Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-949/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 İB-nə qarşı borcun silinməsi, Cavabdeh1 İB-nin İddiaçı qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsindən cavabdeh “Azərqaz” İB-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı cavabdehlər “Cavabdeh1” X2 X5 İdarəsinə və “Cavabdeh1” İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddiası təmin edilmiş, “Cavabdeh1” X2 X5 İdarəsinin 20 may 2019- cu il tarixli, ******* saylı aktına əsasən İddiaçı hesablanmış 399 (üç yüz doxsan doqquz) manat 60 (altmış) qəpik məbləğində borcun onun hesabından silinməsi, “Cavabdeh1” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər “Cavabdeh1” X2 X5 İdarəsinə və “Cavabdeh1” İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 20 may 2019-cu il tarixli, ******* saylı aktla tətbiq edilmiş 399.60 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Cavabdeh1” İstehsalat Birliyi cavabdeh İddiaçı qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 399.60 manat itirilmiş qazın dəyərinin, iddia ərizəsi üçün ödənilmiş 20.40 manat dövlət rüsumunun tutularaq “Cavabdeh1” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “Cavabdeh1” X2 X5 İdarəsinə və “Cavabdeh1” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair 2(063)-662/2020 nömrəli və iddiaçı “Cavabdeh1” İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair 2(063)-706/2020 nömrəli mülki işlərin bir icraatda birləşdirilməsi və mülki işlərə birlikdə baxılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı öz iddiasını müdafiə edərək təmin olunması, “Cavabdeh1” İstehsalat Birliyinin ona qarşı iddiasını qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında göstərmişdir ki, o, Ucar rayonu, Rəstəcə kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır, ailəsinin məişət qayğılarının həll edilməsi üçün təbi qaz xətti, elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlərlə bu barədə müqav ə bağlamışdır. Vaxtlı-vaxtında cavabdeh “Cavabdeh1” X2 X5 İdarəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər etmişdir. Cavabdeh “Cavabdeh1” X2 X5 İdarəsinin əməkdaşları 20 may 2019-cu il tarixdə barəsində akt tərtib etmişlər. Lakin barəsində tərtib edilmiş aktın harada tərtib olunmasından xəbəri yoxdur. Dəfələrlə müraciət etdikdən sonra aktın surətini almışdır. Cavabdeh “Cavabdeh1” X2 X5 İdarəsinin əməkdaşları tərəfindən barəsində tərtib edilmiş 20 may 2019-cu il tarixli, ******* saylı aktla tətbiq edilmiş 399,6 manat borc silinməli və hesablanmış pulun ödənilməsi öhdəliyindən azad edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktublarda sayğacın hesablama mexanizminin qapağına vurulmuş plombun kəsilməsi qeyd olunmuşdur. Ona məxsus fərdi yaşayış evinə keçən qazı qeyd edən sayğaca heç bir müdaxilə etməmişdir. Bununla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. Evə qaz verilişinin dayandırılması ilə bağlı cavabdeh təşkilatın hərəkətləri də mövcud qanunvericiliyin tələblərinə cavab verməmişdir. Əlavə olaraq bildirdi ki, yaşadığı evə dair sayğac yaşayış evindən təxminən 20 metr aralıda, küçədə quraşdırılmışdır. Təxminən ayda iki dəfə olaraq idarənin nəzarətçisi sayğaca baxış keçirib ödəniş qəbzi təqdim etmiş, lakin sayğacda hər hansı qüsur olması barədə irad bildirməmişdir. Onun tərəfindən də mütəmadi olaraq aylıq ödənişlər olmuş və heç bir narazılıq olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümyəndəsi X6 təmsil etdiyi hüquqi şəxsin iddiasını müdafiə edərək təmin edilməsi, İddiaçı isə iddiasını qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, 11 aprel 2019-cu il tarixində “Cavabdeh1” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsinin əməkdaşları Ucar rayonu, Rəstəcə kəndində yaşayış qeydiyyatında olan İddiaçı məxsus yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı 11 aprel 2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akta abonentin özü imza etmişdir. Mənzildən açılmış G4 markalı, ******* nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş 01 may 2019-cu il tarixli, MSK-29/1710- 01252-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağına vurulan plombun kəsildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair 20 may 2019-cu il tarixli, ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edlərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh1” X2 X5 idarəsinə göndərilmişdir. Həmin akta əsasən Ağsu X5 İdarəsinin istehlakçılara satılan qaza nəzarət şöbəsində 25 may 2019-cu il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək iddiaçının Ucar Xidmət Sahəsinin abonent bazasındakı **********00000 nömrəli abonent koduna 3996 kub/metr-399.60 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent-İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçılə bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, İddiaçı onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı “Cavabdeh1” X2 X5 İdarəsinin Ucar Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun və dəymiş ziyanın ödənlməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. İddiaçı hər ay bildiriş almış, sonuncu dəfə 2020-ci ilin iyun ayında cəmi 20 manat pul ödəmişdir. Təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmiş, lakin yaranmış borcu yenə də tam ödəməmişdir. İddiaçı borclu olduğu məbləğin yaranması **********00000 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar “Cavabdeh1” İstehsalat Birliyinin əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri ödənməlidir. İddiaçı iddia ərzəsi üzrə cavabdeh “Cavabdeh1” X2 X5 İdarəsinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq “Cavabdeh1” X2 X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cаvаbdeh «Cavabdeh1» İstehsalat Birliyinin nümayəndəsi X4 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X4 apellyasiya şikayətini hazırki iş üzrə Cavabdeh1” İstehsalat Birliyinin iddia tələbinin və “Cavabdeh1” İstehsalat Birliyinin nümyəndəsi X3 birinci instansiya məhkəməsində verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, hakim işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrində təsbit olunmuş maddi və prosesual hüquq normalarının pozulması ilə əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Ona görə də, Ucar rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli, 2(063)-662/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçı “Cavabdeh1” İstehsalat Birliyi tərəfindən verilmiş iddianın təmin edilməsi və İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh “Azərqaz” İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cаvаbdeh «Cavabdeh1» İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 20 may 2019-cu il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, 29 may 2019-cu ildə “Cavabdeh1” İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQə riayət olunması yoxlanılmışdır, baxış keçirilən zaman sayğacın hesablama mexanziminin qapağına vurulan plombun kəsildiyi aşkar olunmuşdur. İşdə olan “Cavabdeh1” X2 X5 İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 29 may 2019cu il tarixli qərarda qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 kub/m/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, dəmir soba maksimal saatlıq qaz sərfi 1.4 kub/m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 90 gün,axımlı su qısdırıc maksimal saatlıq qaz sərfi 1.5 kub/m/saat, orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, 2019-cu ilin may ayı üçün abonentəiddiaçıya akt üzrə 399.60 manat hesablanmışdır. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS şöbəsinin 10 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, Ucar rayonu, Rəstəcə kəndində qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2, 4.5, 4.7, 4.8, 5.5, 6.1 və 6.7-ci maddələrinə, “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3 və 560.3.5.2-ci maddələrinə və Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasmın Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən оlunmuşdur ki, X9 İstismar İdarəsi ilə İddiaçı arasında 04 iyul 2018-ci ildə qazın alqı-satqısı barədə 3105 nömrəli müqavilə bağlanmışdır. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Birinci instansiya məhkəməsi İddiaçı müdaxilə etdiyi qeyd edilən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorunmasının qeyri-mümkün olmasını nəzərə alaraq, müdaxilənin məhz İddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, həmin akta əsasən əlavə borc pul hesablandığından, bu nəticəyə gəlmişdir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin olunmalı, qeyd olunanlara görə iddiaçı “Cavabdeh1” İstehsalat Birliyinin iddiası isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İddiaçı iddiasını təmin etməkdə, “Cavabdeh1” X2 X5 İdarəsinin isə iddiasını rədd etməkdə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayədəsinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cаvаbdeh «Cavabdeh1» İstehsalat Birliyinin nümayəndəsi X1 аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Ucar Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2(063)-662/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi X4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-949/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-949/2021
05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver