Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-853/2020 12.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-yə qarşı “istehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-51/2020 nömrəliqərardadından cavabdeh «xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “xxxx” ASC X2 tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş bildiriş üzrə qanunsuz onun adına hesalanmış 467.35 manat borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində cavabdeh «xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu məhkəməyə yazılı vəsatət göndərərək hüquqi şəxs olan “xxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində rəsmi qeydə alındığı üçün İddiaçı tələbi barədə Zərdab Rayon Məhkəməsinin icraatında olan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-51/2020 nömrəli (hakim T.Qubadov) qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASCyə qarşı “istehlakçı hüququnun müdafiə edilməsinə və qanunsuz hesablanmış borcun silinməsinə dair” iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlunun vəsatəti rədd edilmişdir. Qərardaddan narazı qalan cavabdeh«xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu şikayət verərək, qərardadın ləğv olunmasını və mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslanmışdır ki, cavabdeh “xxxx” ASC-nin hüquqi ünvanı ünvan 1 ünvanıdır. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-ci maddəsinə görə də iş baxılması üçün aidiyyat üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-51/20 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflərməhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunmuşdur ki, qanunvericilik istehlakçıların hüququnun müdafiəsi haqqında iddialara iddiaçının yaşadığı yerə görə verilməsini iddiaçının özünün seçiminə aid etmişdir. İddiaçı hazırkı iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərkən iddiaçının seçməsinə görə aidiyyət hüququndan istifadə etmişdir. İşin baxılması üçün “xxxx” ASC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi regionda yaşayan iddiaçının məhkəmədə bilavasitə iştirak etmək imkanını çətinləşdirməklə yanaşı, artıq, izafi xərclər (yol xərci) çəkmələrinə, həm də onun seçim hüquqlarının pozulmasına gətirib çıxara bilər. işin baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatətin hüquqi əsası yoxdur. Hazırkı işə Zərdab Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-51/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 357, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh «xxxx” ASC-nin nümayəndəsi Əliyev Rövşən Yolçu oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(035)-51/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-853/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-853/2020
12.03.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver