Məhkəmə qərarları › İş №2(107)-937/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-937/2024

24.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-937/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X12 hüquqi varisi Kərimova Həcər Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X6 ibarət tərkibdə, X23 qızının katibliyi, cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X12 hüquqi varisi Kərimova Həcər Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10 qarşı qarşı “torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş tikilinin onun vəsaiti hesabına bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 may 2024-cü il tаrixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Qutqaşen rayon X24 İcraiyyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli, 261 nömrəli qərarı ilə İddiaçı1 Qutqaşen şəhərində 0,04 ha(400 kv.m) həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 2002-ci ildə tikilmiş, ümumi sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət olan 35a nömrəli yaşayış evi İddiaçı1 adına qeydiyyata alınaraq sonuncuya 1/99 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən, Qəbələ şəhərində hazırki iş üzrə iddiaçılar- X13 və onun ailə üzvləri X7, X18, İddiaçı3 və X12 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə 2002-ci ilin oktyabr ayında 804 “b” nömrə ilə kitabda qeydiyyat aparılaraq mülkiyyətçilərə JN- 839G (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən, Qəbələ şəhərində hazırki iş üzrə iddiaçılar- X13 və onun ailə üzvləri X7, X18, İddiaçı3 və X12 ümumi mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş və bu barədə 2002-ci ilin oktyabr ayında 804 “a” nömrə ilə kitabda qeydiyyat aparılaraq mülkiyyətçilərə JN- 839F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. İddiaçı1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 52,91 kv.m olan evini 24 aprel 2002-ci il tarixli müqavilə əsasında Cavabdeh1 satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 45.9 kv.m olan fərdi yaşayış evi tam olaraq Cavabdeh1 adına, 0,07 ha torpaq sahəsi isə İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X12 adına ümumi birgə mülkiyyət hüququ əsasında 26 iyul 2022-ci ildə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə(iddia ərizəsinə əlavə) ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, X18, İddiaçı3 və X12 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər əsasında mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onun tərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hasabına sökülməsi, torpaq sahəsinin boşaldılması və cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması barədə ərizə ilə Qəbələ rayon X24 İcrayyə Komitəsinə müraciət etmişdir. Qəbələ rayonu X24 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli, 261 nömrəli qərarı ilə 400,0 m2 torpaq sahəsi ayrılmışdır, həmin torpaq sahəsində iki tikili tikmişlər. Qəbələ şəhəri Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin “Texniki pasportu”ndan müəyyən olunur ki, həmin pasport 2002-ci ildə tərtib olunmaqla, Qəbələ rayon X24 İcrayyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli, 261 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 400,0 m2 torpaq sahəsində A və B tikililər inşa olunmuş, tikililərin texniki göstəriciləri texniki pasportda öz əksini tapmışdır. A tikilisi- divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 27,74 kv.metr otaqlar) ibarət olan ev və B tikilisindən ibarətdir. İddiaçı1 bu tikililərdən yalnız A tikilisini divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan (28,12 kv.metr və 24,74 kv.metr otaqlar) ibarət olan evi satmışdır və ailə üzvləridə razılıq vermişdir. Bu barədə Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X21 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 məxsus Qəbələ rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin İ/99 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı1 məxsus olan, ünvan 3 ünvanda yerləşən, A tikilisi- 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə hörülmüş, üstü şiferlə örtülmüş ümumi sahəsi 52,91 kv.m əsas, yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət ev X1. Qəbələ şəhəri Nizami küçəsindəki 35 a nömrəli yaşayış evinin “Texniki pasportu”nda olan B tikilisini satmamışlar və həmin ünvanda bu günədək yaşayış yeri üzrə pasport qeydiyyatında qalmaqdadırlar. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində X5 və ailə üzvləri X7, X18, İddiaçı3 və X12 ümumi mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “b” nömrə ilə kitabda qeydiyyat aparılmışdır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarına əsasən Qəbələ şəhərində X5 və ailə üzvləri X7, X18, İddiaçı3 və X12 ümumi mülkiyyətinə 0,07 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında 804 “a” nömrə ilə kitabda qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən onların yuxarıda qeyd etdikləri sənədlər əsasında mülkiyyətlərində olan torpaq sahələrində özbaşına ev tikmişdir. Halbuki, onlar bu torpaq sahəni ona satmamışlar. Yuxarıda qeyd olunan 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsində “Torpağın mülkiyyətə verilməsi barədə” JN-839 G və JN-839 F saylı şəhadətnamələr adı qeyd edilməmiş və bu alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Cavabdeh1 Qəbələ rayon məhkəməsində onlara, yəni İddiaçı1, İddiaçı2, X18, İddiaçı3 və X19 qarşı iddia qaldıraraq, JN-839G və JN839F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə göstərilmiş, müvafiq olaraq 0,03 və 0,07 ha torpaq sahələrinin alğı-satqı müqaviləsinin baş tutmuş hesab edilməsi barədə iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışında iddiaçı Cavabdeh1 Azəbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə verib, CN-839G və CN-839F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması haqqında ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 2(025)-979/2014 nömrəli qətnaməsi ilə iddiaçının onlara qarşı iddia tələbini təmin edərək qət etmişdir ki, “cavabdehlər İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-389 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız hesab edilməsi” qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinin maddi və prosessual hüquq normalarının kobud pozulması ilə çıxarılmasını qeyd edərək, onun qanunsuz və əsasız olduğuna görə onunla hec cür razılaşmayaraq apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-ci il tarixli, 2(107)- 1287/2017 nömrəli qətnaməsi ilə haqlı olaraq onların apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli, 2(025)- 979/2014 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 məhkəmədə cavabdehlər İddiaçı1, İddiaçı2, X18, İddiaçı3 və X19 qarşı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-cü il tarixli, 2(107)- 1287/2017 nömrəli qətnaməsindən narazı qalan iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili ali məhkəməyə kassasiya şikayəti vermişdir. İddiaçının verdiyi kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 06 iyul 2017-ci il tarixli, 2(107)- 1287/2017 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara bu qeyd olunan (0,03 hektar torpaq sahəsi) JN-839 G və (0,07 hektar torpaq sahəsi) JN-839 F saylı şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra, 2002-ci ilin oktyabr ayında verilmişdir. 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsində “Torpağın mülkiyyətə verilməsi barədə” JN-839 G və JN-839 F saylı şəhadətnamələr adı qeyd edilməmiş və bu alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin buna baxmayaraq cavabdeh tərəfindən onların torpaq sahələri özbaşına zəbt edərək orada olan və texniki pasportda göstərilən “B” tikilisini sökmüşdür, halbuki “B” tikilisi alğı-satqı predmeti olmamışdır. Həmçinin alğı-satqı müqaviləsindən 5 ay sonra Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında adlarına olan mülkiyyət (JN-839 G və JN839 F saylı “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə”yə) əsasən paylı mülkiyyətlərində olan mülkiyyətçilərin öz payının satılmasına dair alğı-satqı müqaviləsində qeyd olmadığı bu şəhadətnamələrin etibarsız hesab etmə barədə iddia etməsinin heç bir hüquqi əsası olmamışdır. Bunu Ali Məhkəmənin 29 noyabr 2017-ci il tarixli 2(102)-8278/2017 saylı qanuni qüvvəsini almış məhkəmə qərarı bunu sübut edir. Yuxarıda qeyd olunduğu kimi Qəbələ rayon Dövlət Notariat Kontorunda İddiaçı1 ilə X21 arasında bağlanmış 4Ə-01-12 saylı reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən o, İddiaçı1 məxsus Qəbələ rayon X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin İ/99 saylı qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Qəbələ şəhəri, Nizami küçəsi 35A ünvanda yerləşən, 2002-ci ildə tikilmiş, divarları çay daşı ilə iki otaqdan ibarət evin X2. Həmin müqavilədə onlar tərəfindən JN-839 G və JN-839 F saylı şəhadətnamələr əsasında verilmiş torpaq sahəsini satmamışlar və satılmasına razılıq verməmişlər. Nəzərə alınmalıdır ki, heç həmin tarixdə onlara bu qeyd olunan (0,03 hektar torpaq sahəsi) JN-839 G və (0,07 hektar torpaq sahəsi) JN-839 F saylı şəhadətnamələr əsasında torpaq verilməmişdir, həmin torpaq sahələri qeyd olunan alqı-satqı müqaviləsindən xeyli sonra, 2002-ci ilin oktyabr ayında verilmişdir. Beləliklə də, Cavabdeh1 özbaşnalığı nəticəsində onların mülkiyyət hüquqları pozulmuşdur. Onlar buna görə də cavabdehin özbaşınalığının qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması və “B” tikilisinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh1 tərəfindən onların mülkiyyət hüquqları pozulmuşdur. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)-1/2024 nömrəli iş üzrə qəbul etdiyi 06 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə X5, X4, X8, İddiaçı3 və X12 birgə mülkiyyətinə JN-839 F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71- 10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a) əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlər çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçıların iddia etdiyi və mülkiyyətlərində olan torpaq sahəsi 0,07 hektar təşkil edir. JN-839 F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a)əsasən İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı3 və X12 ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha torpaq sahəsi tam həcmdə Cavabdeh1 istifadəsində olduğundan və həmin hissə Cavabdeh1 tərəfindən tutulduğundan, iddiaçıların mülkiyyətlərində olan 0,07 ha torpaq sahəsindən istifadələri məhdudlaşdırıldığından, eyni zamanda iddiaçılara məxsus Cavabdeh1 istifadəsində olan 0,07 hektar torpaq sahəsində özbaşına tikililər tikildiyindən, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçıların iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi torpaq sahəsindən törədilən maneələrə son qoyulması və özbaşına tikililərin sökülməsi hissəsində əsaslıdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdikləri 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmasına baxmayaraq, bütövlükdə Cavabdeh1 tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. İddiaçılar iddia tələblərində cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini cavabdehin vəsaiti hesabına bərpa edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 24 fevral 2022-ci il tarixli, **********06 nömrəli mütəxəssis rəyində isə göstərilmişdir ki, Baş X3 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına aprel 2002-ci il tarixdə tərtib olunmuş Qəbələ şəhəri, Nizami küçəsindəki 35 "A" saylı yaşayış evinin "Texniki Pasportu"ndakı "B" tikilisi (talvar) iddiaçının mülkiyyətində olmuş həyətyanı torpaq sahəsinin üzərində yerləşir və həmin "B" tikilisi halhazırda mövcuddur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi “cavabdeh tərəfindən sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 "a" saylı yaşayış evinin "Texniki pasportu"nda olan 400 kv.metr torpaq sahəsində yerləşən "B" tikilisini onun vəsaiti hesabına bərpa edilməsi” hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddiaçıların mülkiyyətlərində olduğunu iddia etdikləri 0,03 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Seriya RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən X9 adına 0,03 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarından isə görünür ki, iddiaçı X20 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "cavabdeh tərəfindən İddiaçı1, İddiaçı2, X18, X22, İddiaçı3 və X12 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi və vicdanlı alıcı X10 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyatda tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-153/2024 nömrəli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)-939/2023 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X18, X22, İddiaçı3 və X12 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarış ləğv edilmiş və vicdanlı alıcı X10 məxsus 0,03 ha torpaq sahəsinə dair seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2016-cı il, qeydiyyat nömrəsi ********** olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış 09 aprel 2024-cü il tarixli, e-2-1(116)-939/2023 nömrəli məktubda göstərilmişdir ki, Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)- 939/2023 nömrəli qərarının icra edildiyini təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün həmin orqana 1 (bir) ay müddət müəyyən edilməsi və əks təqdirdə, həmin orqana cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi İddiaçı1, İddiaçı2, X18, X22, İddiaçı3 və X12 mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə dair çıxarışın ləğv edilməsi Şəki İnzibati Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2-1(116)- 939/2023 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(107)-153/2024 nömrəli qərarları ilə sübuta yetirilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.2, 77.1, 82.3, 88, 217.4, 218.1, 233.3-cü maddələrinə və C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 birlikdə apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 özünə məxsus ünvan 6 ünvanda yerləşən torpaq sahəsində 2002-ci ildə tikilmiş fərdi yaşayış evini Cavabdeh1 satmışdır. Lakin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair şəhadətnamələr verilmədiyi üçün, torpaq sahələrinə dair sənədlər iddiaçı tərəfindən Cavabdeh1 təqdim edilməmiş və Qəbələ rayon Dövlət Notariat Kontorunda 4Ə-01-12 nömrəli reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsində torpağın satılmasına dair heç bir qeyd aparılmamışdır. Cavabdeh1 ilə İddiaçı1 arasında sonuncuya məxsus ünvan 6 ünvanda yerləşən 2002-ci ildə tikilmiş, ümumi sahəsi 52,91 kv.m olan iki otaqlı fərdi yaşayış evinin alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən, həmin evin yerləşdiyi sənəd üzrə (texniki pasportda göstərilən qeydlər əsasında) ancaq 400,0 kv.m torpaq sahəsi iddiaçının adına və qanuni istifadəsində olmuşdur. Faktiki olaraq İddiaçı1 tərəfindən zəbt olunan 797,52 kv.m həyətyanı torpaq sahəsi iddiaçının adına və qanuni istifadəsində olmamaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin 400 kv.m ölçüsündə olan sahə İddiaçı1 Qəbələ rayon X24 İcrayyə Komitəsinin 28 dekabr 1989 cu il tarixli 261 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, sonuncu da həmin torpaq sahəsində Cavabdeh1 satdığı yaşayış evini inşa etmişdir. 400 kv.m ölçüsündə olan həyətyanı torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmadığından və sadəcə olaraq bu sahə texniki pasportda istifadədə olan sahə kimi göstərilmişdir. Məhz buna görə yaşayış evinin alğısatqısı zamanı, həyətyanı torpaq sahəsinin alqı-satqısından söhbət belə getməmişdir. Həmin sahə yaşayış evinə xidmət etmiş, onun ayrılmaz tərkib hissəsi olmuşdur. Bağlanmış alğısatqı müqaviləsi 2002-ci il mayın 10-da dövlət qeydiyyatına alınaraq, Cavabdeh1 bu barədə qeydiyyat vəsiqəsi verilmiş, evin texniki pasportunda isə müvafiq dəyişikliklər aparılaraq, iddiaçının adının üzərindən xətt çəkilərək Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Yaşayış evinin alğı-satqısı İddiaçı1 arvadı İddiaçı2 iştirakı və razılığı ilə aparılmış, notarius tərəfindən sonuncunun alğı-satqıya razılıq verməsi barədə yazılı ərizəsi alınmışdır. Yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydə alındıqdan sonra, onun müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində yaşayış evinin iddiaçının adına keçirildiyi barədə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunda qeyd aparılmaqla iddiaçının adına qeydiyyat vəsiqəsi verilmişdir. Bu səbəbdən də notariusda qeydə alınmış alğı-satqı müqaviləsindən sonra, yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və digər tikililərdən istifadə etməklə sahiblik etmişdir. Yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi Cavabdeh1 adına qeydə alındıqdan sonra, İddiaçı1 Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsi tərəfindən qeydə alınma və verilmə tarixi dəqiq göstərilməyən, 2002-ci ilin oktyabr ayında qeydə alınmış JN-839 G nömrəli şəhadətnamə ilə iddiaçıların ümumi mülkiyyətinə verilmiş artıq cavabdehə məxsus olan həyətyanı torpaq sahəsinin 0,03 ha, JN-839 F nömrəli şəhadətnamə ilə isə 0,07 ha hissəsini qeydə almışdır. Halbuki həmin vaxt artıq iddiaçılar yaşayış evinin mülkiyyətçiləri, müvafiq olaraq, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin qanuni istifadəçiləri olmamışlar. Ona görə də torpaq sahəsinin iddiaçıların adlarına qeydə alınması, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onların əvəzsiz mülkiyyətinə verilməsi tam əsassız və qanunsuz olmuşdur. Namik Alməmmədzadə də, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1, İddiaçı2, X15, İddiaçı3 və X16 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi qət edilmişdir. Məhz bundan sonra hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 adına fərdi yaşayış evlə yanaşı 0,10 ha torpaq sahəsinə dair DƏDRX-dən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh1 torpaq sahəsinə dair hüquqları dövlət qeydiyyatına alındıqdan sonra cavabdehlər tərəfindən həmin torpaq sahəsində tam qanuni olaraq əlavə tikililər inşa edilmişdir. Bu hüquqların qeydə alınmasından və tikililərin həyata keçirilməsindən iki il keçdikdən sonra hazırki iş üzrə iddiaçılar Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 iyul 2017-ci il tarixli qətnaməsi ilə Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2, X18, İddiaçı3 və X19 qarşı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli, 2(102)- 8278/17 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 06 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdehlər tərəfindən, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı şəhadətnamələrin ləğv edilməsi haqqında cavabdehlərin qaldırdıqları iddia Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddiaçıların iddiasının cavabdeh Qəbələ rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslərin ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 saylı qərarının onlara aid hissədə ləğv edilməsi hissəsinin mümkün sayılmaması qərara alınmışdır. Həmçinin həmin tarixli qərarla cavbadeh idarənin üzərinə JN-839G və JN-839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə 3-cü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilməməsi qərara alınmışdır. Həmçinin 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Kərimova Həcər Ramiz qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 may 2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər İddiaçı1 və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.Daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərardadına əsasən üçüncü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)- 1048/2018 saylı qərarının ləğv edilməsi, iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsinə və 3-cü şəxslər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Kərimova Həcər Ramiz qızına qarşı “JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-883/2021 nömrəli qərarına əsasən isə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(107)-52/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 243.1-ci maddəsinə əsasən, başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Həmin Məcəllənin 243.2-ci maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Həmin Məcəllənin 243.3-cü maddəsinə əsasən, özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. İşə baxan birinci instansiya məhkəməsi özünün qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçıların iddia tələblərini qismən təmin etməklə, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə X5, X4, X8, İddiaçı3 və X12 birgə mülkiyyətinə JN-839 F (Kod: ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********71-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a) əsasən verilmiş 0,07 torpaq sahəsindən cavabdehlərin çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçılara təhvil verilməsinə dair qətnamə qəbul edərkən, Azərbaycan Respublikasının MM-nin 243-cü müddəalarını ümumiyyətlə nəzərə almamışdır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, məhkəmə 0,10 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüquqi əsasında, qanuni əsaslarla Cavabdeh1 mülkiyyətində olduğu zaman inşa etdiyi tikililərə də qanunsuz adı verməklə tam absurt və əsassız qətnamə qəbul etmişdir. Hətta o da qeyd olunmalıdır ki, məhkəmə belə bir qətnamə qəbul etsə də, ən azından qətnaməsinə don geyindirməklə tikililərin inşasına çəkilmiş xərcin əvəzinin iddiaçılar tərəfindən ödənilməsini qət edə bilərdi. Əfsusslar olsun ki, buna da birinci instansiya məhkəməsi hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdeh, eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya şikayətində qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olan 245-ci maddəsi. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə bildirdiklərinə əsasən məlum olur ki, ünvan 7 ünvanda yerləşən 2002-ci ildə tikilmiş və ümumi sahəsi 52,91 kv.m, əsas yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət yaşayış evi İddiaçı1 xüsusi mülkiyyətində olmuş, bununla bağlı sonuncunun adına xx.xx.2022-ci il tarixdə 1/99 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. İddiaçı1 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli 1/99 nömrəli Texniki Pasportda olan qeydlərdən müəyyən edilir ki, həmin pasport ünvan 7 ünvanda yerləşən torpaq sahəsində yalnız A tikili kimi fərdi yaşayış evi, B tikili kimi metal dirək və şifer materiallarından ibarət quraqlıq və İ, İİ, İİİ, İV, V, Vİ kimi işarələnmiş ayaqyolu (tualet), darvaza, hasar, qonşu hasarı, hasar və qapı göstərilmişdir. İddiaçı1, ona məxsus ünvan 7 ünvanda yerləşən 2002-ci ildə tikilmiş və ümumi sahəsi 52,91 kv.m, əsas yaşayış sahəsi 52,91 kv.m olan iki otaqdan ibarət yaşayış evini Qəbələ rayonu X17 rəsmilləşdirilmiş xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Aləmmədov (hazırda Aləmmədzadə) Namik Rza oğluna satmışdır. Müqavilədə yalnız evin satıldığı göstərilmiş, həyətyanı torpaq sahəsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bununla belə, evin yüklülüyü barədə Qəbələ rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş H-02/15 №-li, xx.xx.2002-ci il tarixli 1 saylı forma-arayışda alğı-satqı müqaviləsinin predmeti olan yaşayış evinin həyətyanı torpaq sahəsinin Qəbələ rayon X24 İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli 261 saylı qərarı ilə ayrıldığı, sənəd üzrə 400 kv.m, faktiki isə 1197,52 kv.m olduğu, üzərində yüklülüyün olmadığı göstərilmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra evin texniki pasportunun üz səhifəsində “Fərdi yaşayış evi Qəbələ rayon Notariat kontorunun 4ə-01-12 saylı xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Aləmmədov (hazırda Aləmmədzadə) Namik Rza oğlunun adına keçirilib, reyestr № 1/99-2, xx.xx.2002-ci il” məzmununda qeydiyyat aparılıb, möhür və imza ilə təsdiq edilmişdir. 26 iyul 2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İşdə olan JN-839 F nömrəli və JN-839 G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001ci il tarixli, 03 nömrəlo Qərarına əsasən, Qəbələ şəhərində Ədilov (həmin soyad texniki səhv olaraq qeyd olunmuş, əslində Kərimov) Adil Bədrəddin oğlunun və ailə üzvləri X7(həmin soyad texniki səhv olaraq qeyd olunmuş, əslində Kərimova), X18, İddiaçı3 və X12 mülkiyyətinə müvafiq olaraq 0.07 ha və 0.03 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə 2002-ci ilin oktyabr ayında (dəqiq tarix göstərilməmişdir) 804 “a” və 804 “b” nömrələr ilə kitabda qeydiyyat aparılmışdır. Verilən torpaq sahələrinin plan və sərhədlərinin 1:1000 miqyasında olan ölçüsündən müəyyən olunur ki, həmin torpaq sahələri bir-birinə bitişik ərazidə yerləşməklə üzərində fərdi yaşayış evi mövcud olmuşdur. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı1 və Aləmmədov (Aləmmədzadə) Namik Rza oğlu arasında bağlanmış xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsində 35A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi barədə qeyd olmasa da, Qəbələ rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən yüklülük haqqında verilmiş xx.xx.2002-ci il tarixli H-02/15 saylı arayışda (forma-1) fərdi yaşayış evinin yerləşdiyi həyatyanı torpaq sahəsinin Qəbələ rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 261 saylı Qərarı ilə ayrıldığı, sənəd üzrə 400 kv.m, faktiki isə 1197,52 kv.m olduğu, üzərində yüklülüyün olmadığı göstərilmişdir. Bundan başqa, həmin fərdi yaşayış evinin Texniki pasportundan müəyyən edilir ki, bu pasport 2002-ci ildə tərtib olunmaqla Qəbələ rayon X24 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarrixli 261 saylı Qərarı ilə İddiaçı1 ayrılmış 400 kv.m torpaq sahəsini və həmin torpaqda inşa edilmiş iki otaqlı fərdi yaşayış evini (“A” tikili), və metal dirək və şivfer materiallarından ibarət quraqlıq (“B” tikili), habelə İ, İİ, İİİ, İV, V, Vİ kimi işarələnmiş ayaqyolu (tualet), darvaza, hasar, qonşu hasarı, hasar və qapını özündə əks etdirir. Qeyd olunanlara əsasən işin araşdırılmış halları ilə müəyyən edilir ki, 400 kv.m torpaq sahəsi İddiaçı1 məhz Qəbələ şəhəri, Nizami küçəsindəki 35A saylı fərdi yaşayış evinin inşası üçün ayrılmış və həmin torpaq sahəsi sonuncunun qanuni istifadəsində və sahibliyində olmuş, həmin torpaq sahəsində mülkiyyət hüququ qeydə alınmış əmlak yalnız “A” tikili kimi qeyd edilmiş fərdi yaşayış evi olmuş, həmin ünvanda başqa yaşayış evi olmamış, texniki pasportda “B” tikili kimi qeyd olunan quraqlıq və ayaqyoulu (tualet) isə fərdi yaşayış evinə xidmət edən yardımçı konstruksiya və tikililər olmuşdur. Tərəflər arasında mülki-hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə görə, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsində torpaq sahəsi ilə bağlı heç bir qeyd aparılmasa da, satıcı (İddiaçı1) həmin müqavilyə könüllü iradə ifadəsi olaraq razılığını verməklə, yaşayış evi ilə yanaşı həm də evin yerləşdiyi torpaq sahəsini alıcının (Aləmmədov (Aləmmədzadə) Namik Rza oğlu) istifadəsinə (gələcək mülkiyyətinə) verməyi öhdəsinə götürmüşdür. Hazırda da qüvvədə olan həmin alğısatqı müqaviləsi bağlandıqdan sonra mübahisəli 400 kv.m torpaq sahəsi Cavabdeh1 faktiki istifadəsində olmuş, sonuncu bu sahənin qanuni istifadəçisi olmuşdur. Bundan başqa xx.xx.2002-ci il tarixdə tərtib olunmuş Texniki pasportda “A” tikili kimi qeydə alınmış 35A saylı fərdi yaşayış evi Aləmmədov (Aləmmədzadə) Namik Rza oğluna satıldığından, yaşayış evinə xidmət edən köməkçi vasitələr olan və Texniki pasportda “B” tikili kimi qeydə alınmış quraqlıq, habelə ayaqyolu (tualet) də alıcının istifadəsinə keçmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı1 Bərdəddin oğlu tərəfindən fərdi yaşayış evi, həmin evin yardımçı tikililəri və bu tikililərin yerləşdiyi torpaq sahəsi könüllü olaraq Cavabdeh1 təhvil verilmiş, sonuncu da bu əmlakları təhvil almışdır. Sözügedən əmlaklar xx.xx.2002-ci il tarixdən Cavabdeh1 və onun ailə üzvlərinin daimi sahiblik və istifadələrində olmuşdur. Bunlardan başqa,Məhkəmə qeyd edir ki, Cavabdeh1 adına 2016-cı ildə fərdi yaşayış evinə və evin yerləşdiyi 0,07 ha torpaq sahəsinə dair Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir ki, həmin hüquqi sənəddə mübahisəli torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətində olması qeyd olunmuşdur. Bu baxımdan Məhkəmə bildirir ki, mübahisəli torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasından söhbət gedə bilməz. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıların cavabdehlərə qarşı irəli sürdükləri “torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onun tərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hasabına sökülməsi, torpaq sahəsinin boşaldılması” barədə tələbləri əsassızdır və təmin edilməməlidir. Lakin işə baxan Rayon Məhkəməsi apelyasiya baxışının predmeti olan hissədə işin faktiki hallarını düzgün müəyyən etməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, bununla da iş üzrə maddi və prosessual hüquq pozuntusu ilə nəticələnən qətnamə qəbul etmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X12 hüquqi varisi Kərimova Həcər Ramiz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “İddiaçı1, İddiaçı2, X18, İddiaçı3 və X12 ümumi paylı mülkiyyətinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"lər əsasında mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsinin qarşısının alınması, cavabdehin həmin hissədən çıxarılması, onun tərəfindən özbaşına tikilmiş tikililərin onun vəsaiti hasabına sökülməsi, torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar