Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-936/2020 21.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-449/2020 saylı qərardadından İddiaçı verdiyi şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx xxxxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli borc müqaviləsinin etibarsız edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-449/2020 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilmişdir. İddiaçı həmin qərardadan narazı qalmış, qərardaddan şikayət verərək, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)449/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-449/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 449/2020 saylı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(051)-1149/2019 saylı qətnaməsini diqqətə çatdıraraq, eyni tərəflər arasında, eyni predmet üzrə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmişdir. Halbuki iş materiallarından görünür ki, mübahisə eyni tərəflər arasında yaransa da, eyni predmet üzrə deyildir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsinindən görünür ki, həmin iş üzrə pul tələbinə baxılmışdır. Lakin hazırki iddia borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən göründüyü kimi bütün fiziki və hüquqi şəxslərin maneəsiz məhkəmə müdafiəsindən istifadə etmək hüququ vardır. Hazırki mülki iş üzrə isə birinci instansiya məhkəməsi hüquq normalarının tələblərini kobud şəkildə pozaraq iddia ərizəsini icraata qəbul etməkdən əsassız olaraq imtina etmişdir Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-449/2020 saylı ləğv edilərək, mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: İddiaçı şikаyəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-449/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-936/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-936/2020
21.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver