Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-875/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İB-nin İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) ilkin iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X11 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1188 (min yüz səksən səkkiz) manat məbləğində hesablanmış cərimə məbləğinin İddiaçı hesabından silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia tələbinin “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi” ilə bağlı hissəsinə xitam verilməsi ilə bağlı Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-139/2020 saylı qərardadının nəzərə alınması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 20,20 manat borcun (pul) tutularaq Cavabdeh hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019- cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 1323 (bir min iki üç yüz iyirmi üç) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və cavabdeh "Cavabdeh” İstehsalat Birliyinin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı 1208.20 manat (bir min iki yüz səkkiz manat 20 qəpik) əsas borcun, 30 (otuz) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə 1238.60 manat (bir min iki yüz otuz səkkiz manat 60 qəpik) borcun tutularaq Cavabdeh xeyrinə ödənilməsi və İddiaçı yaşadığı Şəki şəhəri F.Abdurahmanov küçəsi 33-də yerləşən mənzilin qaz təminatının 1208.20 manat (bir min iki yüz səkkiz manat 20 qəpik) əsas borc tam şəkildə ödənilənədək dayandırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2144/2019 saylı qərardadına əsasən Cavabdeh İB-nin İddiaçı qarşı borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və qərardad qarşılıqlı iddia ərizəsinni surəti ilə birlikdə poçt vasitəsi ilə ilk iddia üzrə iddiaçıya göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Uzun müddətdir sözügedən evdə yaşayır. Bu ünvana qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən sayğaca baxış keçirilmiş və həmin zaman guya qaz sayğacından əvvəl qeyri-qanuni birləşmə aşkar edilmişdir. Bunun əsasında xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 1323 manat məbləğində borc hesablanmışdır. Mübahisələndirilən aktda göstərilən pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından və qeyd olunan akt hazırki iş üzrə onun hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan heasb edir ki, həmin akt əsasında hesablanmış borc məbləği silinməlidir. Əlavə olaraq bildirdi ki, aktın tərtib olunmasından xəbəri olmamış. Akt onun yanında tərtib edilməmiş və onu imza etməmişdir. Həmçinin göstərdi ki, akt əsasında 1188 manat hesablanmış, lakin o yalnış olaraq sərf etdiyi qazın da dəyərini daxil etməklə iddia tələbi irəli sürmüşdür. Buna görə də akt əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, İddiaçı istehlakçı kimi qeydiyyatda olmaqla abonent bazasında qeydiyyatdadır və hazırda **********00000 saylı qaz hesabında 1208,20 manat borc vardır. Həmin borcun 20.20 manat hissəsi sayğac üzrə, 1188 manat hissəsi isə sayğacdan kənar qanunsuz xətt vasitəsilə istifadə edilmiş təbii qaza (dəymiş ziyana) görə hesablanmış borc məbləğidir. Hazırda İddiaçı qaz hesabında sayğac göstəricisinə əsasən yaranmış 20.20 manat borc G-4 markalı ******* saylı sayğacın 15435 m3 göstəricisi ilə yaranmışdır və iddiaçı tərəf həmin hissəni mübahisələndirmir. "Cavabdeh" İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2019-cu il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində cavabdehin sayğacdan kənar əlavə xətt ilə şəbəkəyə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar etmişdir. Faktla bağlı qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin 30.042019-cu il tarixli qərarı ilə 11880 m3 (və ya 1188 manat) həcmində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh bu yolla faktiki istifadə etdiyi təbii qazın uçotunun aparılmasına maneələr yaradır və nəticədə bu yolla qazdan istifadənin əsl dəyərinin gizlətməkdədir. İddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmdən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh Cavabdeh nümayəndəsi X4 apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi X4 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, apelyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsinin qismən-ilk iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissələrdə ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı ilkin iddia tələbinin tam rədd edilməsi, Cavabdeh X1 qarşı qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi, İddiaçı 1208.20 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının, ümumilikdə 1238,60 manat borcun tutularaq Cavabdeh xeyrinə ödənilməsi, İddiaçı yaşadığı Şəki şəhəri, F.Abdurahmanov küçəsi 33-də yerləşən mənzilin qaz təminatının 1208.20 manat əsas borcun tam şəkildə ödənilənədək dayandırılması, həmçinin apelyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh İB-nin nümayəndəsi X10 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxx 2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mənzilində sayğacdan əvvəl qeyriqanuni birləşmə olduğu müəyyən edilmiş və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. İşdə olan Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx xxxxx 2019-cu il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evdə xx xxxxx 2019-cu il tarixli ******* nömrəli akta qaz işlədicilərindən PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün, Q.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 180 gün.24kv kombinin saatlıq qaz sərfi 2.6 m3 /saat, orta günlük iş rejimi 8 saat qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 11880 m3 müəyyən edilərək onun dəyəri olan 1188 manat məbləğdə ziyanın əvəzinin ödənilməsi tələb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddianı qismən təmin edərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7 və 4.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1 və560.2ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, sayğacdan əvvəl qeyri-qanuni birləşmə olması qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda və yüksəkdə quraşdırmış olmasını və bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olmasını nəzərə alaraq müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, cavabdeh yol verilmiş səhvə görə hesablanmış qazın dəyərini iddiaçıdan tələb edə bilməz. Birinci instansiya məhkəməsi qeyd edilən akt və qərarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa birinci instansiya məhkəməsi ilkin iddia tələbinin “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi” ilə bağlı hissəsinə münasibətdə həmin aktın özözlüyündə hər hansı bir hüququ qüvvəyə malik olmamasını, buna görə də iddia tələbinin həmin hissəsinə məhkəmədə baxılmalı olmamasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsinə xitam verilməlidir. Odur ki, ilk iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X11 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1188 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməli, iddia qalan hissədə iddiaçının sayğac üzrə hesablanmış borcu olduğundan təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 20,20 manat borc (pul) tutularaq Cavabdeh hesabına ödənilməli, qarşılıqlı iddia da qalan hissədə təmin edilməməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Qarşılıqlı iddia üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. İlkin iddia tələbinin “xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi” ilə əaqədar hissəsinə xitam verilməsi ilə bağlı Şəki rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-139/2020 saylı qərardadı nəzərə alınsın. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həm ilk, həm də qarşılıqlı iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi həm ilk, həm də qarşılıqlı iddianı qismən təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin nümayəndəsi də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin nümayəndəsinin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsıiş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi həm ilk, həm də qarşılıqlı iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh Cavabdeh nümayəndəsi X2 apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-139/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cаvаbdeh Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-875/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-875/2020
24.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver