Məhkəmə qərarları › İş №2(107)-947/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-947/2023

03.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-947/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsindən cavabdeh Azərişıq” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC «X4»nin xx.xx.2022-ci il tarixli 029714 saylı elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və yazılmış 556 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qəbələ rayonu Zarağan kəndində yerləşən torpaq sahəsini xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Orada yaşamır, Mingəçevir şəhərində yaşayır. Arada bir gedib gəlir. Ora getdikdə, köhnə kontrol sayğac olmuş, onu işlədirdi, ödənişini də edirdi. Azərbaycan Respublikası "xxxx" ASC «X4» xx.xx.2022-ci il tarixli, 029714 saylı elektrik enerjisinin istifadə qaydalarının pozulması haqqında akta əsasən guya, sayğaca müdaxilə etdiyini və bununla əlaqədar faktiki işlədilən enerjiyə görə 556 manat məbləğində pul ödəməli olduğunu bildirilmişdir. Lakin o bu aktla razı deyil, "xxxx" ASC «X4»nin işçiləri qanunsuz hərəkətləri ilə onun hüquqlarını pozmuşdur. Belə ki, o kontrol sayğacdan istifadə etmiş, ödənişlərini də etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Elektrik enerjisindən istifadə qaydaları» haqqında 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarının 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin "xxxx" ASC «X4»nin əməkdaşları qanunun bu tələblərinə əməl etməmişlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsi ilə (hakim E.İsayev) iddianın təmin edilməsi, İddiaçı adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şimal X7 və Satışı İdarəsinin vəzifəli şəxsinin xx.xx.2022-ci il tarixli 029714 saylı akt əsasında hesablanmış 556 (beş yüz əlli altı) manat məbləğində borcunun silinməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi, özü tərəfindən qarmaq vasitəsilə kənar xəttdən istifadə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsi öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Əksinə "xxxx" ASC-nin X2 və Satışı İdarəsinin əməkdaşları sayğaca nəzarət etmiş, istehlakçı-iddiaçı uzun müddət ərzində mütəmadi olaraq hər ay enerji sərfiyyatının əvəzini ödəmiş və idarənin işçiləri tərəfindən ona quraşdırılmış elektrik sayğacdan kənar xətdən isifadə edildiyi barədə xəbərdarlıq edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmaqla, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 029714 saylı saylı akt əsasında hesablanmış 556 (beş yüz əlli altı) manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinin tələbinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndi, 17-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı, 8.32-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2, 76.1, 217, 10-1.3 və 218.3cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ rayonu Zarağan kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029714 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM029714 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat) və 0.13 manatla 4035 kvt.s (dəyəri 524.60 manat) toplamda 556.60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı X6 iddia ərizəsində “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Qəbələ Rayon Məhkəməsinin e-2(025)-792/2023 saylı 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin çıxardığı e-2(025)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia tələbinin təmin edilməsinə dair qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evindəki pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, tərəfimizdən bununla bağlı məhkəməyə videoçəkiliş diski təqdim edilmişdir. Həmin videoçəkiliş diskində iddiaçının kənar xətdən istifadə edərək elektrik enerjisini taladığı və bunu çəkiliş zamanı etiraf etdiyi açıq aşkar görünür. Qəbələ Rayon Məhkəməsinin çıxardığı e-2(025)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandıran zaman “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-cü bəndinə istinad etmişdir. Odur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17 və 8.17-2 bəndləri yaradlılmışdır. Mübahisələndirilən NDM029714 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Elektrik enerjisindən istifadə qaydaları» 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. 8.15-ci bəndinə görə ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi 10 (on) gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17- 1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.14-cü maddəsinə əsasən istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qətnamə çıxarmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manatla, yəni 32 manat vəsaitin silinməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manatla, yəni 32 manat vəsaitin silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməldir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlilərində bildirmişdir ki, xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ rayonu Zarağan kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2022-ci il tarixli, NDM029714 saylı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli, NDM029714 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xətdən keçən yükə uyğun 60 gün üçün 0.08 manatla 400 kvt.s (dəyəri 32.00 manat) və 0.13 manatla 4035 kvt.s (dəyəri 524.60 manat) toplamda 556.60 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. İddiaçı X6 iddia ərizəsində “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. Qəbələ Rayon Məhkəməsinin e- 2(025)-792/2023 saylı 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qəbələ Rayon Məhkəməsinin çıxardığı e-2(025)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia tələbinin təmin edilməsinə dair qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evindəki pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, tərəfimizdən bununla bağlı məhkəməyə videoçəkiliş diski təqdim edilmişdir. Həmin videoçəkiliş diskində iddiaçının kənar xətdən istifadə edərək elektrik enerjisini taladığı və bunu çəkiliş zamanı etiraf etdiyi açıq aşkar görünür. Qəbələ Rayon Məhkəməsinin çıxardığı e-2(025)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli iddia tələbinin təmin edilməsinə dair qətnaməsini əsaslandıran zaman “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-cü bəndinə istinad etmişdir. Odur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmiş və “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17 və 8.17-2 bəndləri yaradlılmışdır. Mübahisələndirilən NDM029714 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib edildiyindən “Elektrik enerjisindən istifadə Qatdaları”nın 8.17 və 8.17-2 bəndlərinə uyğun tərtib edilmişdir. Göründüyü kimi qətnamədə istinad olunan hüquq norması ləğv edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 029714 saylı aktından görünür ki, "xxxx" ASCnin əməkdaşlarının iştirakları ilə Qəbələ rayonu, Zarağan kəndində yerləşən İddiaçı məxsus yaşayış evində yoxlama keçirən zaman abonentin sayğacdan kənar xətdən istifadə etməsi məlum olmuşdur. Göründüyü kimi "xxxx" ASC-nin əməkdaşları V.Cəlilov, X.Hacıbabayev və X.Abdullayev tərəfindən Qəbələ rayonu Zarağan kəndində yerləşən X3 məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının iştirakı ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Göründüyü kimi aşkar edilmiş qüsur tam şəkildə məhkəməyə sübut edilmiş lakin heç bir nəticəsi olmamışdır. Müəyyən edilmiş qüsurun xarakteri isə təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır. Habelə, iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Qeyd edilməlidir ki, elektrik sayğacı iddiaçının ünvanına quraşdırılmış və həmin ünvanda elektrik enerjisindən mütəmadi istifadə olunduğu üçün 32 manat sərfiyyat yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona borc olaraq hesablanmış məbləğin tam silinməsini tələb etməkdə haqlı deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manatla, yəni 32 manat vəsait də borc silinməsi hissəsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manatla, yəni 32 manat vəsait də borcun silinməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi həmin hissədə təmin edilməməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 6 iyun 2023-cü il tarixli, 2(025)-792/2023 saylı qətnaməsi qismən, yəni iddiaçının evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manat, yəni 32 manat vəsaitin silinməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi İddiaçı evinə quraşdırılmış sayğac üzərindəki göstəricidəki 400 kvts 0.08 manatla, yəni 32 manat borcun silinməsi hissəsində təmin edilməsin. Qətnamə mübahisələndirilən hissədə yəni, 524,6 manat vəsaitin İddiaçı evinə quraşdırılmış sayğac üzərindəki borcun silinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar