Məhkəmə qərarları › İş №2(107)-865/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-865/2022

30.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-865/2022 30.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(025)-16/2012 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın alqı-satqısı haqda X1 ilə Cavabdeh2 arasında Qəbələ rayon dövlət notariat kontorunda bağlanmış AN-İ seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli müqavilə və bu müqaviləyə əsasən, dövlət reyestrində aparılmış qeydiyyat tam etibarsız sayılmasını və Qəbələ şəhəri A.Səhhət küçəsində yerləşən və dövlət reyestirində (MA seriya ******* saylı çıxarışa əsasən) **********71-06301 saylı reyetr nömrəsi, ********** saylı qeydiyyata alınmış qeyriyaşayış sahəsinə birgə nigah əmlakı kimi iddiaçının hüquqları bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli, 2(025)-525/2011 saylı qərardadı ilə Qəbələ şəhəri A.Səhhət küçəsində yerləşən, AN-İ seriyalı, ******* saylı alqısatqı müqaviləsi əsasında, xx.xx.2010-cu il tarixdə özgəninkiləşdirilmiş qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması və cavabdehlərə həmin daşınmaz əmlak barədə hər hansı sənədləşdirmə, fiziki hərəkətlər və müdaxilələr etməyin qadağan edilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 04 yanvar 2012-ci il tarixli, 2(025)-16/2012 saylı qərardadı ilə iddiaçının ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. 14 aprel 2022-ci il tarixdə mübahisə predmeti üzrə cavabdeh mərhum Cavabdeh2 oğlu X2 ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli 2(025)-525/2011 saylı qərardadı ilə mərhum anası Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Abbas Səhhət küçəsində yerləşən ümumi sahəsi 255,7 kv.m olan qeyri-yaşayış binası (mağazanın) üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(025)-16/2012 saylı qərardadı ilə, Ərizə təmin edilmiş, hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli, 2(025)-525/2011 saylı qərardadının ləğv edilməsi, Qəbələ şəhəri A.Səhhət küçəsində yerləşən, AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında, xx.xx.2010cu il tarixdə özgəninkiləşdirilmiş qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. Hazırda İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 2(025)-16/2012 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsində onun imzası saxtalaşdırılmışdır. Vaxtilə AR ƏN Məhkəmə xəttşünaslıq ekspertizasının verdiyi rəy mötəbər deyildir. O, yenidən araşdırılmalıdır. İşin icraatı təzələnməli və mərhum Cavabdeh2 qanuni nümayəndəsi olan iddiaçı X2 məhkəməyə şəxsən dəvət edilməlidir. İşə tərəflərin şəxsən iştirakı ilə açıq məhkəmə iclasında yenidən baxılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tаrixli, 2(025)-16/2012 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(025)-16/2012 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Beləliklə, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 04 yanvar 2012-ci il tarixli, 2(025)-16/2012 saylı qərardadı ilə iddiaçının ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri (iddianı təmin tədbiri) cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Lakin hazırki vəziyyətdə, yəni iddia baxılmamış saxlanıldığından və həmin qərardaddan şikayət verilmədiyindən artıq bu tədbirlərə ehtiyac qalmamışdır. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı şikayətinin məzmunundan görünür ki, o, əslindən birinci instansiya məhkəməsinin baxılmamış saxlama qərardadından narazıdır. Belə ki o, şikayətinin xahiş etdi hissəsində həbsin götürülməsi barədə qərardadın ləğv edilməsini xahiş etsə də, icraatın təzələnməsini də qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tаrixli, 2(025)-16/2012 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, İddiaçı şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tаrixli, 2(025)-16/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tаrixli, 2(025)-16/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar