Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-888/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarı üzərindən çəkilmiş qaz borusunun səviyyəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli 2(033)-648/2022 tаrixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinə, yəni yaşayış evinin həyətinin küçə ilə sərhəd hasarının üzəri ilə çəkilmiş 2 metr hündürlüyündə olan qaz dəmir borusunun həyətin eni boyda, yəni 6 metr uzunluğunda olduğu yerdən 3 metr hündürlüyə cavabdehin hesabına qaldırılaraq çəkilməsi öhdəliyinin X2 İstismarı İdarəsinin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(033)-648/2022 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarı üzərindən çəkilmiş qaz borusunun səviyyəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi, iddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardadın ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməsi, iddiaçıya iddia ərizəsində göstərilən tələblə əlaqədar aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. İddiaçı Nəbiyev X1 Rayon Məhkəməsinin 27 may 2022-ci il saylı 2(033)-648/2022 tаrixli qərardadından şikayət vermişdir. İddiaçı şikayəti onunla əsasladırmışdır ki, qərardadda göstərilənlərlə razı deyil, cavabdeh təşkilatın adı inzibati orqanların təsnifatında yoxdur. Bundan başqa, cavabdeh kommunal xidmətlə məşğul olur. Vətəndaşla bağladığı müqavilədə mübahisənin inzibati məhkəmə tərəfindən həll edilməsi qeyd olunmamışdır. Mülki Prosessual Məcəllənin tələbinə əsasən kommunal xidmətlərdən əmələ gələn mübahisələr mülki məhkəmə icraatına aiddir. Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2022-ci il saylı 2(033)-648/2022 tаrixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 27 may 2022-ci il saylı 2(033)-648/2022 tаrixli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı şikayətin dəlillərinə münasibətdə hər-hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəblə də şikayətin dəlilləri birinci instansiya məhkəməsi qərardadının ləğv edilməsi üçün əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi qəbul etməkdən imtina edilməsi barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plennumunun 06 oktyabr 2012-ci il tarixli qərarının 1-ci bəndinə əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Lakin təbii inhisarçı iştirak etdiyi bütün hüquq münasibətlərində inzibati orqanın xüsusiyyətlərini daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (İPM-in 2.2.3-cü mad.). İnzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və hüquqi şəxsin ərizəsidir (İPM-in 28.1-ci mad.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iddiaçı, təbii inhisar subyekti olan Cavabdehnə qarşı öhdəliyin icrası haqqında iddia ilə, yəni mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarı üzərindən çəkilmiş qaz borusunun səviyyəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı, təbii inhisar subyektinin hərəkətsizliyindən narazıdır və bu mühaisə də təbii inhisar subyektinin hərəkətsizliyindən irəli gələn mübahisədir. Eyni zamanda, bu mübahisə cəmiyyətlə onun arasında bağlanmış müqavilə münasibətlərindən irəli gələn mübahisə deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı mülkiyyətində olan torpaq sahəsinin sərhəd hasarı üzərindən çəkilmiş qaz borusunun səviyyəsinin dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(033)-648/2022 nömrəli saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(033)-648/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-888/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-888/2022
07.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver