Məhkəmə qərarları › İş №2(107)-848/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-848/2025

08.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-848/2025 08.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X4, X8, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X9 və Ucar rayon Notariat Ofisinə qarşı "ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X11 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X4, X8, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X9 və Ucar rayon Notariat Ofisinə qarşı "ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(063)-115/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçılar İddiaçı və X12 “cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X4, X8, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X9 və Ucar rayon Notariat Ofisinə qarşı " ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində **********79-10301 reyestr nömrəsilə qeydə alınmış Ucar rayonu, Qazyan kəndində yerləşən 199,9 kv.metr həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçilər arasında bölünməsi, həmin torpaq sahəsinin 1/9 hissəsində və həmin sahənin üzərində yerləşən fərdi yaşayış evindən ibarət mirasın 1/10 hissəsində paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ucar Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(063)-115/2025 nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddianın qismən təmin edilməsi, mərhum X1 miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinin 1/72 hissəsinə İddiaçı, 1/72 hissəsinə X3, 1/72 hissəsinə Cavabdeh1, 1/72 hissəsinə Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, 1/72 hissəsinə X2, 1/72 hissəsinə X5, 1/72 hissəsinə Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, 1/72 hissəsinə X6 paylarının müəyyən edilməsi, İddiaçı, X3, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, X2, X5, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, X6 Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinə dair paylı mülkiyyətçi olduqlarından həmin şəxslərin ümumi əmlakdan hər birinin payları 9/72 hissə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılar İddiaçı və X7 aid edilməsi qət edilmişdir. Daha sonra Ucar Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2(063)-115/2025 nömrəli qərardadı ilə qətnamənin nəticə hissəsində yanlışlığa yol verildiyi müəyyən edilmiş, iddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1 və Rəhimova (Mahmudova) Məleykə Cəmil qızına və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Dadaşova (Mahmudova) Şamama Cəmil qızına, X4, X8, İsmayılova (Mahmudova) Xalidə Cəmil qızına, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızına, X9 və Ucar rayon Notariat Ofisinə qarşı "ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakların bölünməsi və miras əmlakda payların müəyyən edilməsi" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2(063)-116/2025 nömrəli qətnaməsinin nəticə hissələrində “mərhum X1 miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinin 1/72 hissəsinə İddiaçı, 1/72 hissəsinə X3, 1/72 hissəsinə Cavabdeh1, 1/72 hissəsinə Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, 1/72 hissəsinə X2, 1/72 hissəsinə X5, 1/72 hissəsinə Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, 1/72 hissəsinə X6 payları müəyyən edilsin, İddiaçı, X3, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, X2, X5, Hüseynova (Mahmudova) Xədicə Cəmil qızının, X6 Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinə dair paylı mülkiyyətçi olduqlarından həmin şəxslərin ümumi əmlakdan hər birinin payları 9/72 hissə müəyyən edilsin” hissələri “mərhum X1 miras qalmış Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsinin və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinin 1/72 hissəsinə İddiaçı, 1/72 hissəsinə X3, 1/72 hissəsinə Cavabdeh1, 1/72 hissəsinə Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, 1/72 hissəsinə X2, 1/72 hissəsinə X5 və 1/72 hissəsinə X6 payları müəyyən edilsin, İddiaçı, X3, Cavabdeh1, Rəhimova (Mahmudova) Məleykə Cəmil qızının, X2, X5 və X6 Ucar rayonu, Qazyan kəndində yerləşən 2,80 ha torpaq sahəsi və həmin sahənin üzərində yerləşən ümumi sahəsi 199,9 kv.metr olan fərdi yaşayış evinə dair paylı mülkiyyətçi olduqlarından həmin şəxslərin ümumi əmlakdan hər birinin payları 9/72 hissə müəyyən edilsin” kimi oxunması qərara alınmışdır. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı аpellyаsiyа şikаyəti vermişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Ucar Rayon Məhkəməsinin hakimi X20 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(063)-115/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Mahmudova) Xalidə Cəmil qızının apellyasiya şikayətinin AR MPM-nin 357-363-cü maddələrinin tələblərini yerinə yetirilməsi və sonraki prosessual hərəkətlərin edilməsi üçün sözügedən mülki işin Ucar Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Ucar Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2(063)-115/2025 nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüseynova (Mahmudova) Xədicə Cəmil qızı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Ucar Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar