Məhkəmə qərarları › İş №2(107)-910/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-910/2022

04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-910/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əlmürsəl oğlunun cavabdeh “Azəriqaz” İB-nin X3 İstismar İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair ilk, “Azəriqaz” İB-nin İddiaçı Əlmürsəl oğluna qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi, borcun ödənilməsi–apellyasiya şikayətinin geri qaytarılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Əlmürsəl oğlunun cavabdeh “Azəriqaz” İB-nin X3 İstismar İdarəsinə qarşı “cərimənin silinməsi” tələbinə dair ilk, “Azəriqaz” İB-nin İddiaçı Əlmürsəl oğluna qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadından ilk iddia üzrə İddiaçı Əlmürsəl oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Əlmürsəl oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək abonent hesabına yazılmış 1.065,70 manat borcun və 769 manat dəymiş ziyanın silinməsini xahiş etmişdir. “Azəriqaz” İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əlmürsəl oğlu tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.065,70 manat məbləğində dəymiş ziyanın, mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 769 manat debitor borcun, 30 manat 40 qəpik dövlət rüsumunun, ümumilikdə isə 1.865,10 manat pulun tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2(016)-820/2021 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən qaz sərfinə görə İlk iddia üzrə İddiaçı Əlmürsəl oğluya (Abonent kodu: **********00100) hesablanmış 878,50 (səkkiz yüz yetmiş səkkizi manat əlli qəpik) manat məbləğində borcun silinməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Əlmürsəl oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat məbləğində dəymiş ziyan və istifadə edilmiş təbii qaza görə yaranmış 769 (yeddi yüz altmış doqquz) manat debitor borc, ümumilikdə 956,20 (doqquz yüz əlli altı manat iyirmi qəpik) manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin hesabına ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı Əlmürsəl oğlu həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qaytarılmışdır. İlk iddia üzrə iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli, 363-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəalarının 2.1ci bəndinə əsasən, Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minmişdir. Keçid müddəalarının 2.2-ci bəndinə əsasən, Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 25 dekabr 2021-ci il tarixdə poçt rabitəsi şöbəsinə təqdim edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-inn normalarının tələblərinə cavab vermir. Belə ki, 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1 və 363.1.1-1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərindən və işin faktiki hallarından da görünür ki, Ağsu Rayon Məhkəməsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuş apellyasiya şikayətini geri qaytarmaqla həmçinin də qəbul olunmuş qərardadı, qəbul olunduqdan bir ay sonra tərəflərə göndərməklə, prosessual hüquq normalarını pozmuşdur. Bundan əlavə Ağsu rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 20/288- 2022 saylı məktubunda ikinci dəfə verilmiş apellyasiya şikayətinin icraata qəbul olunaraq baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə baxılmasından ötrü göndərildiyi bildirilmişdir. Həmin məktubda əlavə olaraq da qanuni qüvvəsini almayan məhkəmə qətnaməsinə əsasən icraatın davam etdirilməsi üçün Ağsu rayon İcra və Probasiya şöbəsinə icra aktı verildiyi bildirilmişdir. İşin faktiki hallarından və Qanunveriliyin tələblərindən də görünür ki, Ağsu rayon Məhkəməsi tərəfindən mülki işə baxılarkən aşağıda qeyd olunan ciddi hüquqi səhvlərə yol verilmişdir. Qanunvericiliyin təiəbiərini və işin faktiki hallarını nəzərə alaraq prosessual hüquq normaları pozularaq qəbul olunmuş Ağsu rayon Məhkəməsinin, 14 mart 2022-ci il tarixli, 2(016)-820/2021 saylı, qərardadının ləğv olunaraq, apellyasiya şikayətimin icraata götürülməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 361.1.4-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)-820/2021 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)- 820/2021 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(016)-820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddia üzrə iddiaçı apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. iddiaçı şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə İddiaçı Əlmürsəl oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(016)-820/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar