Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-940/2023 18.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş mənzilə dair "İNKİŞAF-S” MMC ilə iddia üzrə üçüncü şəxs olan X3 arasında bağlanmış müqavilənin bağlandığı andan etibarsız hesab edilməsini, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsindəki, 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində, 6-cı blok 2-ci mərtəbəsində ümumi sahəsi 49.13 kv.m olan 1 saylı, 2 otaqlı mənzilin alınması və təmirinə xərclənmiş hazırkı bazar qiymətinə uyğun olaraq 150.000 manat vəsaitin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsinin, yəni 100.000 manatının Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 birgə nikah müddətində ümumi qazancları hesabına Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov, Nazim Hacıyev və Əliyar Əliyev küçələrinin kəsişməsində 1950-ci məhəllədə, Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış kompleksinin 6-cı girişində (6-cı blok), 2-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin əldə edilməsi üçün ödənilmiş 35.000 (otuz beş min) manat, təmirinə sərf edilmiş 18.181 (on səkkiz min bir yüz səksən bir) manat, cəmi 53.181 (əlli üç min bir yüz səksən bir) manat məbləğində vəsaitin ½ hissəyə bölünməsi və Cavabdeh2 26590 (iyirmi altı min beş yüz doxsan) manat 50 (əlli) qəpik məbləğində pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İş materiallarında olan iddia ərizənin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 224.00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia tələbinin qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 120 manat+10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi müəyyən edilmişdir. Həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən iddia tələbinin qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi müəyyən edilmişdir. Dövlət rüsumu Haqqında Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Eyni zamanda iş materiallarında olan apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 112.00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə mülki işin materialları araşdırılarkən müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə olunmuş əmlaka ödənilmiş pul vəsaitinin ona aid hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərkən iddia ərizəsinin verilməsi üçün 224.00 manat məbləğində dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün isə 112.00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qiyməti 100000 manat olduğundan iddia ərizəsinin verilməsi üçün nəzərədə tutulan dövlət rüsumunun məbləği 390.00 manat, həmin iddia tələbi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun məbləği 195.00 manatdır. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı Kərimova X2 Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş olsa da, o qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənədi apellyasiya şikayətinə əlavə etməmiş, apellyasiya şikayətinə 112.00 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etmişdir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi qeyd edilən halları nəzərə almamış və verilmiş apellyasiya şikayətini geri qаytаrmаlı оlduğu hаldа səhvə yоl verərək оnu bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 və 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə məhkəmə kоllegiyаsı hesаb edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən, məhkəmə kоllegiyаsı Qərаrааldı: Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(051)-46/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-940/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-940/2023
18.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver