Məhkəmə qərarları › İş №2(107)-946/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-946/2021

09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-946/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mahmudov Ayaz Akif oğlu və X2 ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, həmçinin vəkili X9, cavabdeh, eyni zamanda digər cavabdeh X11 nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin vəkili X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə İddiaçı 300 (üç yüz) manat məbləğində pulun tutularaq “xxxx” MMC-yə (VÖEN:**********, “xxxx” ASC Abşeron filialı, VÖEN:**********, m/h:AZ03NABZ**********0000002944, kod:805539, S.W.İ.F.T. BİC:İBAZAZ2X, H/h:AZ52İBAZ********************) ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlərə qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərə 6000 (altı min) manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı sonuncu tələb həcmində iddianı müdafiə etdiyini bildirmiş və izahatında göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən göründüyü kmi Ucar şəhəri, 20 Yanvar küçəsi, 4 nömrəli ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun mərhum X3nun arvadı, digər cavabdehlər isə qardaşının və Cavabdeh1 uşaqlarıdır. X3 xəstə olduğundan və uşaqları kiçik olduğundan o, uşaqlar yetkinlik yaşına çatanadək onun evində yaşamalarına icazə vermişdir. 2017-ci ildə qardaşı vəfat etdkdən sonra da baxmayaraq ki, uşaqlar da yetkinlik yaşına çatmışlar, o, mərhum qardaşının ailəsi olduğundan onları evdən çıxarmamışdır. Cavabdehlərlə bir evdə yaşamaqları qeyri-mümkündür, buna görə də cavabdehlərə mülkiyyətində olan evdə yaşayış hüquqlarına xitam verilməsi üçün kompensasiya təklif edir. Məhkəmə qərardadına əsasən aparılmış qiymətləndirməyə görə mülkiyyətində olan yaşayış evinin aylıq kirayə haqqı 80-100 manat məbləğində müəyyən edilmişdir. Cavabdehlər onun mülkiyyətində olan evin yarısından istifadə etdkləri üçün mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yarısı, yəni aylıq 40-50 manat vəsait cavabdehlərə kifayət edir. Mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddi ilə mülkiyyətində olan yaşayış evinin şəraitinə uyğun şəraiti olan evin 1 il ərzində kirayə haqqını ödəmək üçün 1200 manat vəsait lazımdır. Cavabdehləri mərhum qardaşının ailəsi olduğunu nəzərə alıb o, cavabdehlərə mütəxəssis tərəfindən müəyyən edilmiş kirayə haqqının yuxarı həddinə uyğun 5 illik kirayə haqqını, yəni 6000 manat kompensasiya təklif edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili də sonuncu tələb həcmində iddianı müdafiə etdiyini bildirmiş və eyni məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 həm öz adından, həm də nümayəndəsi olduğu şəxsin adından iddianı qəbul etmədiyini bildirmiş və izahatında göstərmişdir ki, o, 29 yanvar 1987-ci ildə iddiaçının X3 ilə ailə qurduğu zaman özünə məxsus bütün cehiz əşyalarını mübahisəli yaşayış evinin yaşayış üçün yararlı otağına yerləşdirmişdir. Qısa müddət mərhum ərinin valideynlərinə məxsus evdə yaşadıqdan sonra mübahisəli evə köçmüşlər. Həmin evə köçdükdən sonra əri ilə birlikdə yaşayış evinin mətbəxini, zalını və digər otağını əsaslı öz hesablarına təmir etdirmişlər. Cavabdehlərdən Raqif və Cavabdeh3lar da həmin evdə anadan olmuşlar. Onların hamısı həmin evdə qeydiyyatdadırlar. Oğlu olan Cavabdeh2 evlənərək öz həyat yoldaşını da mübahisəli evə gətirmiş, həmin dövrdə iddiaçı oğlunun həyat yoldaşının həmin evə köçürülməsinə etiraz etməmişdir. Həmin evdə oğlunun uşağı, yəni nəvəsi də anadan olmuşdur. X1 da bu evdən istifadə hüququ vardır. Baxmayaraq ki, G.Hüseynova 15 may 2015-ci ildə ailə qurmuşdur, 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu maddəsinə görə onun həmin mənzildən istifadə və yaşayış hüququ vardır. Göründüyü kimi oğlu Raufun arvadı ilə ailə münasibətləri davam etdiyi üçün X1 bu evdə yaşayış hüququ vardır. İddiaçı 12 il onlarla birlikdə yaşamışdır. İddiaçı onlarla birlikdə yaşadığı müddətdə həmin evin giriş-çıxış pilləkəninin sağ tərəfində özünə yeni otaqlar tikmiş və ora yerləşmişdir. Əri 04 dekabr 2016-cı ildə vəfat etmişdir. İddiaçı onlarla eyni evdə birgə yaşamaqlarının qeyri-mümkün olduğunu göstərmişdir. Onların yaşadıqları yaşayış evi ilə iddiaçının yaşadığı ev bir damın altında olsa da bir-birindən təcrid olunmuşdur. Bundan başqa, iddiaçı 6000 manat kompensasiya ödənilməsi ilə yaşayış sahəsindən istfadə hüququna xitam verilməsinə və evdən çıxarılmaya dair iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mübahisəli yaşayış evinin yerləşdiyi ərazidə olan evlərin hazırkı bazar qiyməti barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. İddiaçının təklif etdiyi 6000 manat kifayət qədər deyildir və həmin məbləğdə hazırda mövcud olan bazar qiyməti ilə onların başqa yerdə yaşayış evi əldə etmələri mümkün deyildir. Göründüyü kmi iddiaçı onlar-cavabdehlərə qarşı sözügedən iddia tələbi ilə müraciət edərkən onun gəlinin və uşağının da həmin evdə yaşayış və istifadə hüququnun olmasını nəzərə almamış, təklif etdiyi 6000 manat kompensasiya onların davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə, mübahisəli evdə özlərinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yaşayış sahəsi əldə etməkləri mümkün deyildir. Hazırki vəziyyətdə onlara mübahisəli yaşayış evində onlara məxsus olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yaşayış sahəsini əldə etməkləri üçün minimum 20000 manat məbləğində vəsait tələb olunur. Əlavə olaraq bildirdi ki, onlar 30 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar, həmin evdə oğlu Rafiq Hüseynov da ailə qurmuş, arvadı Jalə Hüseynova da yaşayır. Bundan əlavə, cavabdehlərin ikisinin arvadı da həmi evdə qeydiyyatdadırlar. Həmçinin, iddiaçı da həmin evdə yaşadığından mərhum əri ilə birlikdə öz aralarında faktiki olaraq bölmüşlər, hal-hazırda olduğu kimi istifadə olunur. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin vəkili X8 da eyni məzmunlu izahat verərək iddianı qəbul etmədiklərini bildirmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili X16 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı nümayəndəsi və vəkili X16 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni təmamilə əsassız və qanunsuz sayır və ümid edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən haqlı şikayəti təmin edilərək qətnamə ləğv ediləcək və iddiasının tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul ediləcəkdir. İş üzrə aparılmış araşdırma ilə bağlı təyin edilmiş qiymətləndirmələrə əsasən xxxx MMC tərəfindən verilmiş 169/Mİ/20 nömrəli 12 avqust 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən mübahisəli evin bazar qiyməti 42.000 manat, evin ümumilikdə aylıq kirayə haqqının isə 80-100 manat təşkil etdiyi qeyd edilmişdir. Həmçinin rəydə iddiaçının istifadə etdiyi sahənin 154.4 kvm və cavabdehin istifadə etdiyi sahənin isə 167.1 kvm olduğu öz təsdiqini tapmışdır. Bundan sonra hər iki tərəfin istifadəsində olan sahələrlə bağlı kirayə haqqının və mənzilin dəyərinin müəyyən edilməsi üçün xxxx MMC-yə müraciət edilmişdir. Verilmiş növbəti 242/ks/20 saylı 28 oktyabr 2020-ci il tarixli arayışa əsasən iddiaçının istifadəsində olan 154.4 kvm sahənin dəyərinin 20.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat, cavabdehin istifadə etdiyi 167.1 kvm sahənin dəyərinin 12.000 manat, aylıq kirayə haqqının isə 40-50 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi təklif olunan 6.000 manat məbləğində pul vəsaiti cavabdehlərin istifadə etdiyi sahəyə uyğun olaraq 40-50 manat məbləğində kirayə haqqı qismində hesablansa (6000:40=12 il 5 ay) bu məbləğ onlara 12 il 5 ay müddətinə, əgər onun da onların da yaşadığı bütün evin sahəsini götürsə və kirayə haqqını maksimal 100 manat məbləği ilə hesab etsə (6000:100=60) bu onlara 5 il fasiləsiz olaraq başqa evdə yaşamaq imkanı yaradır. Kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair formalaşmış məhkəmə təcrübəsinə əsasən 3 illik kirayə haqqını təşkil edən məbləğin ödənilməsi ilə iddianın təmin edilməsi mümkündür. Lakin göründüyü kimi məhkəmə yuxarıda qeyd olunanlara baxmayaraq tamamilə absurd mövqe sərgiləyərək bu məbləğin kifayət etmədiyini qeyd edib iddianı təmin etməmişdir. Ona görə də, Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili X16 apelyasiya şikayətinin dəlillərinə dair uyğun izahat verərək, apelyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Onlar heç bir yazılı ərizə təqdim etmədən əlavə olaraq bildirdilər ki, cavabdehlər razı olacağı təqdirdə onların istifadə hüquqlarına xitam verilməsi üçün 500 manat, ən çoxu isə 1000 manat da əlavə kompensasiya verə bilərlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh, eyni zamanda digər cavabdeh X11 nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və cavabdehlərin vəkili X8 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh tərəf əlavə olaraq hər biri ayrıayrılıqda bildirdilər ki, mübahisəli evdən istifadə hüquqlarına xitam üçün cəmi 15000 manat kompensasiya veriləcəyi təqdirdə onlar iddia ilə razılaşarlar. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, iş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası rədd edilməlidir. İşdə оlаn RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 321.5 kv.m olan fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 18 dekabr 2015-ci ildə qeydiyyata alınmışdır. İşdə оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyul 2020-ci il tarixli, 1749 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında olan fərdi yaşayış evi İddiaçı şəxsi mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrində ev nömrəsi texniki səhv kimi 2 yazılmasına baxmayaraq İddiaçı, Cavabdeh1, Cavabdeh2, X18 və Cavabdeh3 həmin ünvanda daimi pasport qeydiyyatındadırlar və həmin ünvanda yaşayırlar. İşdə оlаn AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı, Ucar şəhəri, 20 Yanvar küçəsi, ev 2-də qeydiyyatdadır. İşdə оlаn şəxs haqqında məlumatlardan və AZE seriyalı, ******** nömrəli, AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 şəhəri, 20 Yanvar küçəsi, ev 2-də qeydiyyatdadırlar. İşdə оlаn AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3, ünvan 3-də qeydiyyatdadır. İşdə оlаn Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 avqust 2019-cu il tarixli, 1921 nömrəli arayışından görünür ki, Cavabdeh1 Ucar şəhəri, 20 Yanvar küçəsi, ev 2-də qeydiyyatdadır, ailə tərkibi Cavabdeh2, X10 və Cavabdeh3 ibarətdir. Cavabdeh1 şəxsiyyət vəsiqəsində olan 2 ünvanı texniki səhv kimi yazılmış, əslində ev 4 üvanı kimi ozunmalıdır. 20 Yanvar küçəsi, ev 2 ünvanı ilə ev 4 ünvanı eyni ünvandır. İşdə оlаn nikah haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 ilə X15 29 yanvar 1987-ci ildə nikahlarını bağlamışlar, nikah bağlandıqda sonra arvada Hüseynova soyadı verilmişdir. İşdə оlаn ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 04 dekabr 2016-cı ildə ölmüşdür. İşdə оlаn A 015275 nömrəli torpaq sahəsinin planı və ölçüsünun surətindən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 07 aprel 2000-ci il tarixli, 20 saylı qərarı ilə İddiaçı Ucar şəhərində fərdi yaşayış evi tikmək üçün 499 kv.metr ölçüdə torpaq sahəsinin verilməsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və X22 kitabında 30 noyabr 2007-ci ildə 1478 nömrə ilə uçota alınmışdır. İşdə оlаn Göyçay rayonu daşınmaz əmlakın alqı-satqısı və kirayəyə verilməsinə yardım ofisinin 03 oktyabr 2019-cu il tarixli, 11 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, həmin fərdi yaşayış evinin 2 mərtəbəli, 3 otaqlı, 321.5 kv.m ümumi sahəsi olması və keçən müddət ərzində maliyyə böhranı ilə əlaqədar daşınmaz əmlakın qiymətində baş verən kəskin ucuzlaşma nəzərə alınmaqla həmin ərazidə yerləşən eynitipli fərdi yaşayış evinin hazırki real-bazar qiymətinin 25.000 manat və həmin ərazidə yerləşən eyitipli fərdi yaşayış evinin kirayəyə verilməsi qiyməti isə 80-100 manat təşkil etməsi müəyyən edilmişdir. İşdə оlаn “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinin 12 avqust 2020-ci il tarixinə olan bazar qiyməti 42000 manat və aylıq kirayə 80-100 manat təşkil edir. Cavabdeh tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi 07.06.2021-ci il tarixli “xxxx” MMC-nin mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinin Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı 3 otağının bazar qiyməti 32000 manat və aylıq kirayə haqqı 200-250 manat təşkil edir. İddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi 28.10.2020-ci il tarixli “xxxx” MMC-nin qiymətləndirmə hesabatından görünür ki, iddiaçıya məxsus Ucar şəhəri, 20 Yanvar küçəsində mülkiyyətdə olan 0.05 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinin Cavabdeh1 istifadə etdiyi 167,1 kv.m hissəsinin dəyəri 12000 manat və aylıq kirayə haqqı 40-50 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmçinin qərarda qeyd edilmişdir ki, subyektlər arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin hüquq əsasında nizamlanması zəruridir. Münasibətləri məhz hüquq münasibətləri kimi qəbul olunması üçün onları hüquq norması (normaları) vasitəsilə tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da, onların oxşarlığı mümkündür. Konstitusiya Məhkəməsinin həmin qərarında həm də müəyyən edilmişdir ki, yaşayış hüququ əldə etmiş şəxs bu hüququn hansı maddi hüquq normasına əsasən, yəni 01 sentyabr 2000-ci ildən əvvəl istifadə hüququ əldə edilmişdirsə Mənzil Məcəlləsinin 123-cü və ya 01 sentyabr 2000-ci ildən sonra istifadə hüququ əldə edilmişdirsə Mülki Məcəllənin 228-ci maddəsinə əsasən əldə etməsinə baxmayarq hər bir halda, mənzil mülkiyyətçisinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verməklə həmin hüquqa xitam verməsi hüququnun gerçəkləşdirilməsi təmin edilməlidir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini hüququnu da vermir. Həmin qərarda mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq evlə təmin etmək öhdəliyi də qoyulmur. Hətta Konstitusiya Məhkəməsinin qərarında bu müddətin nə qədər olması da müəyyən edilməmişdir. Həmçinin sadalanan normalarda istifadəçilərə kompensasiyanın məbləğini mübahisələndirmək, müəyyənləşdirmək hüququ təsbit olunmamış, hətta bu mümkün olduqda belə onun məbləğinin hansı həcmə qədər artırılmasını tələb etməsi də tənzimlənməmişdir, əksinə bu hüququn mülkiyyətçiyə məxsus olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçının qardaşı A.Hüseynovla 29 yanvar 1987-ci ildə ailə qurmuşlar, birgə nikahlarından xx xxxxxxxx 1988-ci ildə Rauf, 13 may 1990-cı ildə Rafiq və xx xxxxxxxx 1996-cı ildə Vüqar adlı övladları anadan olmuşlar, A.Hüseynov 04 dekabr 2016-cı ildə ölmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda mülkiyyətçi, yəni hazırkı iş üzrə iddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin kompensasiya verilməsi yolu ilə istifadə hüquqlarına xitam verilməsini və yaşayış evindən çıxarılmalarını tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, yaşayış evindən istifadə hüququna xitam veriməsi mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsini özlüyündə ehtiva edir, buna görə də iddiçının təklif etdiyi kompensasiya cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan vermir, iddiaçının təklif etdiyi kompensasiya yaşayış tələblərinə mütənasib deyildir və yetərli deyildir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin qeyd olunan tələblərinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı kompensasiya verilməsi yolu ilə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və yaşayış evindən çıxarılması tələbi barədə iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilmədiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri, yəni 300 manat məbləğində pul iddiaçıdan tutularaq “xxxx” MMC-yə ödənilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə, Konsitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehlərin davamlı surətdə əvvəlki mənzilə oxşar yaşamaq imkan verməməsi qənaətinə gəlsə də, buna uyğun gələn məbləği qətnaməsində müəyyən etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün hər birinə 3000 manat olmaqla 4 nəfərə cəmi 12000 manat kompensasiya məbləğini ədalətli hesab edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin (vəkilinin) apelyasiya şikayətində göstərdiyi digər hallara münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçının nümayəndəsi (vəkili) də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən İddiaçı nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin olunmalı, iş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi və vəkili X16 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edlsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 9 oktyabr 2020-ci il tarixli 2(063)-36/2020 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X14, Cavabdeh2 və Cavabdeh3 qarşı 6000 manat kompensasiya verilməsi yolu ilə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və yaşayış evindən çıxarılmaları tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Ayaz Mahmudov İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar