Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-94/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh, X8 və X6 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınmasına və cavabdehlərin onun və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gedən yolun üzərində qanunsuz inşa etdikləri evin və digər maneələrin sökülməklə həmin yolun təmizlənərək açılmasına dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylıqətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, X8 və X6 qarşı cavabdehlərin ona qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınmasına və cavabdehlərin onun və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gedən yolun üzərində qanunsuz inşa etdikləri evin və digər maneələrin sökülməklə həmin yolun təmizlənərək açılması tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc – 77 manat 52 qəpik İddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir. X1 və cavabdeh X7 həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər Cavabdeh, X12 və X2 rayon X5 xx xxxxxx 1998-ci il tarixli, 27 nömrəli qərarı ilə ona və digər ailə üzvlərinə verilmiş 3,68 ha pay torpaq sahəsinə gedən yeganə əsas yolun üstündə qanunsuz olaraq ev inşa etməklə ona qarşı qanunsuz hərəkətlər edirlər. Nəticədə cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən o, həmin torpaq sahəsindən ümumiyyətlə istifadə edə bilmir. Cavabdehlərdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymalarını tələb etsə də, bu günə qədər heç bir nəticəsi olmayıb. Bir sözlə onlar, ona qarşı qanunsuz hərəkətlərini bu gün də davam etdirirlər. Dəfələrlə bu barədə narazılığını bildirsə də, cavabdehlər onun sözlərinə əhəmiyyət vermir, ona “hara şikayət edirsən et” deyir və bildirirlər ki, “heç kimdən çəkinmirlər”. Bu mübahisənin axırı daha da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Ona görə də, bu barədə təcili tədbirlərgörülməlidir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylı qətnaməsi ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apelyasiya şikayətinin müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini tam rədd etməklə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən 3.68 hektar torpaq sahəsi kənd təsərüffatı məsullarının istehsalı üçün X3, İddiaçı mülkiyyətinəverilmişdir. Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə mübahisəli ərazidən gedən yolda X15 və X10 tərəfindən hasara alınaraq (kol-kosla) bağlanmışdır Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ- subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş 25 iyun tarixli ekspertiza rəyindən məlum olur ki, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə mübahisəli ərazidən gedən yolda X15 və X10 tərəfindən hasara alınaraq (kol-kosla) bağlanmışdır. Ona görə də İddiaçı apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylıqətnaməsi qismən yəni, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən digər maneələrin sökülməklə, həmin yolun təmizlənərək açılmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən kol-kosla bağlanmış hasar sökülməklə həmin yol təmizlənərək açılmalı, qətnamə qalan hissədə yəni, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən qanunsuz inşa etdirdikləri evin sökülməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki apelyasiya şikayəti qalan hissədə əsaslı deyildir. Belə ki, 25 iyun tarixli ekspertiza rəyindən məlum olur ki, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə mübahisəli ərazidən gedən yolda X15 və X10 tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(039)-138/2019 saylıqətnaməsi qismən yəni, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən maneələrin sökülməklə, həmin yolun təmizlənərək açılmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən kol-kosla bağlanmış hasar sökülməklə həmin yol təmizlənərək açılsın. Qətnamə qalan hissədə yəni, Yevlax rayonu Ərəbbəsrə kəndində yerləşən İddiaçı və ailə üzvülərinin istifadəsində olan torpaq sahəsinə gedən yolda X15 və X10 tərəfindən qanunsuz inşa etdirdikləri evin sökülməsinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pulun 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı isə cavabdehlər Cavabdeh, X12 və X4 tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ **********0000003944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-94/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-94/2020
27.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver