnamə vermişdir.

37. Qətnаmədən nаrаzı qаlаn iddiaçı X23 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

38. İddiaçı X23 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X2 xx.xx.2007-ci il tarixində Cavabdeh ilə pay torpağının icarəyə verilməsinə dair müqavilə imzalayıb və bu barədə məhkəməyə ərizə ilə müraciət edərək rəsmi şəkildə məlumat vermişdir. İkincisi, əgər bacısı - X12 həmin pay torpağını satsaydı belə o özünə aid olan torpağı sata bilərdi, onun və digər bacılarının qanuni mülkiyyətində olan torpaqları satmaq səlahiyyəti olmamışdır. Çünki, buna dair nə o, nə də bacıları notarial qaydada təsdiqilənmiş Razılıq Ərizələri verməmişlər. Üçüncüsü, məhkəmə qətnamənin 4-cü səhifəsinin 5-ci abzasında qeyd edir ki, guya o və bacıları onlara məxsus olan pay torpalarını satılmasına etiraz etməmişlər və guya buna razllııq vermişlər. Bu qənaət həqiqiəti əks etdirmir və yalandır. Müqavilədə onların adından çəkilmiş hər hansı imza varsa da həmin imzalar saxtadır, başqası tərəfindən imzalanmışdır. O, məhkəmə baxışı zamanı şifahi vəsatət qaldıraraq həmin imza nümunələrinin məhkəmə-xəttatlıq ekspertizasına göndərilməsini tələb etsə də, məhkəmə onun qanuni vəsatətinə heç bir əhəmiyyət verməyərək cavabdehin sifarişini icra etmişdir. Dördüncüsü, məhkəmə qətnamənin 4-cü səhifəsinin 7-ci abzasında qeyd edir ki, guya o 2007-ci ildə torpağın satılmasından məlumatlı olmuşdur. Halbuki, o həm iddia ərizəsində və həm də məhkəmə baxışında çıxışı zamanı qeyd etmişdir ki, uzun müddət xəstə olmağı və ölkə xaricində olmağıyla bağlı bundan məlumatı olmayıb, yalnız 2022- ci ildə dövlət reyestrindən Çıxarış alarkən belə bir qanunsuz müqavilədən xəbər tutmuş və artıq bundan sonra məhkəmədə iddia qaldirmışdır. Beşincisi, məhkəmə qətnamənin 5-cü səhifəsinin 8-ci abzasında qeyd edir ki, X12 xx.xx.2007-ci il tarixində Cavabdeh arasında bağlanmış müqavilə ikitərəfli iradə ifadəsi ilə bağlanmışdır. Halbuki, X2 məhkəməyə rəsmi ərizə təqdim edərək məhkəməni məlumatlandırmışdır ki, mərhum atasının torpaqla bağlı ona Etibarnaməsi olmuşdur. Həmin Etibarnamə əsasında 2007-ci ildə adı çəkilən 5.03 ha torpaq sahəsini Ağsu rayon Nöycü kənd sakini Cavabdeh şifahi razılaşma əsasında 15 il müddətinə icarəyə vermişdir, satmamışdır. Bir müddət sonra Cavabdeh ona zəng edərək icarəni rəsmiləşdirməyi xahiş etmiş, o da gedib müqaviləyə imza atmışdır. 2022-ci ildə o- X42 almaq istəyəndə məlum olmuşdur ki, Cavabdeh onu aldadaraq Alqı-Satqı müqaviləsinə imza atdırıb, halbuki o buna razı olmamışdır və məhkəmədən xahiş etmişdi ki, həmin müqavilə etibarsız hesab edilsin.

39. Qeyd edilənlərə əsasən, Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- Sadıqova (Şiralıyeva) Seyranə Şiralı qızı və X20 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)- 105/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iş üzrə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-ci maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-ci maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.4-ci maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.6-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər). 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

26. Qərarlar: “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İddiaçı Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları nəzərə alan məhkəmə kollegiyasının qərardadı əsasında Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzindən alınmış 16 noyabr 2023-cü il tarixli 4/1586 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, kserosurəti mülki işin 78-ci vərəqində olan əsli isə 4ə/01-289 nömrəli notariat işinin 13-cü vərəqində olan 08 iyun 2007-ci il tarixli ərizədəki əlyazmalar və "İMZALAR: 1 Şiralıyeva S.Ş” qrafasındakı imza - Sahibova (Şiralıyeva) Sehranə Şirah qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, kserosurəti mülki işin 78-cİ vərəqində olan əsli isə 4ə/01-289 nömrəli notariat işinin 13-cü vərəqində olan 08 iyun 2007-ci il tarixli ərizədəki əlyazmalar və "İMZALAR: 2 Şiralıyeva Ə.Ş” qrafasındakı imza - X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 3. Ekspertizaya təqdim edilmiş, kserosurəti mülki işin 78-ci vərəqində olan əsli isə 4ə/01-289 nömrəli notariat işinin 13-cü vərəqində olan 08 iyun 2007-ci il tarixli ərizədəki əlyazmalar və “İMZALAR: 3 Şirahyev N.Ş” qrafasındakı imza - X26 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə iddiaçı alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılığı olmamışdır. Onun adından həmin hərəkətləri X11 buna səlahiyyəti olmadan yerinə yetirmişdir. Belə olan halda həmin müqavilə etibarsız sayılmalıdır. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2007-ci ildən torpaq sahəsi Cavabdeh təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı bu müqavilədən 2009-cu ildə məlumatlı olmatlı olmasına baxmayaraq, uzun müddət bu vəziyyətə etiraz etməmişdir. Cavabdehin torpaq sahəsindən istifadə etməsinin digər əsaslarla, yəni icarə hüququ əsasında olması barədə də iddiaçının hər hansı sübut təqdim etməsi də iş materiallarından görünmür. Göründüyü kimi iddiaçı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa da, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizliyi mövcud olmuşdur. İddiaçı da alqı-satqı müqaviləsindən 2009-cu ildən məlumatı olduğunu, lakin səhhəti ilə bağlı məhkəmədə iddia qaldıra bilmədiyini qeyd etsədə buna dair mötəbər sübut təqdim etməmişdir. Belə ki, məhkəməyə səhhəti ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, o, 2009 və 2010-cu illər ərzində 3 aylıq stasionar müalicədə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin iddiaçının adından səlahiyyətsiz şəxs tərəfindən imzalanması və iddiaçının həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənməsini istisna etmir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı X23 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(016)-105/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar