Məhkəmə qərarları › İş №2(107)-88/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-88/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-88/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Apellyasiya baxışından çıxarma, işin istənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(033)-402/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum babası X1 miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum babası X1, mərhum anası X4, mərhum qardaşı X3 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/5 hissəsi ilə bağlı mirasın qəbulu müddətinin uzadılması və miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 16 iyun 2023-cü il tarixli, 2(033)- 402/2023 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı mərhum babası X1 miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi tam, mərhum babası X1, mərhum anası X4 miras qalmış 0,04 ha torpaq sahəsinin müvafiq olaraq 3/15 və 3/15 hissələri olmaqla cəmi 6/15 hissəsinin iddiaçı tərəfindən tam olaraq faktiki qəbul olunması faktı müəyyən edilməsi, iddiaçının dövlət rüsumunun olaraq ödədiyi 100 (bir yüz) manatın özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və növbəti məhkəmə baxışı 20 fevral 2024-cü il tarixdə, saat 15:20-yə Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Zaqatala Rayon Məhkəməsinin sədri X11 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Zaqatala Rayon Məhkəməsinin e-2(033)-402/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün itirilmiş müddətin bərpası barədə ərizə verilmişdir. Apellyasiya şikayəti və ərizə 05 fevral 2024-cü il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Bu səbəblə apellyasiya şikayətinə və apellyasiya şikayətinin verilməsi üçün itirilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün e-2(033)-402/2023 (Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-88/2024 nömrəli) nömrəli mülki işin Zaqatala Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegeiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1059/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, mülki iş apellyasiya baxışından çıxarılmalı, iş üzrə İddiaçı şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-1059/2023 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(033)-402/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət üzrə mülki iş apellyasiya baxışından çıxarılsın. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(033)-402/2023 nömrəli qətnaməsindən İddiaçı şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Zaqatala Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar