Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-877/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı evə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: kompensasiya verməklə istifadə hüququna xitam verilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı evə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)-300/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. X2 ilə hazırki iş üzrə Cavabdeh1 arasında xx.xx.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X2 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hazırki iş üzrə İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Hazırda İddiaçı Ali Məhkəmənin 22 noyabr 2023-cü il tarixli 2(102)-3111/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-362/2023 saylı qətnaməsinə əsaslanmaqla 7000 (yeddi min) manat kompensasiya ödəməsi şərtilə Cavabdeh1, onun ailə üzvləri olan digər cavabdehlər ilə birlikdə, göstərilən ünvanda yerləşən evdən çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 qarşı “evə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin 22 noyabr 2023-cü il tarixli 2(102)-3111/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsində məqsədə müvafiq sayılaraq göstərilən 7000 (yeddi min) manat kompensasiyanı cavabdehlərə ödəməklə onların mülkiyyətində olan Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən yaşayış evindən istifadə hüquqlarına xitam verilərək çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onula əsaslandırmışdır ki, bundan əvvəl də iddia ərizəsi ilə qəbələ məhkəməsinə müraciət edərək 3 (üç) min manat kompensasiya ödənilməklə cavabdehlərin onun evindən istifadə hüquqlarına xitam verilməsi və çıxarılması barədə qətnamə qət olunması barədə iddia qaldırmış və Qəbələ rayon Məhkəməsi 14 dekabr 2022-ci il tarixli, 2(025)-1447/2022 saylı qətnaməsi ilə 4 (dörd) min manat kompensasiya məbləği ilə iddianı təmin etmişdir. Bu qətnamədən cavabdeh Apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya məhkəməsi xx.xx.2023-cü il tarixli 2(107)-362/2023 saylı qətnaməsi ilə kompensasiyanın məbləğinin iddiaçının maddi vəziyyətini nəzərə almadan 7 (yeddi) min manat olmasını məqsədə müvafiq sayaraq Qəbələ məhkəməsinin qətnaməsini ləğv edilmişdir. İddiaçı həmin qətnamədən Ali Məhkəməyə Kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 22 noyabr 2023-cü il tarixli 2(102)-3111/2023 saylı Qərarı ilə Şəki Apellyasiya məhkəməsinin qətnaməsində göstərilən 7 min manat kompensasiyanı məqsədə müvafiq sayaraq qətnaməni qüvvədə saxlamışdır. O yaşayış sahəsinə olan mülkiyyət hüququndan məhrum edilmişdir. Məhkəmələr cavabdehin qalmağa başqa evinin olmadığını bildirsə də, onun evdən nə zaman çıxacağı ilə bağlı hər hansı bir yol xəritəsi təqdim etməmişdir. Hakim iddiaçının şifahi qaldırdığı vəsatəti nəzərə almayaraq cavabdehlərin hansısa müddətə evdə yaşayaraq özünə ev taparaq evdən çıxmasını təyin edərək qərar qəbul etmir. Beləcə məhkəmə hüquqi müəyyənlik prinsipini də pozmaqla cavabdehin qeyri-müəyyən müddətə həmin evdə yaşamasına yaşıl işıq yandırmışdır ki, bu da iddiaçının tamamilə öz mülkiyyətindən qeyri-müəyyən müddətə məhrum edilməsinə səbəb olmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X2 ilə Cavabdeh1 arasında xx.xx.1985-ci ildə rəsmi nikah bağlanmış, Qəbələ Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli 2-12 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuşdur. Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi X2 tərəfindən 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlanmışdır. Həmin ev **********53-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ona AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeyd olunmuş Çıxarış verilmişdir. Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir, Cavabdeh1 isə həmin evə istifadə hüquqları vardır. Hazırda İddiaçı 7000 (yeddi min) manat kompensasiya ödəməsi şərtilə cavabdehin, onun ailə üzvləri ilə birlikdə, göstərilən ünvandan qeydiyyatdan çıxarılmasını və istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh1 isə iddia tələbini qəbul etmədiyini, İddiaçı adına verilmiş Çıxarışın qanunsuz yollarlarla verildiyini, həmçinin 7000 (yeddi min) manat kompensasiya məbləği ilə razı olmadığını bildirir.
5. Bundan başqa, Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.
6. Beləliklə, cavabdehin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Bu səbəbdən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda, məhkəmə qaydasında cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 7000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir.
7. İddiaçının cavabdehin və onun ailə üzvlərinin mübahisəli fərdi yaşayış evində olan istifadə hüquqlarının qarşılığında hansı məbləği təklif etməsi araşdırılmış və iddiaçı ilkin olaraq bu hüququn xitam verilməsi qarşılığında cavabdehə 7000 manat məbəğində təklif etmişdir, öz növbəsində cavabdeh bu məbləğlə razı olmadığını bildirmişdir.
8. Məhkəmə hazırki iş üzrə iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini və təklif olunan kompensasiya məbləğini (7000 manatı) yetərli sayır.
9. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh1 və onun ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi üçün ödəniləcək 7.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə qeyd olunan evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini təmin edə biləcək kompensasiyadır. Məhkəmə hesab edir ki, Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 7000 manat kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli evlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmayacaqdır.
10. Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-ci il tarixli, 2(025)-300/2024 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, İddiaçı tərəfindən Cavabdeh1 7000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********53-10301 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2019-cu il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 153, 157, 158 və 228-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)- 3111/2024 saylı Qərarı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, BN №122881 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, yaşayış sahəsindən istifadə hüququna o vaxt xitam verilə bilər ki, təklif edilən kompensasiya məbləği real bazar qiymətinə uyğun olmalıdır. Buna rəğmən, iş üzrə təqdim olunan “X4” MMC-nin ekspert rəyindən də göründüyü kimi Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 138.2 kv m sahəsi olan fərdi yaşayış evinin bazar qiyməti 32600 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, həmin yaşayış evinə istifadə hüququna xitam verilərkən kompensasiya məbləğinin 7000 manat məbləğində müəyyən olunması tamamilə əsassızdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 3111/2023 nömrəli qərarında Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)- 609/2021 saylı qətnaməsinə istinad edilsə də, həmin qətnamə qəbul ediləndən bu günə qədər ölkədə mövcud inflyasiya şəraitində qiymətlər dəfələrlə artmışdır. Bu hallar məhkəmə tərəfindən əsaslandırılmamışdır.
16. Məhkəmə nəzərə almamışdır ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində Cavabdeh1 məxsus torpaq sahəsində yerləşən 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi, cavabdehin keçmiş arvadı və cavabdehlə nigahdan 4 (dörd) övlad anası X2 tərəfindən, müəmmalı olaraq, daşınmaz əmlakın bağışlanması haqqında xx.xx.2019-cu il tarixli, № 4Ə-831 saylı müqaviləyə əsasən, ailəsi və övladı olmayan bacısı, İddiaçı bağışlamışdır. Eyni zamanda həmin evdə cavabdehin və onun ailə üzvlərinin məcburi pay hüquqları olduğu halda onlara xəbər vermədən və razılıq almadan, bağışlama əqdi bağlanılmışdır. Bu əsasla qeyd olunan bağışlama müqaviləsi ümumiyyətlə, qanunsuz tərtib olunmuşdur.
17. Cavabdehin ailə üzvləri dedikdə, əvvəlki nigahdan 4 (dörd) və sonrakı nikahdan 3 (üç) övladı vardır, onlardan 2 (iki) övladı yetkinlik yaşına çatmamış, bir oğlu isə hərbi xidmətdədir. Lakin iddiaçı yetkinlik yaşına çatmamış ailə üzvlərini cavabdeh kimi göstərməmişdir və bu əsasla, onların məhkəmə müdafiə hüququ pozulmuşdur. Nəticədə AR Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbini pozmuşdur. Qəbələ Rayon Məhkəməsinin hakimi tələbin qeyri-müəyyən olması səbəbilə iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmaqdadır. Qəbələ Rayon Məhkəməsinə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət təqdim olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq, həmin vəsatəti təmin etməmişdir və iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarda, bunun səbəbi izah edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədə (səh 6, abzas 2), cavabdehə lirik tərzdə, böyük qayğı və nəvazişlə yanaşılaraq, əsassız olaraq, qeyd edilir ki, “yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır”. Qətnamədə məhkəmə (hakim) iddiaçının isti ocağından ürək yanğısıyla bəhs edir. Hesab edirəm ki, məhkəmənin bu məzmunda yersiz və yanlış poetik lirikası, mənim qanuni mənafeyimə və hüquqlarıma, həmçinin mənəvi təcavüzdür. Həmçinin, Qəbələ Rayon Məhkəməsi qətnamə qəbul edən zaman, mübahisə predmeti olan fərdi yaşayış evinin əvvəlki mülkiyyətçilərinin kim olması, həmin şəxslərin bağışlama müqaviləsinə razılıq verib-verməməsi məsələsini araşdırmamışdır. Bundan əlavə, məhkəmə kompensasiya məbləğinin hesablanması zamanı da ciddi və qərəzli səhvə yol vermişdir. Məhkəmə (hakim) nəzərə almamışdır ki, cavabdehin keçmiş arvadı X2 məhkəmə qətnaməsi ilə ona verilmiş 4 (dörd) uşağına baxmaqdan imtina edərək, evdən getmişdir və uzun müddət övladlarından kənarda, öz həyatını yaşamışdır. Öz uşaqlarından imtina etmiş Cəbrailova Təranə məhkəmələrin ədalətsiz qərarı ilə ona verilmiş mənzili övladlarına yox, davamlı subay olan və özünəməxsus həyat tərzi keçirən bacısına, hazırkı iddia üzrə İddiaçı qızna bağışlaması məhkəməni maraqlandırmamış, bu məsələni araşdırmamışdır.
18. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-300/2024 saylı, 28 mart 2024-cü il tarixli qətnaməsini ləğv edərək, iddia ərizəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)-300/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 birinci cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
23. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
25. Qərarlar: “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı,
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)- 300/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, həmin qətnamədən digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Cavabdeh1 aid hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh1 qarşı iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin ona aid olan hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
30. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki tələblə bağlı iddiaya 4000 manat kompensasiya ödənilməsi təklifi ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 362/2023 saylı mülki işi üzrə icraatda baxılmış və cavabdehin və onun ailə üzvlərinin mübahisəli evə istifadə hüququnun mövcud olduğu müəyyən edilmiş, həmin istifadə hüququna xitam verilməsi üçün 7000 manat kompensasiyanın ödənilməsi məqsədəmüvafiq hesab edilməklə iddiaçıya təklif edilmiş, iddiaçı həmin məbləğlə razılaşmadığından xx.xx.2023-cü il tarixli qətnamə ilə iddia rədd edilmiş, həmin qətnamə Ali Məhkəmənin 22 noyabr 2023-cü il tarixli 2(102)-3111/2023 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Hazırki iddia tələbi ilə iddiaçı həmin 7000 manatı kompensasiya olaraq verməyə razılaşaraq cavabdehlərin iddiaçının mülkiyətində olan evdən çıxarılması və istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Hazırda mübahisələndirilən qətnamə ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdehlərdən biri - Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Digər cavabdehlər qətnaməni rəsmi qaydada mübahisələndirməmişlər.
32. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Plenumun hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməli, mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
33. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlillərinə cavabdehin kollegiyaya təqdim etdiyi yenidən qiymətləndirmə keçirilməsi ilə bağlı vəsatəti ilə birlikdə münasibət bildirərək qeyd edir ki, hazırki iddia ilə təklif olunan 7000 manat kompensasiya məbləği Şəki Apellyasiya Məhkəməsinin 2(107)-362/2023 saylı mülki işi üzrə qətnaməsinə əsaslanır ki, həmin qətnamə də xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Yəni hazırki vəziyyətdə həmin qətnamənin qəbul edilməsindən cəmi 1 il yarım müddət keçmişdir ki, bu müddət ərzində cavabdehlər həmin mülkiyyətdən ödənişsiz qaydada istifadə etməyə davam etmişlər və mübahisəli evin yaşayış şəraitinin həmin müddət inkişaf etməsi ilə bağlı da məhkəməyə heç bir sübut təqdim etməmişlər. Ona görə də, həmin qətnamə ilə müəyyən edilmiş 7000 manat kompensasiyanın hal-hazırda ağlabatan hesab edilməməsi və yenidən hesablanması üçün əsaslar mövcud deyildir.
34. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin bağışlama müqaviləsinin etibarlılığı halhazırki məhkəmə baxışının predmeti olmadığından həmin dəlillər üzrə araşdırma aparılmamışdır.
35. Apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərinə gəldikdə isə apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
36. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, hazırki iddia tələbində iddiaçının 7000 manat kompensasiyanı cavabdehlərdən hansına və nə şəkildə təklif etdiyini dəqiq göstərməsə də, iddia ərizəsinin ümumi məzmunundan həmin məbləğin bütün cavabdehlərə ümumilikdə nəzərdə tutulduğu anlaşılır. Birinci instansiya məhkəməsi isə hazırda mübahisələndirilən qətnamənin nəticə hissəsində Cavabdeh1 7000 manat kompensasiya ödənilməklə cavabdehlərin hamısının evdən çıxarılmasını göstərmişdir. Həmin hal isə digər cavabdehlər tərəfindən rəsmi qaydada apellyasiya şikayəti verilməklə mübahisələndirilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 məhkəmə kolelgiyasının iclaslarında bildirmişlər ki, onlar bir ailə olaraq, Cavabdeh1 ilə birlikdə yaşayırlar, ailənin gəlirləri və xərcləri birlikdədir. Onlar mübahisəli evdən onlara düşən payı tələb edirlər.
37. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi Cavabdeh1 qarşı iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)-300/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)-300/2024 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev