Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-880/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17,iddiaçılar İddiaçı1 və X5 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Şəki Regional “Cavabdeh2tariat ofisinə, maraqlı şəxslər X19 və X20 qarşı “miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 atası, İddiaçı2 isə əri 03.02.2019-cu ildə vəfat etmiş mərhum X8, mərhum X11 isə 23.04.2006-cı ildə vəfat etmiş öz atası X18 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia qismən təmin edilərək, 23.04.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi, iddianın qalan hissələrdə təmin edilməmə qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X21 adına 9393/4768 №-li Torpaq qeydi sənədi verilmişdir. X31 23.04.2006-cı il tarixdə vəfat etmişdir. X21 vəfatından sonra onun vərəsələri kimi arvadı-X22 (06.09.1996-cı ildə vəfat etmişdir), oğlanları X23 (03.02.2019-cu ildə vəfat etmişdir), X30 və X19 qalmışlar. İddiaçı1 mərhum X21 vərəsəsi X11 oğlu, o isə mərhum X21 vərəsəsi X11 arvadı olmaqla mərhum X11 birinci növbəli vərəsələridirlər. Həm onlar, həm də X2 öz atasının, yəni X21 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X23 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. X7 arvadı Təmamət vəfat etdikdən sonra qaynatası Lütvəli onların yeni inşa etdirdikləri Şəki şəhəri B.Vahabzadə 11 saylı evdə onlarla birlikdə yaşamışdır. X4 qalmış mirası faktiki olaraq qəbul etmişlər. X21 digər vərəsələri X30 və X19 1990-cı illərdən Rusiya Federasiyasına getmişlər, hal hazırda da orada yaşayırlar. Həmin şəxslərin yaşadıqları dəqiq ünvanlar isə onlara məlum deyil. Onlar öz ataları mərhum X21 yas mərasimində də gəlib iştirak etməmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində atalarından qalmış miras əmlakı qəbul etmək istədiklərini nümayiş etdirən heç bir iradəvi hərəkətlər etməmişlər. Eyni zamanda Cavabdeh1 X21 vərəsəsi X11 03.02.2019-cu ildə vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil edilməsi ilə bağlı xərcləri qarşılamamış, mərhum X1 və vəfatından sonra ondan miras qalmış əmlakda yaşamamışdır. Cavabdeh1 işi ilə əlaqədar Bakı şəhərində yaşamış, bununla da faktiki olaraq atası X8 qalmış mirası qəbul etdiyini nümayiş etdirməmişdir. Göstərmişdir ki, qeyd edilən miras əmlakda torpaq qaynatasının adına qeydə alınsa da həmin torpağın üzərindəki ev onun adına dövlət qeydiyyatına alınmamışdır. Təxminən 10 ildir ki, həmin torpaqda mövcud olan evi kirayəyə vermişlər. İddiaçı1 babası, onun isə qaynatası X31 23.04.2006-cı ildə, İddiaçı1 atası, onun əri X23 isə 03.02.2019-cu ildə vəfat etdiklərindən mirasın qəbul edilməsi ilə bağlı mübahisəyə 2000-ci ilin sentyabr ayının 1-dən sonra qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Onun əri, İddiaçı1 isə atası olmuş X8, sonuncu isə öz atası X18 qalmış mirası faktiki olaraq qəbul etmişdir. Lakin onlar mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi ilə bağlı notariat əməliyyatları həyata keçirə bilmirlər. Onlar həmin mirasın adlarına qeydə alınmasının rəsmiləşdirilməsi üçün miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı X43 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etsələr də notariat ofisi tərəfindən onların tələblərindən imtina edilmşdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində onların verdiyi izahatlar mötəbər sübut kimi qəbul edilməmiş, məhkəmə heç bir əsas göstərmədən qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər Cavabdeh1, Şəki Regional “Cavabdeh2tariat ofisinin nümayəndəsinə, maraqlı şəxslər X15 və X20 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və X9 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli 2(075)-130/2021 saylı qətnaməsini qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsi 23.04.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə MPM-in 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan AZ 338699 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 24 aprel 1963-cü il təvəllüdlü X11 atası X31, anası isə X16r. İşdə olan İV-JQ 399405 seriya nömrəli nikah haqqında şəhadətnaməni təsdiq edilmiş surətindən görünür ki, X23 ilə X10 arasında 14 aprel 1988-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 108 nömrə ilə qeyd edilmişdir. İşdə olan XV-JQ 301494 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü İddiaçı1 atası X23, anası isə X6r. İşdə olan AZ-İİ 027681 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 06.09.1996-cı il tarixdə insult səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 094914 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X31 23.04.2006-cı il tarixdə qocalıq səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İ 990243 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 03.02.2019-cu il tarixdə beyin qan dövranı pozğunluğu səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki ŞİHB “İpəkçi” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2020ci il tarixli, 3/737 saylı vərəsəliyə dair arayışın təsdiq edilmiş surətindən görünür ki, X13 şəhəri, (keçmiş Yunuslar) küçəsi, 26 saylı evdə (hazırki M.Rəsulov küçəsi, ev 24) yaşamışdır. 23.04.2006-cı il tarixdə vəfat etmişdir və onunla birgə nikah dövründə həmin ünvanda yaşamış arvadı X22 (vəfat etmişdir), oğlu X23 (vəfat etmişdir, ailəli olmuş və digər inzibati ərazidə yaşamışdır), oğlu X30 və X19 adlı vərəsələri vardır. İşdə olan Şəki ŞİHB-nın 1 nömrəli Sahə İƏD-si üzrə nümayəndəliyinin “Dodu” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2019-cu il tarixli, 214 saylı vərəsəliyə dair arayışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, B.Vahabzadə küçəsi, 11 saylı evdə yaşamış X23 03 fevral 2019-cu il tarixdə vəfat etmiş və onun İddiaçı2, İddiaçı1 və Cavabdeh1 adlı vərəsələri vardır. İşdə olan 9393/4768 nömrəli şəhər daxilində olan torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydinin (земельная запись) təsdiq edilmiş surətindən görünür ki, 19-cu rayonu, Yunuslar küçəsi, ev 26 (hazırki M.Rəsulov küçəsi, ev 24) ünvanında yerləşən 106,25 kv.m tikinti üçün, 493,75 kv.m həyətyanı olmaqla ümumilikdə 600 kv.m torpaq sahəsi X21 mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X37 filialı tərəfindən verilmiş 09 avqust 2017-ci il tarixli arxiv çıxarışından görünür ki, vətəndaş X26 şəhərin Lenin küçəsi 100 nömrəli kvartalında fərdi yaşayış evi tikintisi üçün 600 kv. m torpaq sahəsi ayrılmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 10 oktyabr 2020-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən X27 məxsus fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış qeydiyyata alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, X31 23.04.2006-cı il tarixdə vəfat etmişdir. X21 vəfatından sonra onun vərəsələri kimi oğlanları X23 (03.02.2019-cu ildə vəfat etmişdir), X30 və X19 qalmışlar. İddiaçılardan biri İddiaçı1 mərhum X21 vərəsəsi X11 oğlu, digəri İddiaçı2 isə mərhum X21 vərəsəsi X11 arvadıdır. Həm onlar, həm də X2 öz atasının, yəni X21 qulluğunda durmuş, ona baxmış, onun vəfatından sonra dəfn və bundan sonrakı yas mərasimlərini el adətinə uyğun təşkil etmiş, bütün xərcləri qarşılamışlar. X23 atası X3 və atasının vəfatından sonra atasından miras qalmış əmlakda yaşamış, orada müxtəlif vaxtlarda təmir və abadlıq işləri aparmış, bununla da faktiki olaraq atasından qalmış mirası qəbul etdiyini nümayiş etdirmişdir. Onlar isə X8 qalmış mirası faktiki olaraq qəbul etmişlər və hal-hazırda da onların istifadəsində və sahibliyindədir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçıların mübahisəli yaşayış sahəsinə dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olubolmaması məsələsi araşdırılmalıdır. Belə ki, qeyd edilən hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) MM-in 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. MM-in 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Öyrənilən işdən göründüyü kimi X21 ünvan 1 ünvanında torpaq sahəsi qeydiyata alınsa da, həmin torpaq sahəsi üzərində hər hansı daşınmaz əmlak qeydiyyata alınmamışdır. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hissəyə dair gəldiyi nəticə ilə razılaşır. Lakin, məhkəmə kollegiyası M.Rəsulov küçəsi 24 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsi ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, X28 görmüş və tanımışdır. Lütvəlinin Nurəli, Şirəli və Nuru adında 3 övladı olmuşdur. Lütvəli kişi 2006-cı ildə vəfat etmişdir. O, təxminən 1990-cı illərin sonundan vəfat edən günədək Nurəlinin evində yaşamışdır. Lütvəli kişinin yas mərasimini Nurəli vermişdir. Nurəli özü də 2019-cu ildə vəfat etmişdir. Lütvəli kişinin digər oğlanları Şirəli ailəlidir və o Rusiya Federasiyasında yaşayır. Nuru da Rusiya Federasiyasında yaşayır, lakin onun ailəli olub-olmamasını bilmir. X27 məxsus torpaq sahəsi və onun üzərində olan ev Şəki şəhərində Kombinatdan yuxarıda, Yanıq Məscidin yanındadır. Həmin ev həmişə Nurəlinin nəzarətində olmuş, hazırda isə iddiaçıların sahibliyindədir. Göründüyü kimi X21 Şirəli və Nuru adında digər vərəsələri də vardır. Lakin, onların hər ikisi Rusiya Federasiyasında yaşadığından onların mirası qəbul edib-etməmələri barədə heç bir məlumat yoxdur. Digər tərəfdən, məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, faktiki olaraq iddia tələbi 03.02.2019-cu ildə vəfat etmiş mərhum X8, mərhum X11 isə 23.04.2006-cı ildə vəfat etmiş öz atası X18 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlakı qəbul etmələri faktının müəyyən edilməsi təşkil etsədə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, 23.04.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsini qət etmişdir. Halbuki, tədqiq edilən işdən iddiaçıların belə bir tələb irəli sürməsi müəyyən edilmir, həmçinin hazırkı mülki iş üzrə cavabdehlərin məlum miras əmlakı qəbul edib-etməmələri müəyyən edilmir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsi qismən, 23.04.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsində ləğv edilməli, ləğv edilmiş hissəsi üzrə yeni qətnamə qəbul edilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallaın aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticəvi hissə: Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq və MPM-in 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(075)-130/2021 nömrəli qətnaməsi qismən, 23.04.2006-cı ildə vəfat etmiş X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin 03.02.2019-cu il tarixdə vəfat etmiş X14 düşən 1/3 payın, 1/3 hissəsinin İddiaçı1 və 1/3 hissəsinin isə İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi hissəsində ləğv edilsin. Ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilsin. 03.02.2019-cu ildə vəfat etmiş mərhum X8, mərhum X11 isə 23.04.2006-cı ildə vəfat etmiş öz atası X18 miras qalmış 9393/4768 torpaq qeydində (земельная запись) göstərilən ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Qətnаmə qаlаn hissədə dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya şikayətinin qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-880/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-880/2021
06.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver