Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-850/2024 30.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin payın digər vərəsəyə keçməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi, payın digər vərəsəyə keçməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, üçüncü şəxslər X7, X13 və Alxasova Hicran Aydın qızının iştirakları ilə, İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı açıq qalmış mirasda pay almaq hüququnun itirilmiş hesab edilməsi və həmin payın digər vərəsəyə keçməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)-741/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki şəhəri, Şərbablar küçəsi, döngə 2, ev 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0704 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 263.5 kvm fərdi yaşayış evinin 2/3 hissəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli X1 mülkiyyətində olmuşdur. X30 xx.xx.1932-ci ildə ölmüşdür. 2 (11) mart 2003-cü il tarixli 184687 nömrəli müqavilə ilə X5 şəhəri, Şərbablar küçəsi, döngə-2, ev 2 ünvanında yerləşən fərdi yaşayış evinin özünə məxsus olan 1/3 hissəsini İddiaçı satmışdır. 21 sentyabr 2021-ci il tarixli 2V-651 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ilə fərdi yaşayış evinin 2/3 hissəsinin ½ hissəsi (şəhadətnamədə 1/3 yazılıb), torpaq sahəsinin 2/3 hissəsi miras olaraq İddiaçı verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********84-10301 reyestr nömrəli Çıxarışla ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0704 hektar torpaq sahəsinin 2/3 hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 263.5 kvm fərdi yaşayış evinin 2/3 hissəsi İddiaçı adına qeydiyyata alınmışdır. Həmin Çıxarışla torpaq sahəsinin 1/3 hissəsi və fərdi yaşayış evinin 1/3 hissəsi X19 mülkiyyətində qalmışdır. X9 İddiaçı babası, X19 isə İddiaçı ulu babası olması faktı məhkəmə qərarları ilə müəyyən edilmişdir. Hal-hazırda İddiaçı X19 adına açıq saxlanılmış payın yalnız özü tərəfindən qəbul edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ulu babası X14 açıq miras qalmış Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın digər vərəsə İddiaçı keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi 1/3 onun, 2/3 hissəsi isə mərhum ulu babası X19 paylı mülkiyyətindədir. Ulu babası X30 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X24 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X31 qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X30 və babası X9 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Şəki Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən 08 iyul 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də o, ərizə ilə məhkəməyə müraciət edərək, X2 onun babası, X19 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, X41 (Meşədi Oruc) oğlunun onun babası olması hüquqi faktının müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. O, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi ərizəçi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. O, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsindən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli, 2(102)-2131/2023 saylı qərarı ilə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-98/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1008/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, X19 onun ulu babası olması hüquqi faktı müəyyən edilməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-1115/2020 saylı, 23 sentyabr 2020ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılılması qət edilmişdir. Bundan sonra o, Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək ulu babası X19 adına açıq saxlanılmış miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. X48 “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin 17 yanvar 2024-cü il tarixli, № 142 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, 12 iyul 1932-ci il tarixdə ölmüş X15 qalmış miras əmlaka dair 21 sentyabr 2021-ci il tarixdə 2V-651 reyestr nömrəsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras əmlakın 1/3 hissəsi X3 adına açıq saxlanılmışdır. X3 adına açıq saxlanılan digər vərəsəyə çatacaq miras paya dair ona təkrar qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Halbu ki, bu günədək digər vərəsələr onlara çatası miras payı qəbul etmək üçün vərəsəlik şəhadətnaməsi alması üçün notariat orqanına müraciət etməmiş və mirası qəbulla bağlı hər hansı bir hərəkət etməmişdir. Umumiyyətlə ulu babası X30 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X24 qəbul etmiş, onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X31 qəbul etmiş, atası da vəfat etdikdən sonra həmin miras əmlaka o yiyələnmişdir. Bu günə kimi mirasa bütövlüklə o sahiblik edir. Hesab edir ki, digər vərəsələr mirası qəbul etməməklə, susmaqla pay hüququnu itirmişlər. Mərhum ulu babası X19 vəfatından sonra o, Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə faktiki sahiblik etsə də, ona həmin fərdi yaşayış evinə tam qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsi onun mülkiyyət hüququ üzrə sərəncam vermək hüququnu məhdudlaşdırır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 2 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0704 hektar torpaq sahəsinin 1/3 hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçının ulu babasının adına açıq saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli çıxarışa əsasən 0.0704 ha torpaq sahəsində yerləşən 263.5 kv.metr fərdi yaşayış evinin 2/3 hissəsi, torpaq sahəsinin 2/3 hissəsi İddiaçı adına qeydə alınmış, fərdi yaşayış evinin 1/3 hissəsi, torpaq sahəsinin 1/3 hissəsi X19 adına açıq saxlanılmışdır. İddiaçı, daşınmaz əmlakın X19 adında açıq saxlanılmış 1/3 hissəsi üzrə digər vərəslərin miras qəbul etmə müddətini ötürdüyünü iddia edərək onun həmin miras əmlaka vərəsəlik hüququnun tanınmaması, onun mirası faktiki qəbul etdiyini və bu barədə vərəsəlik hüququ tanınaraq onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Məhkəmə hesab edir ki, hazırkı tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının miras qoyana münasibətdə vərəsəlik hüququnun mümkünlüyü məsələsi, həmin hüququn mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsi, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsi, eləcə də tətbiq ediləcək qanunvericilik normaları araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz
6. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması məsələsinə (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir.
7. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X30 12 iyul 1932-ci il tarixdə vəfat etmiş, lakin ondan miras qalmış əmlaka dair vərəsəlik 2021-ci ildə açılmış və miras əmlakın 2/3 hissəsi İddiaçı tərəfindən qəbul olunaraq, sonuncuya 21 sentyabr 2021-ci il tarixdə 2V-651 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
8. Məhkəmə hesab edir ki, miras qoyan şəxs X30 1932-ci il tarixdə öldüyündən və notarius tərəfindən şəhadətnamənin rəsmiləşdirmə tarixindən asılı olmayaraq hazırkı vərəsəlik hüquq münasibəti barədə mübahisə hazırkı dövrdə qüvvədə olan Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın faktiki olaraq onun tərəfindən tam olaraq qəbul edildiyini, həmin əmlakın onun faktiki mülkiyyətində olduğunu, ondan başqa mərhumun digər vərəsələri olmadığını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi həmin əmlakdan pay almaq istəyən hər hansı digər vərəsə müəyyən edilməmişdir. Lakin iddiaçı tələbində həmin əmlakdan hansı vərəsələrin pay almaq hüququnun itirilməsini göstərməmişdir.
10. Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)-741/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd olunmuş, İddiaçı cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinə qarşı mərhum ulu babası X14 açıq miras qalmış Şəki şəhəri, Şərbablar küç, dalan 2, ev 2/2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinə üzrə digər qanun üzrə vərəsələrin pay almaq hüququnun itirilmiş hesab edilməsi və payın ona keçməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1193, 1203, 1243 və 1301-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 21 sentyabr 2021-ci il tarixli, 2V-651 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 17 yanvar 2024-cü il tarixli, 142 saylı məktubu 27 sentyabr 2021-ci il tarixli, **********84-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Şəki Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(075)-1115/2020 saylı qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(107)-98/2023 qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(102)- 2131/2023 saylı qərarı Şəki Apellyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(107)-1008/2023 qətnaməsi
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinə müraciət edərək imtinaya səbəb olmuş vərəsələr barədə məlumat almalı idi. Lakin göründüyü kimi cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə isə cavabdehdən istər vərəsəlik işinin istərsə də vərəsələr barədə məlumatı əldə etməmişdir. Əgər iş üzrə heç bir vərəsə yoxdursa nəyə görə cavabdeh Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi digər vərəsələrə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir, əgər varsa nəyə görə məhkəmə iddianı təmin etmir? Halbu ki, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyinin səbəbi cavabdehin imtinasında digər vərəsələrə görə mirasa dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməməsidir. Tərəfindən məhkəməyə 3 ədəd qətnamə 1 ədəd qərar təqdim edilmişdir ki, həmin məhkəmə aktlarında işin faktiki hallarına aid bir sıra xüsusatlar öz əksini tapmış və həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə müəyyən edilmiş hallar məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Artıq qanuni qüvvəsini almışŞəki Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli,2(107)- 1008/2023 saylı qətnaməsi ilə X19 onun ulu babası olması hüquqi faktı müəyyən edilmiş və həmin iddia tələbi üzrə mülki işin məhkəmə proseslərində məhrum ulu babasından miras qalmış əmlakla bağlı faktiki olaraq mirası onun tərəfindən qəbul etməyi, onun həmin miras əmlak olan fərdi yaşayış evində anadan olmaqla hal-hazıradək orada pasport qeydiyyatında olmaqla orada yaşamağı, miras əmlaka faktiki yiyələnməklə ona sahiblik etməyi tam təsdiq edilmişdir. Həmçinin, miras əmlak olan evin 2/3 hissəsi də onun mülkiyyətindədir və o həmin əmlakı vərəsəlik qaydasında qəbul etmişdir. Buradan da göründüyü kimi o miras əmlakın bir hissəsinə vərəsəliyi qəbul etmiş və bu da mirası faktiki olaraq tam qəbul etməyini təsdiq edir. Bu faktın özü belə mirasın onun tərəfindən faktiki qəbulunu təsdiq edən ən mötəbər sübutdur.
15. Ona görə də, Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)- 741/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı, üçüncü şəxslər X16, X28 və Alxasova Hicran Aydın qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Cavabdeh Şəki regional “Asan xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
19. 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsi: 487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar), ər-arvad və vəfat edənin əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir. İrs buraxan şəxsin uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat edərsə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçir. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etməlikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaşbacıları hesab olunurar. 489-cu maddəsinə əsasən vərəsəlik vəsiyyətlə dəyişdirilmədiyi bütün hallarla, qanun üzrə vərəsəlik öz qüvvəsini saxlayır. 499-ci maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Hazırda olan vərəsələr, sair vərəsələrin gəlməsini gözləməyərək, vərəsəlik əmlakını idarə etməyə başlaya bilərlər. Vaxtında gələn digər vərəsələr vərəsəlik əmlakından öz paylarını tələb edə bilərlər. 500-cü maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlaka mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qoyаnın) əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. 1133.2-ci mаddəsində göstərilir ki, qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) o, zаmаn qüvvədə olur ki, mirаs qoyаn vəsiyyətnаmə qoymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununlada özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə ) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz , bu şərtlə ki , həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. 1243.1-ci mаddəsində göstərilir ki, mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. İddiaçı Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)-741/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. İşin mübahisə edilməyən halları bu qətnamənin 1-ci bəndində sadalanmışdır. Birinci instansiya məhkəməsi hazırki iddianı rədd edərkən iddiaçının mirasqoyanın digər vərəsələri barədə sübutlar təqdim etmədiyini əsas gətirmişdir. İddiaçı apellyasiya şikayətində məhkəməyə təqdim etdiyi onun babası və ulu babasının müəyyən edilməsi ilə bağlı məhkəmə qərarlarında həmin məlumatların göstərildiyini iddia etmişdir. İşdən görünür ki, mirasqoyan X30 xx.xx.1932-ci ildə ölməklə miras açılmışdır. Həmin vaxt qüvvədə olan 16 iyun 1923-cü ildə qüvvəyə minmiş Azərbaycan SSR-in Mülki Məcəlləsinin 488-ci maddəsinə görə mirasqoyanın uşaqları (o cümlədən övladlığa götürülən uşaqlar), arvadı və əmək bacarığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il onun himayəsində olan əməyə bacarıqsız digər şəxslər onun qanun üzrə vərəsələri ola bilərdi. Uşaqlarından hər kim vərəsəlik açılmazdan əvvəl vəfat etmişdisə, onun vərəsəlik payı onun uşaqlarına (irs buraxan şəxsin nəvələrinə) keçir, axırıncılar (nəvələr) vəfat etdikdə isə - onların uşaqlarına (irs buraxan şəxsin nəticələrinə) keçirdi. Göstərilən vərəsələr olmadığı və ya onlar vərəsəliyi qəbul etməlikləri halda, qanun üzrə vərəsələr vəfat edən şəxsin əməyə bacarıqlı ata-anası, onlar olmadıqda isə - qardaş-bacıları hesab olunurdular. Həmin Məcəllənin 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə, vərəsəlik açıldığı gündən etibarən 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq notariat orqanına ərizə verməzsə, o vərəsəliyi qəbul etmiş hesab olunur. Kollegiya qeyd edir ki, hazırki halda mirasqoyanın əmlakının başqa heç bir vərəsə tərəfindən qəbul edilməməsinin müəyyən edilməsi üçün əvvəl göstərilən qanun normasında sadalanan şəxslərin hər biri aşkar edilməli, daha sonra isə həmin şəxslərin hər birinin xx.xx.1932-ci ildə mirasqoyan ölərkən harada olduqları və mirası qəbul edibetmədikləri müəyyən edilməlidir. Həmin məlumatlar isə iddiaçının təqdim etdiyi məhkəmə qərarlarında müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının iclasında izahat vermiş iddiaçı və üçüncü şəxslərin izahatlarından müəyyən edilmişdir ki, mirasqoyan X8 (Məşədi Oruc) üç övladı olmuşdur: X29, X26, X24. X4 göndərildiyindən onun ailəsi barədə məlumat mövcud deyildir. X10 iki qız övladı olmuşdur ki, onlardan biri də X11r. X9 iki övladı olmuşdur: X27 və X22. X12 beş övladı vardır. Kollegiya onu da qeyd edir ki, yuxarıda göstərilənlər iddiaçı və onun bacıları olan üçüncü şəxslərin izahatlarında deyilsə də, həmin şəxslərin mövcudluğu, doğum tarixləri, ölənlərin ölüm tarixləri barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, X23 öldüyü vaxt qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin 488-ci maddəsində göstərilən şəxslərin harada olduğu, mirası qəbul edib etmədikləri, əgər etmişlərsə, X17, X10 və X9 öldükləri vaxt (ölmüşlərsə) qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş vərəsələrinin harada olduqları və mirası qəbul edib etmədikləri kimi məsələlərin araşdırılması əhəmiyyət kəsb edirdi ki, həmin hallarla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etmir.
26. İddiaçının məhkəmənin digər vərəsələrlə bağlı məlumatları özü ala biləcəyi halda almadığı barədə apellyasiya şikayəti dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmənin işdə mövcud olan sübutlara əsasən araşdırma aparma səlahiyyəti olsa da, iddianı təsdiq edəcək heç bir sübutun təqdim edilmədiyi halda iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir.
27. Apellyasiya şikayətinin iddiaçının miras əmlakı qəbul etməsi ilə bağlı dəlilinə gəldikdə isə, iddiaçının mirası qəbul etməsi təsdiq edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Hazırki mübahisə digər vərəsələr tərəfindən qəbul edilmə halının olub-olmaması barədədir ki, iddiaçının təqdim etdiyi dəlillər həmin halı təsdiq etmir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)-741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(075)-741/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.