Məhkəmə qərarları › İş №2(107)-877/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-877/2023

27.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-877/2023 27.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: evə köçürülmə və maneələrin aradan qaldırılması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı evə köçürülmə və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evdən istifadə hüququ əldə etmiş İddiaçı2, İddiaçı1, 10 yanvar 2006-cı il tarixdə anadan olmuş X10 və 23 noyabr 2012-ci il tarixdə anadan olmuş X12 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən evdən istifadəyə olan maneələrin aradan qaldırılması, İddiaçı2, İddiaçı1, 10 yanvar 2006-cı il tarixdə anadan olmuş X8 və 23 noyabr 2012-ci il tarixdə anadan olmuş X11 ünvan 1 ünvanda yerləşən evə köçürülmələri, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 500 manat pulun, 100.40 manat dövlət rüsmunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 50 manat məbləğində mediasiya xərcinin isə Cavabdeh1 alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun cavabdehlər X2 və Cavabdeh1 qarşı Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 nömrəli qətnaməsi ilə təmin edilmişdir. İllərdir övladları ilə yaşadığı və 2017-ci ildən istifadə hüququ əldə etdiyi evdə yaşayış üçün normal şərait olmadığından 24 mart 2021-ci il tarixdə vəfat etmiş qayınanası X1 da razılığı ilə öz vəsaiti hesabına evdə təmir-tikinti işləri aparmış və mərhum qayınanası ilə birlikdə həmin ünvanda yaşamışdır. 24 mart 2021-ci il tarixdə X5 vəfat etdikdən sonra, yəni 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdehlər onun və övladlarının evdə olmamasından istifadə edərək istifadə hüququ əldə etdiyi evin qapılarını qıraraq evə daxil olmuş və onları evə buraxmaq istəmirlər. Bu hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət etdikdən sonra qarşı tərəfin izahatları alınmış və baş vermiş hadisə ilə əlaqədar ədalətin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehlərə müraciət etsələr də, onların, məhkəmə qətnaməsi ilə istifadə hüquqları tanınmış evə köçmələrinə maneələr yaratmışlar. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 10 yanvar 2006-cı il təvəllüdlü X14 və 23 noyabr 2012-ci il təvəllüdlü X15 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri və onların həmin evdən istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına iddiaçılar tərəfindən ödənilmiş 500 manat, ödənilmiş 100.40 manat dövlət rüsmu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınıb iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər 24 avqust 2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə Elşən, 10 yanvar 2006-cı il tarixdə Ətir və 23 noyabr 2012-ci il tarixdə Uğur adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahları məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququnun tanınmış və o, uşaqları ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı uşaqları ilə birlikdə 05 sentyabr 2021-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Lakin qeyd edilən tarixdən etibarən cavabdehlər onu evə buraxmamışlar. Ona görə də iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququ tanınmış və o, köçərək qeyd edilən evdə yaşamışdır. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını həyata keçirməyə cavabdehlər tərəfindən maneə yaradılması qanunvericiliyin tələblərinə qarşı gəlmək və həmin tələblərin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınması həmçinin onun yetkinlik yaşına çatmamış uşaqlarına da şamil olunur. İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınan zaman İddiaçı1 yetkinlik yaşına çatmamış və o, da həmin evdə yaşamışdır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmış digər İddiaçı1 münasibətdə də iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, sözügedən normalardan göründüyü kimi, qanunvericilik mülkiyyətçi ilə yaşayış sahəsinə köçmək istəyən şəxsdən bəhs edir. Lakin cavabdeh olaraq onların heç biri köçürülməsi təmin edilən evin mülkiyyətçiləri deyillər. Eyni zamanda ümumiyyətlə Cavabdeh3 və Cavabdeh2 iddiaya cavab verməli şəxslər deyil. Eyni zamanda sözügedən ev miras əmlak olduğundan keçmiş mülkiyyətçilərinin vərəsələri də işə cəl edilməli idi. Ona görə də, Şəki Rayon Məhkəməsinin 2(075)-373/2023saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-373/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Mülki Məcəllənin 158.3-ci maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 2(075)- 373/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kollegiya qeyd edir ki, hazırki mübahisə üzrə hüquq münasibətləri 2001-ci ildə yarandığından hazırki işə 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi deyil, 2001-ci ildə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi həmin maddə ilə birlikdə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsini də qətnaməsində qeyd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi əsasında qərar qəbul etdiyindən kollegiya hazırki qətnamədə maddi hüquq normalarının pozuntusuna yol verilmədiyi qənaətinə gəlir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, sözügedən fərdi yaşayış evinin kimin mülkiyyətində olması ilə bağlı məsələ Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki, həmin qətnamədə qeyd olunur ki, sözügedən fərdi yaşayış evi X4 mülkiyyətində olmuş, sonuncu 2001-ci ildə ölmüş, onun vərəsələri evi adlarına rəsmiləşdirməsələr də, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 X3, daha sonra isə X6 qalmış həmin miras əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)-1768/2017 saylı qətnaməsi ilə İddiaçı2 uşaqları ilə birlikdə Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququ tanınmışdır. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını həyata keçirməyə cavabdehlər tərəfindən maneə yaradılması qanunvericiliyin tələblərinə qarşı gəlmək və həmin tələblərin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə haqlı olaraq hesab etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınması həmçinin onun yetkinlik yaşına çatmamış uşaqlarına da şamil olunur. İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınan zaman İddiaçı1 yetkinlik yaşına çatmamış və o, da həmin evdə yaşamışdır. Yetkinlik yaşına çatmış digər İddiaçı1 münasibətdə də iddia tələbi təmin edilməlidir. Kollegiya qeyd edir ki, digər cavabdehlərin hazırkı iş üzrə cavab verməli olmayan şəxslər olması barədə şikayətin dəlilləri əsassızıdır. Belə ki, Cavabdeh3 və Cavabdeh2 birinci Cavabdeh1 hazırki ailəsi olmaqla mübahisəli evdə yaşamaqla ondan istifadə edirlər. Bu səbəbdən də, iddianın onlara qarşı olan hissədə də təmin edilməsi əsaslı hesab olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(075)-373/2023 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar