Məhkəmə qərarları › İş №2(107)-921/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-921/2022

02.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-921/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2022- ci il tarixli, 2(014)-79/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. 29 iyun 2021-ci il tarixli aktdan görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili d-159 mm-lik yeraltı aşağı təzyiqli qaz xətti 1 metr məsafədə yerləşir.

2. Məhkəmə tikinti ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/6969 №-li rəyindən görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə mağazanın divarı arasında olan məsafə 0.3 m təşkil edir. Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 0.3 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur.

3. Qeyri-yaşayış binasının texniki pasprotunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının şəhər üzrə nümayəndəsinin xx.xx.2000-ci il tarixli 27 nömrəli sərəncamı ilə X6 və X9 tərəfindən tikilmişdir.

4. Apellyasiya icraatı zamanı Azəriqaz İB tərəfindən elektron kabinetin vasitəsilə məhkəməyə ünvanlanmış məlumatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Ağdaş şəhəri M.Ə Rəsulzadə küçəsində mühafizə zonası pozulmuş d-159 mm-lik qaz xətti 1985 –ci ildə çəkilərək istismara verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İB Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 10 p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. “X10” Azərbaycan Respublikasının Qanununa, “X10” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. “Qaydalar”ın 2 nömrəli əlavəsinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 5 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Odur ki, Cavabdeh tərəfindən M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir.

7. Ağdaş Rayon Məhkəməsinin (hakim F.Nəsibov) 18 aprel 2022- ci il tarixli, 2(014)- 79/2022 nömrəli qətnaməsi ilə iddia müddətinin tətbiq edilməsi, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manatın İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübagisə predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası 2001-ci ildə tikilməsinə baxmayaraq iddiaçı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, iddiaçı tərəfindən cavabdehdən tikilinin sökülməsini tələb etmək hüququna malik olmasına baxmayaraq, tikilinin tikilməsi tarixdən 21 ildən çox müddət keçdikdən sonra, yəni 28 sentyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 6 illik iddia müddətini buraxmışdır. Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddəti təbiq edilməli, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 442, 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 80, 88 və 124.2cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən tədqiq edilən sənədlər dəqiq araşdırılmamışdır. Belə ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nıntələblərini pozaraq İddiaçı X1 istismarı İdarəsinin balansında və istismarında olan Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin 10 p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən kəmərin zədələnməsi, qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmçinin qaz kəmərinin istismarının mütəmadi olaraq nəzarətdə saxlanmasına, profilaktik işlərin və zərurət yarandıqda təmir-bərpa işlərinin aparılmasına maneçilik törədir. Cavabdeh tərəfindən inşa olunmuş tikililər qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Qaz xəttinin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər ağır nəticəli bədbəxt hadisələrə səbəb ola bilər. Bundan əlavə məhkəmə icraatı zamanı Məhkəmə Ekspetiza Mərkəzindən daxil olmuş 10/6969 saylı rəydə də tikili ilə mübahisəli qaz kəməri arasınd aolan məsafə 0.3 m-likdə yerləşdiyindən cavabdehə məxsus mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübutedilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.

12. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətlə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurğu və başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı vəziyyətdə qaz kəmərinin mühaziə zonasında qanunsuz tikili mağaza inşa edilmişdir və bu fakt ekspertiza rəyi ilə təsdiq edilir.

13. Yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaları”nın2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir.Hazırkı vəziyyətdə aşağı təyziqli qaz kəmərinin tiili ilə arasında olan məsafəö 0.3 m təşkil edir ki, bu da mühafizə zonasının pozulması deməkdir.

14. Göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2022-ci il tarixli,10/6969 nömrəli mühəndis-texniki ekspertizasının rəyindən sübut qismində düzgün istifadə edilməmişdir. Qaz kəmərinin cavabdehə məxsus tikilinin (mühafizə zonası pozulmaqla) 0.3 m-liyindən keçməklə nə qədər təhlükə yaratdığını nəzərə alsaydı birinci instansiya məhkəməsi iddianın əsaslı olduğunu müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmiş, iddianın təmin edilməsi üçün kifayət qədər əsaslar olduğu halda iddianın təmin edilməməsi barədə qərar vermişdir.

16. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli h ü q u q normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.

17. Cavabdeh tərəfindən Ağdaş şəhəri, M. Ə. Rəsulzadə küçəsindən keçən d-159 mm-lik diametri olan aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikili qaz kəmərinin mühaizə zonasında yerləşir və bu təqdim edilmiş ekspertiza rəyi ilə də öz təsdiqini tapır. Lakin hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə rədd olunması qanun pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki,cavabdeh tərəfindən inşa edilmiş həmin tikili qanunsuz tikilidir və cavabdehin öz vəsaiti hesabına sökülərək qaz xəttinin mühafizə zonası boşaldılmalıdır.

18. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli tikili ona məxsusdur. Həmin ərazidə təkcə ona məxsus olan mağaza deyil, orada olan bütün tikililər qaz xəttinin mühafizə zonasında yerləşir. Amma nədənsə Azəriqaz İB təkcə onu məhkəməyə vermişdir. Düzdür, istifadəsində olan mağazanın rəsmi çıxarışı yoxdur, amma onlar sözügedən mağazanı 21 il bundan əvvəl inşa etdirmişlər. Hesab edir ki, bu qədər uzun illər keçəndən sonra iddiaçı belə bir iddia ilə məhkəməyə müraciət edə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.

21. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin nümayəndəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin elektron kabineti vasitəsilə məhkəməyə məlumat və əlavə sənədlər göndərmişdir.

22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın: 2.23-cü bəndinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövlət tikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir

27. “X10” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 Yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2(014)-79/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2022- ci il tarixli, 2(014)-79/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2022- ci il tarixli, 2(014)-79/2022 nömrəli qətnaməsi ləğv edilməli, əvvəlki və sonradan əldə edilmiş sübutlar əsasında iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

32. Belə ki, hazırki iddia tələbinin məzmunundan görünür ki, tələn qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi barədədir.

33. İddiaçı “Qaz İxrac” İdarəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, maddi və prosessual hüquq normalarının pozulmasına və birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir.

34. İddiaçının iddia ərizəsindən görünür ki, Cavabdeh tərəfindən AR NK-in xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş !Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının” tələblərini pozaraq “Azəriqaz X1 idarəsinin balansında və istismarında olan Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli qaz kəmərinin 10 p/m hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində tikili inşa edilmişdir.

35. İddiaçı inşa edilmiş sözügedən tikilinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, qaz kəmərinin mühafizə zonasından çıxarılmasını xahiş etmişdir

36. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad edərək, 6 illik iddia müddətini keçməsi və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə istinad edərək iddianı təmin etməmişdir.

37. İşin halları ilə mübahisəsiz olaraq müəyyən edilir ki, tikilinin yerləşdiyi torpaq sahəsi X3 ayrılmışdır. Lakin tikilinin şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi, tikintinin aparılmasına əsas ola biləcək zəruri razılıqların olması iş materialları ilə müəyyən olunmur. Kollegiya tərəfindən də təklif olunmasına baxmayaraq cavabdeh həmin tikiliyə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi təqdim edə bilməmiş, sorğu-sual nəticəsində tikilinin və torpağın hüquq müəyyənedici sənədinin (çıxarış) olmadığını bildirmişdir.

38. Mülki Məcəllənin 180.3-cü maddəsinin 3-cü bəndi isə müəyyən edir ki, «… Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.»

39. “X10» Azərbaycan Respublikası Qanunu isə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasını qadağan edir.

40. Qeyd edilməlidir ki, iddiaçı tərəfin iddia tələbində və müvafiq olaraq şikayətlərində olan dəlilləri - mübahisəli tikilinin lazımi icazə alınmadan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş layihə olmadan tikilməsi, həmin tikilinin sözügedən “Qaydalar”ın tələbləri pozulmaqla qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin və digər şəxslərin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı, magistral qaz boru kəmərinin torpaq sahəsinin cavabdehin istifadəsinə və sahibliyinə verilməsindən xeyli əvvəl inşa edilməsi ilə bağlı olmuşdur.

41. Belə ki, apellyasiya icraatı zamanı iddiaçı tərəf elektron kabinet vasitəsilə məhkəməyə məlumat və mövcud qaz kəmərinin texniki göstəricilərini əks etdirən sənədləri məhkəməyə təqdim etmişdir ki, həmin sənədlərə əsasən Ağdaş şəhəri M.Ə Rəsulzadə küçəsində mühafizə zonası pozulmuş d-159 mm-lik qaz xətti 1985–ci ildə çəkilərək istismara verilmişdir.

42. Hazırkı apellyasiya şikayətinin dəlilləri də məhz bu halların (dəlillərin) birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması ilə bağlıdır.

43. Göründüyü kimi birinci instansiya məhkəməsi həmin dəlillərin araşdırılması üçün heç bir təşəbbüs göstərməmiş, müvafiq olaraq tikintinin müvafiq şəhərsalma və tikinti qaydalarına uyğun tikilməsi ilə bağlı rəsmi sənədlərin mövcud olmamasına diqqət yetirməmiş, tikilinin müvafiq qaz kəmərinin mühafizə zonasında tikilməsinə dair verilmiş ekspertiza rəyi ilə razılaşmamasının səbəbini əsaslandırmamışdır.

44. Çünki iş materiallarında olan ekspert rəyinə əsasən müəyyən olunur ki, 18 fevral 2022-ci il tarixli 10/6969 nömrəli rəyindən görünür ki, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağaza ilə paralel olmaqla yeraltı keçən diametri 159 mm olan aşağı təzyiqli qaz xətti ilə mağazanın divarı arasında olan məsafə 0.3 m təşkil edir. Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində Cavabdeh tərəfindən inşa edilmiş mağaza ilə həmin küçədə mağazaya paralel olmaqla yeraltı keçən diametri 159 mm-lik aşağı təzyiqli qaz xətti arasındakı məsafənin 0.3 m təşkil etdiyini nəzərə alaraq “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə əsasən həmin mağazanın qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur

45. Bu halda isə məhkəmənin təqdim olunmuş sübutları tam araşdırmaması ilə bağlı iddiaçının dəlillərinin əsaslı olması müəyyən olunmuş olur.

46. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

47. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş üzrə iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir.

48. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.

49. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci (dövlət rüsmüu və ekspertiza xərci) Cavabdeh аid edilməlidir.

50. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2022- ci il tarixli, 2(014)-79/2022 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən keçən d-159 mm diametrli aşağı təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili (qeyri-yaşayış sahəsi) cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılsın. Ödənilmiş 10 manat dövlət rüsümu Cavabdeh alınaraq İddiaçı hesabına ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 102 manat Cavabdeh alınaraq Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar