Məhkəmə qərarları › İş №2(107)-912/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-912/2020

17.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-912/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 X17 X13 Cəmiyyətinə, Cavabdeh2, Qəbələ rayon “ASAN Xidmət” X5 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X10rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) İddiaçı cavabdehlər Cavabdeh1 X17 X13 Cəmiyyətinə, Cavabdeh2, Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X10rşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 X17 X13 Cəmiyyətinə, Cavabdeh2, Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoruna və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 Bank ASC arasında Qəbələ rayon X7 bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsi, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, oğlu Cavabdeh2 onun Qəbələ şəhəri Nəsimi küçəsində 0.12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 248.9 kv.metr sahəsi olan 52 saylı fərdi yaşayış evini razılığı olmadan öz krediti üçün Cavabdeh1 BOKT ASC-yə girov qoymuşdur. O, yaşlı adamdır. Ümumiyyətlə bu müqavilələrin nə vaxt və hansı şəraitdə bağlanmasından xəbəri olmayıb. Bu müqavilələr notarial qaydada bağlanmalıdır. Lakin o, ümumiyyətlə heç bir Notariat Kontorunda olmamış və belə bir müqavilələrə imza etməmişdir. Qəbələ rayon Məhkəməsindən 2019cu ilin noyabr ayında məktub gələndə bilmişdir ki, evi kredit təşkilatında girovdadır və külli miqdarda ordan pul götürülüb. Götürülən məbləğ həddindən artıq çoxdur. O, evinin ipotekaya qoyulmasına razı olmamışdır. Bunları yeni bildikdən sonra ipotekanın etbarsız hesab edilməsi ilə bağlı tələblərini Banka qarşı irəli sürmək istədi. Hətta sonradan məlum olmuşdur ki, bu əmlak banka bir dəfə deyil dəfələrlə girov qoyulmuşdur. Təqdim etdiyi xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 N-li və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavədə olan imzalar onun imzalarına oxşamır. Həmin sənədləri o, məhkəmədən əldə etmişdir. Onları alandan sonra ona məlum olur ki, bu müqavilələr Notariat Kontorunda tərtib edilib və guya o həmin sənədələr imza etmişdir. Lakin Notariat işi və notariusun bu müqavilərə dair reyestrini Notariusdan alına bilsə görünər ki, orda o, iştirak etməmişdir. Əqdintəməl qurucu ünsürü iradə ifadəsidir. İradə ifadəsi ilə yanaşı, həmin iradə ifadəsi eyni zamanda mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəldilməlidir. İradə ifadəsi əqdin əsas tərkib elementidir, bir qayda olaraq hüquqi nəticələr onunla əlaqələndirilir. İradə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əsaslandırılmış və determinasiya edilmiş istəkdir. İradə subyektlərin davranışının psixi tənzimlənməsi prosesidir .Belə hesab edir ki, iradə dedikdə insanın daxildəki arzusu nəzərdə tutulur. İradə ilə iradə ifadəsi üst-üstə düşməlidir. İradə ifadəsi şəxsin öz iradəsini kənara bəyan etməsidir ki, bunun vasitəsilə onu başqa şəxslər dərk edirlər. İradə ifadəsi aşağıdakı elementlərdən meydana gəlir: 1.Hüquqi nəticəyə yönəlmiş arzu, iradə. 2. Hüquqi nəticəyə yönəlmiş arzunu bəyan etmə. Lakin yuxarıda qeyd edilənlərin heç biri nə onun fikrində olub nə də onu bəyan etmişdir. İradəni ifadə etmə daxili iradəni düzgün əks etdirməlidir. Daxili iradə əqdin digər iştirakçılarının nəzərinə yalnız qanunun müəyyənləşdirdiyi formada çatdıra bilər. Həmin forma isə əqdin forması adlanır. Əqdin qanunvericilikdə göstərilən formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Birinci instansiya məhkəməsi iclasında iddiaçının nümayəndəsi X11 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh1 X17 X13 Cəmiyyətinin nümayəndəsi X8 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı iddia etdikləri tamamilə əsassızdır. Ola bilər ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi İddiaçı notariat orqanında sənədləşmə zamanı iştirak etməyib, lakin kredit müqaviləsinin təminatı olaraq evin girov qoyulması ilə bağlı xx.xx.2011-ci il tarixli MZ/PB- 020/01/11 N-li ipoteka müqaviləsi və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinə 2 saylı əlavə bağlanan zaman o da Cavabdeh2la birgə iştirak edib, əqdi imzalamışdır. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Birinci instansiya məhkəməsi iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul edərək göstərmişdir ki, o, bankdan 4-5 dəfə kredit alıb. Bankın nümayəndələri gəlib evdə ipoteka müqaviləsi ilə bağlı sənədlərə ona və anasına qol çəkdiriblər, lakin anasının bu sənədlərin mahiyyətindən xəbəri olmayıb. Notariat orqanında sənədləşmə zamanı anası İddiaçı orda iştirak etməyib, onun heç nədən xəbəri yoxdur. Odur ki, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Qəbələ rayon “ASAN xidmət” Mərkəzi Qəbələ rayon Notariat Kontoru və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X12 nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni əsassız hesab edir. Qəbələ Rayon Məhkəməsi ümumiyyətlə heçnəyi araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə onun iddiasını araşdırmalı və bundan sonra qətnamə qəbul etməli idi. Hesab edir ki, müqavilə etirazsıdır və iddiası təmin edilməlidir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)- 132/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Cavabdehlər Cavabdeh1 X17 X13 Cəmiyyətinin, Qəbələ rayon “ASAN Xidmət” X4, üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 9 saylı X12 nümayəndələri, İddiaçı və Cavabdeh2 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 X17 Təşkilatı ASC-nin namayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan xx.xx.2014-cü il tarixli, 1924 PB/BF nömrəli kredit müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 100.000 manat məbləğində illik 21 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, 2968 PB/BF nömrəli kredit müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh1 BOKT ASC tərəfindən Cavabdeh2 4.786 ABŞ dolları məbləğində illik 29 faiz hesablanmaqla 17 ay müddətinə kredit verilmişdir. İşdə olan xx.xx.2011-ci il tarixli MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinin kserosurətindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2011-c i il tarixli, MZ/PB-020/01/11 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 X2rşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 39.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 02 №li əlavə”dən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli 1924 PB/BF nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 X2rşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli “MZ\PB-020\01\11 saylı ipoteka müqaviləsinə 04 №-li əlavə”dən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 2968 PB/BF nömrəli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 100.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2005-c il tarixdə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Qəbələ RPŞ tərəfindən xx.xx.2016-c il tarixdə verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1981-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 1924 PB/BF nömrəli və xx.xx.2015-ci il tarixli, 2968 PB/BF nömrəli kredit müqavilələrindən bank qarşısında irəli gələn öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 5 otaqlı, 248,9 m2 ümumi, 117,9 m2 yaşayış, 131 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi Cavabdeh1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin iştirakı ilə müvafiq sənədləşmə işləri aparılmışdır. Hal-hazırda iddiaçı həmin fərdi yaşayış evinin yüklülükdən azad edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə təqdim etdiyi sənədlərdə İddiaçı, Cavabdeh2 və Cavabdeh1 Bank ASC arasında Qəbələ rayon X7 bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsini, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsini tələb etsə də, tələbini əsaslandıra bilməmiş və iddiasının əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər vəya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçı iddia ərizəsində və məhkəməyə təqdim etdiyi sənədlərdə özü, Cavabdeh2 və Cavabdeh1 Bank ASC arasında Qəbələ rayon X7 bağlanmış xx.xx.2011-ci il tarixli MZ/PB- 020/01/11 saylı və xx.xx.2011-ci il tarixli MZ/PB-020/01/11 saylı ipoteka müqaviləsinin 2 saylı əlavənin etibarsız hesab edilməsini, DƏDRX tərəfindən verilmiş yüklülük Çıxarışının ləğv edilməklə əmlakın yüklülükdən azad edilməsini tələb etsə də, dəfələrlə məhkəmə kollegiyasının iclasına dəvət edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməməklə iddia tələbini əsaslandırdığı sübutları təqdim etməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilmədiyindən və iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-132/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar