Məhkəmə qərarları › İş №2(107)-869/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-869/2022

08.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-869/2022 08.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional “Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı iş üzrə (açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçılar - İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional “Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı “24 aprel 2019-cu il tarixli, 2V207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsindən cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı1, İddiaçı2, X14, X15, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X35 JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi qət edilmişdir.

2. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 və qeyriləri tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2019-cu il tarixli, 2(102)-1711/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)2591/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Cavabdeh1 qanuni qüvvəyə minməmiş Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2019 saylı qətnaməsi əsasında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsindən ölmüş anası X7 adına mübahisə edilən 10057.49 hektar torpaqla bağlı 22 oktyabr 2018-ci il tarixdə RX seriyalı ******* nömrəli çıxarış alır.

5. Həmin hal hazırkı iş üzrə iddiaçılara məlum olan kimi, sözü gedən çıxarışın ləğv edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışlar.

6. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli 2(019)-607/2018 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ləğv edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi və vəkili X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki nollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1272/2020-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hazırki iş üzrə olan 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə çəkişmələri getməsinə baxmayaraq hazırkı iş üzrə cavabdehlər Balakən rayon notariat kontoruna müraciət edərək 25 iyul 2014 cü ildə vəfat etmiş anaları X5 miras qalmış Balakən rayon Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnamə verilməsini xahiş edirlər. 24 aprel 2019-cu il tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ilə sözü gedən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 adlarına payı bərabər hissədə 1/4 olmaqla irs almaları müəyyən edilmişdir.

10. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddialarını onunla əsaslandırmışlar ki, iş üzrə Cavabdeh1 2018-ci ildə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı2, X33 Oğluna, X11 və X12 qarşı “Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinə dair cavabdehlərlə mərhum 24 iyul 2014-cü ildə ölmüş anası X9 arasında bağlanmış 15 fevral 2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsi çıxardığı 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilən iddianı təmin etmişdir. İddia ərizəsinə əlavə edilmiş 09 avqust 2018-ci il tarixli Balakən Rayon məhkəməsinin üz səhifəsindən məlum olur ki, qətnamə 13 avqust 2018-ci il tarixdə tərtib edilmiş, həmin tarixdən sonra tərəflərə göndərilmişdir, poçt idarələri də ən tez halda 16 avqust tarixdə qətnamələri tərəflərə verə bilərdi. Amma Cavabdeh1 onlara məlum olmayan hansı bir yollasa həmin qətnamədən apellyasiya şikayəti verildiyi halda qətnamənin tərəflərə təqdim edilməsindən bir ay müddət belə keçmədən məhkəmənin dəftərxanasının zərflər üçün möhrü ilə qətnamənin 09 sentyabr tarixdə qüvvəyə minməsini təsdiq etdirə bilmişdir. Cavabdeh1 həmin qətnamədən verilən şikayətlə bağlı məhkəmə iclaslarında iştirak etmir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-c il tarixli qətnaməsindən verdikləri şikayətə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası çıxardığı 25 oktyabr 2018-ci il tarixli, 2(107)- 2591/2018 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin qətnaməsini ləğv etmiş, şikayətlərini təmin etmiş və alqı-satqı müqaviləsinin bağlanmasına dair Cavabdeh1 iddiasını təmin etmişdir. Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası çıxardığı 01 mart 2019-cu il tarixli, 2(102)-1711/2019 saylı qərarı ilə şikayəti təmin etmədən, Apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Beləliklə Cavabdeh1 tərəfindən verilən iddia məhkəmələr tərəfindən rədd edilmiş və mübahisə edilən torpaq iş üzrə cavabdehlərin mülkiyyətində saxlanılmışdır. Bundan sonra Cavabdeh1 həmin torpağın anasına məxsus olmadığını biləbilə qəsdən, qərəzli olaraq qanunazidd cinayət tərkibli əməllər etməklə DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsindən dolayısı ilə ölmüş anasının adına mübahisə edilən 10057.49 hektar torpaqla bağlı RX seriyalı ******* nömrəli qanunazidd Çıxarış əldə edir. Bu hal onlara məlum olan kimi, onlar DƏDRX 18 saylı ərazi idarəsi tərəfindən X8 verilmiş ******* nömrəli Çıxarışın ləğv edilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsi çıxardığı 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə qeyd edilən çıxarışın ləğvini rəsmiləşdirmişdir. Balakən Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh1 tərəfindən verilən Apellyasiya şikayətinə baxan Mülki Kollegiya 16.10 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Cavabdeh1 tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası kassasiya şikayətini təmin etməmişdir. X2 adına hazırlanmış ******* nömrəli çıxarış ləğv edilir. Bütün bunlara baxmayaraq Cavabdeh1 cinayət tərkibli əməllərini davam etdirir. Belə ki, ləğv edilmiş ******* saylı çıxarış əsasında Qazma kəndində yerləşən 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu il tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 adlarına payı 1/4 olmaqla, 30 aprel 2019- cu il tarixli **********24 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bu qanuna zidd “Vərəsəlik şəhadətnaməsi" Balakən regional “Asan Xidmət” mərkəzi notarial ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən tərtib edilmişdir. Həmin şəhadətnamə qanun pozuntusu ilə tərtib edilmişdir. İlk növbədə X7 JN 645 A cizgisində olan 1.0057 ha torpağın ona məxsus olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyil. Miras qoyan X9 2014-ci ilin 24 iyul tarixində öldüyü vaxt Vərəsəlik Şəhadətnaməsi ilə cavabdeh vərəsələrə verilmiş 1.0057 ha torpaq sahəsi üzərində X7 hər hansı bir mülkiyyət hüququ olmuşdurmu? Notarial ofisinin xüsusi notariusu ümumiyyətlə miras qoyan X7 ölən günə qədər (sağlığında) mülkiyyətində mövcud olan əmlakı araşdırmadan, onun mülkiyyəti olmayan 1.0057 ha torpaq sahəsini onun mirası kimi qəbul edərək F.Balayevanın qanun üzrə vərəsələrinə 24 aprel 2019-cu il tarixli 2v-207saylı Qanun üzrə vərəsəlik şəhadətnaməsi açmış, nəticədə “Notariat haqqında” qanunun tələblərini pozmuşdur. F.Balayeva ölən zaman onun mülkiyyətində daşınmaz və daşınar əmlak olmuşdur. Amma bu günədək cavabdeh vərəsələr anasından qalmış miras əmlaka vərəsəlik açdırmamışlar.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və digər iddiaçılar İddiaçı3 və İddiaçı4 nümayəndəsi İddiaçı1 və digər İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişlər.

13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsində işə digər cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızının iştirakı olmadan baxılmışdır.

15. Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Balakən regional «Asan xidmət» mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin; cavabdehlər Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızından10 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçılar İddiaçı1, İddiaçı2, Əzizova (Şütüyeva) Günay Kamil qızına və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına ödənilməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Balakən regional “Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına qarşı “24 aprel 2019-cu il tarixli, 2V207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair” iddia əsaslıdır və buna görə də, təmin edilməlidir.

18. Cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)- 808/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

19. Cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 apellyasiya şikayətində göstərmişdir ki, Bildirirəm ki, Balakən rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-808/2021 saylı qətnaməsi mənə təqdim olunmadığından 22 dekabr 2021-ci il tarixdə iddiaçı tərəf olan İddiaçı1 tərəfindən notariusa təqdim olunmuş icra vərəqəsini oxuyarkən həmin qətnamədən xəbərim olmuşdur. Həmin qətnamənin notariat ofisinə təqdim olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Qətnamə ilə tanış olarkən mənə məlum oldu ki,qətnamə tamamilə əsassız və çoxlu sayda hüquq normalarının pozuntusuna yol verilməklə qəbul olunmuşdur. Mən X30 Xidmət Mərkəzinin notariusu Cavabdeh5 olaraq hakimin notariusu birbaşa şəxsən cavabdeh qismində tanımasını artıq qərəzli bir hal hesab edirəm. Qətnamədən göründüyü kimi hakim cavabdeh kimi notariat ofisini deyil, xüsusi notariusu tanımışdır. Bundan əvvəl bütün məhkəmə iddialarında maraqlı şəxs, 3-cü şəxs və ya cavabdeh qismində notariat ofisi tanındığı halda nədənsə məhz hakim Zamin Tahirov iddiaya baxarkən cavabdeh qismində notariusun göstərilməsini tələb etmişdir. Hesab edir ki, burada məhkəmənin yanaşması obyektiv olmamışdır.

20. Məhkəmənin qənaətinə görə belə çıxır ki, əgər X30 Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu yerini dəyişib başqa əraziyə keçərsə, qanun qüvvəsini almış qətnaməni icra edən şəxs yenə həmin xüsusi notarius olmalıdır. Amma notariat işi X30 xidmət mərkəzində notariat ofisində saxlanılır. Başqa bir halda şəhadətnaməni verən notarius ölmüşsə onun vərəsəsi cavabdeh olmalıdır. Bunu tamamilə əsassız hesab edir və cavabdeh qismində X30 Xidmət mərkəzində notariat ofisinin tanınmasını qanuna uyğun hesab edir. İşin halları üzrə göstərir ki, vətəndaş vərəsəlik işi ilə əlaqədar notariat ofisinə müraciət etmiş, miras qoyanın miras toplusuna daxil olan əmlak DƏDRX-nin rəsmi reyestrində qeydiyyata alınıb alınmadığı notarius tərəfindən verilmiş sorğu əsasında yoxlanılmış, təqdim olunmuş Çıxarış əsasında notarius tərəfindən həmin əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qətnamədə qeyd edilmişdir ki, həmin çıxarış Balakən rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilmişdir.

21. Buradan aydın görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən 24 aprel 2019-cu il tarixdə həmin Çıxarış qüvvədə olan sənəd olmuşdur və notarius heç bir qanun pozuntusuna yol verməmişdir. Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimata Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Əlavənin 7-ci bəndində Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi barədə aşağıdakılar qeyd olunmuşdur: 7.1 Qanunun 8-ci maddəsinə göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonraçıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə. Həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. 7.3. Bu Təlimatın 7.1 və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsələyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur.

22. X3 addına Çıxarış məhz yuxarıda qeyd olunan qaydada alındığından yüklülük barədə arayışın alınmasına ehtiyac olmamışdır. Bu hallarda notarius hansı əsasla notariat hərəkətini aparmaqdan imtina etməlidir? Hakimin məsələyə yanaşmasını qərəzli hesab edir. Notariusun notariat haqqında Qanununun hansı müddəasını, tələbini pozmasının hakim tərəfindən dəqiqləşdirilməsini zəruri hesab edir.

23. xx.xx.2019-cu il tarixli 2V-207 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması üçün hakimin gətirdiyi əsasları qanunsuz hesab edir. Notarius olaraq əminliklə bildirir ki, heç bir qanun pozuntusuna yol verməmişdir, vərəsəlik hüququ haqqında şəhadətnamə qanunauyğun şəkildə düzgün tərtib olunmuşdur. Ona görə də, Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsini ləğv edərək iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

25. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

26. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə iddiaçılar İddiaçı3 və İddiaçı4, cavabdehlər Balakən regional “Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Xanayeva (Balayeva) Mehriban İdris qızına lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Konstitusiyasının:

29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

30. «İnsan Hüquqlarının və X10 Haqqında» Konvensiyanın 1 saylı Protokolu Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2 Mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:… 14.2.3. Mülki hüquq və vəzifələri müəyyənləşdirən məhkəmə aktları… 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1 birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)… Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan digər hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

32. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 8.0 və 8.0.3. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 8.0 və 8.0.4. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə işdə olan sübutların biavasitə tədqiqi əsasında İddiaçı2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsinin verilməsi, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, X16, İddiaçı1, X12 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı2, X17, X21, İddiaçı1, X15 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN645 nömrəli Torpağa Mülkiyyət Hüququna X35 JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi, qətnamənin qəbul edildiyi vaxtdan bir ay müddətində şikayət verilmədiyndən Mülki- Prosessual Məcəllənin 233.1-ci maddəsinə uyğun olaraq 10 sentyabr 2018-ci il tarixdə icra vərəqəsinin verilməsi və həmin icra vərəqəsi əsasında Cavabdeh1 RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməsi, İddiaçı2 və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)0-2591/2018 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı2, X17, X21, İddiaçı1 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən k/t təyinatlı torpaq sahəsinə dair verilmiş JN 645 nömrəli Dövlət Aktının 645A planşet hissəsində göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbi ilə bağlı iddiasının təmin edilməməsi, lakin Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış ləğv edlilmədiyindən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilməklə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmişdir.

38. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(107)- 2671/2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 nümayəndəsi və vəkili X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1272/2020-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə olan 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

40. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı **********24 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində 1.0057 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır.

41. İşə əlavə olunan Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X7 Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh1, Balakən rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh4, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh3, Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarətdir.

42. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı1, İddiaçı2, X14, X22, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X35 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmş hesab edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, X15, X21 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1114/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı1, İddiaçı2, X14, X15, X21 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli Torpağa Mülkiyyət Hüququna X35 JN645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1711/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2(107)- 2591/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən regional "Asan xidmət" mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş 24 aprel 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2014-cü il tarixdə ölmüş X7 Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh1, Balakən Rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh4, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh3, Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə irs alması, şəhadətnamə verilən miras əmlakın ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsinin mərhuma çatası hissəsindən ibarət olması müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı **********24 reyestr nömrəli Çıxarışla Balakən rayonu Qazma kəndi ərazisində 1.0057 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)-607/2019-cu il tarixli qətnaməsi ilə işdə olan sübutların biavasitə tədqiqi əsasında İddiaçı2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarı ilə 1.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsinin verilməsi, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı2, X16, İddiaçı1, X12 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı2, X17, X21, İddiaçı1, X15 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN645 nömrəli Torpağa Mülkiyyət Hüququna X35 JN 645A cizgidə göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqı-satqısının bağlanmış hesab edilməsi, qətnamənin qəbul edildiyi vaxtdan bir ay müddətində şikayət verilmədiyndən MülkiProsessual Məcəllənin 233.1-ci maddəsinə uyğun olaraq 10 sentyabr 2018-ci il tarixdə icra vərəqəsinin verilməsi və həmin icra vərəqəsi əsasında Cavabdeh1 RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etməsi, İddiaçı2 və digərlərinin apellyasiya şikayəti əsasında Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(107)-2591/2018 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh1 mərhum anası X4 cavabdehlər İddiaçı2, X17, X21, İddiaçı1 arasında cavabdehlərin mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən k/t təyinatlı torpaq sahəsinə dair verilmiş JN 645 nömrəli Dövlət Aktının 645A planşet hissəsində göstərilmiş 10057.49 kv/m torpaq sahəsinin alqısatqısının bağlanmış hesab edilməsi tələbi ilə bağlı iddiasının təmin edilməməsi, lakin Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarış ləğv edlilmədiyindən iddiaçıların hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları müəyyən edilməklə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 nümayəndəsi və vəkili X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli, 2(019)- 607/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1272/2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hazırki iş üzrə olan 16 oktyabr 2019-cu il tarixli, 2(107)-2671/2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Qeyd olunduğu kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

45. Buna görə də birinci instansiya məhkəməsi iddianı təmin edərkən qənaətini belə əsaslandırmışdır ki, ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X8 verilmiş RX seriyalı ******* nömrəli **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən və qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edildiyindən, iddiaçılar 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini tələb etməkdə haqlıdırlar. Belə ki, həmin 24 aprel 2019cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2014-cü il tarixdə ölmüş X1 qeyd edilən çıxarışla mülkiyyətində olduğu göstərilən Balakən rayonu Qazma kəndi ünvanında yerləşən ümumi sahəsi 1.0057 ha olan torpaq sahəsindən ibarət miras əmlakdan Balakən rayonu Qazma kəndində yaşayan oğlu Cavabdeh1, Balakən rayonu Xalatala kəndində yaşayan qızı Cavabdeh4, RF Tver şəhəri, Levitina küçəsi, ev 46, mənzil 236 ünvanında yaşayan oglu Cavabdeh3 və Balakən rayonu Qazma kəndində yaşayan qızı Cavabdeh2 miras əmlakdan bərabər hissələrlə irs almaları müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ƏMDK-nın yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X8 verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsi halı ilə həmin 1.0057 ha torpaq sahəsinə X7 mülkiyyət hüquqlarının olmaması müəyyən edilir. Belə olan halda sözügedən 1.0057 ha torpaq sahəsinə X3 mülkiyyət hüququ və digər hüququ yaranmamışdır və həmin 1.0057 ha torpaq sahəsi mərhum Firuzə Balayevanın miras kütləsinə daxil deyildir. Ona görə də həmin 1.0057 ha torpaq sahəsi mərhum X6 qalmış miras əmlak kimi onun sözügedən vərəsələri cavabdehlər arasında bölünə bilməz və həmin vərəsələrə 24 aprel 2019-cu il tarixli, 2V207 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilə bilməzdi.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

48. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, əgər mübahisə predmeti olan qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə qanuni əsaslarla verilmiş olsaydı belə, həmin Şəhadətnamənin verilməsinə əsas olmuş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış məhkəmə qətnaməsi ilə ləğv edildiyinə və həmin qətnamə qanuni qüvvəsini aldığına görə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin məhkəmə qaydasında ləğvi labüddür.

49. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

52. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

57. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Balakən regional “Asan xidmət” mərkəzi Notariat ofisinin xüsusi notariusu Cavabdeh5 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(019)-808/2021 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar