Məhkəmə qərarları › İş №2(107)-892/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-892/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-892/2021 06.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı Əhmədiyyə qızının, Cavabdeh1, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)- 20/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hаkim Kamran Süleymanov) 15 fevral 2021-ci il tarixli, 2(054)-20/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2 (054) - 390 / 2020 nömrəli qətnaməsi ilə tanınmış istifadə hüququna ona 4000 (dörd min) manat miqdarında kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir İşin hаllаrı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1, X15 və X8 çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili anası X7 25.07.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Həmin mənzilə dair onun öz adına 21.08.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Texniki pasport hazırlanmışdır. Hazırda həmin mənzildə Cavabdeh1 uşaqları ilə birlikdə yaşayır. Cavabdeh1 onun qardaşı X1 arvadıdır. Cavabdeh1 və X10 28 avqust 1999-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 24 iyul 2000-ci il tarixdə X15 və 19 avqust 2002-ci il tarixdə X13 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə X10 arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2 (054)-1049/2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2 (054)-390/2020 nömrəli qətnaməsinə əsasən isə Cavabdeh1 Oğuz şəhəri N.Nərimanov küçəsi bina 61 mənzil 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Xüsusi mülkiyyətində olan mənzili boşaldıb ona təhvil verməsini Cavabdeh1 dəfələrlə tələb etsə də, o, həmin mənzildən istifadə hüququnun olduğunu bildirərək mənzildən çıxmaqdan imtina etmişdir. Cavabdeh1 hazırda da onun xüsusi mülkiyyətində olan mənzildən onun iradəsi ziddinə istifadə edir. Nəticədə o, xüsusi mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasının gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 53-cü maddəsinə əsasən məhkəməyə iddianın predmetinin dəyişdirilməsi və tələbin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, cavabdehlər - qardaşının uşaqları X15 və X13 hər ikisi hazırda yetkinlik yaşına çatmışlar. Hazırki vəziyyətdə o, X15 və X8 xüsusi mülkiyyətində olan mənzildə yaşamalarına etiraz etmir və onlara qarşı hər hansı tələbi də yoxdur. Ona görə də onların cavabdehlər sırasından çıxarılmasını xahiş edir. Eyni zamanda, öz iddiasının predmetini dəyişərək xüsusi mülkiyyətində olan, Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh1 istifadə hüququnun əvəzində ona 4000 (dörd min) manat miqdarında kompensasiya ödənilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə baxış iclasında hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin iddia tələbinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, mübahisə predmetinə aid olan mənzil onun xüsusi mülkiyyətində olduğuna görə cavabdehin qeyd olunan mənzildə yaşamasını istəmir və bunu mümkün hesab etmir. Cavabdehə kompensasiya şəklində birdəfəlik olaraq 4000 (dörd min) manat miqdarında pul ödəməklə hazırki yaşayış sahəsinə dair yaranmış hüququndan imtina etməsini təklif edir. Oğuz şəhəri N.Nərimanov küçəsi bina 61 mənzil 1 ünvanında yerləşən, onun xüsusi mülkiyyətində olan mənzillə eyni ölçülərə və şəraitə malik olan mənzillər həmin ərazidə hazırda 28.000-30.000 manat dəyərində olmaqla, təxminən, 60-70 manat miqdarında aylıq kirayəyə təklif edilir. O, həmin məbləğin yuxarı həddini nəzərə alaraq birdəfəlik kompensasiya kimi 4000 (dörd min) manat miqdarında kompensasiya ödənilməsini təklif edir. Lakin, cavabdeh mənzilin real dəyərinin guya 39.750 manat miqdarında, həmin ərazidə bu cür şəraitə malik yaşayış sahələrinin aylıq kirayə haqqının isə 230-270 manat miqdarında olduğunu iddia edir. Onun xüsusi mülkiyyətində olan mənzilin real dəyəri “X5” tərəfindən verilmiş mütəxəssisin rəyi ilə 30.000 manat miqdarında, aylıq kirayə haqqı isə 65-70 manat miqdarında müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə cavabdehin istifadə hüququ tanınan həmin mənzilin yerləşdiyi bina köhnə və təmirsiz bina olmaqla, Oğuz şəhərinin mərkəzi küçəsindən kənarda yerləşir və mənzil özü də orta təmirli və kiçik ölçülü olduğundan mənzilin real dəyəri də həmin mütəxəssis rəyində qeyd edildiyinə tam uyğundur. Cavabdehin istifadə hüququ tanınan mənzil onun xüsusi mülkiyyətində olmaqla, həmin mənzildə cavabdehdən başqa, onun qardaşının, yəni cavabdehin keçmiş ərinin və onların yetkinlik yaşına çatmış iki uşağının da istifadə hüquqları vardır və onlar da həmin mənzildə qeydiyyatdadırlar. Cavabdehin həmin mənzildən istifadə etməsi nəticəsində o, xüsusi mülkiyyətində olan əmlak üzərində öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir və həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən cavabdeh Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək qeyd etmişdir ki, iş üzrə Cavabdeh1 28 avqust 1999-cu il tarixdə Oğuz rayon VVAQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X10 ilə ailə qurmuşdur. Ərə getdiyi tarixdə Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16, mənzil 3 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ərimin anası cavabdeh X2 adma olan mənzilə gəlin köçmüşdür. Həmin mənzildə yaşadığı müddətdə X10 ilə birgə nikahından 24 iyul 2000-ci il tarixdə X15 və 19 avqust 2002-ci il tarixdə X13 adlı 2 uşağı olmuşdur. Hazırda da həmin mənzildə yaşayırlar. O qeyd edilən mənzildə qeydiyyata alınmış və hazırda da həmin mənzildə qeydiyyatdadır. 28 avqust 1999-cu il tarixdə o mənzilə X4 ailə üzvü kimi, həm də mənzilə hüququ olan digər şəxslərin razılığı ilə köçmüşdür. Hesab edir ki, mənzilə köçdüyü gündən onun həmin mənzildən isdifadə hüququ yaranmışdır. Elçin Əhmədovla aralarında yaranan narazılıqlara əsasən, ailə münasibətləri pozulmuş və Oğuz Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(054)- 1049/2017 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Aralarında bağlanmış nikah pozularkən uşaqların hər ikisi onun yanımda qalmaları müəyyən edilmişdir. O nikah pozulduqdan sonra da ünvan 4 ünvanında yerləşən mənzildə uşaqları ilə birlikdə yaşamağa davam etmişdir. Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(054)-390/2020 nömrəli qətnaməsinə əsasən onun ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunmuşdur. O hazırda da uşaqları ilə birlikdə həmin mənzildə yaşayır. O hazırkı iş üzrə məhkəmə iclasında iddia tələbini etiraf etməyərək göstərmişdir ki, onun başqa yerdə yaşayış sahəsi yoxdur. İddiaçının ona mənzildən çıxmağının müqabilində təklif etdiyi 4000 (dörd min) manat məbləğ onun həmin mənzilin kommunal-məişət şəraitinə uyğun olan başqa yaşayış sahəsini əldə etməyi və kirayəçi kımı müvəqqəti də olsa, kirayəyə götürməyinə imkan vermir. Onun istifadə hüququnun tanındığı mənzilə eyni ölçülərə və şəraitə malik olan mənzillər həmin ərazidə hazırda aylıq 250-300 manat dəyərində kirayəyə verilir. Hesab edir ki, ona kompensasiya kimi təklif olunan 4000 (dörd min) manat pulun miqdarı qənaətbəxş deyildir. Ona görə də iddiaçının hazırki təklifini qəbul etmir hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Cavabdeh1 28 avqust 1999-cu il tarixdə Oğuz rayon VVAQ şöbəsində rəsmi nikah qeyd etdirməklə X10 ilə ailə qurmuşdur. Elçin Əhmədovla aralarında yaranan narazılıqlara əsasən, ailə münasibətləri pozulmuş və Oğuz Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(054)-1049/2017 nömrəli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2(054)-390/2020 nömrəli qətnaməsinə əsasən onun ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. İddiaçı ilk əvvəl cavabdehin və onun 2 övladının kompensasiya verilmədən mənzildən çıxarılmasına dair ərizə versədə sonradan iddia predmetini dəyişərək və tələbin həcminin azadılması barədə ərizə təqdim edərək cavabdehlər X15 və X13 iddia predmeti olan mənzildə yaşamalarına etiraz etmədiyini və onlara qarşı hər hansı tələbi olmadığını onların cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş,Cavabdeh1 mənzildən istifadə hüququmun əvəzinə 4000 (dörd min) manat miqdarında kompensasiya ödənilməklə həmin mənzildən çıxarılmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının Cavabdeh1 mənzildən çıxmağı müqabilində təklif etdiyi 4000 (dörd min) manat məbləğ onun həmin mənzilin kommunalməişət şəraitinə uyğun olan başqa yaşayış sahəsini əldə etməyini və kirayəçi kimi müvəqqəti də olsa, kirayəyə götürməsinə imkan vermir. Cavabdeh tərəfindən təqdim olunan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2020-ci il tarixli 1004/20 nömrəli ekspert rəyində Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16, mənzil 3 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən, hazırki iddianın predmetinə aid olan mənzilin real bazar dəyərinin 39.750 manat həddində olmaqla, aylıq kirayə haqqmın orta hesabla 230-270 manat müəyyən olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, “X5” Məhdud Məhsuliyyətli Cəmiyyətinin 18.01.2021 -ci il tarixli 001/21 nömrəli ekspert rəyində Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16, mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırki iddianın predmetinə aid olan mənzilin real bazar dəyərinin 30.000 manat həddində olmaqla, aylıq kirayə haqqının orta hesabla 65 manat miqdarında olduğu qeyd edilmişdir. Mübahisə pedmetinə aid olan mənzilin mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri, həmçinin kirayə haqqnın miqdarı ilə bağlı “X5” və “xxxx” MMC tərəfindən verilmiş, məhkəməyə təqdim edilmiş ekspertiza rəylərinin nəticələri fərqli olduğundan məhkəmə Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, mütəxəssis qismində hazırki məhkəmə iclasına dəvət etmişdir. X16 hazırki iddianın predmetinə aid olan mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 35.000-40.000 manata, aylıq kirayə haqqının miqdarının isə 250 manata uyğun olduğunu bildirmişdir. Mənzil 2 yerə bölünmüş, bir otağında cavabdeh ailəsi ilə, digər otağında isə iddiaçı yaşamışdır. Oğuz Rayon Məhkəməsinin qərarından sonra iddiaçılar otaqların arasında olan səddi açdığından, cavabdeh öz ailəsi ilə qonşu evdə yaşamağa məcbur olmuşdular. Mülkiyyətçinin cavabdehi kompensasiya verilməklə çıxarılmasına hüququ vardır. Lakin həmin kompensasiya məbləği elə olmalıdır ki, cavabdehində hüquqları pozulmasın. Şərh edilənlərdən də göründüyü kimi barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessul qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Odur ki, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2 (054)20/2021 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə İddiaçı qıznın iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirəm. Cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2 (054)20/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Əhmədiyyə qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, heç yerdə işləmədiyindən onun 4000 manatdan artıq kompensasiya verməyə imkanı çatmır. Bundan əlavə evində yaşayan iki yataq xəstəsinə baxır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-20/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. MPM-in 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. İş materiallarında olan 27.07.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 İddiaçı Əhmədiyyə qızına bağışlanmışdır. İş materiallarında olan 21.08.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış İddiaçı Əhmədiyyə qızının adına qeydiyyata alınmışdır və həmin yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Oğuz Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli 2 (054) - 390/2020 nömrəli qətnaməsi ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən ediliri ki, cavabdeh 28 avqust 1999-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla iddiaçının qardaşı X10 ilə ailə qurmuşdur. Onların birgə nikahından 24 iyul 2000-ci il tarixdə X15 və 19 avqust 2002-ci il tarixdə X13 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə X10 arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2 (054) - 1049 / 2017 saylı qətnaməsinə əsasən pozulmuşdur. İş materiallarında olan İddiaçı Əhmədiyyə qızının Oğuz Rayon Məhkəməsinə təqdim etdiyi ərizədə qardaşının uşaqları X12 və X11 mülkiyyətində olan mənzildə yaşamalarına etiraz etmədiyini və onların cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İş materiallarına olan iddiaçı tərəfindən məhkəməyə tqədim edilmiş, “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2021-ci il tarixli 001/21 nömrəli ekspert rəyində Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırki iddianın predmetinə aid olan mənzilin real bazar dəyərinin 30.000 manat həddində olmaqla, aylıq kirayə haqqının, orta hesabla, 65 manat miqdarında olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, cavabdeh tərəfindən məhkəməyə tqədim edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.12.2020-ci il tarixli 1004/20 nömrəli ekspert rəyində Oğuz şəhəri N.Nərimanov küçəsi bina 16 mənzil 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırki iddianın predmetinə aid olan mənzilin real bazar dəyərinin 39.750 manat həddində olmaqla, aylıq kirayə haqqının, orta hesabla, 230-270 manat miqdarında olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-20/2021 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri, habelə, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri ilə bağlı “X5” və “xxxx” MMC tərəfindən verilmiş və tərəflərin məhkəməyə təqdim etdikləri ekspertiza rəylərini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək, eyni zamanda, Oğuz rayonunda əmlak alqı-satqısı ilə məşğul olan, hazırki məhkəmə iclasında mütəxəssis qismində iştirak edərək şərh verən şəxsin fikrini nəzərə alaraq hesab etmişdir ki, hər bir rəy özü-özlüyündə mötəbər sübutlara əsaslansa da, həmin rəylərin mübahisə predmetinə aid olan mənzilin aylıq kirayə haqqının miqdarı ilə bağlı nəticələri arasında kəskin fərq vardır. Məhkəmə mübahisə predmetinə aid olan mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərini və aylıq kirayə haqqının miqdarını müəyyən edərkən ekspertiza rəylərinin və məhkəmə iclasında iştirak edən mütəxəssisin şərhinin əsaslandığı hallara məcmu halında qiymət verərək həmin mənzilin dəyərinin, orta hesabla, 35.000 manat, aylıq kirayə haqqının miqdarının isə, orta hesabla, 250 manat olmasını qəbul edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə aid olan mənzildən 4 nəfərin (cavabdeh, onun keçmiş əri və onların yetkinlik yaşına çatmış iki uşağı) istifadə hüquqları, iddiaçının isə mülkiyyət hüquqları, o cümlədən, istifadə hüququ mövcuddur. Hazırki vəziyyətdə isə iddiaçı yalnız cavabdehin mənzildən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyindən mübahisə predmetinə aid olan mənzilin aylıq kirayə haqqının miqdarı orta hesabla 250 manat miqdarına uyğun olaraq, cavabdehin həmin mənzildən istifadə hüququnun əvəzi mənzilin aylıq kirayə haqqının bütöv həcmini deyil, yalnız onun bir hissəsini (mənzilin aylıq kirayə haqqı, orta hesabla, 250 manat olduğu halda, həmin məbləğin 1/5 hissəsi olan 50 manat) təşkil edəcəkdir. Belə olan halda, cavabdehin mənzilə olan istifadə hüququnun əvəzində iddiaçının ona təklif etdiyi 4000 (dörd min) manat məbləğ cavabdehin özünün mənzildən 5 illik (60 aylıq) istifadə hüququnun əvəzindən də daha artıq bir məbləğdir. Mübahisə predmetinə aid olan mənzilə dair iddiaçının mülkiyyət hüquqları ilə yanaşı cavabdehin və ondan başqa daha 3 nəfərin istifadə hüququ olduğu nəzərə alınmaqla, hər bir istifadəçinin istifadə hüququna kompensasiya ödənilməklə xitam veriləcəyi təqdirdə, bu məbləğ 4 nəfər üçün ümumilikdə həmin mənzilin bazar qiymətləri ilə dəyərinin, təxminən, yarısına bərabər olacaqdır. Bu da mübahisə predmetinə aid olan mənzilin mövcud bazar qiymətlərinə uyğun olan real dəyəri ilə müqayisədə kifayət qədər böyük məbləğ olmaqla, məhkəmə hesab edir ki, hazırki iş üzrə 4000 (dörd min) manat miqdarından daha yüksək kompensasiya məbləğinin müəyyən edilməsi mənzilin mülkiyyətçisinin hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. Həmçinin məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında və qeyd olunan hüquq normalarının tələbləri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, mübahisə predmetinə aid olan mənzilin mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri, həmçinin, həmin ərazidə yerləşən, oxşar şəraitə malik yaşayış sahələrinin kirayəyə verilməsi zamanı tələb və təklifin həddləri üzrə orta göstəricilər əsas meyar kimi götürülməklə, habelə, hazırki vəziyyətdə iddiaçının yalnız cavabdehin mənzildən istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsini tələb etdiyi nəzərə alınmaqla, iddiaçının təklif etdiyi 4000 (dörd min) manat kompensasiya məbləği cavabdehin hazırda yaşadığı mənzildən istifadə hüququna xitam verilməsinə imkan verən ağlabatan və qənaətbəxş məbləğ hesab etmişdir. Hazırkı halda mülki işə apellyasiya qaydasında yenidən baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bi hüquqi nəticə ilə razılaşır. Bu səbəbdən də məhkəmə kollegiyası bu fikirdədir ki, iddianın təmin və ya rədd edilməsi mülkiyyətçinin hesabına təklif edilən kompensasiya məbləğinin istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verib-verməsindən aslıdır. Ona görə də məhkəmə kollegiyası iddia tələbi ilə bağlı bütün diqqətə layiq hallara aydınlıq gətirərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.. Belə ki, yaşayış yeri, isti ocaq hər bir insanın həyatda malik olmaq istədiyi ən zəruri maddi dəyərlərdəndir. Dünyanın beşikdən məzaradək hər bir sakini öz mövcudluğunu təmin etmək üçün ömrü boyu zəruri qida ilə yanaşı yaşayış yeri əldə etmək üçün çalışır. İnsanların hər birinin yaşayış yeri ilə təmin edilməsi məsələsi nəinki onların özlərinin, həm də onların mənsub olduğu dövlətin əsas qayğılarından biri sayılır. Təsadüfü deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin yaşayış yeri ilə bağlı qayğısını və narahatlığını diqqətəlayiq hesab edir. Eləcədə, onu da diqqətdən qaçırırmır ki, mübahisəli fərdi yaşayış evi bu gün iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnun müdafiəsindən bəhs edən 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2009-cu il tarixli Qərarında göstərilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair malik olduğu öz mülkiyyətindən maneəsiz istifadə hüququ nəzərə alınmaqla, sonuncunun təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. Çünki, təkilf edilən kompensasiyanın məbləği cavabdehin iddia etdiyi kimi yaşayış evinin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Məhkəmə kollegiyası gəldiyi nəticədə həm də ona görə israrlıdır ki, sözügedən yaşayış evində cavabdehdən başqa, daha üç nəfərin (cavabdehin keçmiş əri və iki uşaqları) istifadə hüququ vardır. İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə etmək məqsədilə onların hər birinin istifadə hüququna kompensasiya verməklə xitam verilməsi məsələsini qaldırsa (belə ki, bu iddiaçının müstəsna hüqudur), uyğun olaraq həmin istifadəçilərin hər biri iddiaçıdan cavabdehin apellyasiya şikayətində tələb etdiyi məbləğdə, yəni 12000-15000 manat məbləğində kompensasiya tələb etdiyi şəraitdə iddiaçının mülkiyyət hüququnun toxunulmazlığından, öz mülkiyyətindən maneəsiz istifadə etmsindən bəhs edən konstitsion hüquqları tamamilə xəyali xarakter daşıyacaqdır. Məhkəmə kollegiyasının fikrincə, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiyanın məbləği qeyd olunan meyarlara əsasən müəyyənləşdirilmir. MM-in 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının təklif etdiyi kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehin da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən apellyasiya şikayəti təmin olunmadan, Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-20/2021 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq qət etdi: Cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(054)-20/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar