Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-91/2024 15.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi” tələbi üzrə ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: iddia- tikilinin sökülməsi, mülkiyyət hüququnun müdafiəsi, ekspertiza məsələləri, yerli baxış) Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, Cavabdeh və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi” tələbi üzrə ilkin iddiası və Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Qax rayonu İlisu kəndində 1990-cı ildə tikilmiş ildə fərdi yaşayış evi İddiaçı məxsusudur. Hazırda da o, orada yaşayır. İddiaçı ilə Cavabdeh məxsus torpaq sahəsinin öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikdiyini əsas gətirərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi barədə, Cavabdeh isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə müraciət edərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhədlərin müəyyən edilməsi barədə, Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli, 2(024)-38/2021 saylı qərardadına əsasən ilkin iddia tələbinin “sərhəddin müəyyən edilməsi”nə dair hissəsi məhkəmənin aidiyyətində olmadığı üçün tələbin həmin hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Ona görə də, məhkəmə araşdırması “Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair hissəsində aparılır.
4. İddiaçı ilkin iddia ərizəsində göstərmişdir ki, özünə məxsus Qax rayonu İlisu kəndində 1990-cı ildə fərdi yaşayış evi tikərək, hazırda da burada yaşayır. Bu yaşayış məntəqəsinə ondan sonra gəlmiş aşağı sərhəd qonşusu Cavabdeh öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikmişdir. Sonra o, evinin qabağında mətbəx kimi əlavə tikinti apararkən cavabdehə yenə sərhədi pozduğunu irad tutmuşdur. Lakin R.Ə. Süleymanov onun iradına məhəl qoymadan əlavə mətbəx tikintisini də sərhədi pozmaqla aparmışdır. Bu zaman onun müraciətinə əsasən sahədə sərhədə baxış keçirən Qax rayon torpaq şöbəsinin müdiri Abdulla Həşimov cavabdeh R.Ə. Süleymanova bildirmişdir ki, o, əlavə tikilini də sərhədi 0,7m (70 sm) pozmaqla aparmışdır. Bununla belə, o zaman o qonşuluq xatirinə güzəştə getmişdir. Bundan 7-8 il əvvəl qonşusu Cavabdeh onunla sərhəddin aşağı hissəsindən hasar çəkəndə də hələ hasarın bünövrəsi qazılanda o etirazını bildirmişdir ki, öz yardımçı tikilisini sərhəddən 1 (bir) metr içəridə öz həyətində tikmişdir, cavabdeh də hasarın bünövrəsini onun yardımçı tikili ilə arada l(bir) metr məsafəni saxlamaqla aparsın. Bu zaman yenə onun müraciəti ilə sahədə baxış keçirən DT və XK -nin Qax rayon şöbəsinin müdiri Seyfulla Ramazanov da qonşusu Cavabdeh bildirmişdir ki, o, hasarın tikintisini saxlasın, çünki keb düzgün sərhəddən qoyulmayıb, ona görə də tikinti qanunsuzdur. Bu arada o 4-5 gün evdə olmamış və gələndə görmüşdür ki, qonşusu Cavabdeh məsul vəzifəli şəxsin də xəbərdarlığına məhəl qoymadan hasarın tikintisini sərhədi pozmaqla çəpəki aparmış və şərhəd barısını gətirib onun yardımçı tikilisinin arxa divarına birləşdirmişdir. O, yenə qonşusu Cavabdeh iradını bildirmiş, İlisu kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə məlumat vermişdir. Onlar gəlib yerində baxış keçirmiş və qonşusu R.Ə. Süleymanova izah etmişlər ki, onun bu tikintisi qanunsuzdur, hasar sərhədi pozmaqla çəkilmişdir. R.Ə. Süleymanov onlara da yaxşı elədiyini bildirmiş, hara istəsə şikayət edə biləcəyini demişdir. Bundan sonra da o məhkəməyə müraciət etməmiş, yenə qonşuluq xatirinə güzəştə getmişdir.Nəhayət, keçən ilin payızında yenə onun evdə olmamağından istifadə edərək qonşu R.Ə. Süleymanov artıq sərhədi pozmaqla çəkdiyi hasarın üzərində ev tikməyə başlamışdır. Həm də bu zaman da o həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi qaydalarını pozaraq, sərhədi pozaraq hasarı onun yardımçı tikilisinə birləşdirdiyi yerə özünün qanunsuz tikdiyi evin küncünü yaxınlaşdırmaqla gələcək üçün labüd təhlükə yaratmışdır. Bu barədə o yenə İlisu kənd icra nümayəndəsi Həşim Həsənova, bələdiyyə sədri Elman Xəlilova 2021-ci ilin yanvarında şikayət etmişdir. Onlar yenə gəlib yerində baxış keçirmiş, tikintinin qanunsuz olduğunu bildirmiş və ona Qax rayon İH-nin Tikinti və Memarlıq şöbəsinə müraciət etməsini məsləhət görmüşlər. Bundan sonra o 04 fevral 2021- ci il tarixində Qax rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, ərizə üzrə rayonun baş memarı Fəxrəddin Nəsibov gəlib yerində qonşusu R.Ə. Süleymanovun iştirakı ilə baxış keçirmiş və ona başa salınmışdır ki, apardığı tikinti tamamilə qanunsuzdur. Onun yuxarıda göstərdiyi bu xüsusatları adlarını sadaladığı əlaqədar məsul vəzifəli şəxslərin hər biri təsdiq edə bilər. O, uzun illər ərzində qonşuluq xatirinə qonşusu Cavabdeh yuxarıdan aşağı münasibətinə, saymamazlığına susmuş, dözmüş, xeyri olmamışdır. Cavabdeh R.Ə. Süleymanovun yeni tikdiyi evə icazəsi və layihə smeta sənədləri yoxdur. Çünki heç bir memar-mühəndis sərhəd divarının üzərində hər hansı bir tikilinin, o cümlədən evin tikintisi üçün layihə - smeta sənədi verə bilməz. Tikinti ən azından l(bir) metr sərhəddən məsafədə aparıla bilər. O da iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş edir, çünki tələbi tam əsaslandırılmış tələbdir. Əlavə edilən şəkillərdən də əyani surətdə görünür ki, cavabdeh R.Ə. Süleymanovun çəkdirdiyi çəpəki hasar və onun üzərindəki tikili qanunsuzdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhəddin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın da üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi və sərhəddin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, istifadəsində olan həyətyanı sahəsində köməkçi sahədən ibarət yüngül konstruksiyalı tikinti inşa etmişdir, təyinatı isə yaşadığı evdə olan zəruri ehtiyaclardan ibarət məişət əşyalarının yerləşdirilməsi üçündür. Tikdiyi yardımçı sahənin üst damının örtülməsi ərəfəsində qonşu İddiaçı buna etiraz edərək dövlət orqanlarına şikayət etmiş və köməkçi sahədən ibarət tikdirdiyi tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, hazırki iddiaçı onun iddiası üzrə cavabdeh İddiaçı ona qarşı iddia qaldırmaqdan öncə apardığı tikiliyə etirazı onunla əsaslandırır ki, o özünün həyətyanı sahəsində hər ikisinin istifadəsində olan daş hasarın özünə aid hissəsində yaşayış otağı tikmək niyyətində olduğunu bildirmiş və ona isə həmin tikilini tikməyə maneə yaratmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh aparılan tikilinin digər hissəsi olan və ümumi birgə istifadəsində olan daş hasarın üstündə yaşayış otağı tikmiş və həmin otağın dam örtüyünə su ötürücü navalcası qoymamış və bütün yağış suları onun həyətinə axıdılır. Bunun nəticəsində istifadəsində olan həyətyanı sahələrdə müxtəlif çatlar əmələ gəlmiş və daş hasarın da uçma təhlükəsi yaranmışdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də heç bir nəticəsi olmamışdır. Halbuki, qanunvericilik də bu cür tikililərin aparılmasını qadağan edir. Cavabdeh İddiaçı isə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla ara məsafəsi saxlamadan onun istifadəsində olan torpaq sahəsi ilə özünün istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz olaraq özbaşına yaşayış sahəsi inşa etmişdir. Cavabdeh İddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozaraq sərhədlərini müəyyən edən daş hasarın üzərində qanunsuz tikdiyi yaşayış sahəsinin suyunun təbii axımı da onun həyətinə axıdılır. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, cavabdehə dəfələrlə qanunsuz tikilinin sökülməsi barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə cavabdeh ona bildirmişdir ki, hara istəsə şikayət edə bilər. Məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında Cavabdeh qarşılqılı iddia ərizəsinə uyğuin izahat verərək ilkin iddianın rədd edilməsi qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;
8. Qax rayonu İlisu kəndində 1990-cı ildə tikilmiş fərdi yaşayış evi İddiaçı məxsusudur. Hazırda da burada yaşayır. İddiaçı ilə Cavabdeh məxsus torpaq sahəsinin öz həyətyanı torpaq sahəsində ev tikərkən evin divarını sərhəddi pozmaqla, onun həyətyanı torpaq sahəsinə müdaxilə etməklə sərhəddə tikdiyini əsas gətirərək Cavabdeh onun həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla, qanunsuz çəkdirdiyi hasarın və hasarın üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) onun həyətyanı torpaq sahəsinə keçən hissəsinin sökülməsi barədə, Cavabdeh isə İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı ilkin iddiasının rədd edilməsi və qarşılıqı iddianın təmin edilərək onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin sərhədlərini müəyyən edən daş hasarın üzərində cavabdeh İddiaçı tərəfindən qanunsuz tikilmiş yaşayış sahəsinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün Cavabdeh tərəfindən çəkilmiş hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla çəkilib-çəkilməməsinin, İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində yaşayış sahəsinin inşa edib-etməməsinin müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan məhkəmənin 02 aprel 2020 il tarixli qərardadı ilə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. “X3” MMC ekspert qarşısında qoyulmuş sualları cavablandıraraq 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəy vermişdir. Ekspertin rəyində mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunması və İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsinin Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunması öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi rədd edilməlidir.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi tələbi”nə dair ilkin iddiasının əsassız olduğundan rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi tələbi”nə dair qarşılıqlı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 162, 165 və 170-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. İşə əlavə edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki. Qax rayonu İlisu kəndində yerləşən 2 otaqlı, ümumi sahəsi 67.93 kv.m, yaşayış sahəsi 43.5 kv.m, köməkçi sahəsi 24.68 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur.
12. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur.
13. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur.
14. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur.
15. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç) manat təşkil edir.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı 300 (üç) manat ekspertiza xərcinin 150 manatını ödəmişdir.
17. İş materiallarında olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qax rayonu İlisu kəndində qeydiyyatdadır.
18. İş materiallarında olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu İlisu kəndində qeydiyyatdadır.
19. İş materiallarında olan 09 mart 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir.
20. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
21. İş materiallarına əlavə edilmiş X6 Kitabında xx.xx.2008 tarixdə 17 nömrə ilə uçota alınmış A № 045596 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon Aqrar İslahat Komissiyasının 22 aprel 1998-ci il tarixli 04 nömrəli qərarı əsasında Qax rayon İlisu kəndində 1009.89 kvm həyətyanı torpaq sahəsi Cavabdeh Məmmədəli oğluna verilmişdir.
22. İş materiallarına əlavə edilmiş X6 Kitabında xx.xx.2009 tarixdə 972 nömrə ilə uçota alınmış A № 234629 olan torpaq sahəsinin plan və ölçüsü sənədi ilə Qax Rayon İlisu Bələdiyyəsinin 3 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə satılmış Qax rayon İlisu kəndində 400 kvm fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi Cavabdeh verilmişdir.
23. İş materiallarına əlavə edilmiş “X3” MMC-nin 04 noyabr 2021-ci il tarixli, 290 saylı rəyindən görünür ki, mübahisələndirilən torpaq sahələri üzrə naturada və kameral şəraitdə aparılan tədqiqat nəticəsində Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikili iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsi müəyyən olunur. İddiaçı tərəfindən inşa edilən yaşayış sahəsi Cavabdeh məxsus torpaq sahəsi üzərinə düşməməsi müəyyən olunur. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərci 300 (üç) manat təşkil edir.
24. İşə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8 sentyabr 2022-ci il tarixli 10/5389 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki LTl-nin mütəxəssisi S.Ağabalayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən: - İlisuda Cavabdeh tərəfindən çəkilmiş hasar İlisuda İddiaçı məxsus **********94 nömrəli çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmiş 3-cü döngə nöqtəsindən 8-ci döngə nöqtəsinə kimi olan məsafədə 30 sm enində cavabdeh tərəfindən istifadə olunur. - Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) yerquruluşu planında göstərilmişdir Həmin binanın 2 kv.metr hissəsi iddiaçının istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin üzərində inşa edilmişdir. Bələdiyyə mülkiyyətinə aid Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Şəki Ərazi İdarəsinin verdiyi xx.xx.2013-cü il tarixli çıxarışa əsasən Qax rayonunun İlisu kəndində yerləşən ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi alqı-satqı müqaviləsi ilə vətəndaş X4 mülkiyyətinə verilmişdir. İlisuda İddiaçı tərəfindən Cavabdeh məxsus torpaq sahəsi üzərində heç bir əsas və köməkçi tikili inşa edilməmişdir.
25. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat
26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-26/2023 nömrəli, 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və E.Mehdiyev) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)- 228/2021 nömrəli qətnaməsinin qismən - ilk iddianın rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin (yarımçıq binanın) sökülməsi tələbinə dair ilk iddiasının üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq 3-4 döngə nöqtələrində göstərilmiş 8.4 metr uzunluğunda olan hissəsinin sökülməsinə aid hissədə təmin edilməsi, ilk iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, üst tikilinin (yarımçıq binanın) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş 1:500 masştabda olan sxemə uyğun olaraq (3) X 667260.95 Y 4590618.92, (4) X 667256.76 Y 4590626.17, döngə nöqtələri 3-4 arası məsafə - 8.4 metr müəyyən edilmiş hissəsinin Cavabdeh hesabına sökülməsi, ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manatın 25 manatının İddiaçı, 75 manatının isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilməsi və iş üzrə alınmış mütəxəssis rəylərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
27. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən kassasiya şikayətləri verilmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2810/2023 nömrəli 18 iyul 2023-cü il tarixli qərarına əsasən iddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-26/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandıraraq Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)- 228/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının hazırkı iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının hazırkı iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Məhkəmə kollegiyasının hazırkı iclasında üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
34. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs Qax rayonu, İlisu bələdiyyəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır.
36. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
37. Qərarlar: "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır..
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. İddiaçı Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsinin ilk iddianın rədd olunmasına aid hissədə ləğv edilməsini və ilk iddianın tam təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ilk iddiaya aid hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 nömrəli qətnaməsindən yalnız ilkin İddiaçı apellyasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlillərə uyğun araşdırma aparır.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır.
43. Birinci instansiya məhkəməsi ilk iddianı rədd edərkən Cavabdeh tərəfindən çəkilmiş olan hasarın İddiaçı məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmamasının müəyyən olunması, Cavabdeh tərəfindən çəkilmiş olan hasarın üzərində tikilmiş tikilinin iddiaçının həyətyanı torpaq sahəsinin üzərinə düşməməsinın müəyyən olunması ilə əsaslandırmışdır.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2810/2023 nömrəli 18 iyul 2023-cü il tarixli qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Cavabdeh hasar üzərində apardığı tikili ilk iddiaçının mülkiyyət hüququ olmayan (mütəxəssis rəyindən göstərilir ki, bu torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir) torpaq sahəsində yerləşir. İşdə olan faktlarla isə müəyyən olunur ki, həmin tikilinin qarşısında yerləşən torpaq sahəsi İlisu Bələdiyəsinə məxsus olmuş və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında Samir Babayevə satılmşdır. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iki tərəfə aid olan hüquqmüəyyənedici sənədlərə əsaslanmaqla iş üzrə əlavə məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
45. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.
46. Məhkəmə kollegiyası tərəfindən X5 və Qax rayon İlisu bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
47. Həmçinin məhkəmə kollegiyası tərəfindən hаzırkı iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizаsı təyin edilmiş və ekspert rəyində qeyd edilmişdir ki, Cavabdeh tərəfindən çəkilmiş hasarın üzərində tikilmiş üst tikili (yarımçıq bina) altında yerləşən 2 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətində olan **********694 nömrəli çıxarışla verilmiş əraziyə düşür. Cavabdeh tərəfindən çəkilmiş sərhəd barılarının konfiqurasiyasından asılı olaraq 7-30 sm ölçüdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən fərdi yaşayış evi inşa edilərkən yaşayış evinin hündürlüyünün 0,6 hissəsi qədər həmin evin yerləşdiyi torpaq sahəsinin sərhəd hasarı arasında ara məsafəsi saxlanılmalıdır.
48. İş materiallarında olan Qax rayon Məhkəməsinin 2(024)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh qarşı ona məxsus həyətyanı torpaq sahəsinin sərhəddini pozmaqla qanunsuz çəkdiyi daş hasarın sökülməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldığından hazırkı iş üçün preyudisial əhəmiyyətə malikdir.
49. İlkin iddianın mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı “sərhəddi pozmaqla qanunsuz çəkilmiş hasarın və onun üzərində tikilmiş üst tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir və tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,152.4,170,176-cı maddələri təşkil etdiyini göstərir.
50. Digər tərəfdən müəyyən olunur ki, Cavabdeh hasar üzərində apardığı tikili ilk iddiaçının mülkiyyət hüququ olmayan (mütəxəssis rəyindən göstərilir ki, bu torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir) torpaq sahəsində yerləşir. İşdə olan faktlarla isə müəyyən olunur ki, həmin tikilinin qarşısında yerləşən torpaq sahəsi İlisu Bələdiyəsinə məxsus olmuş və bələdiyyə tərəfindən alqı-satqı müqaviləsi əsasında Samir Babayevə satılmşdır. Bu fakt işdə araşdırılan sübutlarla təsdiq olunur.
51. Göründüyü kimi ilkin İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Samir Babayevə məxsus torpaq sahəsinə bitişik daş hasarı və üzərində olan tikilinin sökülməsinə olan iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Odur ki, iddi tələbi həmin hissədə rədd edilməlidir.
52. Məhkəmə kollegiyası iddiaçının cavabdeh ilə aralarında olan digər daş hasarın sökülməsinə dair iddia tələbi bağlı aşağıdakıları qeyd edir. Əvvəla, qeyd olunmalıdır ki, Cavabdeh tərəfindən çəkilmiş sərhəd barılarının konfiqurasiyasından asılı olaraq 7-30 sm ölçüdədir.
53. İkincisi, İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh oğlunun mülkiyyətində olan torpaq sahəsi mübahisəli daş hasarın yerləşdiyi hissədə üst-üstə düşür. Buna görə də tərəflərin torpaq sahələrinin sərhədində yerləşən mübahisəli daş hasarın yerləşdiyi sahə həm iddiaçı həm də cavabdehin qonşu sərhədi olmaqla, həmin sahəyə hər iki tərəf bərabər hüquqludur.
54. Üçüncüsü, cavabdehin iddia etdiyi kimi hər iki qonşunun torpaq sahələri arasında sərhəd hesab olunan hasar sahəsinin onun tərəfindən və onun vəsaiti hesabına hörülməsi onun hazırda həmin hasarı sökməsinə haqq vermir. Əgər cavabdeh yuxarıda qeyd edildiyi kimi, hasarın sökülməsini icra etməsi ona məhz hasarına hörülməsində iddiaçının əməyinin olmaması və xərc çəkməməsi səbəbi ilə haqqı olduğunu düşünürsə, bu iddia tələbinə etirazın əsası kimi qəbul edilə bilməz. Çünki nə qədər ki qonşulardan biri hazırkı işdə iddiaçı mərz (qurğusunun) sərhədinin olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
55. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. (MM-nin 176.,176.2,176.3,)
56. Məhkəmə kollegiyası cavabdehin “onun tərəfindən 7-8 il bundan öncə öz vəsaiti hesabına hasarın çəkilməsi və bu səbəbdəndə ona hasar üzərində hər hansısa hərəkətlərin qadağan edilməsi düzgün hesab etməməsi” barədə etirazı və apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ümumiyyətlə hasar mülkiyyətçinin torpaq sahəsinin başqa torpaq sahələrindən təcrid edilməsi ilə yanaşı birgə yaşayış qaydalarına əməl edilməsi, birbirinə qarşılıqlı hörmət bəsləmələri, hədsiz təsirlərdən çəkinmələri, həmçinin şəxsi və ailə həyatı ilə bağlı sirlərin qorunmasına xidmət edir. Odur ki, qonşu sərhədlərdə birlikdə hasar çəkilməsi və yaxud çəkilən xərcin bölüşdürülməsi barədə razılıq əldə edə bilərlər. Halhazırda isə mübahisəli hasar hər iki mülkiyyətçinin mülkiyyəti daxilindədir bu səbəbdən həmin hasar üzərində hər hansı bir işin aparılması üçün mütləq şəkildə mülkiyyətçilərin qarşılıqlı razılığı tələb olunur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh hasar üzərində çəkdiyi xərcin yarısını torpaq sahələri bir-birinə bitişik qonşu mülkiyyətçidən tələb edə bilər. Mülkiyyətçilər çəkilən xərc barəsində razılığa gələ bilmədikdə isə mübahisəni məhkəmə qaydasında həll edə bilər. Bunun üçün isə məhkəmədə qonşu torpaq sahələri arasında sərhədin, mərzin müəyyən olunması barədə iddia mövcud olmalıdır.
57. Məhkəmə kollegiyası onu da nəzərdən qaçırmır ki, iddiaçının cavabdehin tikdiyi mübahisəli daş hasarın hər iki qonşuya uzun müddət yəni 7-8 il ərzində sərhəd kimi xidmət etməsinə baxmayaraq bu barədə susması, hazırda həmin daş hasarın sökülməsini tələb etməsi, o, anlama gəlir ki, cavabdeh mübahisəli daş hasarı məhz ilk vaxtlar qanuni sahib iddiaçının razılığı əsasında hörmüşdür. Hazırda uzun müddət istifadə olunan daş hasarın sökülməsinin tələb edilməsi, Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin baş verməsinə gətirib çıxara bilər. Çünki əgər iddiaçının cavabdehə hər iki qonşunun sərhədi hesab olunan daş hasarın tikilməsinə razılıq verməklə və 2004-ci ildən sonra uzun müddət cavabdehdən daş hasarın sğökülməsini tələb etməməklə, istifadə etmələri cavabdehdə iddiaçının həmin daş hasardan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir. Bu vəziyyətdə cavabdehin daş hasarın sökülməsini tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Məhkəmə xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
58. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırkı mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ilkin İddiaçı sökülməsini iddia etdiyi hasar və üzərindəki tikili üçüncü şəxs Samir Babayevə məxsus torpaq sahəsinə bitişikdir. Bundan əlavə ilkin İddiaçı ilə qarşılıqlı iddiaçı Cavabdeh torpaqları arasındakı tikilmiş 7-30 sm ölçüdə olan hasar qarşılıqlı iddiaçının evinə kimi davam etməklə, həyətyanı torpaq sahələrini bir-birindən təcrid edir.
59. Göründüyü kimi iddiaçının iddia tələbi cavabdehin yaşayış binası üzərində qanunla qorunan gözlənilən mülkiyyət hüququnu poza bilər. Halbuki, yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə, hər bir şəxs mülkiyyətində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir və mülkiyyət hüququna hər cür müdaxilə qanunla qadağan edilir.
60. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2(024)-228/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat İddiaçı tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.