Məhkəmə qərarları › İş №2(107)-925/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-925/2020

11.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-925/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili, İddiaçı2 nümayəndəsi və vəkili X2 və Cavabdeh2 iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 adından Cavabdeh4 Rəfail oğlu ilə Cavabdeh2 arasında 1.42 ha torpaq sahəsinin alqısatqısına dair Ağdaş rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli, AN- 1№0093102 saylı alq-satqı müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, JN N00020 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən torpaq sahəsinin sərhədləri hüdudundan cavabdehlər Cavabdeh4 Rəfail oğlu və Cavabdeh2 çıxarılması, torpaq sahəsinin istifadələrinə qaytarılması barədə qətnamə, Cavabdeh4 Rəfail oğlu və Cavabdeh2 dövlət aktındakı məlumatları dəyişdirmələri ilə əlaqədar törətdikləri hərəkətlərlə bağlı Ağdaş rayon Prokurorluğuna məlumat verilməsi barədə xüsusi qərar çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh3 və Cavabdeh1 adından Cavabdeh4 Rəfail oğlu ilə Cavabdeh2 arasında 1.42 ha torpaq sahəsinin alqı-satqısına dair Ağdaş rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli, AN- 1 № ******* saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş çıxarış ləğv edilsin, JN N0 0020 KOD ******* nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən torpaq sahəsinin sərhədləri hüdudundan cavabdehlər Cavabdeh4 Rəfail oğlu və Cavabdeh2 oğlıınun çıxarılması, torpaq sahəsinin iddiaçıların istifadəsinə verilməsi tələbinin təmin edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikаyəti verilmişdir. Apelyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 2006-cı ildə ona yaxınlaşaraq xüsusi mülkiyyətlərində olan 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaqlarını əkib-becərə bilmədiklərinə görə satmaq istədiklərini bildirmişlər Həmin torpaq sahəsi istifadəsində olan torpaq sahəsi ilə bitişik sərhəddə yerləşdiyindən həmin torpaq sahəsini almaq istədiyimi onlara bildirmişdir. Torpağın alqı-satqısı ilə bağlı bəzi sənədlər tələb olduğundan onların isə buna vaxtları olmadığına görə həmin torpağa dair dövlət aktının əslini və qardaşı Cavabdeh4 Rafail oğluna etibarnamə vermişlər. Dövlət aktının əslində torpaq mülkiyyətçiləri iki nəfər, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adları qeyd edilmişdir. Qardaşı olan digər Cavabdeh4 Rəfail oğlu tələb olunan sənədləri əldə etdikdən sonra vaxt təyin edərək və digər cavabdehlərə onun tərəfindən məlumat verilərək dördü də xx xxxxxxxx 2006-cı ildə Ağdaş rayon notariat kontoruna gələrək, orada notariusun yanında 3-cü şəxslərə torpaq sahəsinin ona satılması ilə bağlı razılaşdıqları 1350 manatı o Ağdaş rayon notariat kontorunun xüsusi notariusu Məhəmməd Əliyevin yanında həmin cavabdehlərə verdikdən sonra alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Bundan sonra o alqı-satqı müqaviləsini 3-cü şəxs DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə təqdim edərək həmin 1.42 hektar torpaq sahəsini mülkiyyət hüququ əsasında öz adına qeydə aldırmış və bu barədə adına çıxarış verilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinə görə 3-cü şəxslər Cavabdeh3 və Cavabdeh1 ilə aralarında xx xxxxxxxx 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, o vicdanla hərəkət edərək torpaq sahəsinin tam dəyərini onlara ödəməklə həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Ona görə də iş üzrə apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylıqətnaməsi tamamilə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili, İddiaçı2 nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylıqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilməsi ilə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinin əsasən Torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır (birinci bənd) İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.(ikinci bənd) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. Belə ki, işin tədqiqi nəticələrindən görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüquqları yoxdur.Belə ki, iddiaçıların alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil. 1-cisi, onlar, həmin müqavilənin tərəfi deyil; Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunub: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Xüsusi qaydaya görə isə müqavilənin tərəfi olmayan şəxs müqaviləni o halda mübahisələndirə bilər ki, müqavilə hər hansı formada onun hüquq və vəzifələrinə təsir edə bilsin. İş materiallarında olan KOD 90307018 JN-0020 nömrəli dövlət aktından görünür ki, X1 xx xxxxxx 1999-cu il tarixli 15 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 1.42 hektar torpaq sahəsinin mülkkiyyətçiləri Cavabdeh3 və Cavabdeh1dır. İş materiallarında olan 16 altı sentyabr 2016-cı il tarixli AN-İN-0093102 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, alğı-satqı mülkiyyətçilərin nümayəndəsi Cavabdeh4 Rəfail oğlu ilə alıcı Cavabdeh2 arasında bağlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bundan başqa kollegiya hesab edir ki, apelyator mübahisəli torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” MM-nin 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Məhkəmə kollegiyası tərəfindən aparılmş araşdırmalarla müəyyən olunmuşdur ki, hazırkı işin faktiki halları qeyd olunan normanın təsiri altına düşür. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylıqətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(014)-101/2019 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 adından Cavabdeh4 Rəfail oğlu ilə Cavabdeh2 arasında 1.42 ha torpaq sahəsinin alqı- satqısına dair Ağdaş rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2006-cı il tarixli, AN- 1№0093102 saylı alqsatqı müqavilənin etibarsız sayılması, Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsi, JN N00020 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının cizgisində göstərilən torpaq sahəsinin sərhədləri hüdudundan cavabdehlər Cavabdeh4 Rəfail oğlu və Cavabdeh2 çıxarılması, torpaq sahəsinin istifadələrinə qaytarılması barədə qətnamə, Cavabdeh4 Rəfail oğlu və Cavabdeh2 dövlət aktındakı məlumatları dəyişdirmələri ilə əlaqədar törətdikləri hərəkətlərlə bağlı Ağdaş rayon Prokurorluğuna məlumat verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar