Məhkəmə qərarları › İş №2(107)-89/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-89/2024

20.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-89/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələbi olmayan üçüncü şəxslər X27, X18, X28, X29 və X19 qаrşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinə, Zaqatala rayonu 2 saylı Notariat Ofisinə, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələbi olmayan üçüncü şəxslər X27, X18, X28, X29 və X19 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dаir” mülki iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnаməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Zaqatala rayonu Bəhmətli kənd ərazi nümayəndəliyi tərəfindən 04 mart 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 004951 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2018-ci il tarixdə ölmüş və bu barədə xx.xx.2018ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 21 nömrəli qeyd edilmişdir.

2. İş materiallarında olan Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Bəhmətli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 477 nömrəli arayışdan görünür ki, X14 xx.xx.2018-ci ildə vəfat etmiş və onun vəfatından sonra X44, X45, X30, İddiaçı, X31, Cavabdeh2, X46 adında varisləri qalmışdır.

3. İş materiallarında olan Bəhmətli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 142 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası X14 öldüyü gündən ona məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən torpaq sahələrinin vergi borcunu ödəmişdir.

4. İş materiallarında olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 16 may 2019cu il tarixdə verilmiş 880 nömrəli arayışdan görünür ki, X20 ilə X9 nikahı haqqında 01 iyun 1964-cü il tarixdə 21 nömrəli qeyd tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir.

5. İş materiallarında olan Zaqatala rayonu Bəhmətli kənd ərazi nümayəndəliyi tərəfindən 16 may 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 016997 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1995-ci il tarixdə ölmüş və bu barədə xx.xx.1995ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 34 nömrəli qeyd edilmişdir.

6. İş materiallarında olan Azərbaycan SSR-i Zaqatala rayonu Varxiyan kənd soveti tərəfindən 30 mart 1968-ci il tarixdə verilmiş A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1968-ci il tarixdə anadan olmuş Cavabdeh2 atası X20, anası X10r.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X11, X36, X37, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır.

8. İş materiallarında olan Reyestrdə 2V-639 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariusu X5 tərəfindən tərtib edilmiş 16 may 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh2 X6 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat əsasında ona məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 2,0001 ha olan torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasdan ibarət əmlakdan tam hissədə pay almışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X11, 1/5 hissəsi üzərində X36, 1/5 hissəsi üzərində X37, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır.

10. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 22 dekabr 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı satqı müqaviləsindən görünür ki, X11, X36, X37, Cavabdeh2 mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşəm 2,0001 ha torpaq sahəsi mülkiyyətçilər tərəfindən Cavabdeh3 5400 manata satılmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********04 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 2,0001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh3 hüquqları qeydiyyata alınmışdır.

12. İş materiallarında olan Bəhmətli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 208 nömrəli arayışdan görünür ki, Cavabdeh2 anası X14 öldüyü gündən ona məxsus olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən torpaq sahələrinin vergi borcunu ödəmişdir.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********13 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X11, X36, X37, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 152 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. İş materiallarında olan Reyestrdə 2V-968 nömrə ilə qeyd edilmiş Zaqatala rayonu 2 saylı dövlət notariusu X5 tərəfindən tərtib edilmiş 10 sentyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh2 X6 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat əsasında ona məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən ümumi sahəsi 0,4141 ha olan torpaq sahəsinin 1/5 hissəsindən ibarət mirasdan ibarət əmlakdan tam hissədə pay almışdır.

15. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********13 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X11, 1/5 hissəsi üzərində X36, 1/5 hissəsi üzərində X37, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları Daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır.

16. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********87-10301 olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X4, X11, X36, X37, Cavabdeh2 hüquqları ümumi birgə mülkiyyət kimi, həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X6 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır.

17. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-27/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdehlər X38 və İddiaçı tərəfindən iddiaçılar Cavabdeh2, X7, X36 və X37 paylı mülkiyyətində olan torpaq sahəsində basdırılmış 12 (on iki) ədəd dəmir dirəyin sökülməsi, cavabdehlər X38 və İddiaçılar Cavabdeh2, X7, X36 və X37 paylı mülkiyyətində olan 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1541 ha hissəsindən çıxarılmaları və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi qət edilmişdir.

18. İş materiallarında olan X44, X31 və X24 Zaqatala Rayon Məhkəməsinə ünvanladıqları ərizədən görünür ki, onlar anaları X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etməmişlər, miras əmlak iddiaçı və cavabdeh tərəfindən idarə olunur, gələcəkdə miras əmlak ilə bağlı tələbləri və iddiaları olmayacaqdır.

19. X15 Zaqatala Rayon Məhkəməsinə ünvanlandığı ərizədən görünür ki, o, anası X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmişdir, fərdi yaşayış evi və torpaq sahələri iddiaçı və cavabdeh tərəfindən idarə olunmuş, fərdi yaşayış evində qardaşları Azər və Səbuhi qalır, gələcəkdə miras əmlaklar ilə bağlı hər hansı bir iddiası və tələbi olmayacaqdır.

20. İş materiallarında olan X25 Zaqatala Rayon Məhkəməsinə ünvanlandığı ərizədən görünür ki, mərhum anası X3 miras qalmış əmlakları nə faktiki, nə də notarial qaydada qəbul etmiş, torpaq sahələri və fərdi yaşayış evi iddiaçı və cavabdeh tərəfindən idarə olunmuş, onlar miras əmlakı faktiki qəbul etmişlər, gələcəkdə miras əmlakla bağlı tələbi və iddiası olmayacaqdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V-639 reyestr nömrəli və xx.xx.2019-cu il tarixli 2V-968 reyestr nömrəli qqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** və xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışların ləğvi, X52 Xidmət Mərkəzinin Notariat Ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında 22 dekabr 2021-ci il tarixdə bağlanmış Zaqatala rayon Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinə dair AN - № ******* seriya nömrəli alqı-satqı müqaviləsinin ləğvi, Zaqatala rayon Bəhmətli kəndində yerləşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş **********04 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli 2.0001 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha həyətyanı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin 1/2 hissəsində payın müəyyən olunması, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, müvəqqəti təminat tədbirinə dair ödənilmiş 10 manat dövlət rüsumunun cəmi 410 (dörd yüz on) manat məbləğin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Musayev X33 rayon Bəhmətli kəndində yaşayır. İddiaçı mərhum anası X3 Zaqatala rayon Bəhmətli kəndində həyətyanı torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. İddiaçı ailəsi ilə birlikdə anası X3 miras qalmış fərdi yaşayış evində yaşamış və təsərrüfatı idarə etmişdir. Mülki iş üzrə Cavabdeh2, X16, X53 və X8 rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı və X21 Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən DƏDRX-nin Zaqatala ərazi idarəsinin verdiyi 20 sentyabr 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər tərəfindən basdırılmış dəmir dirəklərin sökülməsi, çəkilmiş hasar əvəzi dəmir torların sökülməsi, cavabdehlərin çıxarılmaları və həmin torpaq sahəsinin onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-27/2022 saylı qətnaməsinə əsasən iddia qismən təmin olunmuş, X38 və İddiaçı tərəfindən basdırılmış 12 ədəd dəmir dirəklərin sökülməsi və 0.4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1541 ha hissəsindən çıxarılması və həmin torpaq sahəsinin iddiaçılara təhvil verilməsi barədə qətnamə qəbul edilmişdir. Mərhum anası X3 miras qalmış əmlaklara mülki iş üzrə Cavabdeh2 vərəsəlik açdırmış və Zaqatala rayonu, Bəhmətli kəndində olan torpaq sahələrində mərhumun payına münasibətdə tam hissədə pay almışdır. Bunun üçün Musayev X33 rayon 2 saylı Notariat ofisinə müraciət edərək mərhum anası X3 miras qalmış fərdi yaşayış evi və torpaq sahələrindən payın müəyyən olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən İddiaçı verilmiş 21 noyabr 2022-ci il tarixli 1236 saylı məktuba əsasən qeyd olunur ki, mərhumdan miras qalmış əmlaklara Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh2 mirasdan sizə pay verilməsinin əleyhinədir. Deməli aranızda mübahisə vardır. Bunun üçün məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Bunun üçün müəyyən sənədlərin və məlumatların əldə olunması zərurəti yarandığından Zaqatala rayon Notariat Ofisinə və Bəhmətli kənd İnzibati ərazi dairəsinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Notariat Ofisindən əldə olunmuş sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinin mərhum X12 məxsus hissəsinə və xx.xx.2019-cu il tarixdə isə Zaqatala rayon Bəhmətli kəndində yerləşən mərhumun payına düşən 0.4141 ha torpaq sahəsinə tam hissədə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra Zaqatala rayon Bəhmətli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək mərhum X3 miras qalmış fərdi yaşayış evində mərhumun vəfatından sonra kimin yaşaması, həyətyanı və torpaq sahələrinin kimin tərəfindən idarə olunması ilə bağlı məlumat verilməsi xahiş olunmuşdur. Notariat Ofisi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 2.0001 ha torpaq sahəsinin mərhum X12 məxsus hissəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə əsasında Cavabdeh2 hüquqlarını DƏDRX-də qeydiyyata aldırmış və DƏDRX tərəfindən Cavabdeh2 və ailə üzvlərinin hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Sonuncu ailə üzvləri ilə birlikdə hüquqları qeydiyyata alınmış 2.0001 ha torpaq sahəsini X52 Xidmət mərkəzinin Notariat Ofisində alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 satmışdır. Mübahisələndirdikləri torpaq sahələrindən 2.0001 ha torpaq sahəsində İddiaçı mərhum anasının payına münasibətdə miras payı vardır. Bunun üçün X52 xidmət mərkəzində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 22 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Eyni zamanda Cavabdeh3 cavabdeh qismində məhkəməyə cəlb olunmalıdır. Zaqatala rayon Bəhmətli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 08 dekabr 2022-ci il tarixli 54 saylı məktubda qeyd olunur ki, X1 vəfatından sonra mərhumdan miras qalmış fərdi yaşayış evində Cavabdeh2 və İddiaçı ailələri ilə birlikdə yaşamışlar. Həyətyanı sahə isə Cavabdeh2 və İddiaçı birgə istifadələrində olmuşdur. Zaqatala rayon 2 saylı Notariat Ofisi mərhum X3 miras qalmış əmlaklara Cavabdeh2 adına tam hissədə pay verməklə, Notariat haqqında Azərbaycan Respublikasının qanununun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarını pozmuş və nəticədə İddiaçı vərəsəlik hüququndan məhrum olmuşdur.

23. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia ərizəsinin “Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V- 968 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi, Zaqatala rayon Bəhmətli kəndində yerləşən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə, **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha həyətyanı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin ½ hissəsində iddiaçının payının müəyyən olunması, vəkilə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı və iddia ərizəsi üçün ödənilmiş 100 manat dövlət rusumu, cəmi 400 (dörd yüz) manat məbləğin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edəsiniz” məzmununda nəzərə alınmasını xahiş etmişdir.

24. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi və Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusu məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə mübahisə predmeti barəsində müstəqil tələbi olmayan üçüncü şəxs X30 və cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin notariusunun iştirakı olmadan baxılmışdır.

26. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış çıxarışda qeyd edilən 0,1998 ha həyətyanı sahənin anası X12 düşən hissəsində və həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən iddiaçıya 1/2 hissədə payın müəyyən edilməsinə etiraz etmir, lakin iddia tələbini digər hissələrdə qəbul etmir. O əlavə olaraq bildirmişdir ki, anasının vəfatından sonra iddiaçı ailəsi ilə birgə anaları Sitarə Musayevadan miras qalmış fərdi yaşayış evində yaşayır, o özü də həmin evdə yaşayır. Həmin fərdi yaşayış evi mərhum anası X6 mülkiyyətindədir. Fərdi yaşayış evi 3 otaqdan ibarətdir, həmin fərdi yaşayış evinin 1 otağında o və ailəsi, qalan iki otağında iddiaçının ailəsi yaşayır. İddianın predmeti olan 41 sot torpaq sahəsini atası ona verib, Səbuhi üçün də kənarda ev tikintisi üçün torpaq ayrılıb, iddiaçı hazırda atası tərəfindən ona verilən torpaq sahəsindən pay istəyir. İddianın qismən təmin edilməsini xahiş etmişdir.

27. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X46 izahat verərək göstərmişdir ki, Cavabdeh2 və cavabdeh onun qardaşlarıdır. İddiaçı ilə Cavabdeh2 valideynlərinin mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçı iddia ərizəsi ilə müraciət edərək anaları Sitarə Musayevanın mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən əmlaklarından pay istəyir. O özü anasından miras qalmış əmlakı, nə faktiki nə də notarial qaydada qəbul etməmişdir. Hazırda da həmin əmlakla bağlı bir tələbi yoxdur. Gələcəkdə də anası Sitarə Musayevadan miras qalmış əmlakla bağlı tələbi və iddiası olmayacaqdır. Qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını xahiş etmişdir.

28. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 izahat verərək göstərmişdir ki, iddianın predmeti ilə bağlı hər hansı iddiası yoxdur. Mərhum anası X3 miras qalmış əmlakı nə faktiki, nə də notarial qaydada qəbul etmədiyini, fərdi yaşayış evinin və torpaq sahələrinin iddiaçı və cavabdeh tərəfindən idarə olunduğunu qeyd etmiş və gələcəkdə də mirasla bağlı tələbinin və iddiasının olmayacağını bildirmişdir.

29. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 izahat verərək göstərmişdir ki, iddia predmeti ilə bağlı tələbi yoxdur. O anası X3 miras qalmış əmlakı faktiki qəbul etməmişdir və həmin mirasın qəbulu ilə bağlı notariusa da müraciət etməmişdir. Həmin mirasdan qardaşları Azər və Səbuhi istifadə etmişdir. Gələcəkdə də miras əmlakla bağlı tələbi və iddiası yoxdur və gələcəkdə də belə bir iddiası olmayacaqdır.

30. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X31 izahat verərək göstərmişdir ki, iddia ərizəsinin predmeti ilə bağlı tələbi yoxdur. Mülki iş üzrə iddiaçı və cavabdeh onun qardaşlarıdır və anaları Sitarə Musayevadan miras qalmış fərdi yaşayış evində iddiaçı və cavabdeh yaşayır. O, özü anasından miras qalmış əmlakı qəbul etməmişdir və bununla bağlı notariat orqanına da müraciət etməmişdir. O, anası X3 miras qalmış əmlakdan imtina edir, həmin əmlakla bağlı gələcəkdə də iddiasının və tələbinin olmayacağını bildirir.

31. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X32 izahat verərək bildirmişdir ki, İddiaçı onun bacanağıdır. Səbuhi anası rəhmətə gedəndən sonra hazıradək mübahisələndirilən evdə yaşayır. Torpaq sahələri və fərdi yaşayış evi iddiaçı və cavabdeh tərəfindən idarə olunur. Fərdi yaşayış evində qardaşları Səbuhi və Azər yaşayır.

32. Zaqatala Rаyоn Məhkəməsinin (hakim Tural Həsənov) 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində 20 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum X12 məxsus hissəsi üzərində və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 məxsus 1/5 hissəsinin ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh2 paylarının müəyyən edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X12 məxsus hissəsinin və həmin torpaq sahəsi üzərində yerləşən X12 məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi üzərində İddiaçı və ½ hissəsi üzərində Cavabdeh2 paylarının müəyyən edilməsi, Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 57, 58, 59-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2, “8.0.3-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.3, 213.1, 213.2, 213.3, 214.1, 215.1, 337.1, 337.5, 1133, 1134.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1160, 1145, 1146, 1243.1, 1151.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1257.1, 1262, 1268.1, 1273-1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsindən Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

35. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ... Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-27/2022 saylı qətnaməsinə əsasən Cavabdehlər X38 və İddiaçı oglu tərəfindən iddiaçılar Cavabdeh2, X7, X36 və X37 paylı mülkiyyətində olan torpaq sahəsində basdırılmış 12 (on iki) ədəd dəmir dirəklər sökülsün. Cavabdehlər X38 və İddiaçı Cavabdeh2, X7, X36 və X37 paylı mülkiyyətində olan 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,1541 ha hissəsindən çıxarılaraq və həmin torpaq sahəsi iddiaçılara təhvil verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-27/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra məmuru tərəfindən icra edilmişdir. Məhkəmə isə bütün bunları nəzərə almamışdır. X14 26 noyabr 2018-ci il tarixdə vəfat etmiş və onun mülkiyyətində olmuş əmlaka dair Zaqatala rayonu 2 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə 2V-968 reyestr nömərli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə Cavabdeh2 adına verilmişdir. Cavabdeh2 həmin şəhadətnamə əsasında da, Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə ********** nömərli çıxarış almışdır. Cavabdeh2 AR MM-nin 1246-cı maddənin tələbinə əsasən mirası qəbul etmişdir, məhkəmə isə bunu nəzərə almamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası MM-nin 1272-ci maddəsinin tələblərinə əməl etməmişdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası MM-nin 1272-ci maddəsinin, Azərbaycan Respublikası MPM-nin 78-ci və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə qeyd olunan maddənin tələblərini pozmuşdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, qiymət verməmiş və tətbiq edilməli hüquq normalarını tətbiq etməmiş və tətbiq etdiyi hüquq normasını düzgün tövsif etməmiş və müvafiq olaraq düzgün qiymət verməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e- 2(033)-246/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

39. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

41. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

42. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

43. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

44. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

47. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

48. Maddə 1133. Ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır.

49. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər.

50. Maddə 1159.1. Əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

51. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç оlmаzsа, birinin mövcudluğu sоnrаkı növbənin vərəsəliyini istisnа edir.

52. Maddə 1145. Mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır.

53. Maddə 1146. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır.

54. Maddə 1243.1. Mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

56. Maddə 1243.2. Mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

57. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

58. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

59. Maddə 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.

60. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.

61. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarı.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

64. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

69. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

70. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

72. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

73. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

74. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

75. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

VI. Apellyasiya məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsi ləğv edilməlidir.

77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

78. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

79. Müəyyən edilmişdir ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2018ci il tarixdə vəfat etmiş X4 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X6 ölümündən sonra onun X20 ilə bağladığı 01 iyun 1964-cü il tarixli nikahdan anadan olmuş uşaqları olan X44, X45, X30, İddiaçı, X31, Cavabdeh2 və X46 adında vərəsələri qalmışdır. X1 vərəsələrindən İddiaçı və Cavabdeh2 X6 mülkiyyətində olan ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evində ailələri ilə birgə yaşamış və mirası faktik qəbul etmişlər. Cavabdeh Musayev X47 rayonu 2 saylı Notariat ofisinə müraciət edərək Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış hissəsinə tam pay olaraq 10 sentyabr 2019-cu il tarixdə 2V-968 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnamə əsasında Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydlər aparılaraq Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X11, 1/5 hissəsi üzərində X36, 1/5 hissəsi üzərində X37, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqları qeydiyyata alınmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli 2V-968 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini, X1 mülkiyyətində olmuş və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli 0.4141 ha torpaq sahəsinin mərhuma düşən hissəsinə və **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışda qeyd olunan 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhuma düşən hissəsinə və fərdi yaşayış evinin ½ hissəsində özünün payının müəyyən olunması xahiş etmişdir. Cavabdeh iddia tələbini Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum anası X12 məxsus hissəsindən və həmin torpaq sahəsi üzərində yerləşən 81,7 kv. m hissəsindən cavabdehin ½ payının müəyyən edilməsi hissəsində qəbul edir, lakin iddia tələbini Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum anası X12 məxsus hissəsinə cavabdehin ½ hissədə payının müəyyən edilməsi hissəsində qəbul etmir. Birinci instansiya məhkənməsi tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 digər vərəsələri X31, X44, X45, X30 və X2 Sitarə Şamabil qızından miras qalmış əmlakı faktiki və notarial qaydada qəbul etmədiklərini etiraf etmiş və miras əmlakdan imtina etmələrinə dair ərizə təqdim etmişlər. Birinci instansiya məhkəməsi iş üzrə çıxartmış olduğu qətnamə ilə mübahisəni yuxarıda göstərilən qaydada həll etmiş, qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

80. Mübahisəni həll edən birinci istansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2018ci il tarixdə vəfat etmiş X6 digər vərəsələri X31, X44, X45, X30 və X2 Sitarə Şamabil qızından miras qalmış əmlakı faktiki və notarial qaydada qəbul etmədiklərini etiraf etdiyindən və miras əmlakdan imtina etmələrinə dair ərizə təqdim etdiyindən mərhum X3 miras qalmış əmlakı yalnız onun vərəsələri olan hazırkı iş üzrə İddiaçı və Cavabdeh2 qəbul etmişlər.

81. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 da daxil olmaqla xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 vərəsələrinin hər birinin məhkəmə iclasında verdiyi izahatlardan aydın olur ki, İddiaçı ailəsi ilə birlikdə miras qoyanın vəfatından sonra miras qoyanın ümumi birgə mülkiyyətində olmuş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tam mülkiyyət hüququ əsasında miras qoyana məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evində Cavabdeh2 və ailə üzvləri ilə birgə yaşamış, həmin evdən və torpaq sahəsindən istifadə etmiş və miras qoyan X3 miras qalmış əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qanunvericiliyə əsasən belə olan halda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

82. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul etməməsinə görə onun vərəsəlik hüququndan məhrum olması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.

83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”. 84 . Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur.

85. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır.

86. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur.

87. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.

88. Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

89. Hazırkı iş üzrə birinci instansiyaməhkəməsinin gəldiyi nəticə və əsaslandırma da yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmadığından əsaslı sayıla bilməz.

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

91. Məhkəmə kollegiyası hesab edir ki, payların müəyyən edilməsi zamanı vərəsələrdən X31, X44, X45, X30 və X24 mirasdan imtinaya dair ərizələri də diqqətə alınmamalıdır.

92. İş materiallarından göründüyü kimi vərəsələrdən hər biri analarının xx.xx.2018-ci il tarixdə vəfat etməsindən məlumatlı olsalar da, vərəsələrdən X31, X44, X45, X30 və X46 mirasdan imtinaya dair ərizələrini atalarının vəfatından bir ildən də artıq bir müddət keçdikdən sonra imzalamışlar.

93. Beləliklə, kollegiya qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni vəfat etmiş X6 öldüyü xx.xx.2018-ci il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı, Cavabdeh2, X31, X44, X45, X30 və X22, yəni 7 vərəsədən ibarət olmuşlar.

94. Kollegiya işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, miras qoyan xx.xx.2018-ci il tarixdə vəfat etmiş X6 Cavabdeh2 ilə yanaşı digər övladları da olduğu halda miras qoyanın mülkiyyətində olmuş əmlakdan yalnız iki vərəsəyə pay verilməsi mülki qanunvericiliyin tələblərinə ziddir və belə olan halda mülki qanunvericiliyin tələbləri pozulmaqla Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamənin hüquqi nəticələri etibarlı sayıla bilməz və bu hissədə iddia tələbi əsaslıdır.

95. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla iddiaçı ilə yanaşı digər vərəsələrin də miras payları müəyyənləşdirilməli və vərəsələrdən hər birinin miras əmlakda 1/7 payı müəyyən edilməlidir.

96. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsinin 06 mart 2023-cü il müşayiət məktubu ilə daxil olmuş sənədlərdən müəyyən edilir ki, Zaqatala rayonu Bəhmətli kəndində olan 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi üzərində X11, 1/5 hissəsi üzərində X36, 1/5 hissəsi üzərində X37, 2/5 hissəsi üzərində Cavabdeh2 hüquqlarının qeydiyyata alınmasına əsas Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli 2V-968 nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur.

97. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli 2V-968 reyestr nömrəsi ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən onun yaratdığı hüquqi nəticələr, yəni qanun üzrə vərəsəlik hüququ haqqında həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə aparılmış qeyd və həmin qeydin rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməlidir. Ona görə də iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

98. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

99. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

100. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində 20 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ləğv edilməli, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum X12 məxsus hissələri üzərində və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh2, X26, X17, X24, X25 və X15 qanun üzrə vərəsəlik hüququ müəyyən edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 məxsus 1/5 hissəsinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X12 məxsus 1/5 hissəsinin və həmin 0.1998 ha torpaq sahəsində yerləşən X12 məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evinin üzərində hər birinin payı 1/7 hissə olmaqla İddiaçı, Cavabdeh2, X26, X17, X24, X25 və X15 payları müəyyən edilməlidir.

101. İddia tələbi qismən təmin edildiyindən kollegiya hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 manatı iddiaçıya aid edilməli, 50 manatı isə Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır.

102. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavavbdehə aid edilməlidir.

103. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur.

104. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər 200 manat miqdarında təmin edilməlidir.

105. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 300 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X39rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, kollegiya bu başlıq altında bütün xərclər üçün 200 manat məbləğini təyin etməyi ağlabatan hesab edir.

107. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rаyоn Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli, e-2(033)-246/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilsin. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. Zaqatala rayonu 2 saylı Notariat Ofisi tərəfindən tərtib edilmiş 10 sentyabr 2019-cu il tarixli, 2V-968 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 159 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində 20 sentyabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” ləğv edilsin. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin mərhum X12 məxsus hissələri üzərində və Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində yerləşən ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı, Cavabdeh2, X26, X17, X24, X25 və X15 qanun üzrə vərəsəlik hüququ müəyyən edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,4141 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X12 məxsus 1/5 hissəsinin üzərində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X48 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********87 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.1998 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin X12 məxsus 1/5 hissəsinin üzərində və həmin 0.1998 ha torpaq sahəsində yerləşən X12 məxsus ümumi sahəsi 81,7 kv.m olan fərdi yaşayış evinin üzərində hər birinin payı 1/7 hissə olmaqla İddiaçı, Cavabdeh2, X26, X17, X24, X25 və X15 payları müəyyən edilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Cavabdeh2 50 (əlli) manat dövlət rüsumu və 200 (iki yüz) manat vəkil xidmət haqqı tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar