Məhkəmə qərarları › İş №2(107)-949/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-949/2022

18.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-949/2022 18.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X2, üçüncü şəxslər X7, X4, X5 və X1 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (apellyasiya şikayətinin geri qaytarılması-müddət) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Rəfiyev Rövşən Rafiq oğlu ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə İddiaçı cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X2, üçüncü şəxslər X7, X4, X5 və X1 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(019)- 842/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evindən və torpaq sahələrindən miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, mərhum X3 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payının müəyyən edilməsi, mərhum X3 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən digər 6/7 miras payının açıq saxlanılması qət edilmişdir. İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 842\2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən tərəfindən apellyasiya şikayəti qanunvericiliklə nəzərdə tutulan müddət ərzində verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərardadı ilə şikayət MPM-nin 2 saylı əlavəsinə uyğun tərtib olunmaması səbəbi ilə geri qaytarılmış, həmin Qərardad tərtib olunub onun ünvanına çatdıqda isə Balakən Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prossesual müddət keçmişdir. Bu səbəbdən də apellyasiya şikayəti AR MPM–in 2 saylı əlavəsinə uyğun tərtib olunaraq yenidən təqdim edildiyindən qanunvericiliklə nəzərdə tutulan prossesual müddət üzürlü səbəbdən buraxılmışdır. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Vəsatətdə göstərilənləri rəhbər tutaraq Balakən Rayon Məhkəməsinin 2(019)-842\2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən şikayəti verilməsi üçün nəzərdə tutulan müddətin buraxılma səbəbini üzürlü sayaraq buraxılmış müddəti bərpa edilməsini xahiş etmişdir Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 02 iyun 2022-ci il tarixli, 2(019)- 842/2022 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. İddiaçı sözügedən qərardaddan şikayət verərək, Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 2(019)-842/2022 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 nömrəli qətnaməsinin surəti xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmiş, İddiaçı qətnamənin surətini xx.xx.2022-ci il tarixdə rəsmən almışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən buraxılmışdır. İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılması və bu üzrlü səbəblərin nədən ibarət olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 133.1, 133.2, 133.3, 133.4 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən buraxılmış müddət üzrlü səbəblərdən buraxıldığına görə məhkəmə MPM-nin 133.1-ci maddəsinin tələblərini pozmaqla müdəti bərpa etməmişdir. Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı Elektron Məhkəmə sistemində 17 may 2022-ci il taridə yerləşdirilmiş və 23 may 2022-ci il tarixdə tərəfindən qərardad E-Mehkeme sistemində oxunduqdan sonra, 27 may 2022-ci il tarixdə tərəfindən Balakən Rayon Məhkəməsinə apellyasiya şikayəti, müddətin bərpası barədə ərizə və dövlət rüsumu E-Məhkəmə sisteminə yerləşdirilmişdir. Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)- 842/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətimin təmin edilməməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı 20 iyun 2022ci il tarixdə Elektron Məhkəmə sisteminə yerləşdirilmişdir, həmin qərardadla 22 iyun 2022ci il tarixdə tanış olmuşdur və dərhal həmin qərardaddan şikayət verir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı tamamilə qanunsuz və əsassızdır, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən ilk dəfə qanunla müəyyən olunmuş müddətdə apellyasiya şikayəti vermiş, mülki prosessual qanunvericiliyində olan dəyişikliklərdən sonra apellyasiya şikayətinin qanunda yeni forması müəyyən olunmuşdur və o, sadə vətəndaş olaraq bunları bilmədiyindən adi şikayət formasında apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə göndərmiş, apellyasiya onun şikayətini geri qaytarmışdır ki, apellyasiya şikayətini müəyyən edilmiş formada yazaraq yenidən müraciət etsin. Sonradan dəfələrlə Balakən Rayon Məhkəməsinə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizələri poçtla göndərmiş, bu dəfə yenə də şikayətlər geri qaytarılmışdır ki, Elektron Məhkəmə sistemi vasitəsilə göndərsin. O, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətini verilmə müddətini üzrlü səbəblərdən buraxmışdır. Ona görə hesab edir ki, Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 46-cı maddəsinə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 372.7. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(019)-842/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(019)-842/2022 nömrəli qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin təhlili nəticəsində müəyyən edildi ki, Balakən rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsi 25 yanvar 2022-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilmişdir. Həmin qətnamədən 25 fevral 2022-ci il tarixdə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə Şəki Apellyasiya Mülki Kollegiyasının 2(107)-583/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. 27 may 2022-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası barədə vəsatət, apellyasiya şikayəti, dövlət rüsumunun ödəniməsi barədə qəbzlə birlikdə Elektron Məhkəmə sisteminə yerləşdirilmişdir. Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı apellyasiya şikayəti və müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə bir neçə dəfə müraciət etmiş, lakin sonda müraciətləri müsbət həll olunmamışdır. Göründüyü kimi iddiaçı tərəf sözügedən məhkəmə qətnaməsindən ilk vaxtdan apellyasiya şikayəti vermək hüququndan istifadə etmək istəsə də, sonda elektron kabinetdən istifadə ilə yaranmış çətinliklərlə əlaqədar olaraq qanunvericiliyin tələblərinə tam riayət edə bilməmiş, texniki səbəblərdən vaxt itkisinə yol vermiş, bu səbəbdən də prosessual müddəti özündən asılı olmayaraq üzürlü olaraq ötürmüşdür. MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçının apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair vəsatətində göstərilən əsaslara görə onun tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddət üzrlü səbəblərdən buraxılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi səbəbi ilə apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmamış, apellyasiya şikayətini geri qaytarakən prosessual normanın tələblərini düzgün təfsir etməmişdir. Kollegiya sonda qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(019)-842/2022 nömrəli qərardadı ləğv edilməli, İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)- 842/2021 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Balakən Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(019)-842/2022 nömrəli qərardadı ləğv edilsin. Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsindən “apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə” iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilsin. Apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin və mülki iş qeydə alınaraq icraata verilməsi ilə bağlı Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar