Məhkəmə qərarları › İş №2(107)-920/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-920/2024

11.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-920/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, bəyənmə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X10 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlunun Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarlı sayılması (bağlanmış hesab edilməsi) tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)- 397/2024 nömrəli qətnaməsindən Cavabdeh və 3-cü şəxslər X19, Rövşən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə, JN-408 kod-40107018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Cavabdeh, X8, X16 və X15 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 11 mart 2004-cü il tarixdə Cavabdeh özünün və ailə üzvüləri-X8, X16 və X15 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ı ilə JN-408 W planşetinin Çor-Çorbinə adlı ərazisindən verilmiş 0.47 ha (4715.86 kv.m) pay torpaq sahəsini 770 (yeddi yüz yetmiş) manata iddiaçıların atasıX1.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə JN-408 kod 40107018 saylı Dövlət Aktı ilə Cavabdeh və onun ailə üzvləri X11, X21 və X15 mülkiyyətinə verilmiş 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsinin JN-408 W planşetinin 4715.86 kv.m Çor-Çorbinə adlanan ərazidə yerləşən hissəsinin mərhum ataları X7 ilə aralarında bağlanmış torpaq sahəsinin alqı-satqısına dair müqavilənin (iltizamın) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 oğlu iddia tələbini onunla əsaslandırmışlar ki,onlar mərhum ataları X5 vərəsələridirlər. 11 mart 2004-cü ildə Balakən rayonu Qullar kənd sakini Cavabdeh Ahhacı oğlu özünə və ailəsinə məxsus 408 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə kəndin ÇörÇorbinə adlı ərazisindən verilmiş 0.47 ha pay torpaq sahəsini, ailə üzvlərinin razılığı ilə mərhum ataları X1. Cavabdeh texniki sənədlər hazırlanıb notariat kontorunda təsdiq edilənə qədər torpağın dəyəri olaraq İddiaçı1 nağd olaraq, 770 (yeddi yüz yetmiş) manat pulu almışdır. Bu barədə iltizam yazılmış və imzası ilə təsdiq etmişdir. Həmin alqı-satqı aktı (iltizam) Balakən rayon Qullar Bələdiyyəsində təsdiq edilmiş, ştamp və möhürlə təsdiqlənmişdir. 11 mart 2004-cü ildən həmin torpaq sahəsi onların atalarının istifadəsində olmuş, həmin torpaq sahəsindən etirazsız və etinasız istifadə etmişdir. xx.xx.2019-cu il tarixdə ataları vəfat etmiş və onlar həmin torpaq sahəsindən indiyə kimi istifadə edirlər. Dəfələrlə mərhum ataları və sonra da vərəsə olaraq onlar həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı sənədləşmə işinin aparılması ilə bağlı Cavabdeh Ahhacı oğlunu notariat orqanına dəvət etsələr də, Cavabdeh Ahhacı oğlu müxtəlif bəhanələrlə notariat orqanına gəlməkdən boyun qaçırır. Odur ki,alqı-satqı aktının (iltizam) etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə, JN-408 kod-40107018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Cavabdeh, X8, X16 və X15 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 11 mart 2004-cü il tarixdə Cavabdeh özünün və ailə üzvüləri-X8, X16 və X15 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ı ilə JN-408 W planşetinin Çor-Çorbinə adlı ərazisindən verilmiş 0.47 ha (4715.86 kv.m) pay torpaq sahəsini 770 (yeddi yüz yetmiş) manata iddiaçıların atasıX1. Bu barədə 11 mart 2004-cü il tarixdə Qullar kənd bələdiyyəsində iltizam (müqaviləsi) tərtib olunmuş və həmin iltizam Qullar kənd bələdiyyəsinin sədri Sabir Əmrəliyev tərəfindən təsdiq edilmişdir.11 mart 2004cü ildən həmin torpaq sahəsi mərhum Abdurazaq Mahamaxanovun istifadəsində olmuş, həmin torpaq sahəsindən etirazsız və etinasız istifadə etmiş, xx.xx.2019-cu il tarixdə Abdurazaq Mahamaxanov ölmüş və bundan sonra da həmin torpaq sahəsindən indiyə kimi iddiaçılar istifadə edirlər. Cavabdeh həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etdiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

5. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 11 mart 2004-cü il tarixdə yaranmışdır.

6. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi,11 mart 2004-cü il tarixdə Cavabdeh, X12, X21 və X20 ümumi birgə mülkiyyətlərində olan, JN408 kod 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın JN- 408 W planşet nömrəsində göstərilmiş 0.47 ha torpaq sahəsini 770 (yeddi yüz yetmiş) manata X2.Bu barədə 11 mart 2004-cü il tarixdə Qullar kənd bələdiyyəsində iltizam (müqaviləsi) tərtib olunmuş və həmin iltizam Qullar kənd bələdiyyəsinin sədri Sabir Əmrəliyev tərəfindən ştamp və möhürlə təsdiq edilmişdir. Həmin vaxt Cavabdeh torpaq sahəsinə görə X4 770 (yeddi yüz yetmiş) manat pulu almış və torpaq sahəsini və JN-408 kod 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslini Abdurazaq Mahamaxanovun sahibliyinə və istifadəsinə vermişdir.O,vaxtdan da torpaq sahəsi X5 aşkar sahibliyində və istifadəsindədir. X9 həmin torpaq sahəsindən etirazsız istifadə edir, torpağın vergisini də özü ödəyir.

7. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Abdurazaq Mahamaxanov əqdi icra etmiş, tərəflər arasında bağlanmış 11 mart 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir.

8. Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)-397/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən JN-408 kod 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh, X8, X16 və X15 mülkiyyətinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 408 W planşet nömrəsindəki cizgilər daxilində yerləşən 0.47 ha (4715,85 kv/m) hissəsinin X3 barədə X9 ilə Cavabdeh aralarında 11 mart 2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı müqaviləsinin (iltizam) etibarlı hesab edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinə və hal-hazlırda qüvvədə olan 16 və 560cı maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-408 KOD 40107018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” Cavabdeh tərəfindən imzalanmış 11 mart 2024-cü il tarixli 31 nömrəli iltizam Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 may 2019-cu il tarixli AZ-İ seriyalı 022888 nömrəli ölüm haqqında şəhadətnamə

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və 3-cü şəxslər X19, Rövşən Cavabdeh oğlu аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh və 3-cü şəxslər X19, Rövşən Cavabdeh oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 11 mart 2024-cü il tarixli iltizam yalnız CavabdehAlıhacı oğlu tərəfindən imzalanmış, həmin iltizamda digər ümumibirgə mülkiyyətçilərə məxsus, hansı ki tam fəaliyyət qabiliyyətli mülkiyyətçilərə məxsus 0,47 ha torpaq sahəsinin Abdurazaq Mahamaxanova satılması göstərilmişdir. Göründüyü kimi, digər mülkiyyətçilər, Üneyzət Telliyeva, Rövşən Telliyev və Mahirə Telliyeva həmin dövrdə tam fəaliyyət qabiliyyətli olmuş, sonuncular mülkiyyətində olan torpaq sahəsini yazılı və ya notarial formada Abdurazaq Mahamaxanova satmamışlar. İddiaçı tərəf bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, mübahisə predmeti torpa alqı-satqısının 2003-cü ildə baş tutması, yəni ümumibirgə mülkiyyətçilər ilə satıcı arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı məhz 2003-cü il tarixdə sadə yazılı müqavilə bağlanması, 2003-cü ildə bağlanmış həmin əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin təqsiri ucbatından baş verməsi, məhz əks tərəfin 2003-cü ildə bağlanmış əqdin notarial qaydasında təsdiqlənməsindən yayınması və həmin əqdin özünün qanuna zidd olmaması barədə heç bir sübut yoxdur və iddiaçı tərəfindən də bu halların mövcudluğunu təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır

13. Məhkəməyə sübut qismində təqdim edilmiş yalnız Abdurazaq Mahamaxanov tərəfindən imzalanmış iltizam torpaq sahəsinin alqı-satqısı şərtlərini özündə əks etdirən müqavilə deyildir. Həmin iltizamda torpaq sahəsinin alqı-satqısının tərəfləri, torpağın satış qiyməti, müqavilənin müddəti, bu alqı-satqının hansı vaxtda notarial qaydada təsdiqlənməsi olması və sair şərtlər göstərilməmişdir. Bu səbəbdən həmin iltizam bağlanmış sadə yazılı əqd kimi qəbul edilə bilməz.

14. Ona görə də, Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)- 397/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)-397/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. Cavabdeh, 3-cü şəxslər X19 və Rövşən Cavabdeh oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış 335-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

19. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarı Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarı S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarı “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadı

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Apellyatorlar Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)- 397/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyatorlar qeyd edir ki, torpaq sahəsinin satılmasında digər mülkiyyətçilərin iştirakı olmamış, iltizam onlar tərəfindən imzalanmamış, torpaq sahəsi həmin şəxslərin iradəsi ziddinə özgəninkiləşdirilmişdir. Hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. İş materiallarına görə digər mülkiyyətçilər alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılıqları da olmamışdır. Belə olan halda həmin müqavilə etibarlı sayıla bilməz. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, 2004-cı ildən torpaq sahəsi X6 təhvil verilmiş, həmin vaxtdan da o, torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, torpaqla bağlı vergilər onun tərəfindən ödənilmişdir. Mülkiyyətçilər uzun müddət bu vəziyyətə etiraz etməmiş, iddiaçılara qarşı hər hansı bir iradları olmamışdır. Göründüyü kimi, mülkiyyətçilərin torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılıqları olmasa da, onların həmin müqavilədən xəbərdar olmalarına və bəyənmələrinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin mülkiyyətçilərin tərəfindən imzalanmaması və onların həmin müqavilənin bağlanmasına yazılı razılığının olmaması onların həmin müqaviləni sonradan bəyənmələrini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadında da ifadə edilmişdir: “Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əqdin etibarsızlığının bu növü düzələ bilən etibarsızlıq halı olmaqla, sonradan digər tərəfin (ərin və ya arvadın) əqdi bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

25. Apellyasiya şikayətinin bu qətnamənin 14-cü bnədində göstərilmiş dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, mübahisəli “iltizam” alqı-satqının tərəfləri, alqı-satqı obyekti və alqı-satqının qiyməti göstərilmişdir. Apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh və 3-cü şəxslər X19, Rövşən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)-397/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh və 3-cü şəxslər X19, Rövşən Cavabdeh oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli 2(019)-397/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar