Məhkəmə qərarları › İş №2(107)-884/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-884/2021

06.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-884/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim P.Hacıyev) 16 fevral 2021-ci il tarixli, 2(075)- 80/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilərək Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış 08 avqust 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 26 avqust 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyаsiyа şikаyəti verərək, iş üzrə Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçılar İddiaçı1 və Cumarova X9 Gülzar Tacəddin qızı, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə mərhum ataları X11 arasında bağlanmış 08 avqust 2017-ci il tarixli, 864 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə mərhum ataları X11 arasında bağlanmış 08 avqust 2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 26 avqust 2017-ci il tarixli **********64-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiаçılar tələbi оnunlа əsаslаndırılmışlar ki, ataları X11 X3 ilə 19 dekabr 1963-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahları dövründə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmişlər. Həmin ev atalarının adına rəsmiləşdirilmişdir. Onlar həmin evdə doğulub boya-başa çatmışlar. X3 22 fevral 2016-cı ildə, ataları X11 isə 26 aprel 2019-cu ildə vəfat etmişlər. Ataları öldükdən sonra vərəsə olaraq oğlu – X15, qızları İddiaçı1 və İddiaçı2 qalmışdır. Onlar ata-analarının dəfn mərasimlərində iştirak etmiş və mütəmadi olaraq həmin evə gedib-gəlmişlər. 19 iyun 2020-ci il tarixdə mərhum ataları X6 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Müraciətləri əsasında vərəsəlik işi açılmış və həmin tarixli məktubla mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə bildirilmişdir. Bundan sonra tərəflərindən çıxarış alınması üçün DƏDXR-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi artıq başqa şəxsin adınadır. Həmin vaxt onlara məlum olmuşdur ki, ataları ünvan 2 ünvanında yerləşən, anaları ilə birgə nikah dövründə əldə edilmiş 0.61 ha torpaq, 97.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini 08 avqust 2017-ci il tarixli, 864 nömrəli alqı-satqı müqaviləsi əsasında gəlini Cavabdeh3 satmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ataları və analarının birgə nikah dövründə əldə etdikləri əmlakdan mərhum analarının payına münasibətdə onların vərəsəlik və mirasdan pay almaq hüquqları pozulmuşdur. Belə ki, mərhum X3 22 fevral 2016-cı ildə öldükdən sonra onun birinci növbə vərəsələri olaraq ataları X11, qardaşları X15 və onlar qalmışlar. Deməli, ünvan 1 ünvanında yerləşən ev valideynlərinin birgə nikahları dövründə əldə edildiyindən evin 1/2 hissəsi analarının payına düşür. Onlar analarının birinci növbə vərəsəsi kimi ondan miras qalmış əmlaka bərabər pay hüququna malik olmuşlar. Belə olduqda ataları yalnız öz payını özgəninkiləşdirə bilərdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsinin iclasında iddiаçılar iddia tələbini müdаfiə edərək və iddiа ərizəsinin məzmununа uyğun izаhаt verərək iddiаnın təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 vəkili X12 iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1960-cı ildə tikilmişdir. Bununla bağlı olaraq həmin yaşayış evi üçün “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasport verilmişdir. Bu o deməkdir ki, qeyd olunan yaşayış evi iddiaçıların qeyd etdiyi kimi ata və analarının birgə nikahları dövründə əldə olunan əmlak siyahısına daxil deyildir. Bundan başqa həmin yaşayış evi faktiki olaraq DƏDRX-nin 12 saylı Ərazi İdarəsində 2017-ci ildə qeydə alınmışdır. Bundan başqa qeyd olunan əmlak birgə nikah dövrünə daxil edilsə də belə, yenə də iddiaçı tərəf miras əmlakı qəbul edib-etməməsini sübut etməlidir. İddiaçılar miras əmlak üç ay ərzində qəbul etməli olduqları halda, X3 22 fevral 2016-cı ildə rəhmətə getməsinə baxmayaraq 19 iyun 2020-ci ildə notariat ofisinə müraciət etmişdi. İddiaçılar həmin tarixdə notariat ofisinə müraciət etmələrini atalarından qalmış miras əmlakını qəbul etmək üçün etdiklərini bildirmişlər. Onların tələbindən göründüyü kimi iddiaçılar ümumiyətlə analarına münasibətdə miras əmlakı qəbul etməmiş və buna təşəbbüs də göstərməmişlər. Eyni zamanda iddia tələbindən göründüyü kimi, iddiaçı tərəf tələbində alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmişdir. Əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə açıqaydın göstərilmişdir. İş materiallarında olan müqavilədən göründüyü kimi mülkiyyətçi sağlığında adına qeydə alınmış yaşayış evini cavabdehə satmışdır. Müqavilə də notarial qaydada təsdiqlənmişdir. Bundan başqa əqdin etibarsızlığına dair iddia tələbləri üzrə iddia müddəti 1 il nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilə 2017-ci ildə bağlanmışdır. İddiaçı tərəf bu müddəti keçirərək 3 il sonra iddia qaldırmışdır. Bununla da onlar iddia müddətini ötürmüşlər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 vəkili X12 Cavabdeh3 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olması səbəbindən rədd olunması və ya iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 2005- ci ildə həmin evə gəlin köçmüşdür. 15 ildir ki, sözügedən evdə yaşayır və qeydiyyatdadır. Mərhum qayınatası Müzəffər Salamov onun xətrini çox istəmiş, hörmətini saxlamışdır. Qayınatası ölənə kimi ona o baxmışdır. Mərhumun sağlığında evin rəsmi qeydiyyata alınmalı olduğunu bildirmiş, sonuncu xəstə olduğundan ona etibarnamə verməyi təklif etmişdir. O da razılaşmışdır. Notariusda olarkən qayınatası alqı-satqı, yoxsa bağışlamanın etibarlı olduğunu səlahiyyətli şəxsdən soruşmuş, o da alqı-satqının etibarlı olduğunu bildirmişdir. Tərəfindən bütün əməliyyatlar qanuni aparılmışdır. İddiaçılar mübahisəli evdə qeydiyyatda olmadıqlarından onların razılığına ehtiyac olmamışdır. DƏDRX-nin nümayəndələri tərəfindən evin ölçülməsi zamanı qayınatası şəxsən iştirak etmiş, bütün əməliyyatlar onun razılığı və birbaşa iştirakı ilə aparılmışdır. Ev 2017-ci ildən onun adında olmuş, qayınatası əmlakın onun adına keçməsini qızlarına deyilməsini məsləhət bilməmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, etibarnamə verdiyi Cavabdeh4 notariusa gedib-gələrkən tanımışdır. O, sənədlərin bu cür hazırlanacağı halda qanuni olacağını bildirmişdir. Əgər həmin vaxt birbaşa alqı-satqı edilə biləcəyi deyilsə idi sənədləşməni həmin qaydada aparardı. Hazırda ev və evdəki bütün kommunal (işıq, su, qaz) onun adınadır. Digər cavabdehlər Cavabdeh4, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsindən nаrаzı qalаn Cavabdeh3 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, faktiki yaşadığı mübahisəli yaşayış evinin qeydiyyat sənədləri yoxdur. Qaynatası X2 həmin evi sənədləşdirərək onların adına bağışlanmasını istəyirdi. Buna görə də qeyd olunan yaşayış evinin sənədlərinin hazırlanması və ona sərəncam vermək hüququnu verən etibarnamə vermək qərarına gəlmişdir. Bu işləri o edə biləcəyi üçün etibarnaməni onun adına vermiş və bildirmişdir ki, evi öz adına sənədləşdirsin. O ilkin olaraq yaşayış evinin sənədlərini qaynatasının adına hazırlatmışdır. Bundan sonra notariat kontoruna müraciət edərək həmin evin qaynatasının adından onun və ya oğlunun adna bağışlanmasını bildirmişdir. Lakin, Notariat kontorunun notariusu bildirmişdir ki, bu iş üzrə ən etibarlı əqd alqı-satqı müqaviləsidir. Ata oğul arasında alqı-satqı mübahisə predmeti ola biləcəyi üçün onunla alqı-satqı müqaviləsinin bağlanmasını bildirmişlər. Məhz buna görə də onunla mülkiyyətçi arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəfindən aparılmış bütün notariat hərəkətləri və ilkin sənədləşmələr X4nun istəyi və iradəsi ilə aparılmışdır. O öz sağlığında həmin evin sənədləşməsini və oğlunun və onun adına olmasını istəmişdir. Buna görədə hesab edir ki, tərəfindən heç bir qanunsuzluğa yol verilməmişdir. Eyni zamanda hesab edir ki, işi araşdıran məhkəmə qərar verərkən prosessual normaların tələbini pozmuşdur. Belə ki, məhkəmə iddia tələbindən kənara çıxaraq qərar vermişdir, iddia tələbindən göründüyü kimi iddiaçıların tələbi X3nın birgə nikah dövrü əldə etdiyi əmlaka vərəsəlik hüququ olmuşdur. Məhkəmə baxışında iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək qeyd etmişdir ki, cavabdeh tərəf onun adına verilmiş etibarnamə ilə alqı-satqı müqaviləsi üzrə alıcı qismində özü iştirak etmişdir. Buna görə də alqı-satqı etibarsız hesab edilməlidir. İddiaçı tərəf dəqiqləşdirmə ərizəsi ilə iddianın predmetini dəyişmişdir. İlk ərizəsində analarının birgə nikah dövrü əldə etdiyi əmlak olsa da, sonradan predmeti dəyişərək atalarının adına olan yaşayış evinin alqısatqısını mübahisələndirmişlər. Bu da hesab edir ki, yol verilməzdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar X13 və İddiaçı2 apellyasiya şiakyətinə etiraz vermiş, həmçinin etirazlarını onunla əsaslandlrmışlar ki, apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız hesab edirlər. Odur ki, Apellyasiya şikayətinin təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli, 2(075)-80/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclaslarına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyul 2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X11 və X7 arasındakı nikah 19 dekabr 1963-cü il tarixdə, 226 nömrə ilə qeydiyyata alınmışdır. 5798 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportdan görünür ki, Nuxa şəhəri, Kolxoz küçəsi 9 (indiki ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X8 adına qeydiyyata alınmışdır. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 22 fevral 2016-cı il tarixdə Şəki şəhərində vəfat etmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyun 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 26 aprel 2019-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 iyul 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 2 saylı dövlət notariat kontorunda verilmiş 24 iyul 2017-ci il tarixli, ƏN-İ seriyalı, 657078 saylı, 7E-14567 reyestr nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh3 etibar etmişdir. Şəki rayon 2 saylı dövlət notariat kontorunda verilmiş 03 avqust 2017-ci il tarixli, AR-İ seriyalı, 539450 saylı, 7E-15431 reyestr nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 X11 tərəfindən ona verilmiş səlahiyyətləri Cavabdeh4 ötürmüşdür. Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış 08 avqust 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 5000 manata Cavabdeh3 satmışdır. X1 əvəzinə Cavabdeh4 imzalamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 26 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları əsasında araşdıraraq belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuş, iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2cı maddəyə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, MM-in 152.8–ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. MM-in 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşır və əlavə olaraq işin mübahisəli halları aşağıdakıları qeyd etməyi mümkün sayır. Belə ki, MM-in 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. MM-in 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 362.2-ci maddəsinə əsasən normativ forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şətləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən qədlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 337.2 və 337.4-cü maddələrində əsasən müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2013-cü il tarixli Qərarında göstərmişdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk nöbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmçilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. Həmçinin, “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 07 mart 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli evə dair etibarnamə verilərkən Q.İbadovun (təmsil olunan) M.Hacıyevə bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və M.Hacıyevin özünün maraqları daxilində deyil, Q.İbadovun maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Lakin işə baxan məhkəmələr tərəfindən ərizəçinin onun etibarnaməsi əsasında bağışlama müqaviləsi bağlayarkən göstərilən maddi hüquq normalarının tələblərinə riayət edilməməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməmişdir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Hazırda öyrənilən işdən bəlli olur ki, mübahisəli əmlak 26 iyul 2017-ci il tarixdə X8 adına qeydiyyata alınmış, X11 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi gəlini Cavabdeh3 etibar etmişdir. Bundan sonra Cavabdeh3 X11 tərəfindən ona verilmiş səlahiyyətləri Cavabdeh4 ötürmüşdür. Daha sonra X11 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 5000 manata Cavabdeh3 satmış, X1 əvəzinə hüquqları Cavabdeh3 tərəfindən ona ötürülən Cavabdeh4 imzalamışdır. Yuxarıda iqtibas edilmiş mülki qanunvericiliyin normalarının məzmununun, eləcədə bununla bağlı oxşar münasibətləri tənzimləyən Konstitusuya Məhkəməsinin məlum qərarlarında sərgilədiyi hüquqi mövqeyin işığında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh3 etibarnamə ilə ona etibar edilmiş əmlakı idarə etməli olduğu halda həmin hüquqları üçüncü şəxsə ötürürək mübahisəli evə dair təmsil olunanın maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək əvəzinə, buna hüququ olmadığı halda özünün maraqları daxilində hərəkət edərək, mübahisəli evlə bağlı özü barəsində əqd bağlamışdır. Halbuki, qanunvericiliyin mənasına görə etibarnamə verilmiş şəxs özü barəsində əqd bağlaya bilməzdi. Bu baxımdan da kollegiyanın fikrincə birinci instansiya məhkəməsi sözügedən müqaviləni etibarsız hesab etməkdə, eləcədə həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa apellyasiya şikayətində qeyd edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verilməsinin yolverilməzliyinə dair dəlilinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil məlum məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Çünki, MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bununla da, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd edilən maddi hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi, iddiаnın rədd оlunmаsı və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə yekun olaraq bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403- 405-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2(075)-80/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar