Məhkəmə qərarları › İş №2(107)-922/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-922/2025

20.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-922/2025 20.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin sədri X6 öz-özünə verdiyi etiraz üzrə (Açar sözlər: birinci instansiya məhkəməsinin sədrinin öz-özünə etirazı, təmin edildi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin sədri X6 öz-özünə verdiyi etiraza yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinipn uzadılması və s. tələbi barədə iddia ərizəsi və tələbin həcminin artırılması və ərizənin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək X2 ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ona məxsus ikidə bir hissəsinə dair X1 verdiyi 07 fevral 2003-cü il tarixli, 2V-16 nömrəli reyestrdə qeydiyyata alınmış vəsiyyətnamənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 36.1, 36.2, 157.1, 337.1, 337.3, 1268.2-ci maddələrini rəhbər tutmaqla 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 25 may 2004-cü il tarixli, 1276 saylı daşınmaz əmlakın reyestrindən çıxarışın Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinin ikidə bir hissədə X3 adına qeydə alınması hissəsində etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması, 01 iyun 2004-cü il tarixdə 2V-26 reyestr nömrəsi ilə qeydə alınmış 17 saylı vərəsəlik işi üzrə Ucar rayon dövlət notariat kontorunun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsindən irəli gələn hüquqi nəticənin-10 sentyabr 2020- ci il tarixdə 2V-96 reyestr nömrəsi ilə qeydə alınmış 95 saylı vərəsəlik işi üzrə X4 və X9 Ucar rayon dövlət notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair vərəsəliyin qəbulu müddətinin iddiaçıya münasibətdə uzadılması, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən miras əmlakın ikidə bir hissəsi üzərində iddiaçının payının müəyyən olunması, iddiaçının 10 fevral 2003-cü il tarixdə vəfat etmiş mərhum atası X2 vərəsəsi kimi tanınması, məhkəmə araşdırması zamanı Ucar rayon dövlət notariat ofisinin notariusu Elman Cəlalovun əməllərində cinayətlərin əlamətləri aşkara çıxarsa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu barədə xüsusi qərardad qəbul edilərək araşdırılması üçün aidiyyəti prokurorluq orqanına göndərilməsi, Ucar şəhəri, Heydər Əliyev küçəsi, 9 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evinə dair iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh1 üzərinə qoyulması barədə obyektiv, ədalətli və qərəzsiz qətnamə qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 11 avqust 2025-ci il tarixli 2(063)-969/2025 nömrəli qərardadı ilə (hakim Hilal Xəlilov) mülki iş üzrə özü-özünə etiraz edilərək, etirazın baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxan hakim (məhkəmənin sədri) Hilal Xəlilov özü-özünə etiraz barədə qərardadı onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələbləri barədə iddia ərizəsinə dair mülki iş Ucar Rayon Məhkəməsinin icraatında olmuş və hazırkı iş üzrə hakim X10 əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, işin mahiyyəti üzrə baxılmasında iştirak etmişdir. Ona görə də, hakim X10, mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq hazırkı mülki işin Ucar Rayon Məhkəməsində obyektiv, tam və hərtərəfli araşdırılmasında gələcəkdə yarana biləcək şübhələrin aradan qaldırılması üçün özözünə etiraz edərək, mülki işin baxılmasının başqa rayon məhkəməsinin hakiminə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş mаteriаllаrını nəzərdən keçirib və etirаzın dəlillərini araşdırıb hesab edir ki, аşаğıdа şərh оlunаnlаrа əsаsən etirаz təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hakim tərəfindən işə bаxılmаsınа yоl verilməməsi halları Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 19-cu mаddəsində müəyyən edilmişdir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz etməyə və ya özü-özünə etiraz etməyə yalnız o halda yol verilir ki, etirazın əsasları məhkəməyə və etiraz edənə işə baxılmağa başlanandan sonra məlum olsun. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 22.6-ci maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Nəzərə alınmalıdır ki, etiraz institutu prosessual qanunvericilikdə nəzərdə tutulmuş konkret əsasları da aşaraq hakimin və ya məhkəmənin qərəzsizliyi ilə bağlı bütün əsaslı şübhələri aradan qaldırmağa, həqiqi qərəzliliyin olmamasını təmin etməkdən əlavə, qərəzliliyin hər hansı təzahürlərinin aradan qaldırılmasına və bununla da cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə doğurduğu inamın artırılmasına xidmət edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsində mülki məhkəmə icraatının qanunçuluğun və ictimai qaydanın bərqarar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməsi kimi vəzifəsi öz əksini tapmışdır. Bu baxımdan məhkəmənin qərəzli olub-olmadığını və konkret olaraq cavabdehin qərəzliliklə bağlı qorxularının obyektiv əsasının olubolmadığını qiymətləndirərkən, işin konkret xüsusiyyətləri də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş mаteriаllаrındаn və etirаzdan müəyyən edilir ki, hakim (məhkəmənin sədri) X10 əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, işin mahiyyəti üzrə baxılmasında iştirak etmişdir. Mülki-prosessual qanunvericilik əvvəllər hakim kimi birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxılmasında iştirak etmiş hakimin təkrar həmin işə bаxılmаsındа iştirakını istisna etdiyindən, hakim Hilal Xəlilovun özü-özünə etdiyi etiraz əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş hakim X6 özü-özünə etdiyi etiraz təmin edilməli və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq başqa hakimin sədrliyi ilə baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 21-23-cü maddələrini rəhbər tutub kollegiya Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 21-23 və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş üzrə hakim X6 özü-özünə etdiyi etiraz təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı “vərəsəliyin qəbulu müddətinin uzadılması və sair tələblərinə” dair mülki iş başqa hakimin sədrliyi ilə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar