Məhkəmə qərarları › İş №2(107)-908/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-908/2025

25.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-908/2025 25.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellayasiya şikayətinin qeyri-mümkünlüyü) X2 (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X8 iclas katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 və Cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair mülki üzrə Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu X7 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, “Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlaklara-ünvan 2ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X11 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X6 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh1 20 dekabr 2002-ci il tarixdə ölmüş X1 miras qalmış ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m,ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair xx.xx.2005-ci il tarixli, 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə,onun X1 miras qalmış,ünvan 2i ünvanında yerləşən,0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli,0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli,2V- 1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr,xx.xx.2022ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmasına dair,reyestr nömrəsi **********83 olan xx.xx.2023- cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış torpaq sahəsinin X4 aid ½ hissəsində ləğv edilsin; 20 dekabr 2002-ci il tarixdə ölmüş X3 miras əmlaklarının - ünvan 2i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X9 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma aid hissəsinin 7/12 hissəsinə X10 miras payı, 1/12 hissəsinə Cavabdeh1 məcburi miras payı müəyyən edilsin, mərhum X10 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 payları müəyyən edilsin; iddia tələbi qalan hissədə təmin edilməsi, 20 dekabr 2002-ci il tarixdə ölmüş X3 miras əmlaklarının-ünvan 2i ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X9 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsinin 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Çukayeva(Qistarova) Məryəm Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telekova (Qistarova )Sevil Səid qızının,1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 miras payları müəyyən olunması və Ödənmiş 100 manat dövlət rüsumu xərcinin 58,33 manatı Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, həmçinin İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kоllegiyаsı işdə olan sənədləri nəzərdən keçirərək hesаb edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti forma və məzmunla bağlı prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin “Apellyasiya şikayəti vermiş şəxsin tələbi” bölməsində (xahişin nədən ibarət olması hissəsində) barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi nəticə hissəsi yanlış qeyd edilmişdir. Həmin şikayətdə cavabdeh tərəf “Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(019)-30/2023 tarixli qətnamənin ləğvini” xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin mülki işə Balakən Rayon Məhkəməsində baxılmış, lakin yekun məhkəmə aktının (qətnamənin) qəbul edilməsi 10 iyun 2025-ci il tarixə təsadüf edir. Həmçinin qətnamənin nömrəsi e-2(019)-16/2025 olmuşdur. Göründüyü ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilən zaman forma və məzmunla bağlı tələblər pozulmuş, birinci instansiya məhkəməsi isə qeyd olunan halları müəyyən etmədən apellyasiya şikayətini işlə birlikdə apellyasiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda sadalanan normaların tələbindən göründüyü kimi, apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin Mülki Prоsessuаl Məcəllənin tələblərinə uyğununluğunun yoxlanılaraq qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də ilkin olaraq məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında apellyasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən forma və məzmuna riayət olunması, müddət və dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi apellyatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60cı maddəsinin İ hissəsi). Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində qeyd edilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kоllegiyаsı hesаb edir ki, Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyrimümkün hesаb edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və MPM-nin 263-264, 361-364, 366, 400, 402, 403, 405 və 406-cı maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Balakən Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(019)-16/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesаb edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə hüquqi qiymət verildikdən və iş üzrə digər prosessual hərəkətlər edildikdən sonra İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar