Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-939/2022 09.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçılar X1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirak ilə İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə edilmiş JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, həmin sənəddə göstərilən, Oğuz şəhəri ərazisində yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi hazırki iş üzrə iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin (cəmi 8 nəfər) ümumi birgə mülkiyyətindədir.
2. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və yerquruluşu planından görünür ki, mübahisə predmetinə aid olan əraziyə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsində tikili mövcuddur və həmin tikili cavabdehin istifadəsindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar X1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən onların və cavabdehin ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,02 hektar həyətyanı torpaq sahəsi JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıların, onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiaçıların payı digər ailə üzvlərinin də payları da daxil omaqla, 175 kv.metrdən, cavabdehin payı isə cəmi 25 kv.metrdən ibarətdir. Həmin torpaq sahəsində əvvəllər mövcud olmuş fərdi yaşayış evini İddiaçı2 xx.xx.1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. Sonradan cavabdeh qeyd olunan evi sökərək yerində yeni yaşayış evi inşa etdirmişdir və hazırda da həmin evdə yaşayır. 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdehin cəmi 25 kv.metrdən ibarət torpaq payı olmasına baxmayaraq 0,02 hektar həyətyanı torpaq sahəsi bütövlükdə cavabdehin faktiki istifadəsindədir. Cavabdeh tərəfindən qeyd olunan torpaq sahəsində tikinti işləri aparılmasına onların razılığı olmamışdır.
5. Cavabdeh İddiaçı2 məxsus evin qanunsuz olaraq sökməsi ilə əlaqədar maddi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə xx.xx.2019-cu il tarixli məhkəmə qətnaməsinə əsasən cavabdehdən 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir.
6. Onlarla cavabdeh arasında uzun illərdir davam edən məhkəmə mübahisələri nəticəsində qəbul edilmiş qətnamələrin məzmunundan da aydın olur ki, cavabdeh onlara qarşı əsassız olaraq əmlak və torpaq iddiaları ilə bu gün də məhkəmələrə müraciət etməkdə davam edir. JN - 292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsi cavabdehin qanunsuz olaraq inşa etdirdiyi tikililərin altında yerləşən torpaq sahəsidir. JN-292B nömrəli Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsi də onların ailə üzvlərinin, həmçinin, cavabdehin ümumi birgə mülkiyyətindədir. Buna baxmayaraq, cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN - 292B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsində cəmi 125 kv.metr payı olduğuna görə qeyd olunan 0,10 hektar torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsini tələb etmişdir. Həmin iddia tələbi məhkəmə tərəfindən təmin olunmuşdur. Onlar JN - 292A nömrəli Şəhadətnamədə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,02 hektar həyətyanı torpaq sahəsində özlərinə məxsus olan cəmi 175 kv.metr torpaq sahəsi ilə JN - 292B nömrəli Şəhadətnamədə göstərilən 0,10 hektar həyətyanı torpaq sahəsində cavabdehə məxsus 125 kv.metr torpaq sahələrinin dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh buna razı olmadığına görə həmin iddia məhkəmə tərəfindən təmin edilməmişdir. JN - 292A nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla mülkiyyətçilərin hər birinin naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, kazırki vəziyyətdə birgə mülkiyyətçilər 0,02 hektar həyətyanı torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər. Onlar özləri də torpaq sahələrinin dəyişdirilməsini cavabdehə dəfələrlə təklif etsələr də, cavabdeh bu təkliflə razı olmamışdır. Ona görə də məcburiyyət qarşısında hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər.
7. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 22 aprel 2022-ci il tarixli, 2(054)- 59/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən, JN-292A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçılar X1, İddiaçı2, İddiaçı3 və onların ailə üzvlərinin, həmçinin, Cavabdeh ümumi birgə mülkiyyətində olan 0,02 hektar həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin öz vəsaiti hesabına sökülməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği, həmçinin, 95 (doxsan beş) manat müayinə və tədqiqat xərcinin iddiaçılara aid edilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərə məxsus, mübahisə predmetinə aid olan 0,02 hektar torpaq sahəsinin harada yerləşdiyi və eyni zamanda, həmin torpaq sahəsində tikili olması faktı mütəxəssis rəyi ilə təsdiq edilmiş, 0,02 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması isə iş materialları ilə müəyyən edilmişdir. 0,02 hektar torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçılar da daxil olmaqla 8 nəfərin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir və həmin şəxslərin hər biri qeyd olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malikdirlər. İddiaçı2 hazırki iş üzrə cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan da görünür ki, cavabdehin hazırki iddianın predmetinə aid olan 0,02 hektar torpaq sahəsində yerləşən evi qanunsuz olaraq sökməsi ilə əlaqədar ondan 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən yeni yaşayış evinin də məhz həmin torpaq sahəsində inşa edildiyi həmin qətnamə ilə müəyyən edilmişdir. Mübahisə predmetinə aid olan tikilinin həmin torpaq sahəsinin hüdudları daxilində hansı hissədə inşa edilməsindən asılı olmayaraq həmin tikili qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərinin hər birinin maraq və mənafelərinə, hüquqlarına toxuna bilər. Cavabdehin iddia tələbinə etirazlarının əsası kimi istinad etdiyi hallar isə hər hansı şəxsin, o cümlədən, iddiaçıların öz hüquqlarının məhkəmə müdafiəsi təminatından istifadə etmək imkanlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Qeyd olunan əsaslara görə məhkəmə cavabdehin dəlillərinə tənqidi yanaşır.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 152.1, 157.2, 213.2 və 222.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnaməsi qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan Azərbaycan Respublikasının Konstitusiyasının Qanunlarına zidd olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0.02 ha həyətyanı torpaq sahəsi JN-292A (********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıların, onların ailə üzvlərinin, həmçinin onun ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsində iddiçılarla yanaşı onun mülkiyyət hüquqları var.
12. Oğuz rayon məhkəməsi mübahisələndirdiyi qətnaməni qəbul edərkən nəzərə almamışdır ki, işə sübut kimi əlavə edilən şəhadətnamələrdə onun də mülkiyyət hüququ vardır və həmin JN-292A (********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd edilən torpaq sahəsinə mülkiyyətçilərin, o cümlədən onun və iddiaçıların payı naturada ayrılmamışdır. Bundan əlavə iddiaçılar iddia ərizələrində qeyd edirlər ki, onların və cavabdehin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş qanunsuz tikililər onun hesabına sökülməlidir. İşə baxan məhkəmə isə yalnız iddiaçıların mülkiyyət hüququna üstünlük verərək onun mülkiyyət hüququna qiymət vermədən ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, həmin evə onun istifadə hüququ daha əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda əvvələr qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd etdiyi kimi mübahisə predmeti olan torpaq sahəsində 8 nəfərin payının olması qeyd edilsə də, həmin paylar naturada ayrılmadan, torpaq sahəsində evin inşa edildiyi qeyd edilsə də, evin hansı hissədə payçılara məxsus olması, hansı payçının torpaq sahəsinə nə qədər müdaxilə edilməsi məhkəmə tərəfindən müəyyən edilmədən qətnamə qəbul edilmişdir. Bu da Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır.
13. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırki mübahisə üzrə işə baxılarkən birinci instansiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Belə ki, mübahisələndirilən 0.02 ha torpaq sahəsi səkkiz nəfərin ümumbirgə mülkiyyətində olmaqla, onun da həmin torpaqda pay hissəsi var. Düzdür, hazırki vaxtadək torpaq sahəsi naturada bölünməyib, amma riyazi hesablamaya görə onun torpaq sahəsində 25 kv.m payı var. Apellyasiya şikayətini qəbul etmir, özünə məxsus olan 25 kv.m torpağın ayrılmasını və həmin hissəyə düşən tikilinin sökülməməsi barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçılarla cavabdeh arasında uzun illərdir ki, mübahisə davam edir. İddiaçı tərəf bu gün də mübahisəni qarşılıqlı razılıq əsasında həll etməyə razıdır, lakin cavabdeh tərəf onlarla razılığa gəlmək istəmir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır. Belə ki, mübahisələndirilən torpaq sahəsi səkkiz nəfərin ümumbirgə mülkiyyətindədir. Cavabdehin həmin torpaqda cəmi 25 kv.m. payı var. Həmin torpaq üzərində istənilən hərəkət bütün mülkiyyətçilərin birgə razılığı əsasında olmalıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
- 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnaməsin qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
20. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb birgə mülkiyyət hüququ əsasında səkkiz nəfərə məxsus olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir.
23. İddiaçı tərəf tələblərinin faktik əsası kimi ona istinad edirlər ki, mübahisələndirilən torpaq sahəsi ümumbirgə mülkiyyətdə olmasına baxmayaraq, cavabdeh tərəf onların icazəsi və razılığı olmadan tikili inşa etdirib. Həmin torpaq sahəsində onların payı 175 kv.m., cavabdehin payı isə cəmi 25 kv.m-dən ibarətdir.
24. Cavabdeh isə iddia tələbinə etiraz edərək, apellyasiya şikayətini əsasən onunla əsaslandırır ki, mübahisələndirilən torpaq sahəsində onun da payı var və həmin torpaq naturada bölünməsə də tikili inşa etdirməkdə ixtiyarlıdır.
25. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir.
26. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.
27. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,02 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla, hazırki vəziyyətdə həmin torpaq sahəsində mülkiyyətçilərin hər birinin payının naturada yeri bəlli deyildir. Bu da onu deməyə əsas verir ki, 0,02 hektar həyətyanı torpaq sahəsinin birgə mülkiyyətçiləri hazırki vəziyyətdə həmin torpaq sahəsinə və ya onun hər hansı hissəsinə münasibətdə bərabər hüquqlara malikdirlər.
28. Araşdıramnın nəticəsi olaraq müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan 0,02 hektar torpaq sahəsinin harada yerləşdiyi və eyni zamanda, həmin torpaq sahəsində tikili olması faktı mütəxəssis rəyi ilə təsdiq edilmiş, 0,02 hektar torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olması isə iş materialları ilə müəyyən edilmişdir. 0,02 hektar torpaq sahəsinə dair hazırki iş üzrə iddiaçılar da daxil olmaqla 8 nəfərin adına hüquqmüəyyənedici sənəd tərtib edilmişdir və həmin şəxslərin hər biri qeyd olunan torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarına malikdirlər.
29. İddiaçı2 hazırki iş üzrə cavabdehə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi barədə mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan da görünür ki, cavabdehin hazırki iddianın predmetinə aid olan 0,02 hektar torpaq sahəsində yerləşən evi qanunsuz olaraq sökməsi ilə əlaqədar ondan 10.243,86 manat maddi zərər məbləği tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, cavabdeh tərəfindən yeni yaşayış evinin də məhz həmin torpaq sahəsində inşa edildiyi həmin qətnamə ilə müəyyən edilmişdir. Mübahisə predmetinə aid olan tikilinin həmin torpaq sahəsinin hüdudları daxilində hansı hissədə inşa edilməsindən asılı olmayaraq həmin tikili qeyd olunan torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərinin hər birinin maraq və mənafelərinə, hüquqlarına toxuna bilər.
30. Qeyd olunan 0,02 hektar həyətyanı torpaq sahəsinin, iddiaçılar da daxil olmaqla, 8 nəfərin ümumi birgə mülkiyyətində olması təsdiq edilsə də, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin inşasına iddiaçıların (digər mülkiyyətçilərin) razılığının olması iş materialları və işin faktiki halları ilə müəyyən edilməmişdir. 0,02 hektar həyətyanı torpaq sahəsi hazırda da iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olmasına baxmayaraq cavabdehin həmin torpaq sahəsində (və ya bir hissəsində) hər hansı tikili inşa etməsi birgə mülkiyyətçi kimi iddiaçıların da mülkiyyət hüquqlarına təsir etmiş və onların əmlak üzərindəki mülkiyyət hüquqlarından sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir.
31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(054)-59/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov