Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-844/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-151/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” X2 X4 İdarəsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarına əsasən hesablanmış 162,2 manat məbləğində borcun hesabından silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(037)-151/2021 nömrəli qərardadına əsasən iş üzrə icraat iddiaçı “Cavabdeh” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minənədək və ya həmin iş üzrə qanuni qüvvəyə minmiş digər yekun məhkəmə qərarı qəbul edilənədək dayandırılması qərara alınmışdır. İddiaçı xx xxxx 2021-ci il tarixdə qərardaddan şikayət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, “Cavabdeh” İB-nin ondan tələb etdiyi 507,6 manat borc məbləğinin 162,2 manat hissəsi qaz sayğacına müdaxilə səbəbindən itirilmiş qaza görə hesablanmış məbləğdir. Hazırkı iddia üzrə o, həmin məbləği mübahisələndirir. “Cavabdeh” İstehsalat Birliyi tələb etdiyi sənədləri vaxtında ona vermədiyindən qarşılıqlı iddia verə bilməmişdir. Ondan tələb olunan 507,6 manat borcun 162,2 manat hissəsi qaz sayğacına müdaxilə səbəbindən itirilmiş qaza görə hesablanmış məbləğ üzrə mübahisə həll edilmədən apelyasiya məhkəməsindəki iş üzrə yekun məhkəmə qərarı qəbul etmək mümkün deyil. Hesab edir ki, Şəki Apelyasiya Məhkəməsinin icraatında olan “Cavabdeh” İstehsalat Birliyinin ona qarşı 507,6 manat borc tələbinə dair 2(037)-887/2020 nömrəli mülki iş üzrə icraat dayandırılmalı, onun hazırkı iddiası üzrə isə məhkəmə icraatı davam etdirilməlidir. Ona görə də məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi, 2(037)-151/2021 nömrəli mülki iş üzrə məhkəmə icraatının davam etdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(037)-151/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə tərəflər rəsmi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən ona əsaslanmışdır ki, , İddiaçı iddiası məhkəmənin icraatında olmuş 2(037)-887/2020 nömrəli digər mülki işlə eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair olduğuna görə, İsmayıllı Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli 2(037)- 887/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minənədək və ya həmin iş üzrə qanuni qüvvəyə minmiş digər yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı işə baxmaq mümkün olmadığından iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Cavabdeh” X1 Samir Məhəmməd oğluna qarşı borcun ödənilməsi tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin icraatında mülki iş olmuş və həmin mülki iş üzrə məhkəmə tərəfindən xx xxxxxx 2020-ci il tarixli 2(037)-887/2020 nömrəli qətnamə qəbul edilərək iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apelyasiya şikayəti vermiş və mülki iş apelyasiya şikayətinə baxılması üçün xx xxxxxx 2021-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi İddiaçı iddiası məhkəmənin icraatında olmuş 2(037)-887/2020 nömrəli digər mülki işlə eyni tərəflər, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair olduğuna görə, İsmayıllı Rayon Məhkəməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli 2(037)- 887/2020 nömrəli qətnaməsi qanuni qüvvəyə minənədək və ya həmin iş üzrə qanuni qüvvəyə minmiş digər yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı işə baxmaq mümkün olmadığından iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, Apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(037)-151/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-844/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-844/2021
06.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver