Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-921/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X26 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçının mərhum atası X7 və mərhum qardaşı X9 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçının mərhum atası X7 və mərhum qardaşı X9 ümumi birgə mülkiyyətinə Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçının atası X14 11 noyabr 1996-cı il tarixdə, qardaşı X17 isə 25 aprel 2018-ci il tarixdə ölmüşlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN - 221A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı və JN-1224 nömrəli (kod: ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2na məxsus payı üzərində İddiaçı miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X14 26 yanvar 1957-ci il tarixdə mərhum anası X27 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Bayramova” soyadı verilmişdir. Həmin nikahdan onların 4 övladı - xx xxxxxx 1957ci il tarixdə Cavabdeh1, 15 oktyabr 1959-cu il tarixdə X17, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh2 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı adlı uşaqları doğulmuşdur. İddiaçının anası X19 13 dekabr 1992-ci il tarixdə, atası X14 11 noyabr 1996-cı il tarixdə, qardaşı X17 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi iddiaçının atası X14 və qardaşı X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN -1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının atası X14 və qardaşı X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Mübahisəli həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmışdır. X1 vəfatından sonra iddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış, mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Halbuki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun illərdir ki, Azərbaycan Respublikasından kənarda yaşamaqla miras əmlakın faktiki olaraq qəbul etməmişlər. İddiaçı miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 rəsmi müraciət etmiş, sonuncu 04 fevral 2024-cü il tarixli, 178 nömrəli məktubla miras payının bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisənin olmasını əsas gətirərək bundan imtina etmişdir. İddiaçının mülkiyyət (vərəsəlik) hüququ qanunsuz və əsassız məhdudlaşdırıldığından hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum atası X14 26 yanvar 1957-ci ildə mərhum anası X27 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 1957-ci il tarixdə Cavabdeh1, 15 oktyabr 1959cu il tarixdə X17, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh2 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı adlı uşaqları doğulmuşdur. İddiaçının anası X19 13 dekabr 1992-ci il tarixdə, atası X14 11 noyabr 1996-cı il tarixdə, qardaşı X17 isə 25 aprel 2018-ci il tarixdə ölmüşlər. İddiaçının mərhum atası X5, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, onun və oğlu X9 ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsindən özünə aid payı və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən oğlu X17 ilə ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən özünə aid payı miras qalmışdır. İddiaçı 2024-cü ilin fevral ayında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Balakən Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 müraciət etmiş, sonuncu 04 fevral 2024-cü il tarixli, 178 nömrəli məktubla miras payının bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisənin olmasına əsaslanaraq şəhadətnamə verməkdən imtina etmişdir. İddiaçı bundan sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı JN - 221A nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı və JN-1224 nömrəli (kod: ********) Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum atası X10 məxsus payı üzərində miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Miras qoyan X14 11 noyabr 1996-cı il tarixdə ölmüşdür. Həmin vaxt vərəsəlik münasibətləri 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Sözügedən Mülki Məcəllənin 527-ci maddəsində göstərilirdi ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilir ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddiaçı atasının ölümündən, yəni 11 noyabr 1996-cı ildən sonra 6 ay ərzində -12 may 1997-ci il tarixə kimi olan müddətdə mirası qəbul etməsinə dair heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir.
6. Hazırkı işdə miras 11 noyabr 1996-cı ildə açıldığından və iddia ərizəsi 26 dekabr 2023- cü ildən sonra – 13 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarının müddəaları da tətbiq oluna bilməz.
7. Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “Asan Xidmət mərkəzində Notariat ofisinin xüsusi notariusu X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumu xərcinin İddiaçı aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan SSR Mülki Məcəlləsinin 528, 552 və 561-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayon Hənifə kənd soveti tərəfindən 26 yanvar 1967-ci il tarixdə verilmiş İ-İE seriyalı 044607 nömrəli evlənmək haqqında şəhadətnamə Balakən rayonu Hənifə kənd icra nümayəndəliyi tərəfindən 16 dekabr 1992-ci il tarixdə verilmiş İV-JQ seriyalı 341454 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən14 fevral 2020-ci il tarixdə verilmiş 200 nömrəli doğum haqqında arayış Balakən rayonu Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 sentyabr 2022-ci il tarixdə verilmiş PZ-İ seriyalı 565868 nömrəli ölüm haqqında şəhadətnamə Rostov-Don ş. Administrasiyasının şəhər (Kirovsk) VVAQ şöbəsi tərəfindən 29 may 2020-ci il tarixdə verilmiş İV-A seriyalı 885975 nömrəli ölüm haqqında şəhadətnamə keçmiş Balakən rayonu Qazma soveti tərəfindən 13 fevral 1965-ci il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamə JN-221A KOD 40102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-1224 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportu
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mirasın qəbuluna dair sübutun təqdim edilməməsi nəticəsinə gəlsə də, iddiaçı tərəfindən təqdim edilmiş arayışlara, onun miras əmlakın yerləşdiyi təsərrüfatda doğulduğu vaxtdan qeydiyyatda olmasına və yaşamasına aydınlıq gətirməmişdir. Habelə tərəflər arsında yaranmış mübahisənin mirasın qəbul edilibedilməməsi ilə bağlı yox, miras qəbul etmiş vərəsənin miras payının müəyyən edilməsi ilə bağlı olmasına əhəmiyyət verməmişdir.
12. Ona görə də, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)- 351/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı və Torpağa mülkiyyət hüququna dair JN seriyalı 1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2na məxsus payı üzərində İddiaçı miras payının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.
Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanunu: 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikası Qanunu: 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar.
Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 14 aprel 1995-ci il tarixli 313 nömrəli Fərmanı
Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)- 351/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Məlum olduğu kimi, mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsini mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 528-ci maddəsi). Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Göründüyü kimi, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə, Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar ola bilərlər (01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 530-cu maddəsi). Beləliklə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.
22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə və iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi Balakən rayon Hənifə Bələddiyyəsinin verdiyi 27 may 2024-cü il tarixli Arayışda göstərilir ki, Aqrar İslahat zamanı onun mərhum qardaşı X9 ailə üzvləri iki nəfər olmaqla JN -1224 saylı Dövlət Aktına əsasən 0.66 ha pay torpaq sahəsi verilmişdir. Verilmiş həmin torpaq sahəsinə görə Hənifə bələdiyyəsi tərəfindən hesablanmış torpaq vergisini hal-hazıradək bələdiyyəyə onun bacısı İddiaçı tərəfindən ödənilir və hec bir vergi borcu yoxdur. İddiaçının apellyasiya şikayətinə əlavə etdiyi 3 iyun 2024-cü il tarixli Balakən rayonu Hənifə kənd sakinləri X20, X21, X15, X28, X12, X11 və və X22 tərəfindən imzalanmış Aktda göstərilir ki, İddiaçı həqiqətən də bizim qonşumuzdur. İddiaçı anası X19 13 dekabr 1992-ci il tarixdə, atası X14 11 noyabr 1996- cı il tarixdə, qardaşı X17 isə 25 aprel 2018-ci ildə ölmüşdür. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN seriyalı 1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı atası X14 və qardaşı X9 ümumi birgə mülkiyyətinə verilmişdir. X8 qardaşı Cavabdeh1 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh2 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Digər qardaşı X17 1992-ci ildən 1998-ci il tarixədək mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş, 1998-ci il tarixdən isə Azərbaycan Respublikası ərazisinə qayıtmamışdır. X16 anadan olduğu vaxtdan hazırki vaxtadək atasına məxsus Balakən rayonu Hənifə kəndində yerləşən təsərrüfatda yaşamış, atasına məxsus fərdi yaşayış evini əsaslı təmir etdirmiş, miras əmlakı faktiki olaraq idarə etmiş, qardaşları ilə birlikdə atasının yas mərasimini qarşılamışdır. Onun qeyri-rəsmi nikahdan 23 may 2001-ci il tarixdə doğulmuş qızı X18, anadan olduğu vaxtdan X10 məxsus evdə yaşamış, orta təhsilini həmin kənddə yerləşən Balakən rayonu Abbas Səhhət adına Hənifə kənd orta məktəbində almışdır. X2 və qardaşı X17 vəfat etdiyi vaxtdan onların miras əmlakı faktiki olaraq İddiaçı tərəfindən idarə olunur. Balakən Rayon Məhkəməsinin bildirişin Cavabdeh1 çatdırılması ilə bağlı məktublarına Balakən rayon Hənifə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş cavab məktublarından görünür ki, Cavabdeh1 Rusiya Federasiyasında yaşayır. Məhkəmə sənədləri onun həyat yoldaşına və bacısına çatdırılmışdır. Balakən rayon Hənifə kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 950 nömrəli Arayışında qeyd olunur ki, X2 vəfat etdiyi 14 noyabr 1996-cı il tarixədək Balakən rayon Hənifə kəndində daimi qeydiyyatda olmuşdur və onun aşağıda qeyd edilən vərəsələri olmuşdur: X19; X16; X17 Balakən rayon Hənifə kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 951 nömrəli Arayışında qeyd olunur ki, Hənifə kənd inzibati ərazi dairəsinin 02 saylı təsərrüfatbaşına kitabın 158-ci səhifəsində X8 adına 1 mərtəbəli, fərdi yaşayış evinin və 0.19 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Qeyd edilmiş daşınmaz əmlak üzərində ailə üzvləri və vərəsələr arasında mübahisə yoxdur.
23. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, JN-221A KOD 40102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-1224 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair X44 Rayon AİK-nın 14 iyul 2001-ci il tarixli Qərarına əsasən verilmişdir. X14 ölərkən mübahisəli əmlaklar hələ xüsusi mülkiyyətdə olmamışdır. Torpaq islahatı haqqında Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Sovxoz və kolxozların islahatı haqqında Qanunun 4-cü maddəsinə görə islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Həmin Qanun 18 fevral 1995-ci ildə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 14 aprel 1995-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Kollegiya hesab edir ki, X14 öldüyü vaxt torpaq sahələri onun xüsusi mülkiyyətində olmasa da, qanuni istifadəsində olmuşdur. Həmin vaxt X14 və ailəsinin həmin əmlaklara gözlənilən mülkiyyət hüququ olmuş və həmin hüquq 2005-ci ildə qeyd edilən Şəhadətnamə və Dövlət Aktı ilə rəsmi şəkildə qeydiyyata alınmışdır.
24. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının atası mirasqoyan X14 öldükdən bəri Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində yaşadığı, o cümlədən Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı dövlət vergilərini ödədiyi müəyyən olunur. Belə olan halda, iddiaçı atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Digər vərəsələrə gəldikdə isə, iddiaçı məhkəmə iclaslarında etiraf etmişdir ki, atası öldükdə onun yas mərasimini bütün övladlar birlikdə təşkil etmişlər.Həmçinin, yuxarıda qeyd olunan aktda qonşular təsdiq edir ki, X8 qardaşları X17 1992-ci ildən 1998-ci il tarixədək mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş, Cavabdeh1 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh2 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Göründüyü kimi, iddiaçının atası mirasqoyan X14 öldüyü vaxt – 1996-cı ildə iddiaçı X6 başqa, qardaşlar X17, Cavabdeh1 və Cavabdeh2 da yerində olmuşlar. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. (A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarı)
25. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə göndərərək göstərmişdir ki, iddiaçı mərhum atasından miras qalmış 0.19 ha həyətyanı torpaq sahəsinin 0.095 ha hissəsi, 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.33 ha hissəsi üzərində digər vərəsələrlə yanaşı özünə düşən payının müəyyən olunmasını xahiş edir. Belə ki, mərhumun birinci növbəli vərəsələri arasında hər hansı mübahisə olmamış, mərhum qardaşı X17 öz sağlığında bacısı olan iddiaçıya etibarnamə təqdim etmiş, digər qardaşı Cavabdeh2 dövlət orqanlarında təmsilçilik üçün nümayəndə qismində mənə etibarnamə təqdim etmişdir. Digər vərəsə Cavabdeh1 uzun müddətdir ki, Azərbaycan Respublikası ərazisində yaşamır, uzun illərdir ki, onun harada yaşamasından iddiaçı məlumatsızdır. Bütün vərəsələrin notariat ofisinə dəvət edilməsi mümkün olmadığından miras payının məhkəmə qaydasında müəyyən edilməsini zəruri edir.
26. Ona görə də, kollegiya hesab edir ki, hazırki halda, qətnamə ləğv edilərək iddia təmin edilməli və X5 qalmış mirasda bütün vərəsələrin bərabər həcmdə payı müəyyən edilməlidir. Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi X7 mülkiyyətində olduğundan miras paylı həmin hissə üzərində müəyyən edilməlidir. X14 öldüyü vaxt sağ olan 4 vərəsəsi – qızı iddiaçı X16, oğulları X17, Cavabdeh2 və Cavabdeh1 olmuşlar. 01 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsinə görə Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Hazırki iş üzrə vərəsələrdən heç birinin mirasın qəbulundan imtinası halı aşkar edilməmişdir. Belə olan halda, mirasdan imtina və miras əmlakdan açıq saxlanılmalı olan pay müəyyən edilmir. Ona görə də, Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X10 məxsus ½ hissəsi üzərində vərəsələrin hər birinin ¼ hissə payı müəyyən edilməlidir. X17 mirası qəbul etdikdən sonra – 2018-ci ildə öldüyündən onun vərəsələri ondan qalan mirasın qəbul edilməsi ilə bağlı müvafiq qaydada müraciət etmək hüququna malikdirlər.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X10 məxsus ½ hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X10 məxsus ½ hissəsi üzərində iddiaçı X8, X9, Cavabdeh2 və Cavabdeh1 hər birinin ¼ hissə payı müəyyən edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X10 məxsus ½ hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş Balakən rayonu Hənifə kəndində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X10 məxsus ½ hissəsi üzərində iddiaçı X8, X9, Cavabdeh2 və Cavabdeh1 hər birinin ¼ hissə payı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.