Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-930/2020 12.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi, atalarından qalmış mirasın vərəsə olaraq onların arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 nömrəli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkiltərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş 0,12 hektar torpaq sahəsi ilə əlaqədar vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X3 məxsus olan ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin və 0,12 hektar torpaq sahəsinin onların-vərəsələr arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin artırılması və dəqiqdirilməsi barədə ərizələrində Cavabdeh2 adına verilmiş 0,25 hektar həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-829B saylı şəhadətnamənin etibarsız hesab edilməsi, Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X3 məxsus olan 0,25 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin vərəsələr olaraq onların arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və nümayəndəsi (vəkili) Vəkil xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə əlavədə texniki olaraq səhvən göstərilmiş “0,25 hektar” sözünün “0,13 hektar” kimi, “JN-829B” sözünün isə “JN829A” kimi oxunmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan 2 (075)-161/2020 nömrəli mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia tələblərinin Cavabdeh2 adına verilmiş 0,13 hektar həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 829A saylı şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə xitam verilməsi, həmin tələblə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması iddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 nömrəli (hakim E.Mehdiyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı Şəki rayonu, Baş Göynük kəndində yerləşən mərhum ataları X3 məxsus olan 0,13 hektar həyətyanı torpaq sahəsinin üzərində tikilmiş, ümumi sahəsi 80 kvadrat metr, yaşayış sahəsi 50 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin vərəsələr olaraq onların arasında atalarının vəsiyyətnaməsinə uyğun bölünməsi tələbinə dair iddialarının təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiaları ilə bağlı ödədikləri 10 manat dövlət rüsumu xərcinin onların özlərinə aid edilməsi, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2 (075)- 161/2020 nömrəli qərardadına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia tələblərinin Cavabdeh2 adına verilmiş 0,13 hektar həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-829A saylı şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə xitam verilməsinin qərara alınmasının nəzərə alınması qət edilmişdir. Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkilşikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)- 161/2020 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1şikayəti müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verib, sonda məhkəmə kollegiyasından şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin həmin hissəsinə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının ləğv olunaraq həmin hissədə mahiyyəti üzrə baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, Cavabdeh2 və 3-cü şəxslərin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbinin məzmununa diqqət yetirdikdə müəyyən olunur ki, iddiaçılar məhkəmədən cavabdehin adına verilən torpaq şəhadətnaməsinin 0,16 ha sahəyə aid hissədə etibarsız sayılmaqla, hər birinin faktik istifadəsində olan 0,08 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı iddia tələblərinin bir hissəsində Cavabdeh2 adına verilmiş 0,13 hektar həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-829A saylı şəhadətnamənin etibarsız hesab edilməsini tələb edirlər. Həmin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-829A saylı şəhadətnamə isə hər hansı bir müqavilə əsasında deyil, Şəki rayon X1 xx xxxx 2002-ci il tarixli, 05 saylı qərarı əsasında verilmişdir. Yəni, iddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd edilən torpaq sahəsi ilə bağlı hüququn düzgün qeydə alınmadığını mübahisələndirirlər. Buna görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 şəhadətnamənin etibarsızlığına dair hazırki müraciəti mülki məhkəmə icraatı qaydasında məhkəmə baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır. Belə ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. İnzibati mübahisənin aşağıdakı əsas əlamətləri vardır: ictimai-hüquqi mübahisədə xüsusi subyektin mövcudluğu; ictimai-hüquqi mübahisənin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi funksiyasının həyata keçirilməsi ilə əlaqədar olması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarının İİ bölməsinin 31.1.4-cü yarımbəndinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqan statusundadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə görə, inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər başa düşülür. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 4.1. maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1. maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə görə, iş məhkəmədə baxılmalı deyildirsəhakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-161/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-930/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-930/2020
12.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver